Nevton Avanesoviç Qriqoryan (6 dekabr 1920, Bakı – fevral 1979) — Azərbaycan-sovet kamançaçalanı, Azərbaycan SSR xalq artisti (1978).
Nevton Qriqoryan | |||
---|---|---|---|
Ümumi məlumatlar | |||
Doğum tarixi | |||
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR | ||
Vəfat tarixi | (58 yaşında) | ||
Vətəndaşlığı | SSRİ | ||
Musiqiçi məlumatları | |||
Fəaliyyəti | musiqiçi | ||
Fəaliyyət illəri | 1934–1979 | ||
Janrlar | klassik musiqi, muğam, xalq musiqisi | ||
Musiqi aləti | kamança | ||
Mükafatları |
|
Nevton Qriqoryan 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1934-cü ildən Bakıda A. İoannesyanın rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrində işləmişdir.[1] Peşəkar musiqiçi kimi öz yaradıcılıq fəaliyyətinə 1936-cı ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında başlamış və 40 ildən artıq burada işləmişdir.[2]
Azərbaycan klassik musiqisi, muğamlar, rənglər, təsniflər Nevton Qriqoryanın yaradıcılığında mühüm yer tutmuşdur. Müslüm Maqomayevin, Asəf Zeynallının və başqa Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirən N. Qriqoryan Moskvada birinci Azərbaycan incəsənəti ongünlüyünün, xalq musiqi alətləri ifaçılarının ümumittifaq müsabiqəsinin iştirakçısı olmuşdur. O, Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, bir sıra medallarla təltif edilmişdir.[2]
Nevton Qriqoryan Xan Şuşinski, Zülfü Adıgözəlov və başqa xanəndələri müşayiət etmiş, SSRİ-nin bir sıra şəhərlərində, eləcə də İran, İraq, Suriya və Livanda çıxış etmişdir.[1]