Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
NAFTA
Şimali Amerika Azad Ticarət Assosiasiyası (ing. North American Free Trade Agreement, NAFTA; fr. Accord de libre-échange nord-américain, ALÉNA;; isp. Tratado de Libre Comercio de América del Norte, TLCAN) — Şimali Amerikada Ticarət blokunun yaradılması haqqında ABŞ, Meksika və Kanada arasındakı razılaşma. 1994-cü il yanvarın 1-də qüvvəyə minmişdir. Amerika transmilli korporasiyalarının təsiri altında ABŞ administrasiyası tərəfindən irəli sürülmüşdür. Amerika iqtisadiyyatının Kanada və Meksika iqtisadiyyatı ilə nail olunan qovuşma səviyyəsi onun dövlətlərarası rəsmiləşdirilməsini tələb edirdi. XX əsrin 90-cı illərinin əvvəllərinə dünyada baş verən siyasi və iqtisadi vəziyyətdəki radikal dəyişikliklər də buna şərait yaradırdı: Aİ öz regionunda inteqrasiya proseslərinin genişləndirilməsini və dərinləşməsini kəskin surətdə sürətləndirdi; Yaponiya, Çin və Cənub-Şərqi Asiya ölkələri səylə iqtisadi potensiallarını gücləndirirdi; Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı artırdı. Formallaşan şərait dünya bazarında Amerika korporasiyalarının rəqabət qabiliyyətini saxlamaq üçün ABŞ-nin qarşısında öz qitəsində inteqrasiya proseslərinin fəallaşdırılması vəzifəsini qoydu.
Narca
Narca — Qax rayonu ərazisində dağ. Narca - Qax rayonunun cənubunda Acınohur düzünü şimaldan əhatə edən dağın zirvəsidir. Hündürlüyü 444 metrdir. Narça variantında da qeydə alınmışdır. Tədqiqatçılara görə, oronim nar (bitki adı) sözündən və -ca (burada "yer, məkan" mənasında işlənmişdir) şəkilçisindən ibarət olub "nar kolları bitən yer, narlıq" deməkdir. Lakin bu söz Şərqi Sibir toponimiyasında nerça variantında "bələdçi", Ural toponimiyasında isə nar/ner/nör variantlarında "iti uclu dağ zirvəsi", "təpə, yüksəklik", "çıxıntı, burun" mənalarında işlənməkdədir.
Narva
Narva (est. Narva, alm. Narwa‎, rus. keç. Ругодив) — Estoniyada şəhər. İda-Virumaa vilayətin inzibati mərkəzidir. İsveç Karlskoga Danimarka Tinglev Ukrayna Donetsk Finlandiya Lahti Rusiya İvanqorod Estoniya Pyarnu Offizielle Internetpräsenz der Stadt Narvaer Kolleg der Universität Tartu Das Narvamuseum (estn./russ./en.) Stadtansicht, nach J. B. v. Fischer: Versuch einer Naturgeschichte von Livland, 2.
Sarta
Sarta (fr. Sarthe, bret. Sarthe) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 72. İnzibati mərkəzi — Le-Man. Əhalisi — 579 497 nəfər (departamentlər arasında 46-cı yer, 2010-cu ilin məlumatları). Ərazisi — 6206 km². Departamentə 3 rayon, 40 kanton və 375 kommun daxildir. Sarta — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Men əyalətinin ərazisində yerləşir.
Xarta
Xarta (gürc. ღართა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 37 nəfər idi. 2014-cü ildə 15 nəfər yaşayırdı.
Arta
Arta — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Arta kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Türk dillərində arta sözünun "sıra dağ; dağ tirəsi; alcaq dağlıq", "dağıdılmış, pozulmuş", "bolluq", "balta kupu" mənalarında işlənməsi məlumdur. Oykonimin coğrafi movqeyi əsas verir ki, onu "dağ aşırımında yerləşən kənd" kimi izah edək. 1917-ci ildə Şamaxı qəzasında Artaçı kəndi də qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == Əhalisi təqribən 45-50 nəfərdir. == İqtisadiyyatı == Arta kəndinin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olur. Əkinçilikdə kartof,buğda,arpa və eləcə də bostançılıq xüsusi yer tutur. Maldarlıqda isə qoyun və inək daha üstünlük təşkil edir.
