Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nalburun
Nalburun (lat. Rhinolophus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinə aid heyvan cinsi.
Böyük nalburun
Böyük nalburun (lat. Rhinolophus ferrumequinum) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. Bu fəsiləyə aid növlər arasında ən uzunudur. Uzunluğu 5,2–7,1 sm, qanadlar arasında məsafə 35–40 sm-dir. Çəkisi 13–34 q-dır. Cavan varasalar bütünlüklə boz rəngdə olur. == Yayılması == Böyük nalburunun arealı Şimali Afrikadan (Mərakeş, Əlcəzair) Avrasiyaya (Fransa, İspaniya, Kiçik Asiya, Ön Asiya, Qafqaz, Tibet, Çin, Rusiya və Yaponiya) qədər əhatə edir. Qafqazda Baş silsilədən cənuba doğru rütubətli Qaradəniz subtropiklərindən yarımsəhralra qədər olan ərazilərdə rast gəlinir. Azərbaycanda zooloji tədqiqatlar nəticəsinin başlanğıcında bu növə dəniz səviyyəsindən 1600 metrə qədər olan hündürlükdə, ən çox isə XX əsrin ikinci yarısında rast gəlmək olar. Azərbaycanın bütün ərazilərində, lakin ən çox Naxçıvan Muxtar Respublikası daxil olmaqla, Kiçik Qafqazda aşkar olunmuşdur.
Kiçik nalburun
Kiçik nalburun (lat. Rhinolophus hipposideros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. == Statusu == 3 — VU (BTMİ-nin 3.1 variantının (2004 və 2010-cu illər) qaydalarına əsasən LC). Geniş yayılmış, lakin həssas növdür. == Yayılması == Şimali Afrikadan İrlandiyaya, Böyük Britaniyaya, Şimal dənizinin sahillərinə və cənubi Polşayadək, Mərkəzi və Cənub-Şərqi Avropada, Qafqazda, Kiçik, Ön və Orta Asiyadan Tyan-Şan, Kəşmir və şimal-qərbi Himalay dağlarına qədər yayılmışdır. Qafqazda Baş silsilədən cənubda rütubətli Qaradəniz subtropiklərindən yarımsəhralaradək rast gəlinir. Azərbaycanda bu növ geniş yayılıb və 45 məntəqədə müəyyən edilib, bunlardan 4 məntəqə (9 %) XIX əsrin sonlarında, 7 məntəqə (15,5 %) XX əsrin birinci yarısında, qalan 33 məntəqə (75 %-dən çox) XX əsrin ikinci yarısında aşkar olunub. Aşkar olunduğu ən yüksək nöqtə — 2350 m d.s.h. (İstisu qəs. ətrafında).
Blazius nalburunu
Blazius nalburunu (lat. Rhinolophus blasii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. == Qısa təsviri == Ölçüləri ortadır: bədəninin uzunluğu 46-54 mm, bazusu 43,5-49,0 mm, kütləsi 10,5-13,3 qramdır. Yəhərin forması armudşəkilli, nəştərin köndələn qırışının ortasında büküm vardır. == Yayılması == Arealı Cənubi Avropanı, Şimalı və Şərqi Afrikanı, Ön, Kiçik və Orta Asiyanı, İranı və Əfqanıstanı əhatə edir. Azərbaycan hüdudlarında Böyük Qafqazın cənub yamaclarında (Şamaxı ətrafı) və Kiçik Qafqazda (Şuşa, Ordubad ətrafı, Şahbuz rayonunun, Marallı kəndi) 750-1400 m hündürlüklərdə aşkar edilmişdir. == Həyat tərzi == Bu fərdlər dağ meşələri qurşagına və dağüstü kserofitlərə uyğunlaşmışdır. Yalnız yeraltı sığınacaqlarda aşkar edilmişdir ki, bu da həmin növ üçün səciyyəvidir. İstər Azərbaycanda (yığınlarda 10-dan artıq heyvan olmamışdır), istərsə də arealın Avropa hissəsində azsaylıdır. Bu nalburunların ən böyük miqdarı (500-ə qədər) 1962-ci ilin noyabırında Azərbaycanın İranla həmsərhəd rayonlarında tapılmışdır.
