TARTA

I
(Meğri)
dikbaş, həyasız. – Nəcinin u tarta qızı Şalıx bir yamandı, özi kimini yoxdı
II
(Qazax)
sahibsiz <it>
III
(Çənbərək)
mədə. – Tartana bir şey oldumu, doymadınmı?
◊ Tartasını yollamax (Çənbərək) – yemək, mədəsini doldurmaq. – Tartanı yolladınmı, ay bala?
TARRAŞDIMAX
TAS
OBASTAN VİKİ
Cenndi Tartakovski
Cenndi Tartakovski (d. 17 yanvar 1970), ABŞ animatoru, cizgi filmi ssenaristi və rejissorudur. Tartakovski, Rusiyada yaşayan yəhudi ailənin uşağıdır. 7 yaşında olarkən ABŞ-yə köçmüşdülər. Liseyi Çikaqo-da oxumuşdur və sonra Kaliforniyaya gedərək orada Kaliforniya Sənət İnstitutu-nu bitirmişdir. Craig McCracken və Rob Renzetti ilə məktəbdən dostdular. Daha sonra Cartoon Network Amerikada yayımlanan "What A Cartoon" adlı şouda''Deksterın Laboratoriyası''nın təməllərini atdı və iki il sonra 1996-da "Deksterin Laboratoriyası" Cartoon Network-da yayımlandı. Daha sonra 2001-ci ildə "Samuray Cek" adlı cizgi filmi yaratdı və son olaraq da 2003-cü ildə "Ulduz Müharibələri:Klon Müharibələri''-nin ilk seriyasını yaradanlardandır. 2005-ci ildə bu cizgi filminin bitməsindən sonra Rusiyaya geri dönmüşdür. Tartakovski Craig McCrackennin ''Powerpuff Girls'' cizgi filminin bəzi bölümlərində rejissorluq etmişdir.
Nikkolo Tartalya
Nikkolo Tartalya (ing. Niccolò Fontana Tartaglia; təq. 1499, Breşiya əyaləti[…] – 13 dekabr 1557, Venesiya) — İtaliyalı alim. kub tənliyin həll üsulunu tapmışdır.
Panthera leo tartarica
Avropa şiri (lat. Panthera leo europaea) — panter cinsinə aid nəsli kəsilmiş heyvan yarımnövü.
Saveliy Tartakover
Saveliy Qriqoreviç Tartakover (, 21 fevral 1887, Rostov-na Danu — 4 fevral 1956, Paris)— şahmatçı, qrosmeyster (1950), XX əsrin əvvəlrində dünyanın ən güclülərindən biri. Şahmat nəzəriyyəçisi, jurnalist və yazıçı, şair və tərcüməçi. Hüquqşünas. "Hipermodernizm" termini ona məxsusdur. == Bioqrafiyası == 21 fevral 1887-ci ildə Rostov-na Danu şəhərində, Bolşaya Sadovaya küçəsi, 59 nömrəli evdə anadan olmuşdur. Atası German (Qriqori) Yakovleviç Tartakover, anası isə avstriya kökənli Natalya (Eti-Ruxli) Efimovna Tartakover idi. Ailəsi 1879-cu ildən bəri «Конкуренция» mağazasına sahib idi. Valideynləri 1911-ci il fevralın 18-nə keçən gecə öz mənzilində qarət zamanı vəhşicəsinə qətlə yetirilmişdir.1899-1904-cü illərdə əvvəlcə Rostov-on-Don gimnaziyasını, sonra isə Cenevrədə College de Geneverədə oxudu. Eyni zamanda 1904-cü ildə Vyana Universitetinin Hüquq fakültəsində oxudu. Aparıcı şahmatçılarla tanış oldu: Karl Şlexter, Gesa Marosi və başqaları.
Tartan
Tartan — müxtəlif vertikal və horizontal rənglərdən ibarət olan naxış. Bu naxış Şotlandiya kiltlərində daha çox işlənir.