Nara
Nara (şəhər)
Magna Carta
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bu günədək qüvvədədir. == Tarixi və strukturu == Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Maqna Karta
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bu günədək qüvvədədir. == Tarixi və strukturu == Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Marta (futbolçu)
Marta Vieyra da Silva (port. Marta Vieira da Silva; 19 fevral 1986, Dois Riaços, Alaqoas) — qısaca Marta kimi tanınan braziliyalı qadın milli futbolçu. Amerikan liqası WPS komandalarından Western New York Flash klubunda hücumçu mövqeyində oynayır. 2006, 2007, 2008, 2009 və 2010-cu illərdə beş dəfə FİFA Dünyada İlin Futbolçusu seçilmişdir. 2010-cu ildə bu mükafat ləğv edildikdən sonra yerinə gələn FIFA Ballon d'Orun da ilk sahibi olmuşdur. 2004 və 2008 yay Olimpiya oyunlarında gümüş medal qazanan Braziliya Qadın Milli Futbol Komandasının heyətində yer almışdır. 2004-cü ildə FİFA U-20 Qadınlar Dünya Kubokunda Ən Dəyərli Oyunçu (MVP) seçilərək Qızıl Top mükafatını qazanmışdır. 2007 FİFA Qadınlar Dünya Kubokunda həm ən yaxşı oyunçu olaraq Qızıl Top mükafatı, həm də Qol kralı olaraq Qızıl Buts mükafatına layiq görülmüşdür. == Klub Karyerası == === Vasco da Gama === Marta hələ 14 yaşında ikən tanınmış qadın məşqçi Helena Paçeko tərəfindən kəşf edilmişdir. Marta 2001-ci ildə klubun qadın komandasına qatılana qədər "Rio de Janeiro" klubunda oynadı və məşqlərində iştirak etdi.
Marta Argerix
Marta Argerix isp. Martha Argerich, (başqa oxuma – Marta Argeriç) 5 iyun 1941-ci ildə Buenos-Ayresde anadan olub) Argentina pianoçusu. Səhnədə ilk çıxışı 1949-cu ildə olmuşdur. 1955-ci ildən Avropada (2003-cü ildən Brüsseldə) yaşayır. F.Qulda, N.Maqalov və A.Benedetti Mikelancelidən dərs almışdır. Bolsanoda F. Buzoni adına beynəlxalq müsabiqənin (1957) mükafatına, musiqiçi -ifaçıların Cenevrədə (1957). Varşavada Frederik Şopen adına (1965) beynəlxalq müsabiqələrinin birinci mükafatına layiq görülmüşdür. Argerixin geniş repertuarında romantik musiqi (əsasən, F. Şopen və R. Şumanın) xüsusi yer tutur. Ş. Dütuanın, G. Kremerin. M. Mayskinin, M.L. Rostropoviçin.
Marta Baldo
Marta Baldo (8 aprel 1979) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Marta Baldo İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Marta Bax
Marta Bax (d. 17 fevral 1993) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Marta Bax, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Marta Bax, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Marta Kalamonte
Marta Kalamonte (30 iyul 1982) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Marta Kalamonte İspaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Marta Linares
Marta Linares (d. 31 yanvar 1986) — İspaniyanı təmsil edən bədii gimnast. Marta Linares, 2004-cü ildə İspaniyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Marta Linares, 2004-cü ildə İspaniyanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Soniya Abexon, Barbara Qonzalez, Karolina Rodrigez, İsabel Paqan və Nuriya Velasko ilə birgə finalda 45.350 xal topladı və 7-ci yeri tutdu.
Marta Pacnini
Marta Pacnini (d. 21 yanvar 1991) — İtaliyanı təmsil edən bədii gimnast. Marta Pacnini 2012 və 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi; 2012-ci ildə bürünc medala layiq görüldü. Pacnini həm də Dünya Çempionatlarının 2 qızıl və 6 gümüş medalını qazanıb. == Karyerası == Marta Pacnini birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 55.450 xal topladı 3-cü yeri tutaraq bürünc medal qazandı. Marta Pacnini 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Sofiya Lodi, Alessia Maurelli və Kamilla Patrisia ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Marta Pleys
Marta Pleys (18 sentyabr 1849, Nyu-Cersi – 20 mart 1899, Sinq-Sinq) — Elektrik stulunda ölüm hökmü verilmiş ilk qadın. == Həyatı == ABŞ-nin Nyu-Cersi şəhərində anadan olub. 23 yaşında başından zədə alıb. Qardaşının dediyinə görə o tam sağala bilməyib. səhhətində psixi problemlər olub. 1893- cü ildə Uilyam Pleyslə ailə həyatı qurur.Uilyam Marta ilə ailə həyatı qurur ki, qızı İdanın böyüməsində ona yardımçı olsun. Ancaq Marta daima öz qızlığını qısqanırmış və ölümlə hədələyirmiş. Məhz buna görə də Uilyam bir dəfə polisə zəng eləyərək Martanın həbs olunmasını istəyib.
Marta Qrehem
Marta Qrehem (ing. Martha Grehem, 11 may 1894[…] – 1 aprel 1991[…], Nyu-York ştatı) — amerikan rəqqas, xoreoqraf və baletmeyster. == Həyatı == Marta Qrehem dini ailədən idi və rəqsin günah sayılmasına baxmayaraq, bir gün ailəsi məşhur rəqqas Rut Sen-Deninin konsertinə getmək üçün icazə verdi. Bundan əlavə, ailəsinin sərt mövqeyinə baxmayaraq, Martanın valideynləri kollec təhsilinə qarşı olmadılar. Vassar Kolleci, yalnız təhsilin keyfiyyəti ilə deyil, idman ənənələri və sufrajizmə simpatiya ilə üçün də tanınırdı. Rut Sen-Denisin performansını görən Marta rəqqas olmaq istəyirdi. 1913-cü ildə Los Ancelesdəki rəqs məktəbinə girməyə icazə verildi; sonra Denisoun məktəbində, onun tərəfdaşı Ted Şaun ilə birlikdə İspaniyada təhsil aldı. Qrehemin şagirdlik dövrünü keçdiyi illərdə rəqs əsasən əyləncə kimi qəbul edildi — bu, vodevil, kostyum çıxışları, sosial topların ayrılmaz bir hissəsidir. Sənətin statusu yalnız Amerikada Avropanın bir hiyləsi hesab olunan bir rəqs balı idi. Amerika rəqs məktəblərində şagirdlər şou və kabarelərdə iştirak etmək üçün təlim keçirdilərr.
