Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nazlı
Nazlı bu mənaları ifadə edə bilər: Nazlı (ad) Nazlı (film, 2017) — tammetrajlı bədii komediya janrlı Azərbaycan filmi. Nazlı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Nazlı mahalı — Urmiya vilayətinin inzibati bölgələrindən biri idi. Nazlıçay — İranın Qərbi Azərbaycan ostanı vasitəsilə axan çay.
Ağ nazlı
Ağ nazlı — Azərbaycanın Naxçıvan Muxtar Respublikasına xas qədim yerli şaftalı sortu. Şirvan zonasında da yetişdirilir. Ağacının hündürlüyü 3 metrə çatır. Aprelin əvvəllərində çiçəkləyir, öz-özünü tozlayır. Hər ağacından 50–65 kq məhsul yığılır. Meyvəsi yumru, bəzən uzunsov olur. Çəkisi 70–100 qramdır. Ağımtıl-sarı və narın tüklüdür, qabığı asanlıqla soyulur. Ləti yumşaq, lifsiz, çoxşirəli və meyxoşdur. Çəyirdəkdən yaxşı ayrılır.
Heydərli (Nazlı)
Heydərli (fars. حيدرلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 202 nəfər yaşayır (56 ailə).
Nazlı (Urmiya)
Nazlı (fars. نازلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.311 nəfər yaşayır (328 ailə).Kəndin yerli əhalisi və nüfusun böyük çoxunluğu(təxminən 90faizini) etnik azərbaycan türkləri təşkil etsə də, burada az sayda ətraf kəndlərdən gəlmiş sünni etiqadlı kürdlər də yaşayırlar ki şikak boyuna bağlıdırlar. Kənddə yaşayan azərbaycanlılar məzhəbi baxımdan şiədirlər.
Nazlı Abdullayeva
Abdullayeva Nazlı Mürşüd qızı (1 iyul 1902, Ərəbşahverdi, Göyçay qəzası – 17 oktyabr 1978, Mallı Şıxlı, Göyçay rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1950). 1 iyul 1902-ci ildə indiki Göyçay rayonunun Ərəbşahverdi kəndində anadan olub. 1927-1965 illərdə Göyçay rayonunun "Yeni yol", "Azərbaycan" kolxozlarında işləmişdir. 1948-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1950-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı alıb.
Nazlı Hüseynquliyeva
Nazlı Hüseynqulu qızı Hüseynquliyeva (7 fevral 1960, Naxçıvan) — Azərbaycanın görkəmli teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti. Hüseynquliyeva Nazlı Hüseynqulu qızı. 1960-cı il fevral ayının 7-də Naxçıvan şəhərində anadan olub. 1997-ci ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktrisa kimi işə başlayıb. Nazlı Hüseynquliyeva teatrın səhnəsində Telli (Ü.Hacıbəyov. "Arşin mal alan"), Melina (N. Həsənzadə "Pompeyin Qafqaza yürüşü"), Ana (İ. Coşğun. "Ana laylası") Pəri (Ə.Əsgərov. "Qız atası"), Məryəm (S.Vurğun "Fərhad və Şirin"), Bəlx hökmdarı (K.Ağayeva "Məhsəti"), Zəhra (A. Məmmədov "Həmyerlilər"), Nona ( R. Muxtar "Şəhərli kürəkən") və başqa müxtəlif rollar oynayıb. Həmçinin Naxçıvan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda çıxış edib. Nazlı Hüseynquliyeva 2008-ci ildə Prezident mükafatçısı olub.
Nazlı Məhəmməd
Nazlı Abdulla Məhəmməd — Azərbaycanlı dövlət xadimi, Azərbaycanın Cibutidə olan Fəxri Konsulu (2017-ci ildən).
Nazlı Nəcəfova
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Nazlı Sabri
Nazlı Səbri — (ərəb. نازلي صبري‎ Nazlı Ṣəbrī; 25 iyun 1894, İsgəndəriyyə – 29 may 1978, Los-Anceles, Kaliforniya) Misir kralı I Fuadın həyat yoldaşı olub. Nazlı 25 iyun 1894-cü ildə türk və fransız əsilli ailədə anadan olmuşdur. Atası Əkinçilik Naziri və Qahirə valisi Əbdürrəhman Səbri Paşa, anası Tövfiqə Xanım Şərif idi. Ana tərəfdən o, türk əsilli baş nazir və xarici işlər naziri general Məhəmməd Şərif Paşanın nəvəsi idi. Nazlı əvvəlcə Qahirədə la Mère-de-Dieu Liseyinə, sonra isə İsgəndəriyyədəki Notre-Dam de Sion Kollecinə gedib. Anası dünyasını dəyişdikdən sonra o, bacısı ilə birlikdə iki il müddətinə Fransanın Paris şəhərindəki internat məktəbinə göndərilir. Nazlı qayıdandan sonra türk əmisi oğlu Halil Səbri ilə evlənməli olub. Ancaq on bir aydan sonra evlilik boşanma ilə başa çatdı. Misir Sultanı Fuad Nazlını ilk dəfə opera tamaşasında görüb.
