Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nevroz
Nevroz — sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir. “Nevroz” termini ilk dəfə 1776-cı ildə Şotlandiya həkimi U.Qullen tərəfindən təklif edilmişdir. XIX əsrin axırlarına qədər bir sıra somatik nevroloji, psixi və s. xəstəliklər nezrozlar kimi təsvir edilirdi. F.Pinel karlığı,korluğu, bağırsaq keçilməzliyini, tetanus xəstəliyini də nevroz hesab edirdi. M.Romberq isə hətta iflicləri, beyin sifilisini, mühiti sinir sisteminin xəstəliklərini nevrozlar kimi təqdim etməyə cəhd göstərmişdir. XIX əsrin sonuna doğru patoloji anatomiyanın, histologiyanın inkişafı ilə əlaqədar olaraq nevroz probleminə münasibət dəyişməyə başladı və onun MSS-də heç bir dəyiçiklik törətməyən, sırf funksianal xəstəlik olması sübuta yetdi. 1911-ci ildə P.Jane nevrozların yaranmasında psixogeniyaların rolunu sübut edərək göstərdi ki, sadə reaksiyalar (psixonevroloji əlamətlər) daha mürəkkəb reaksiyaların (ASF-in) çatışmazlığı, daha doğrusu onların tarazlığının pozulması nəticəsində meydana çıxır. Bu ideyanı müdafiə edən P.Duboya (1912) “nevroz” terminini “psixonevroz” termini ilə əvəz etməyi təklif etdi. Nevrozların müasir təsnifatı hələ də mübahisəlidir.
Nevroz Uysal Aslan
Nevroz Uysal Aslan (1991, Kəmərli[d]) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Nevroz Uysal Aslan 1991-ci ildə Şırnak ilində anadan olub. 2014-cü ildə İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq Diyarbəkir Vəkillər Kollegiyasında çalışıb. Azadlıq Uğrunda Hüquqşünaslar Dərnəyinin İstanbul şöbəsinin İdarə Heyətinin üzvü olub. Beynəlxalq platformalarda həbsxanalarda təcrid, qadın hüquqları, insan hüquqları və qarşıdurma mövzusunda məruzələrlə çıxış edib. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şırnak ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının Katibi vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 1 uşaq anasıdır.
Sarışan hallar nevrozu
Obsessiv-kompulsiv pozuntu və ya qısaca OKP , həmçinin sarışan hallar nevrozu — narahatıq yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (kompulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. OKP yetişkin insanlarda görünən ən yayılmış psixiki pozuntudur. Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort varadır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin "qüsurlu dövranı" yenidən işə düşür. Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.
Nekroz
Nekroz (νέκρωσις "ölüm") — otoliz nəticəsində canlı toxumalarda hüceyrələrin erkən ölümünə səbəb olan hüceyrə ziyanının bir formasıdır. Nekroz hüceyrə və ya toxuma xaricində olan, infeksiya və ya travma kimi amillər, hüceyrə komponentlərinin nizamsız həzminə səbəb olur. Əksinə, apoptoz hüceyrə ölümünün təbii, proqramlaşdırılmış və hədəflənmiş bir səbəbidir. Apoptoz tez-tez bədənə faydalı təsir göstərsə də, nekroz demək olar ki, həmişə zərərlidir və ölümcül ola bilər . Nekroza görə hüceyrə ölümü apoptotik siqnalın ötürülmə yolunu izləmir, əksinə müxtəlif reseptorları aktivləşdirir, bu da hüceyrə membranının bütövlüyünün itirilməsinə gətirib çıxarır və hüceyrə ölümü məhsullarının hüceyrə xaricindəki boşluğa nəzarətsiz buraxılması . Bu, ətrafdakı toxumada leykositləri və fagositoz yoluyla ölü hüceyrələri məhv edən yaxınlıqdakı faqositləri cəlb edən iltihablı bir reaksiyaya başlayır. Bununla birlikdə, leykositlər tərəfindən sərbəst buraxılan mikroblara zərər verən maddələr ətrafdakı toxumalarda kollateral zədələnməyə səbəb ola bilər. Bu artıq təminat ziyanı şəfa prosesini maneə törədir. Beləliklə, müalicə olunmayan nekroz hüceyrə ölümü yerində və ya yaxınlığında çürüyən ölü toxuma və hüceyrə zibillərinin yığılması ilə nəticələnir. Klassik bir nümunə qanqrenadır.