Cənub nalburunu
Cənub nalburunu (lat. Rhinolophus euryale) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. == Statusu == 3 (1994 - 2000-ci illərdə BTMİ-nın Qırmızı Siyahısındə «həssas» - VU A2c növ kimi qiymətləndirilmişdir). Nadir, azsaylı, periferik növ olmaqla məhdud ərazilərdə yayılmışdır. Qafqazda ekspert dəyərləndirmələrinə görə «nəsli kəsilmək təhlükəsi» (EN) statusuna malikdir. == Yayılması == Areal R. euryale Şimal-şərqi Afrika, Cənubi Avropa, Qafqaz, Kiçik, Ön və Orta Asiyanın d.s-dən 1500 m qədər aşağı meşəlik ərazilərini əhatə edir. Qafqazda qeyri bərabər yayılmaqla d.s-dən 1250 m aşağı qeydə alınmışdır. Azərbaycanda təsadüfi fərdlər 4 məntəqədə, Kiçik Qafqazda, daha dəqiq Ordubad Milli Parkında və Dağlıq Qarabağda tapılmışdır. == Məskunlaşdığı yerlər və həyat tərzi == Azərbaycanda arid landşafta malik ərazilərdə məskunlaşmışdır. Areal daxilində cənub nalburunu oturaq növdür.
Meheli nalburunu
Meheli nalburunu (lat. Rhinolophus mehelyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. Növ tanınmış macar alımı Loyaş Mehelinin şərəfinə adlandırılıb. == Qısa təsviri == Növün özünə məxsus xüsisiyyəti göz ətrafında parlaq-boz eynəyinin olmasıdır. Bu növ rəng və kütləsinə görə Böyük nalburun və Kiçik nalburun növlərinə oxşardır. Bədənin uzunluğu 4,9-6,4 sm, quyruğun uzunluğu isə 2,1-3,2 sm olur. Qanadlar arasında məsafə isə 31 sm-dir. Çəkisi 10-23 qram təşkil edir. Bədən rəngləri mavi çalara malik parlaq-boz rəngdədir. == Yayılması == Cənubi Avropada, Şimali Afrikada, Yaxın Şərqdə, Dağıstanda və Zaqafqaziyada yayılmışdır.
Nalburunlar
Nalburunlar (lat. Rhinolophidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan fəsiləsi. == Fəsilənin ümumi xarakteristikası == Bizim faunanın başqa yarasalarından sifətlərində çılpaq dəri çıxıntıların ("nal" , "neştər", "yəhər"), traqussuz iri qulaqları, enli qanadları ilə fərqlənir. Dişilərdə 2 döş əmziyindən başqa, qasıq nahiyəsində də 2 əmzik vardır ki, bunlar balanın ana bədəninə yapışmasına xidmət edir. Cinsi yetkinliyə 2 və daha artıq yaşında çatır. Fəsiləyə 10 cinsə aid olan 130 növ daxildir. Yeganə eyniadlı nalburun cinsdən olan 80-ə yaxın nalburun Şərq Yarımkürəsinin tropik və subtropiklərində yaşayır. Onlardan ikisi (kiçik və böyük nalburunlar) şimalda İngiltərəyə və Baltik dənizinə qədər çatır. == Təsnifat == Rhinolophinae yarımfəsiləsi Cins Rhinolophus Hipposiderinae yarımfəsiləsi Cins Anthops Cins Asellia Cins Aselliscus Cins Cloeotis Cins Coelops Cins Hipposideros Cins Paracoelops Cins Rhinonicteris Cins Triaenops Qafqaz və Azərbaycan ərazisində nalburun cinsinə (lat.