Tartan-partan (jurnal)
"Tartan-partan" (jurnal) — həftəlik satirik jurnal. == Haqqında == Əliheydər Qarayev nəşr etdiyi satirik jurnallarla "Molla Nəsrəddin"in jurnalistika məktəbinə təzə ruh və təravət gətirdi. 1918-ci il sentyabrın 24-də Tiflisdə onun redaktorluğu ilə "Tartan-partan" jurnalının birinci nömrəsi çapdan çıxmışdır. Vəsaitin olmaması üzündən birinci nömrədən sonra davam edə bilməyən bu jurnal qarşısına böyük məqsədlər qoymuşdu. "Məqsədimiz" adlı baş məqalədə bu barədə işarələr vardır. Jurnalda "Həkim Nuni səğir" imzası ilə "Şair" adlı hekayəsi verilmişdir. Həmin hekayə "Mirzə Səfər"in ilk variantıdır. Jurnalda şeir, xarici xəbərlər, elanlar, axırıncı xəbərlər başlığı altında satirik yazılar dərc olunmuşdur. == Həmçinin bax == Məşəl (jurnal) Molla Nəsrəddin (jurnal) == Xarici keçidlər == MİLLİ MƏTBUATIMIZIN “MƏŞƏL”İ, “TARTAN-PARTAN”I... Arxivləşdirilib 2018-06-09 at the Wayback Machine TARTAN-PARTAN, Azərbaycan dilinin izahlı lüğəti – Obastan Satirik jurnallardan "Tartan-partan" == Mənbə == N.N.Zeynalov.
Tartan (Assuriya)
Tartan (ivr. ‏תַּרְתָּן‏‎, yun. Θαρθαν, lat. Tharthan, arami. ܬܵܪܬܵܢ‎) — Assuriyada hərbi rütbə, Assuriya ordusunun baş komandanı. Yəhudi Bibliyasında tartana iki istinad var – Assuriya kralı Yərusəlimə hədələyici bir müraciətnamə çatdırmaq üçün ora bir tartan və daha iki yüksək rütbəli şəxs göndərir (2 Çar, 18:17); Yeşayahu peyğambər dövründə Assuriya kralı II Sarqon kral Yezekiya hakimiyyətindəki Aşdod şəhərinə bir tartan göndərir və şəhəri ələ keçirir.Assuriyada tartan kraldan sonra ən yüksək səlahiyyətli şəxs idi. Daha sonralar bu vəzifə ikiyə bölünmüşdür – "Tartanu imni", yəni sağ tartanı və "Tartanu şumeli", yəni sol tartanı. Növbəti dövrlərdə bu titul regional olmuşdur. Bu titul həmçinin, xarici dövlətlərin ordularına da aid edilirdi. Sarqon "Tartan Musuray", yəni Misir tartanından bəhs edirdi.
Tartan Günü
Tartan Günü (ing. Tartan Day) — Şimali Amerikada Şotlandiya irsini qorumaq məqsədilə hər il qeyd olunur. Bu tarix 1320-ci il, 6 aprel tarixində Arbroat Bəyannaməsinin imzalandığı gündə qeyd edilir. 1980-ci illərin ortalarında bu ənənə Kanadada yaranıb. 1990-cı illərdə Şotlandiya diasporunun fəaliyyət göstərdiyi digər icmalara da yayıldı. Avstraliyada oxşar Beynəlxalq Tartan Günü, tartan geyinməyi qadağan edən 1747-ci il Qadağa Aktının ləğvinin ildönümündə, 1 iyulda keçirilir. Tartan günləri adətən nəfəsli musiqi alətlərinin müşaiəti ilə paradların, Şotland milli rəqslərinin və digər Şotlandiya temalı tədbirlərin təqdimatı ilə müşahidə olunur. == Mənşə == 9 mart 1986-cı ildə Kanadada Şotlandiya irsini təbliğ etmək üçün Yeni Şotlandiyada, Şotlandiya Klanları Federasiyasının toplantısında Tartan Günü təklif edildi. Lamont Klanının başçısı Cin Vatson əyalətin qanunverici orqanlarına 6 aprelin Tartan Günü kimi tanınması üçün müraciət etdi. İlk belə bəyanat 1987-ci ilin aprelində Yeni Şotlandiya əyaləti tərəfindən verilmişdir.