Newroz TV
«Newroz» — «Kurdish Media Foundation» şirkətinin sahibləndiyi beynəlxalq kürd telekanalı. Kanal ümumi auditoriyası 78 ölkədən izləyən təqribən 10.000.000 nəfərdir. Telekanal 21 mart 2007-ci ildən bəri kürd, lur, fars və ingilis dillərində yayım edir. Telekanalın adı Novruz bayramına bir istinaddır. Telekanalın verilişləri adətən İran Kürdüstanındakı kürd problemini əhatə edir. Telekanalın baş qərargahı İsveçdə yerləşir.
Hevron
Əl-Xəlil (ərəb. الخليل‎), həmçinin Hebron və ya Hevron (ivr. ‏חֶבְרוֹן‏‎) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Neqros
Neqros (taqal Negros) — Filippin arxipelaqına daxil olan orta ölçülü adadır. Arxipelaqın mərkəzində yerləşir. Adanın uzunluğu 180 km, sahəsi isə 13 074,5 km². Adanın əhalisi 4 194 525 nəfər (2010 il) təşkil edir. Neqros Visay adalarına daxildir. Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan Sulu dənizi ilə əhatələnir. Ən hündür nöqtəsi Kandaon vulkanıdır (2464 m). Qərbi alçaqdır və kiçik çaylar bura istiqamətlənir. Qonşu Panay və Tanon adalarından Himaras boğazı ilə ayrılır. Panay adasına nisbətən quraqdır, il ərzində 1600 – 2000 mm yağıntı düşür.
Neyriz
Neyriz — İranın Fars ostanının şəhərlərindən və Neyriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 45,180 nəfər və 11,970 ailədən ibarət idi.
Neyron
Neyron — sinir sisteminin struktur-funksional vahidi. Dendrit, Akson, Ranvier buğumcuğu, telodendrit şaxələri, Şvann qişası, Hüceyrə cismi, Nüvə Neyron sinir sisteminin morfo-fizioloji və ya histo-fizioloji quruluş və genetik vahidi hesab olunur. XIX əsrin axırlarında meydana çıxmış bu nəzəriyyəyə neyron nəzəriyyəsi (R. Kaxal) deyilir. Bəzi müəlliflərin fikrincə neyronlar bir-birilə neyrofibrillər vasitəsilə rabitədədir, yəni neyrofibrillər qırılmadan bir neyrondan digər neyrona keçir. Bu nəzəriyyəyə neyrofibrilyar ya neyropil nəzəriyyə deyilir. Bu nəzəriyyə düzgün hesab edilmir. Neyron nəzəriyyəsinə görə sinir sistemi ayrı-ayrı neyronlardan təşkil olunmuşdur. lakinqeyd etmək lazımdır ki, neyronların arasında həmişə müəyyən bir əlaqə yaranır. Deməli neyronlarda olan müstəqillik şərtidir. Sinir sistemi bölünmüşdür və eyni zamanda tamdır.
Novruz
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز‎ (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez) — Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Nyevro
Nyevro (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Şevron
Şevron (chevron) — V və ya digər şəkildə fərqlənmə nişanı:
Neron
Neron (lat. NERO CLAVDIVS CAESAR AVGVSTVS GERMANICVS; 15 dekabr, 37–9 iyun, 68) — Yulilər-Klavdilər sülaləsindən son Roma imperatoru (54–68). Klavdi tərəfindən övladlığa götürülmüş və vəliəhd təyin olunmuşdur. Neron Klaudius, Sezar Drusus kimi, 13 oktyabr 54-cü ildə imperator Klaudiusun ölümündən sonra Roma taxtında oturmuşdur. 54-cü ildən 68-ci ilə qədər imperiyanı idarə edən Neron diqqəti diplomatiyaya, ticarətə və imperiyanın mədəni səviyyəsinin artırılmasına yönəltmişdir. Teatrlar tikilməsini əmr etmiş və atletika yarışları təşkil etmişdir. Onun hakimiyyəti dövründə Parfiya İmperiyası ilə uğurlu müharibə aparıldı, ardınca sülh danışıqları aparmış (58–63), 60–61-ci illərdəki İngilis üsyanı yatırılmış və Yunanıstanla diplomatik əlaqələri möhkəmləndirmişdir. 68-ci ildə hərbi çevrilişlə devrilən Neron, Roma Senatı tərəfindən edam təhlükəsi altında vəzir Epafroditosun köməyi ilə özünü öldürmək məcburiyyətində qalmışdır. Məşhur tarix Neronu şorgöz və zalım kimi xatırlayır. İmperatorların və xristianların ilk təqibçilərindən biri kimi tanınır.
Nivoz
Nivoz (fr. nivôse, lat. nivosus — qarlı) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin oktyabrından 1 yanvar 1806 cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən IV ay (21/23 dekabr — 19/21 yanvar) .