Nazlı Tahirova

Nazlı Tolga
Nazlı Tolga Brenninkmeyer (8 noyabr 1979, Ankara) — türk-holland jurnalisti və xəbər aparıcısıdır. O, atasının vəzifəsi ilə əlaqədar 7 yaşında Ankaradan İstanbula köçüb. Əvvəlcə Erenköy İbtidai məktəbini, daha sonra Üsküdar Amerikan Liseyini bitirib . Universitet təhsilini Marmara Universitetinin Ünsiyyət fakültəsində tamamladı. Daha sonra Qalatasaray Universitetinin Ünsiyyət fakültəsində magistr dərəcəsi aldı. Jurnalistika karyerasına 1998-ci ildə universitetdə oxuyarkən Kanal D -də təcrübə ərizəsi qəbul edildikdən sonra başlayıb. O, ilk olaraq Kanal D-də Xarici Xəbərlər xidmətində işə başlayıb. Daha sonra Tuncay Özkan baş redaktorda gündəlik və gecə xəbərlərini təqdim etdi. Tuncay Özkan 4 il Kanal D-də qaldıqdan sonra 2002-ci ildə Tuncay Özkan ilə Doğan Qrupu arasında yaranan fikir ayrılığına görə Defne Samyeli və komandası ilə Show TV -yə keçdi. Show TV-də qaldığı 1 il ərzində gecə-gündüz xəbərləri ilə yanaşı, xüsusi müsahibələr də verib.
Nazlı mahalı
Urmiya vilayətinin inzibati bölgələrindən biri də Nazlı mahalı idi. Mahalın ərazisi 96 kvadrat km-dən ibarət idi. О, şimaldan Ənzəl, şərqdən Urmiya gölü, cənubdan Sumay, qərbdən Urmiyanın özü ilə həmsərhəd idi. Mahalın mərkəzi Saatlı qəsəbəsi idi. Bu qəsəbə öz adını Avşar elinin Səidli oymağından almışdı. Qəsəbədə mahal hakimləri, ruhanilər və başqa imtiyazlı təbəqələr əyləşərdilər. Nazlı mahalında Avşar elinin Kuhgiluyəli (Kəhgəhli) oymağı qaşam sürürdü.
Nazlı xanım
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Nazlı Əcəvit
Nazlı Əcəvit (türk. Nazlı Evevit; 4 yanvar 1900, Konstantinopol – 14 avqust 1985, Ankara) — müəllim və realist rəsssam. Türkiyənin Baş naziri Bülənt Əcəvitin anası. Fatma Nazlı 4 yanvar 1900-cü ildə o vaxtkı Osmanlı İmperiyasının paytaxtı İstanbulda anadan olmuşdur. Atası polkovnik Emin Sarqut, ana babası Kirat Paşa isə Osmanlı Sultanının köməkçisi idi. 1915-ci ildə qızlar üçün Şap Pedaqoji Məktəbini bitirdikdən sonra ilk türk sənətkarlarından biri olan Mihri Müşfik Hanımın tövsiyəsi ilə rəsm çəkməyə qərar verir. 1915-1922-ci illərdə qızlar üçün sənətlər məktəbində oxuyur. Qızlar üçün sənətlər məktəbi üçün son imtahanlar Türkiyə İstiqlaliyyət müharibəsi səbəbiylə ləğv edildiyi üçün müəllimlik sertifikatı alır. Nazlı Beşiktaş Qızlar Orta məktəbində rəsm müəllimi olaraq işə başlayır. Ardından Anadoluda, Kastamonuda valideynlərinin yanına köçür və sənət karyerasını 25 il təxirə salır.
Qaracalı (Nazlı)
Qaracalı (fars. قره جلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Nazlı bəxşi ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (29 ailə).
Rəhimabad (Nazlı)
Rəhimabad (fars. ‎رحيم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Nazlı bəxşi ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 562 nəfər yaşayır (138 ailə).
Təzəkənd (Nazlı)
Təzəkənd (fars. تازه كند‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (17 ailə).