Tartar (mifologiya)
Tartar ya Tartaros (yun. Τάρταρος; lat. Tartarus) qədim yunan mifologiyasında axirətin, və ya yeraltı aləmin ya cəhənnəmin dibi ya alt dibsiz qatı sayılır ki, Aidin aləmi onun üzərində yerləşmişdir. Günahkarlar, tanrılara qarşı çıxanlar burada həbs olunur.↵Bu zülmət dibsizlik yerin qatından, yerin səthindən göyə qədər olan məsafə qədər dərində yerləşmiş: Homerə görə 9 günlük məsafədə yerləşmiş tartar üç qaranlıq ya Ereb qatı və Poseydon tərəfindən çəkilmiş dəmir divar və qapılarla əhatə olunmuşdur. Əfsanəyə görə Xaosdan atılan zindan doqquzuncu gün üfüqü keçərək yerə düşərmiş. Eyni minvalla yerdən aşağı atılan zindan doqquz gün doqquz gecədən sonra zülmət qaranlıq tartara çata bilərmiş. Gündüzlər Niks tartara çəkilər, axşamlar isə yeri bürüyərmiş. Hesioda görə Xaos və Geyadan sonra doğulmuş ya yaranmışdır. Epimenidə görə Niks və Aeradan törənmişdir. Digər bir əfsanəyə görə Efir və Geyanın oğludur.
Tartariya
Tartariya (lat. Tartaria, fr. Tartarie, ing. Tartary, alm. Tartarei‎) və ya Böyük Tartariya (lat. Tartaria Magna) — coğrafi ifadə şəkildə XIII əsrdən XIX əsrədək işlənilən qərbdə Xəzər dənizi ilə Ural dağları, şərqə Sakit okean arasında yerləşən tarixi bölgə. == Tarix == Tartariya ifadəsinin ən erkən bəlli istifadəsi Navarradan səyahətçi, Tudelalı Benyaminə aiddir. O, Türkistan və tanqutların tərəfində, Moğulistanın şimalında yerləşən Tibetin Tartariya vilayətindən yazırdı.XVIII əsrdən əvvəl Avropada Mancuriya, Sibir və Mərkəzi Asiya haqqında bilgi hüdudlu idi. Bütün bu ərazi sadəcə Tartariya kimi tanınırdı və onun sakinləri tartarlar adlanırdılar. Erkən müasir dövrdə coğrafiyanın dərketməsi artıranda, Avropalılar Tartariyanın hissələrini onları kontrol edən güclərin adlarını bu sözə əlavə edərək ayrı bölgələrə bölməyə başlayıblar.
İvan Tartakovski
İvan Tartakovski Azərbaycanın Gəncə şəhərində anadan olub. Rejissor, operator, ssenarist kimi XX əsrin 20-40-cı illərində Azərbaycan kinosunda 20-dən çox bədii və sənədli filmdə işləmişdir. == Həyatı == İvan Tartakovski Gəncədə doğulub. Rejissor və operator kimi Azərbaycan kinosunda 20-dən çox film çəkmişdir. Əsas fəaliyyət illəri 1925-1941-ci illər arasıdır. Rejissor olaraq "Atəşpərəstlər məbədi", "Malyariya", "Yüksək məhsul uğrunda" və s. sənədli filmləri, operator kimi "Müxtəlif sahillərdə", "Balıqçılar", "Hacı Qara", "Qızıl kol", "Lətif" bədii filmlərini çəkmişdir. Eyni zamanda "Müxtəlif sahillərdə", "Altıncı hiss", "Yüksək məhsul uğrunda" filmlərinin ssenarisini yazıb.
Tartak (qrup)
"Tartak" (ukr. Тартак, hərf. 'Taxta-şalban mişarlayan maşın') — hip hop, repkor və alternativ Ukrayna krossover musiqi qrupu. 1996-cı ildə Lutskda təsis edilmişdir. 2019-cu ilin məlumatına görə, qrup 10 albom buraxmışdır. Onlar enerjili bəstələr və mahnı sözləri ərsəyə gətirmək üçün gitara rok, hip hop və rəqs musiqisi üslublarını qarışdırırlar. == Tarixi == "Tartak" qrupunun tarixi 1996-cı ildə başlamışdır. Məhz o zaman layihə "Çervona ruta" festivalının seçmə mərhələsində iştirak etmiş və tezliklə qalib gəlmişdir. Festivalda "O-la-la", "Mənə sevgi ver" və "Dəlisov rəqslər" mahnılarını təqdim edən "Tartak" rəqs musiqisi janrında 1-ci mükafatın qalibi olmuşdur. 1997-ci ilin sonunda, o zaman qrupu təşkil edən, daha doğrusu, sadəcə bir duet olan Saşko Polojinski və Vasili Zinkeviç-kiçiyə klaviaturaçı Andrey Blaqun və gitaraçı Andrey "Muxa" Samoylo qoşulmuşdur. 1998-ci ilin əvvəlində "Tartak" qrupunun üzvləri "Çervona ruta-97" festivalının qalibləri kimi bu heyətlə bütün Ukraynada qastrol səfərlərində olmuşdular.