Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nohur
Nohur (rus. пруд, ing. pond, pool) — sahəsi 1 km²-dən böyük olmayan süni su hövzəsi, kiçik çay dərələrində, qobularda, yarğanlarda qazma və bənd tikmə yolu ilə yaradılır. Səth və ya yeraltı sularla dolur. Nohur su təchizatı, suvarma, balıqyetişdirmə və su quşlarının çoxaldılması üçün, eləcə də sanitar və idman məqsədilə yaradılmış süni su hövzəsidir.
Nohur (Bostanabad)
Nohur (fars. نهر‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 159 nəfər yaşayır (45 ailə).
Nohur (dəqiqləşdirmə)
Nohur
Nohur bulağı
Nohur bulağı — Azərbaycanın Qazax rayonunun Ağköynək kəndində bulaq. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur.
Nohur gölü
Nohur gölü və ya Nohurqışlaq su anbarı — Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. 1949-cu ilə kimi təbii göl kimi mövcud olan Nohur gölünün ətrafı sıx qamışlıq və su bitkiləri ilə örtülü bataqlıq, mərkəzi hissəsindəki dərin çuxurluqda isə sarı-yaşıl rəngdə suyu olan göl yerləşirdi. 1949-cu ildə bu gölün cənub hissəsində — Güllü burun dağı ilə Yumuru dağ arasında uzunluğu 850 m, hündürlüyü 8–10 m, eni 4–6 m olan torpaq bənd çəkilərək su anbarı yaradılmışdır. Su anbarının hazırda uzunluğu 1925 m eni 1355 metr, sahəsi 240 hektardır. Maksimum dərinliyi 24 m-ə, suyunun həcmi isə 16 milyon m³-ə çatır. Nohurqışlaq su anbarına Dəmiraparan (70%) və Vəndam (30%) çaylarının suyu axıdılır. Nohurqşılaq su anbarı qeyd olunan çayların suyunu tənzimləməklə yanaşı Qəbələ, Ağdaş, Göyçay və Ucar rayonlarının təsərrüfatlarının suya olan təlabatını ödəmək məqsədi daşımasına görə mühüm əhəmiyyət kəsb edir. Digər tərəfədən əhalinin sıx məsgunlaşıdığı bölgə, Qəbələ İsmayıllı – Bakı avtomabil yolunun kənarında yerləşən bu sututar yerli əhalinin, turist və qonaqların ən çox maraq göstərdikləri istirahət zonalarından biridir. Nohurqışlaq su anbarından göl balıqçılarının (akvakultura) və idmanın (avarçəkmə) inkişaf etdirməsi baxımından da əhəmiyyəti böyükdür. Hazırda su anbarının şimal, cənubi qərb və şərq sahillərində istirahət zonaları fəaliyyət göstərir.
Ağ nöyüt
Kerosin və ya ağ neft — neftin qovulmasından alınan şəffaf neft məhsulu. Onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir. == Tərkib və xüsusiyyəti == Sıxlıq 0.78-0.85 g / cm³ (+20 °C-də), özlülük 1.2-4.5 mm² / s (+20 °C-də), parlama nöqtəsi + 28… + 72 °C, avtomatik yanma temperaturu 200-400 °C (asılı olaraq mühitin təzyiqi), yanma istiliyi təxminən 43 MJ / kq-dır. Doymuş alifatik karbohidrogenlər – 20-60 % Neftin kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq onun tərkibinə aşağıdakılar daxildir: doymuş alifatik karbohidrogenlər — 20—60 %, Naften karbohidrogenləri – 20-50 %, Bitsiklik aromatik karbohidrogenlər – 5-25 %; Doymamış karbohidrogenlər – 2 %-ə qədər. Kerosinin aşağıdakı növləri fərqləndirilir: aviasiya, lampa (əlavə olaraq qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir), texniki, həlledici (əlavə olaraq aromatiksizləşdirilir). Xalq təbabəti aviasiya və lampa kerosinini istifadə edir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Kohat
Kohat — Pakistanın Hayber-Paxtunxva əyalətində şəhər. Şəhərin əsası 15-ci əsrdə qoyulub. Əhalisi təxminən 229 min nəfərdir. Şəhər Pakistanda əsasən "Puştun dairəsi" olaraq anılır.
