Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nağılvari Naxışlar (1972)
== Məzmun == Film Azərbaycan ornamentlərinin yaranması haqqındadır.
Nağılvari naxışlar (film, 1972)
== Məzmun == Film Azərbaycan ornamentlərinin yaranması haqqındadır.
Azərbaycan nağılları
Azərbaycan nağılları — Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycan nağıllarını mövzularına görə bir-neçə hissəyə bölmək olar: == Ümumi məlumat == Epik növün ən geniş yayılmış janrlarından olan nağıllar süjet tərkibinin zənginliyinə, dinləyici auditoriyasının genişliyinə görə Azərbaycan folklorunda digər janrlardan seçilir. Dastan auditoriyası, əsasən, orta və yaşlı nəslin nümayəndələrindən ibarət olursa, nağıllarda belə məhdudiyyət yoxdur. Nağıllar kiçikdən tutmuş böyüyə qədər istənilən yaş qrupuna məxsus insanların zövqünü, marağını oxşayır. Nağıllar insanların asudə vaxtlarını maraqlı keçirməsinə xidmət etməklə yanaşı, həm də ibrətamiz, əxlaqi məzmun kəsb edir. Bunun nəticəsidir ki, İslam dinindən gələn bir çox fikirlər nağıllar vasitəsilə xalq arasında təbliğ olunmuş, insanlara milli-mənəvi dəyərlərdən gələn əxlaqi görüşlər aşılanmış, bir çox hökmdarlar nağılların təsir gücündən istifadə edərək özlərinin ədalətli hökmdar təsəvvürünü yaratmağa çalışmışlar. Azərbaycanda yazıya alınmış nağılların sayı minlərlə ifadə olunsa da, nağıl süjetlərinin sayı bundan xeyli azdır. Azərbaycan nağıl süjetlərinin sistemli kataloqunda Azərbaycanda 692 nağıl süjetinin mövcud olduğu qeyd edilir. Təbii ki, bu rəqəm nağıl repertuarını tam əks etdirmir, çünki şifahi ənənədə hələ də toplanmamış süjetlər qalmaqdadır.
Aşıq Bidlin nağılları
Aşıq Bidlin nağılları; J.K.Roulinq tərəfindən yazılan Harri Potter romanının 7-ci kitabında, Albus Dambldorun Hermiona Qreyncerə verdiyi kitabdır. Kitab, cadugər və sehrbaz uşaqların bildiyi hekayələrdən ibarətdir. İçərisindəki hekayələr bunlardır: Sehrbaz və Tullanan qazan Gözəl Taleh Çeşməsi Sehrbazın tüklü ürəyi Dovşan, Movşan və qaqqıldayan kötüyü Üç qardaşın hekayəsi Son hekayə olan Üç qardaşın hekayəsi, 7-ci kitaba adını verən Ölüm Hədiyyələrinin nələr olduğunu izah etməkdədir. Bunlar Gəndalaş əsa, Görünməzlik şalı və diriltmə daşıdır. Hekayə bu üç sirrli obyektin Peverell qardaşların Ölüm tərəfindən necə qazanıldığını izah edərək son kitabın mərkəzinə çevrilmişdir. Kitab hələlik Azərbaycan dilinə tərcümə olunmayıb.
Bard Bidlin nağılları
Aşıq Bidlin nağılları; J.K.Roulinq tərəfindən yazılan Harri Potter romanının 7-ci kitabında, Albus Dambldorun Hermiona Qreyncerə verdiyi kitabdır. Kitab, cadugər və sehrbaz uşaqların bildiyi hekayələrdən ibarətdir. İçərisindəki hekayələr bunlardır: Sehrbaz və Tullanan qazan Gözəl Taleh Çeşməsi Sehrbazın tüklü ürəyi Dovşan, Movşan və qaqqıldayan kötüyü Üç qardaşın hekayəsi Son hekayə olan Üç qardaşın hekayəsi, 7-ci kitaba adını verən Ölüm Hədiyyələrinin nələr olduğunu izah etməkdədir. Bunlar Gəndalaş əsa, Görünməzlik şalı və diriltmə daşıdır. Hekayə bu üç sirrli obyektin Peverell qardaşların Ölüm tərəfindən necə qazanıldığını izah edərək son kitabın mərkəzinə çevrilmişdir. Kitab hələlik Azərbaycan dilinə tərcümə olunmayıb.