Çalburun
Çalburun — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Çalburun oyk. Gədəbəy r-nunun Rüstəm Əliyev i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Govlu olmuşdur. 1903-cü ildə Govlu kəndi Çalburun adlanan dağ tirəsinin ətəyinə köçürülmüş və yeni yaşayış məntəqəsi də Çalburun adlandırılmışdır. Toponim çal (boz rəng) və burun (dağın çıxıntılı hissəsi) komponentlərindən düzəlib, "boz rəngli çıxıntı" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1848 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çalburun bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Daşburun
Daşburun dağı
Ağburun
Ağ Burun — Ağburun dağı — Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Ağburun dağı (Qaradağ) — Qaradağ rayonu ərazisində, Lokbatan qəsəbəsindən qərbdə dağ.
Daşburun (Qaraqoyunlu)
Daşburun — İğdır ilinin Qaraqoyunlu ilçəsində belde. == Coğrafiyası == == İnzibati-ərazi bölgüsü == Daşburun beldesi inzibati cəhətdən üç məhəllədən ibarətdir: Mərkəz məhəllə, İslamköy və Cənnətabad. == Əhalisi == === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Daşburun kənd cəmiyyətinin Daşburun kəndində 1.673 nəfər əhali yaşayırdı, onların hamısını etnik ermənilər təşkil edirdi.
Daşburun dağı
Daşburun dağı — Sədərək rayonu ərazisində dağ (hünd. 1239,4 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarındakı Bulaqbaşı silsiləsindən cənub-şərqə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Sədərək kəndindən 2 km şimal-şərqdədir. Orta Devonun Jivet mərtəbəsinin üst yarımmərtəbəsinə aid Arpaçay lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş qərb yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında, cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal tektonik blokuna aid edilir və geoloji quruluşda şimal-şərq istiqamətli fay qırılmaları ilə kiçik bloklara parçalanmış eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Daşburun dağı el arasında digər adı ilə Əjdəkan dağı adlanır.
Qılburun dili
Qılburun dili — Qılburun yarımadasının şimal-qərbində qumdan ibarət dil. Dnepro-Buq liman ilə Qara dənizi arasında yerləşir. Ukraynada bəzən bütün yarımadaya Qılburun dili deyilir. == Qılburun qəsri == XV əsrdə türklər tərəfindən dilin qutaracağında eyni adlı qala tililir. 1787-ci ildə Aleksandr Suvorovun rəhbərlik etdiyi ordu türk desantçılarınl məğlub etmişdir. Krım müharibəsi zamanı isə fransız və ingilis donanması qalanı darmadağın etmişdir.
Daşburun (Beyləqan)
Daşburun — Beyləqan rayonunda qəsəbə.
Ağburun (dağ)
Ağburun — Azərbaycanın Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Hündürlüyü 450 m (bəzi mənbələrdə: Hündürlüyü 196 m) == Toponimikası == Ağburun-rəng bildirən ağ və burun (dağın burun formalı çıxıntısı) sözlərindəndir. Ağburun dağının hündürlüyü 450 m-dir.
Ağburun dağı
Ağburun — Azərbaycanın Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Hündürlüyü 450 m (bəzi mənbələrdə: Hündürlüyü 196 m) == Toponimikası == Ağburun-rəng bildirən ağ və burun (dağın burun formalı çıxıntısı) sözlərindəndir. Ağburun dağının hündürlüyü 450 m-dir.
