Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaqular
Kaqular (lat. Rhynochetidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. == Coğrafiya == Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. == Tarix == Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. == Mənbə == Donald J. Orth. Dictionary of Alaska Place Names.
Çaqulak adası
Çaqulak adası (ing. Chagulak Island) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada. == Coğrafiya == Amukta adasından sonra Dörd Dağ adaları qrupuna daxil olan ikinci qərbdə yerləşən adadır. Çaqulak yaşayışı olmayan, diametrdi 3 km olan adadır. Adada sönmüş stroto vulkan vardır. Maksimal hündürlüyü 1142 metrdir. İqlimi soyuqdur. Duman və atmosfer yağıntıları adi haldır.
Vaqula gölü
Vaqula gölü (est. Vagula järv; Vaqqola) — göl Estoniya ərazisində yerləşir. Bırumaa qəzası ərazisində, Vıru şəhərindən 2 km qərbdə qərarlaşır. 2 km aşağıda Tamula gölü qərarlaşır. Gölün sahilində Yavere, Roozizare və Yoba kəndləri yerləşir. Gölün cənubunda isə Vaqula dəmiryolu stansiyası mövcuddur. Gökün ümumi sahəsi 518,7 hektardır. Şərqdən qərbə uzunluğu 4,6 km, şimaldan cənuba eni isə 1,7 kilometrdir.. Gölün maksimal dərinliyi 11,5 metr, orta dərinliyi isə 5,2 metrdir. Sahilləri düzənlikdir, əsasən qum və gildən təşkil olunmuşdur.
Kensuke Naqay
Kensuke Naqay (d. 5 mart 1989) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Yoşikazu Naqay
Yoşikazu Naqay (d. 6 aprel 1952) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 69 oyun keçirib, 9 qol vurub.
Yuyçiro Naqay
Yuyçiro Naqay (d. 4 fevral 1979) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 1 qol vurub.
Yuyçzülyü Naqay
Yuyçzülyü Naqay (v. 506) - 492-ci ildə qardaşı oğlundan sonra taxta çıxmış jujan xaqanı. Yerinə oğlu Futu keçmişdi.
Naqay stadionu
Naqay stadionu (yap. 大阪市 長居陸上競技場) — Osaka (Yaponiya) şəhərində yerləşən stadion 1964-cü ildə inşa edilib və 23 000 tamaşaçı tutumuna malikdir. 1996-cı ildə yenidənqurma işlərindən sonra yerlərin sayı 50 000-ə qədər artırılmışdır. Serezo Osaka futbol klubunun ev arenasıdır. 2002-ci ildə stadion 2002 FİFA Dünya Kubokunun qrup mərhələsinin 2 matçını və bir dörddəbir finalını qəbul edib, 2007-ci ildə stadion təmir edilib və 2007 Yüngül Atletika üzrə Dünya Çempionatının əsas arenasına çevrilib. == 2002 Dünya Kuboku == Naqay stadionu 2002 FİFA Dünya Kubokunun üç matçına ev sahibliyi etdi.
Nağılar
Nağılar (Gədəbəy)
Nağılar (Gədəbəy)
Nağılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Nağılar kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Daryurd kəndi mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Cinqaralı olmuşdur. Kəndin adı bəzən Nağdalılar variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Kiçik Qaramurad kəndindən çıxmış nağılar (digər adı cinqaralı) nəslinə mənsub ailələr salmışlar. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 311 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Nağılar (Şuşa)
Nağılar — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Gülay Hüseynova
Gülay Hüseynova – Aktrisa, Yazıçı, Ssenarist, Aparıcı. == Bioqrafiya == Gülay Hüseynova 28 iyun 1989-cu il Bakı şəhərində müəllim ailəsində doğulmuşdur. Şair və yazıçı Məmməd Kazımın nəvəsidir. 2006-cı ildə Bakı Slavyan Universitetinin Rus Dili və Ədəbiyyatı ixtisasına qəbul olmuş, təhsil aldığı dövrdə yüksək göstəriciləri ilə fərqləndiyinə və universitetin elmi, mədəni, ictimai həyatında fəal iştirakına görə 2010-cu ildə BSU-nun Fəxri Məzunu adına layiq görülmüşdür. Respublikanın qaçqın şəhərciklərində təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsində göstərdiyi xidmətlərinə görə 2009-cu ildə İlyas Əfəndiyev Fondunun Fəxri Fərmanı ilə təltif edilmişdir. İki il pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra 2012-ci ildə rejissor Ramiz Fətəliyevin "Ən adi soyad" bədii filmində rol alaraq aktrisalıq fəaliyyətinə başlamış, 2013-cü ildə Almas İldırımın həyatından bəhs edən "Unudulmayanlar" sənədli televiziya filmində, daha sonra gürcü rejissor İrakli Apakidzenin "Həyat çiçəyi" televiziya serialında baş rollardan birini canlandırmışdır. 2015-ci ildə türk dilində yazdığı, romantik yumor janrında olan P.S. Zaten boyun da küçüktü adlı ilk kitabı yayımlandığı gündən Azərbaycanda satış rekordunu qıraraq İlin Bestselleri seçilmiş, Qızıl qələm mükafatına layiq görülmüş, 2016-cı ildə Türkiyədə də on min (10 000) tirajla nəşr edilmişdir. Bu kitab, ölkədəki rus dilli oxucu kütləsinin də böyük marağına səbəb olmaqla yanaşı, həmçinin, müasir Azərbaycan ədəbiyyatında Türkiyə türkcəsində yazmaq ənənəsinin formalaşmasına təkan vermişdir. 2017-ci ildə Türkiyədə ikinci romanı ve bir Americano yayımlanmış, Bakı, İstanbul, İzmir, Antalya, Bursa, Eskişehir, Kocaeli, Mersin, Trabzon və s. kimi böyük şəhərlərdə təqdimat və çoxsaylı imza günləri baş tutmuşdur.
Gülay Zeynallı
Gülay Tofiq qızı Zeynallı (10 iyun 1988, Bakı) — azərbaycanlı müğənni. == Həyatı == Gülay Zeynallı 1988-ci ilin 10 iyununda Bakıda anadan olub. 7 yaşında 30 saylı musiqi məktəbinin muğam sinfinə daxil olub. Paralel olaraq 7 illik fortepiona dərsləri alır. 1995-ci ildə 263 saylı orta məktəbə daxil olub. 2001-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 7-ci sinfinə daxil olub. 9-cu sinifdən isə Asəf Zeynallı adına Musiqi Kollecində təhsil almağa başlayıb. Daha sonra Milli konservatoriyada təhsilini davam etdirib. Ustadı xalq artisti Arif Babayev olub.Azad Azərbaycan televiziyasında yayımlanan "Xalq ulduzu" yarışmasının iştirakçısı olmuşdur. 2011-ci ildə "Röyamdasan" adlı albomu işıq üzü görüb.2018-ci ildə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasıda solist kimi fəaliyyətə başlayıb.Gülay Zeynallı uzun illərdir ki, yerli və xarici dövlət tədbirlərinin iştirakçısıdır.