Lorut
Lorut — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Nobuo
Nobuo — Yaponiyada ad. Nobuo Fucişima — keçmiş Yaponiya futbolçusu. Nobuo Kavakami — keçmiş Yaponiya futbolçusu. Nobuo Matsunaqa — keçmiş Yaponiya futbolçusu. Nobuyo Fucişiro — keçmiş Yaponiya futbolçusu.
Nokaut
Nokaut (ing. knockout; knock – vurmaq, out – kənar, bayır) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi, yaxud huşunu itirməsi, hakim 8-dək sayınca özünə gəlib, döyüşü davam etdirə bilməməsi. Döyüşçü nokautla uduzan boksçu ilə azı 3 ay müddətinə yarışlarda iştirak etmək qadağan olunur. Nokdaun (ing. knockdown; mənası – sarsıdıcı zərbə) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi. Nokautdan fərqli olaraq nokdaun vəziyyətinə düşmüş boksçu hakim 8 sayınca özünə gəlib yarışı davam etdirmək iqtidaraında olur.
Norit
Norit — süxur, tərkibində monoklin piroksen əvəzinə çox vaxt rombik piroksen (bronzit, yaxud hipersten) olan qabbro. Tərkibində iki başlıca minerallardan (labrador və rombik piroksen) başqa üçüncü mineral iştirak edirsə, onun adına görə ilmenitli (35–40%), kvarslı, olivinli və başqa növlərə ayrılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Noxud
Noxud (Cicer arietinum L.) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Noğul
Noğul — Novruz bayramı süfrəsinin şirniyyat növlərindən biri. Sirkə cövhəri əlavə edilməklə bişirilən qatı şəkər şərbəti, keşniş toxumu ve düyü unundan hazırlanır. Forması yumru, səthi kələ-kötür, rəngi ağ, bəzən çəhrayı və sarı olur. Qedim zamanlardan el bayramları, məişət şənlikləri və digər mərasim məclislərinin ziyafət süfrələrində çərəz (xuşgəbar) kimi işlənmişdir. Tarixən yaranmış və ənənə halında zəmanəmizədək çatmış el adətinə görə xalq bayramları, xeyir işlərlə (nişan, toy və s.) əlaqədar çay destgahı, nişan və bayramlıq xonçası və s. tədbirlərdə noğuldan geniş istifadə edilir.
Qohum
Qohumluq münasibətləri — yaxın genetik münasibətləri olan insanların sosial qrupu.
Qovut
Qovut — Azərbaycanın milli mətbəxinə daxil olan şirniyyat növlərindən biri. Əsasən qış ayları hazırlanır. Xüsusi ilə səhər yeməyində yeyilir. Qovut hazırlamaq üçün buğda yaxşıca (sacda) qovrulur. Qovurğa hazırlanır. Hazırlanmış qovurğa isti-isti əl dəyirmanı və ya həvəngdəstə ilə üyüdülür. Kərə yağı əridilir, isti su və ya süd əlavə edilir. Bunun üzərinə hazırlanan qovut qatılır. Nəticədə qatı və qəhvə rəngli kütlə alınır. Qovutun üzərinə şəkər tozu və ya bal, duz qatılır.
Şovut
Şovut — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Telavar, Porsova, Jiy və Horonu kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 255 nəfərdən ibarətdir.[mənbə göstərin] Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. Keçmişdə Şovut kəndi də Telavarın parçası idi. 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir. 1970-ci illərdə, Şovut Azərbaycan SSR, Yardımlı rayonunun, Telavar kənd sovetinə daxildir.