Talış xalq nağılları
Talış xalq nağılları (tal. Толышә нәғылон) — talış xalqının şifahi yaradıcılıq əsərləri, hər bir xalqın nağıl və əfsanələri digər şifahi xalq yaradıcılığı nümunələri kimi onun etnik şüurunu təcəssüm etdirən mənəvi mədəniyyətin mühüm tərkib hissələrindən biri. Bu günə qədər gəlib çatmış talış nağılları və əfsanələri öz köklərini Avestadan götürərək, tarixin qatlarından keçərək talış mədəniyyətində çox yüksək yer tutur. Onlar oxucuları insan ləyaqətini, mənəvi dəyərləri və müasir dövrümüz üçün xüsusilə aktual olan saf məhəbbət hissini qorumağa çağırır, xeyirxahlıq və humanizm prinsiplərinin daim yüksəldilməsini tövsiyə edirlər. == Öyrənilməsi tarixi == Tədqiqatçılar talış folkloru ilə hələ XIX əsrdə maraqlanmağa başlayıblar. Talış folklorunun ən erkən əks olunduğu yerlərdən biri də müəllim Teymur bəy Bayraməlibəyovun 1894–1899-cu illərdə "Qafqazın yerli və tayfalarının təsviri üçün materiallar toplusunda" əsəridir. Bayraməlibəyov üç məqaləsində talış nağıllarını, əfsanələrini və inanclarını əks etdirir. 1894-cü ildə Tiflisdə yaşayan talış əsilli general-mayor Mir Əsəd-bəy talış dilində topladığı talış mətnlərinin yoxlanılmasında dilçi-etnoqraf L. Q. Lopatinskiyə köməklik göstərirdi. Talış dilindəki bu iki mətn talış nağıllarıdır — "Sehrli alma" və "Qorxaq". Onlar rus dilinə tərcüməsi ilə "Qafqazın məhəllə və tayfalarını təsvir etmək üçün materiallar toplusu"nda dərc edilmişdir.
Təbrizin sehrli nağılları
Təbrizin sehrli nağılları — Təbriz miniatür sənətindən və orta əsr Azərbaycan incəsənəti salnaməsindən bəhs edən kitab. == Haqqında və məzmunu == Mədəniyyət və Turizm Nazirliyi, "Paşa Həyat Sığorta" ASC-nin və BP Azərbaycan şirkətinin dəstəyi ilə "IRS Publishing House" tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilib. "İrs" jurnalının baş redaktoru Musa Mərcanlının layihəsi ilə sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin tədqiqatları əsasında hazırlanan kitab dünya incəsənəti tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətinə həsr edilib. Təbriz miniatür sənəti haqlı olaraq orta əsr Azərbaycan incəsənəti salnaməsinin ən maraqlı səhifələrindən biri sayılır. Orta əsrlərdə Azərbaycan ədəbiyyatında və incəsənətində bir intibah dövrü yaşanıb. Həmin dövrdə Nizami Gəncəvinin "Xəmsə"sinə və Firdovsinin "Şahnamə" əsərinə çəkilmiş miniatürlər geniş yayılıb. Bu sənətin yaradıcıları məşhur Təbriz məktəbini formalaşdırıblar. Təqdim olunan nəşr həm qədim, həm də müasir dövrün mənzərəsini birləşdirən bir əsərdir. Kitab təsviri sənət sahəsində çalışanlar, mədəniyyət işçiləri, gənclər, ümumən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. "İrs" jurnalının baş redaktoru Musa Mərcanlı kitabı qədim və müasir dövrümüzü birləşdirən nəşr kimi qiymətləndirərək, bu sahədə işlərin davamlı olacağını bildirlb: Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə Regionu üzrə hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli "Təbrizin sehrli nağılları" yenidən dünyanı dolaşır" adlı məqaləsində yazır: === Kitab ətrafında qalmaqal və reaksiyalar === 20 iyul 2022-ci ildə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Təbrizin sehrli nağılları" adlı kitabla bağlı "Twitter" səhifəsində paylaşım edərək, İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib.