Namurun mühasirəsi (1914)
Namurun mühasirəsi (fr. Siège de Namur; 20—25 avqust 1914-cü il) - Birinci Dünya müharibəsi əsnasında keçirilən hərbi əməliyyat nəticəsində, Alman ordusunun Belçikanın Valonya vilayətinin paytaxtı Namur şəhərinə hücumu. Namur "Namur qalası" kimi tanınan,müasir fortlar (qala – əsasən qoşunlar tərəfindən işğal edilmiş bir möhkəm bina) halqası ilə əhatə olunmuşdu. 4-cü Belçika diviziyası tərəfindən müdafiə olunurdu. Mühasirə 20 avqustda başladı,Alman ordusu Leje mühasirəsi əsnasında (4-16 avqust) qazandıqları təcrübədən istifadə etdi və hücumdan əvvəl mühasirədə olan ağır mühasirə artilleriyası və dörd Avstriya-Macarıstan ağır batareyaları ilə qalaları bombardman etdilər. Fransız ordusu Şarlerua döyüşündə məğlub oldu və buna görə də möhkəmlətmək üçün Namurda yalnız bir alayı qoya bildi. Qüvvələr yetərsiz olduğuna görə mühasirəyə alınan güclü və ağır artilleriya atəşə tutuldu. Qalanın son müdafiəçiləri avqustun 25-də,4-cü Belçika diviziyasının qalıqları,5-ci Fransa ordusu vasitəsilə cənubdan geri çəkildikdən sonra təslim olmaq məcburiyyətində qaldılar. Sonda geri çəkilmənin nəticəsi olaraq,mühasirə zamanı Antverpendəki Belçika səhra ordusuna qatıldılar. == Ümumi məlumat == === Tərəflərin planları === ==== Belçika ==== Belçikanın müharibə planları,digər güclərin qüvvələrini qovacağı fərziyyəyəsinə söykənirdi.
İncə və Qalaburun toqquşmaları
İncə və Qalaburun toqquşmaları — 1946-cı ilin aprel ayında Tikantəpə və Sayınqala yolları arasındakı İncə və Qalaburun kəndlərində Məhəmməd Rza Şah Pəhləviyə yaxın qüvvələr ilə Azərbaycan Milli Hökuməti qüvvələri arasında baş vermiş hərbi toqquşmalar nəzərdə tutulur. == Zəmin == 1944-cü ilin sonlarında SSRİ ilə İranın münasibətləri pisləşdi. SSRİ-yə neft güzəştinin verilməsindən imtina edildikdən sonra SSRİ Cənubi Azərbaycanda olan etnik şikayətlərdən yararlanmaq qərarına gəldi. Nəticədə formalaşan Azərbaycan Demokrat Firqəsi 3 sentyabr 1945-ci ildə yaradıldığını elan etdi. 1945-ci il oktyabrın 2-dən 4-dək Təbrizdə ADF-nin I qurultayı keçirildi. Noyabr ayının sonların Cənubi Azərbaycan boyunca Azərbaycan Xalq Məclisinə seçkilər keçirildi. Eyni zamanda şah ordusuna qarşı da eyni anda tədbir görüldü və bu ordu birləşmələri zərərsizləşdirildi. 1-19 dekabr tarixlərində Cənubi Azərbaycanın böyük bir hissəsi faktiki olaraq ADF-nin əlinə keçdi. Dekabr ayında Xalq Konqresi özünü Qurucular Məclisi elan etmiş, o da Milli Heyət üzvlərini seçmişdi. 12 dekabrda Cənubi Azərbaycanın muxtariyyəti elan edildi.
Qışlaq-i Ağburun (Biləsuvar)
Qışlaq-i Ağburun (fars. قشلاق اق برون‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (5 ailə).
Şarlottanın toru 2: Vilburun böyük macərası
Şarlottanın toru 2: Vilburun böyük macərası (ing. Charlotte's Web 2: Wilbur's Great Adventure) — multiplikasiya filmi. Paramount Pictures tərəfindən 2003-cü ildə yaradılmış, 18 mart 2003-cü ildə təqdimatı olmuşdur. 1973-cü ildə yaradılmış Şarlottanın toru cizgi filminin davamıdır.
Şarlottanın toru 2: Uilburun möhtəşəm sərgüzəşti (cizgi filmi, 2003)
Şarlottanın toru 2: Vilburun böyük macərası (ing. Charlotte's Web 2: Wilbur's Great Adventure) — multiplikasiya filmi. Paramount Pictures tərəfindən 2003-cü ildə yaradılmış, 18 mart 2003-cü ildə təqdimatı olmuşdur. 1973-cü ildə yaradılmış Şarlottanın toru cizgi filminin davamıdır.