Noua
Noua və ya Noa — Mərkəzi və Şərqi Rumıniyada, Moldova və Ukraynanın qərbində yayılmış tunc dövrünə (e.ə. II minlliyin son rübü) aid arxeoloji mədəniyyət. Rumıniyanın Noua kəndi yaxınlığındakı qəbiristanlığın adı ilə adlandırılmışdır. Noua üçün dirəküstü evlər, təsərrüfat quyuları və s. səciyyəvidir. Ölülər sayları təqribən 200 olan torpaq qəbirlərdə bükülü vəziyyətdə, bəzən yandırılaraq dəfn olunmuşdur. Qəbirlərdən kobud və ya bir qədər nazik şüyrələnmiş qara, boz keramika, sancaqlar, tunc nizə və sümük ox ucduqları və s. aşkar edilmişdir. İbtidai icma quruluşunda yaşayan Noua tayfaları əsasən maldarlıq, qismən də əkinçiliklə məşğul olmuşlar. Мелюкова А. И. Памятники скифского времени лесостепного Среднего Поднестровья // Материалы и исследования по археологии СССР, № 64, М., 1958; Балагурі Е. А. Могильник культури Ноа на Станіславщині, «Археологія», 1961, т.
Ivan Bohun
İvan Bohun (ukraynca; Iван Богун, polyakca; Iwan Bohun; 1618, Bratslav[d] – 27 fevral 1664, Novhorod-Siverskyi[d]) — Ukrayna kazaklarının polkovniklərindən biri. 1654-1667-ci illər arasında Polşa-Litva İttifaqının Rus Çarizmi ilə müharibəsində Polyaklarla birlikdə iştirak etmişdir. İvan Bohunun ölümü hər il Lvovda xatırlanır.
Jozef Nqyut
Jozef Dion Nqyut (ing. Joseph Dion Ngute; fr. Joseph Dion Ngute; 12 mart 1954, Ndian[d], Cənub-qərb bölgəsi[d]) — 2019-cu ilin yanvarında təyin edildikdən sonra hazırda Kamerunun 9-cu Baş naziri olan Kamerunlu siyasətçi. O, 2009-cu ildən bu vəzifədə çalışan Filemon Yanqı əvəz edib. == Həyatı == Nqyut Kamerunun ingilis dilində danışılan Cənub-qərb bölgəsində anadan olub və eyni zamanda yerli qəbilə rəisidir. Nqyut Kamerunun Cənub-qərbində yerləşən Bonqonq Barombidə anadan olub. 1966–1971-ci illərdə Buea İkidilli Liseyində təhsil alıb və burada "A Advanced" səviyyəsini Baş Təhsil Sertifikatı alıb. 1973–1977-ci illərdə II Yaunde Universitetində aspirantura təhsili aldı və oranı hüquq diplomu ilə bitirdi. Sonra 1977–1978-ci illərdə Londonda Kraliça Meri Universitetinə qəbul oldu və burada hüquq üzrə magistr dərəcəsi aldı. 1978–1982-ci illərdə İngiltərədə Vorvik Universitetində hüquq üzrə doktorluq proqramını keçdi.
Layoş Koşut
Layoş Koşut (mac. Lajos Kossuth) (d. 19 sentyabr 1802, Monok, Macarıstan, ö. 20 mart 1894, Turin, İtaliya)- macar əsilzadə, hüquqşünas, jurnalist, siyasi xadim, dövlət adamı və 1848–1849-cu illər Macar inqilabı ərəfəsində Macarıstanın qubernatoru == Həyatı == Layoş Koşut 19 sentyabr 1802-ci ildə Zemplen əyalətinin Monok kəndində dünyaya gəlmişdir. Atası Lazlo Koşut, anası Karolina Veber olmuşdur. Onun ailəsi Felvidek bölgəsinin adlı-sanlı ailələrindən biri idi. Uşaqlıqdan yaxşı təhsil görən Layoş Budapeşt Universitetində hüquqşünas ali təhsili almış, Fransız, Latın, Alman, İngilis dillərini öyrənmişdir. == Siyasi fəaliyyəti == Siyasi fəaliyyətinə ilk dəfə Peşt şəhərində başlamışdır. İlk əvvəl reformist müxalifətin üzvlərindən olmuş, Pozsoni parlamentinə girmişdir. Öz düşüncələrini yaymaq üçün əl yazma qəzetlər çıxarmağa başlayan Layoş bu yolla parlamentin fəaliyyətləri, qərarları barədə əhaliyə məlumat vermişdir.
