Nereidalar (yun.Νηρεΐδες, Νηρηίδες) — yunan mifologiyasında sayı 50 (bəzi mənbələrdə 100) olan Nerey və Doridanın qızları. Dəniz ləpələrinin tərənnümçüləri sayılan qayğısız nereidalar gah delfinlərlə oynayar, nəğmələr oxuyar, gah da bir əlişi ilə məşğul olarmışlar.
Nereidalar adlarına müvafiq olaraq insana ziyan verməyən öz yaraşıqlığı ilə onların ruhunu oxşayan dəniz hadisələrinin şəxsləşdirilmiş personajlarıdırlar. XXIV orfik nəğmə onlara həsr edilmişdir.