Nervon (Sevilya)
Nervon (isp. Nervión) — Sevilya şəhər bələdiyyəsinin inzibati on bir rayonundan biri.
Nevton Qriqoryan
Nevton Avanesoviç Qriqoryan (6 dekabr 1920, Bakı – fevral 1979) — Azərbaycan-sovet kamançaçalanı, Azərbaycan SSR xalq artisti (1978). Nevton Qriqoryan 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1934-cü ildən Bakıda A. İoannesyanın rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrində işləmişdir. Peşəkar musiqiçi kimi öz yaradıcılıq fəaliyyətinə 1936-cı ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında başlamış və 40 ildən artıq burada işləmişdir. Azərbaycan klassik musiqisi, muğamlar, rənglər, təsniflər Nevton Qriqoryanın yaradıcılığında mühüm yer tutmuşdur. Müslüm Maqomayevin, Asəf Zeynallının və başqa Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirən N. Qriqoryan Moskvada birinci Azərbaycan incəsənəti ongünlüyünün, xalq musiqi alətləri ifaçılarının ümumittifaq müsabiqəsinin iştirakçısı olmuşdur. O, Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, bir sıra medallarla təltif edilmişdir. Nevton Qriqoryan Xan Şuşinski, Zülfü Adıgözəlov və başqa xanəndələri müşayiət etmiş, SSRİ-nin bir sıra şəhərlərində, eləcə də İran, İraq, Suriya və Livanda çıxış etmişdir. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 sentyabr 1954 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 11 yanvar 1978 "İgidliyə görə" medalı — 6 noyabr 1947 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров.
Neyriz şəhristanı
Neyriz şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Neyriz şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 105,241 nəfər və 28,664 ailədən ibarət idi.
Neyron şəbəkə
Neyron şəbəkələr — Çıxıntılar vasitəsilə impulsları ötürən neyronlar öz aralarında qarşılıqlı təsirdə olmaqla neyron şəbəkələr əmələ gətirirlər. Adətən neyron şəbəkələrin, strukturalarına və təyinatlarına görə fərqlənən üç əsas tipini göstərirlər. Birinci tip ierarx şəbəkələr adlanır. Belə şəbəkələrdə məlumat ierarxiyanın bir səviyyəsindən digərinə ardıcıl keçirilməklə ötürülür. Neyron şəbəkələrin ikinci tipinə məhdud təsir dairəsinə malik olan neyronlardan formalaşmış lokal şəbəkələr aiddir. Bu tip lokal şəbəkənin neyronları erarxiyanın bir səviyyəsi çərçivəsində məlumatı emal edirlər. Bu zaman funksional lokal şəbəkə özünü nisbi izoleolunmuş ləngidici və yaxud da həyəcanlandırıcı struktura kimi təqdim edir. Neyron şəbəkələr əsas olaraq 3 hissəyə ayrılırlar: 1. Tam əlaqəli şəbəkələr; 2. Çoxlaylı neyron şəbəkələri; 3.
Neyron şəbəkələr
Neyron şəbəkələr — Çıxıntılar vasitəsilə impulsları ötürən neyronlar öz aralarında qarşılıqlı təsirdə olmaqla neyron şəbəkələr əmələ gətirirlər. Adətən neyron şəbəkələrin, strukturalarına və təyinatlarına görə fərqlənən üç əsas tipini göstərirlər. Birinci tip ierarx şəbəkələr adlanır. Belə şəbəkələrdə məlumat ierarxiyanın bir səviyyəsindən digərinə ardıcıl keçirilməklə ötürülür. Neyron şəbəkələrin ikinci tipinə məhdud təsir dairəsinə malik olan neyronlardan formalaşmış lokal şəbəkələr aiddir. Bu tip lokal şəbəkənin neyronları erarxiyanın bir səviyyəsi çərçivəsində məlumatı emal edirlər. Bu zaman funksional lokal şəbəkə özünü nisbi izoleolunmuş ləngidici və yaxud da həyəcanlandırıcı struktura kimi təqdim edir. Neyron şəbəkələr əsas olaraq 3 hissəyə ayrılırlar: 1. Tam əlaqəli şəbəkələr; 2. Çoxlaylı neyron şəbəkələri; 3.