Nazlı Səbri
Nazlı Səbri — (ərəb. نازلي صبري‎ Nazlı Ṣəbrī; 25 iyun 1894, İsgəndəriyyə – 29 may 1978, Los-Anceles, Kaliforniya) Misir kralı I Fuadın həyat yoldaşı olub. Nazlı 25 iyun 1894-cü ildə türk və fransız əsilli ailədə anadan olmuşdur. Atası Əkinçilik Naziri və Qahirə valisi Əbdürrəhman Səbri Paşa, anası Tövfiqə Xanım Şərif idi. Ana tərəfdən o, türk əsilli baş nazir və xarici işlər naziri general Məhəmməd Şərif Paşanın nəvəsi idi. Nazlı əvvəlcə Qahirədə la Mère-de-Dieu Liseyinə, sonra isə İsgəndəriyyədəki Notre-Dam de Sion Kollecinə gedib. Anası dünyasını dəyişdikdən sonra o, bacısı ilə birlikdə iki il müddətinə Fransanın Paris şəhərindəki internat məktəbinə göndərilir. Nazlı qayıdandan sonra türk əmisi oğlu Halil Səbri ilə evlənməli olub. Ancaq on bir aydan sonra evlilik boşanma ilə başa çatdı. Misir Sultanı Fuad Nazlını ilk dəfə opera tamaşasında görüb.
Nazlı (ad)
Nazlı — qadın adı.
Nazlı (dəqiqləşdirmə)
Nazlı bu mənaları ifadə edə bilər: Nazlı (ad) Nazlı (film, 2017) — tammetrajlı bədii komediya janrlı Azərbaycan filmi. Nazlı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Nazlı mahalı — Urmiya vilayətinin inzibati bölgələrindən biri idi. Nazlıçay — İranın Qərbi Azərbaycan ostanı vasitəsilə axan çay.
Nazlı (film)

Nazlı çay
Nazlıçay — İranın Qərbi Azərbaycan ostanı vasitəsilə axan çaydır. Urmiya gölünün ətrafından axıb keçir. Çay Urmiyanın su toplayıcısının bir hissəsini təşkil edir. Çay həmçinin İran, Türkiyənin ərazisindən keçir. Çayın su resurslarından istifadə olunması Urmiya gölünün səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur.
Nazlı çayı

Nazlı (film, 2017)
Nazlı — rejissor Rəhman Rafiqoğlunun tərəfindən 2017-ci ildə çəkilən Azərbaycanın tammetrajlı bədii komediya janrlı filmidir. Film Qrimm qardaşlarının "Drozdoborod kralı" nağılının motivləri əsasında çəkilmişdir. Nazlı (Xumar Səlimova), çox ağıllı və savadlı olmasına baxmayaraq, daha çox şıltaqlığa, dəbdəbəli yaşamağa, gecə klublarına, bahalı həyat tərzinə üstünlük verir. Nazlının atası Şamil(Rasim Balayev) ağır təbiətli, yaşına hörmət edən, adət-ənənəyə sadiq olan, ciddi biznesmendir. Qızının ailə həyatı qurması üçün əlindən gələni edir. Ancaq ailə həyatı qurmaq Nazlının planlarına daxil deyil. Nazlının növbəti gecə gəzintisindən sonra Şamilin səbri tükənir. O, qızının qarşısına şərt qoyur: Ya Nazlı evlənəcək, ya da Şamil qızını var dövlətindən məhrum edəcək.
Nazlı Tahirova-Nəcəfova
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Nahla El Fatiha Naili
Nahla El Fatiha Naili (ərəb. نهلة الفاتحة نايلي‎, bər. ⴻⵍ ⴼⴰⵜⵉⵃⴰ ⵏⴰⵉⵍⵉ; 14 noyabr 1986) — Əlcəzair heykəltaraşı və sənətkarı. Nahla Naili, 1986-cı ildə Əlcəzairin Hidra şəhərində doğulub. Atası vilayətindən olan, Rabah Naili elektron mühəndisliyi professoru və meteorologiya mütəxəssis idi, Cicel vilayətindən olan anası Hafida Bouhired dizaynerdir, hansının ailəsi Cəzair Casbah şəhərində yaşayırdı. Anası, nənəsinin ilk nikahından olan beş qardaşın ən kiçikidi. Ana babası Mustapha Bouhired, Parisdə "Racing Club de France football Colombes 92" İdman Klubunun futbolçusu və "Alger républicain" idman jurnalisti idi. Cezayir inqilabından əvvəl və FLN cihadçı olmadan əvvəl, Fransanı azad etmək üçün İkinci Dünya müharibəsinə qatılmışdır. 14 mart 1957-ci ildə Əlcəzairin Casbah şəhərində öldürüldü. Ana nənəsi, Fatiha Bouhired (doğma Hattali Oukhiti), həyat yoldaşı kimi bir cihadçı idi və Əlcəzair müharibəsi dövründə Əlcəzair şəhər milliyyətçiləri üçün sığınacaq olaraq ailə evlərini istifadə etdi.