Marta Ristiburova
Marta Rostoburova
Marta Rostoburova (d. 29 mart 1996) — Özbəkistanı təmsil edən bədii gimnast. Marta Rostoburova, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Marta Rostoburova, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Samirə Əmirova, Valeriya Davidova, Luiza Qəniyeva və Zarina Qurbanova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Marta Rot
Marta Rot (May 29, 1932 – Oktyabr 7, 2016) — İtaliyada anadan olan Meksikalı film aktrisası. O, Meksika Kinosunun Qızıl əsri ərzində ulduz olmuşdur. == Filmoqrafiyası == === Filmlər === Ailə digərlərini sevir (1949) İtirilmiş şəhər (1950) Meksikada Qrinqo qız (1951) Akapulkoda serenada (1951) Ağ Xəyanətkar (1960) === Televiziya === 2007 Destilando amor - Dona Pilar Gil de Montalvo 2001 La intrusa - Norma İturbide Vda. de Del Boske 2001 El noveno mandamiento - Yevgeniya D'Anco de Betankort 1999 Mujeres engañadas - Dona Katalina Kortes Vda. de Duarte 1998 Gotita de amor - Dalila 1997 Mi pequeña traviesa - Elena 1990 En carne propia - Leda Dumont 1988 El pecado de Oyuki - Ledi Elizabet Pointer 1985 Los años pasan, Mersedes 1984 Eklips - Amalia 1981 Nosotras las mujeres - Monika 1973 Penthaus 1969 De turno con la angustia - Elena == İstinadlar == == Bioqrafiya == R. Hernandez-Rodriguez. Splendors of Latin Cinema. ABC-CLIO, 2009.
Marta Sahagun
Marta Sahagun de Foks (Marta María Sahagun Jiménez; Doğum tarixi:10 aprel 1953-cü il) — 2 iyul, 2001 ildə Meksikanın prezidenti Visente Foks ilə evlənəndən sonra, 2006-ci ilə qədər ki prezident ofisi tərk etdi,Meksikanın birinci xanımı oldu.
Marta Vaşinqton
Marta Vaşinqton (ing. Martha Washington; 13 iyun 1731, Çestnat-Qrou[d], Virciniya koloniyası[d], Böyük Britaniya krallığı – 22 may 1802[…], , Virciniya) — ABŞ siyasətçisi, 1-ci Prezidenti Corc Vaşinqtonun həyat yoldaşı.
Martina Barta
Martina Barta (çex. Martina Bárta; 1 sentyabr 1988, Praqa) — Çexiyalı caz müğənnisi. O, vokalist və eyni zamanda valtorn ifaçısıdır. Martina 4 To The Bar adlı Frankfurt-Mayndan olan caz qrupunda fəaliyyət göstərmişdir. 2017-ci ilin fevral ayında Çex telekanalı ČT Martina Bartanın Çexiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. Müğənninin müsabiqədə ifa edəcəyi mahnı olan "My Turn" mart ayında dinləyicilərə təqdim edilmişdir. Uzun məşqlərdən sonra Martina 9 may tarxində baş tutan Avroviziyanın birinci yarımfinal mərhələsində 14-cü nömrə altında səhnə almışdır. Nəticədə isə Martina 83 xalla 13-cü yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. == Həyatı == Martina Barta 1 sentyabr 1988-ci ildə Çexiyanın paytaxtı Praqa şəhərində anadan olmuşdur.
May Narva
May Narva (est. Mai Narva; doğ. 22 oktyabr 1999, Tallin, Estoniya) — Eston şahmatçı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2014). == Həyatı == May Narva şahmatçılar ailəsində anadan olub. O, eston şahmatçılar Boris Rıtovun və Merike Rıtovanın nəvəsi, FİDE ustası Yaan Narvanın və qadınlar arasında şahmat üzrə Estoniya çempionu Regina Narvanın isə qızıdır. Üç dəfə qadınlar arasında şahmat üzrə Estoniya çempionatlarında qalib olub: 2014, 2016 (əlavə turnirdən sonra), 2017. 2014-cü ildə Batumidə U16 yaş qrupunda qızlar arasında Avropa çempionu olub. 2015-ci ildə Karpaçda Estoniyanın qızlardan ibarət komandasının heyətində U18 yaş qrupunda Avropa komanda birinciliyinin qalibi olub. Estoniyanı şahmat olimpiadalarında təmsil etmişdir (2014, 2016).