Neyron şəbəkələri
Neyron şəbəkələr — Çıxıntılar vasitəsilə impulsları ötürən neyronlar öz aralarında qarşılıqlı təsirdə olmaqla neyron şəbəkələr əmələ gətirirlər. Adətən neyron şəbəkələrin, strukturalarına və təyinatlarına görə fərqlənən üç əsas tipini göstərirlər. Birinci tip ierarx şəbəkələr adlanır. Belə şəbəkələrdə məlumat ierarxiyanın bir səviyyəsindən digərinə ardıcıl keçirilməklə ötürülür. Neyron şəbəkələrin ikinci tipinə məhdud təsir dairəsinə malik olan neyronlardan formalaşmış lokal şəbəkələr aiddir. Bu tip lokal şəbəkənin neyronları erarxiyanın bir səviyyəsi çərçivəsində məlumatı emal edirlər. Bu zaman funksional lokal şəbəkə özünü nisbi izoleolunmuş ləngidici və yaxud da həyəcanlandırıcı struktura kimi təqdim edir. Neyron şəbəkələr əsas olaraq 3 hissəyə ayrılırlar: 1. Tam əlaqəli şəbəkələr; 2. Çoxlaylı neyron şəbəkələri; 3.
Novruz (ad)
Novruz — Azərbaycan kişi adı və təxəllüs. Novruz Rizayev — Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22.05.1927 – 10.07.1929), Bakı Şəhər Soveti sədrinin müavini. Novruz Qurbanov — Azərbaycanın Milli Qəhrəmanı. Novruz ağa Oyrot — Elxanlı sərkərdəsi. Novruz Qartal — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2013). Novruz Axundov — Azərbaycan aktyoru və rejissoru. Novruz Ağayev — biblioqraf, tədqiqatçı, şair. Bu təxəllüsü olan tanınmış şəxslər Cabir Novruz — Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi.
Novruz Allahverdi
Novruz Allahverdiyev
Novruz Aslanov
Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri. Aslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. 1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi.
Novruz Axundov
Novruz Ağa oğlu Axundov (9 may 1938, Naxçıvan) — Azərbaycan aktyoru və rejissoru. Novruz Ağa oğlu Axundov 1938-ci il may ayının 29-da Naxçıvanda doğulub. Anası Qərbi Azərbaycanın Dərələyəz mahalından, atası Şərurdandır. Uşaq ikən ailəsi Bakıya köçüb. Ailə əvvəl Kürdəxanı, sonra Pirşağıda yaşayıb. Novruz Axundov 1955-ci ildə Kürdəxanı orta məktəbini bitirib. 1962-ci ildə İncəsənət İnstitutunun "Kino və dram aktyorluğu" fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun tələbəsi olub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib. Novruz Axundov "Əhməd haradadır" filmində "Uzunduraz Oqtay" rolunu oynayıb.
Əvrəz
Əvrəz — Azərbaycanda insanlar arasında tarixən təşəkkül tapmış və geniş yayılmış qarşılığlı yardım formalarından biri. Azərbaycanda qarşılıqlı yardımın çox geniş yayılmış formalarından biri də əvrəz olmuşdur. Bu el köməkliyinin adı ərəbcə "təsadüfi" "fövqəladə hadisələr" mənasını verən "əvariz" sözündən götürülmüşdür. Görünür, Azərbaycanın Kəlbəcər və Qazax rayonlarında yaşayan ayrımlar arasında bu qarşılıqlı yardım formasının "avaya" adı ilə tanınması da bununla əlaqədardır. "Əvrəz" Azərbaycanın əksər bölgələrində "iməcilik" anlayışının sinonimi kimi işlədilsə də, bəzi bölgələrdə, o cümlədən Şirvan və Quba bölgələrində əsasən ağır zəhmət tələb edən təsərrüfat işlərində yalnız kişilərin iştirakı ilə təşkil edilən el köməkliyinə deyilirdi. Azərbaycan tarixşünaslığında əvrəzdən, yanlış olaraq feodal mükəlləfiyyətlərindən biri kimi bəhs olunur. Rus alimi İ. Petruşinski Azərbaycanda feodal münasibətlərindən bəhs edərkən əvrəzi Səfəvilər dövlətində feodal mükəlləfiyyətlərindən biri hesab etmişdir. O daha sonra qeyd edir ki, Azərbaycanda kəndlilər XVIII–XIX əsrlərdə bəy və mülkədarların xeyrinə məcburi işlədikləri "biyar"dan əlavə ildə iki gün "əvrəz"ə də çıxmalı idilər. Azərbaycan alimlərindən M. Əfəndiyev və İ. Həsənov da bu səhv müddəaya əsaslanaraq öz tədqiqatlarında əvrəzi XVIII–XIX əsrlərdə Azərbaycan feodal mükəlləfiyyətlərindən biri kimi təhlil etmişlər. Əvrəzin feodal mükəlləfiyyəti olması haqqında yanlış fikir öz əksini 7 cildlik "Azərbaycan tarixi"ndə də tapmışdır.