Min bir gecə nağılları
Min bir gecə (fars. هزار و يك شب‎ hezār o yek šab; ərəb. كتاب ألف ليلة وليلة‎ kitāb 'alf layla wa layla) — Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusu. Orijinal əlyazmasının heç vaxt tapılmamasına baxmayaraq bu nağıllar toplusunun bizim eranın 800–900-cü illərinə aid olduğu söylənilir. Nağıllar bir qayda olaraq Şəhrizadə tərəfindən əri və şahı Şəhriyara min bir gecəlik zaman müddətində nəql edilir. Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlarını da etibarsız elan edir. O qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizadəyə çatır. Ağıllı Şəhrizadə şahının niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir.
Nağılar
Nağılar (Gədəbəy)
Nağılar (Gədəbəy)
Nağılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Nağılar kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Daryurd kəndi mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Cinqaralı olmuşdur. Kəndin adı bəzən Nağdalılar variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Kiçik Qaramurad kəndindən çıxmış nağılar (digər adı cinqaralı) nəslinə mənsub ailələr salmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 311 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Nağılar (Şuşa)
Nağılar — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nağılar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Müşfiq ağıları
Müşfiq ağıları — bəstəkar Cavanşir Quliyev tərəfindən yazılmış və Mikayıl Müşfiqin faciəli həyatına həsr olunmuş oratoriya. Əsərin librettosunun müəllifi Sabir Rüstəmxanlıdır. 2022-ci il oktyabrın 14-də əsər ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mustafa Mehmandarovun dirijorluğu ilə təqdim olunub. == Haqqında == Müşfiq ağıları oratoriyası bəstəkar Cavanşir Quliyev tərəfindən 2020-ci ildə yazılıb və Mikayıl Müşfiqin faciəvi taleyinə həsr edilib. Əsərin librettosunu Sabir Rüstəmxanlı yazıb. Cavanşir Quliyev özü oratoriya haqqında bunları deyib: Bir saatdan ibarət olan əsər 13 hissədən, proloq, 6 ağı, 5 qaragüruh və epiloqdan ibarətdir. Əsərin librettosu Müşfiqin həyatını, ona qarşı olan ədalətsizlikləri, onun sevgisini, nifrətini, haqsızlığa dözümsüzlüyünü əhatə edir. Əsərdəki ağılar Ana Ağısı, Vətən Ağısı, Azadlıq Ağısı, Söz Ağısı, Eşq Ağısı, Həyat Ağısı adlanır. Bəstəkarın qaragüruh adlandırdığı 5 hissə isə Müşfiqə olan hücumları, ədalətsizlikləri və onun ölümə göndərilməsini əks etdirir. Oratoriya ilk dəfə 2022-ci il oktyabrın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Cavanşir Quliyevin yaradıcılıq gecəsində təqdim edilib.
Nağılların nağlı (film, 2015)
Nağılların nağlı (ing. Tale of tales) — 2015-ci ildə çəkilmiş, başda İtaliya olmaqla Fransa və Birləşmiş Krallığın ortaq fantastik filmi. Filmdə bir neçə nağılların ən qədim versiyalarına (Yatmış gözəl, Rapunzel, Sinderella və s.) yer verilir.