Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nereidalar
Nereidalar (yun. Νηρεΐδες, Νηρηίδες) — yunan mifologiyasında sayı 50 (bəzi mənbələrdə 100) olan Nerey və Doridanın qızları. Dəniz ləpələrinin tərənnümçüləri sayılan qayğısız nereidalar gah delfinlərlə oynayar, nəğmələr oxuyar, gah da bir əlişi ilə məşğul olarmışlar. Nereidalar adlarına müvafiq olaraq insana ziyan verməyən öz yaraşıqlığı ilə onların ruhunu oxşayan dəniz hadisələrinin şəxsləşdirilmiş personajlarıdırlar. XXIV orfik nəğmə onlara həsr edilmişdir.
Perseidlər
Perseidlər - radiantı Persey bürcündə olan meteor seli. 830 ildən məlumdur. 25 iyul-20 avqust arasında müşahidə olunur (12 avqustda maksimum). Svift-Tuttl kometi ilə bağlıdır. Kometlə əlaqəsi izah edilən ilk seldir. Quruluşu mürəkkəbdir və bir neçə qola ayrılır.
Erebidlər
Erebidlər (lat. Erebidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.
Nərgizlər
Nərgizgülü (lat. Narcissus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Xoş ətirli, gözəl görunuşlü nərgizin Şimal ölkələrində öz — özünə yetişən 40 növü vardır. Ana vətəni Avropa olan bu bitkiyə İspaniya və Portuqaliyada rast gəlinir. Arıların köməyilə tozlanır. Ancaq təbii olaraq bütün Ağ dəniz sahillərində də bitir. Avropa, Şimali Amerika və Şimali Afrika ölkələrində yetişdirilir. Narcissus Poeticus növü Türkiyədə Egey bölgəsində yetişdirilir. Yarpaqları və çiçək sapları eyni olsa da, çiçəkləri bəyaz, sarı, narıncı, çəhrayı rəngdə olan növlərinə rast gəlmək olar. Gözəlliyi və ətirli olması ilə çox sevilən bu çiçəklər həm də müalicəvi əhəmiyyətə malikdir.
Nərələr
Nərələr (lat. Acipenseridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Nərələrin dünya ehtiyatının 80%-dən çoxu Xəzər dənizindədir. Uzunsov, iynəşəkilli bədənləri və sifətləri (burnu) (seyrək hallarda konusvarı və ya kürəşəkilli) vardır. Ağzı hərəkətli, dişsizdir (körpələrdə zəif dişlər olur), başın alt tərəfində yerləşmiş, ətli dodaqlarla vardır. Döş üzgəcinin ön şüasıgüclü şəkildə qalınlaşmış və tikana çevrilmişdir. Bel üzgəci quyruğatərəf itələnmişdir. Fəsilənin 4 cinsi var: bölgə, nərə, kürəkli və yalançı kürəkli. Bunlardan Azərbaycanda ilk 2 cinsin nümayəndələri vardır. Dişisi dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılır.
Nərgizlər vadisi
«Nərgizlər vadisi» (ukr. «Долина нарцисів») — Karpat biosfer qoruğunun xüsusi qorunan massivi. Ərazi Ukraynanın qərbində, Zakarpatiya vilayətinin ərazisində yerləşir. 1992-ci ildə Karpat biosfer qoruğunun tərkibinə və Biosfer qoruqlarının ümumdünya şəbəkəsinə daxil edilmişdir. Qoruq dəniz səviyyəsindən 180-200 metr yüksəklikdə, Xustsko-Solotvinski vadisinin qərbində, Tisa çayının qədim terrasında yerləşir. Qoruğun sahəsi 257 hektar olub düzənlik relyefə malikdir. Relikt nərgizlər vadisinin yaranmasına səbəb buzlaq epoxaları olmuşdur. Dağlıq ərazilərdən buzlağın təsiri ilə sürüşərək aşağıya enən böyük torpaq kütləsi ilə həm də unikal bitkilər də gəlmişdir. Buzlağın çəkilməsindən sonra yüksəkliklərdən axıb gələn sular ərazinin akklimatizasiyasına səbəb olmuş və nərgiz bitkisi geniş əraziyə yayılmışdır. Tədricən bölgədə palıd meşələri çoxalmış və nərgizgüllərinin ərazisi tədricən azalmışdır.
Nərələr (yarımfəsilə)