Mariya Bohun
Mariya Bohun (ing. Mary de Bohun; təq. 1369 – 4 iyul 1394, Piterboro qəsri[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı IV Henrinin ilk xanımı və V Henrinin anası. Əri onun vəfatından sonra İngiltərə taxtına çıxdı və bu səbəblə Mariya heç vaxt İngiltərə kraliçası ola bilmədi. == Həyatı == Herford qrafı Hemprey Bohun və xanımı Yuanna Fitzalanın qızı olan Marqarita ana şəcərəsindən Uels monarxlarının sülaləsindən gəlir. O və bacısı Eleonora atasının önəmli mülklərinin varisi idi və bu səbəblə kiminlə evlənəcəkləri mühüm problemə çevrilmişdi. Bacısı Eleonora III Eduardın kiçik oğlu Tomasla evləndi. Ancaq Tomas xanımının mirasının bölüşdürülməməsi üçün baldızını rahibə olmağa və kilsəyə qapanmağa məcbur edirdi. Gentli Conla müttəfiq olan xalasının köməyilə Tomasın yanından qaçdı və Arundel qalasına sığındı. Daha sonra bu qalada Gentli Conun oğlu Henriylə evləndi.
Neoseiulus nodus
Neoseiulus nodus (lat. Neoseiulus nodus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Nihat Anılmış
Nihat Anılmış (türk. Nihat Anılmış) (1876, Plovdiv – 31 may 1954, İstanbul) — Türk əsgəri və siyasətçisi. Osmanlı ordusunda zabit və Türk ordusunun general idi. 1894-cü il may ayının 28-də, təhsil aldığı hərbi akademiyanı 1896-cı ilin 17 avqustunda leytenant rütbəsi ilə bitirmişdir. 17 yanvar 1900-cü ildə Döyüş Akademiyasını kapitan rütbəsi ilə bitirmişdir. Balkan müharibələrində, Birinci Dünya müharibəsində və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 1913-cü ildə Balkan müharibəsində döyüş zamanı yaralanaraq bolqarla əsir düşmüş və və həmin ilin sonunda azad edilmişdir. 1943–1950-ci illərdə Ankaranın millət vəkili kimi fəaliyyət göstərmişdi.
Nihat Bekdik
Nihat Asım Bekdik (17 mart 1902, Konstantinopol – 21 iyun 1972, İstanbul) — müdafiəçi mövqeyində oynamış Türkiyə futbolçusu. Qalatasaray liseyinin şagirdi olan Nihat Bekdik karyerası boyu (1916–1936) Qalatasarayda çıxış etmişdir. Klubun heyətində 6 dəfə İstanbul Futbol Liqasını qazanmışdır, komandanın kapitanı olmuşdur. Formasında təsvir olunmuş şir şəklinə və göstərdiyi oyuna görə azərkeşlər ona "aslan" ləqəbini vermişdilər. Sonradan bu ləqəb bütöv "Qalatasaray" klubuna şamil olunmağa başlandı. 26 oktyabr 1923-cü ildə Nihat Bekdik, Rumıniya ilə yoldaşlıq oyununda Türkiyə millisinin heyətində debüt etdi. 1924 və 1928-ci illərdə Olimpiya oyunlarının iki futbol turnirində iştirak etmişdir. 14 oktyabr 1927-ci ildə Nihat Bekdik Bolqarıstan komandası ilə yoldaşlıq oyununun 85-ci dəqiqəsində fərqlənərək millinin heyətində ilk və yeganə qolunu vurdu. Nihat Bekdik üçqat atlama və yüksək atlama yarışlarında da müvəffəqiyyət qazanmışdır. 1923-cü ildə üçqat (11,92 m) və yüksək atlamalarda (1.58 m) Türkiyə rekordlarını vurdu.
Nihat Hatipoğlu
Nihat Hatipoğlu (11 may 1955, Diyarbəkir) — Türk alim, ilahiyyatçı) — Qaziantep İslam Elm və Texnologiya Universitetinin Rektoru. Hazırda ATV telekanalında həftəlik proqramları davam etməkdədir. Diyarbəkirdə, 11 may, 1955-ci ildə dünyaya gələn Nihat Hatipoğlu, Siirt və Malatyada ibtidai məktəb oxumuşdur. 1975-ci ildə Uşak İmam Xətib Liseyini və Uşak Liseyini bitirib. 1981-ci ildə Ankara Universitetinin İlahiyyat Fakültəsini bitirdi. Eyni fakültədə Hədis Baş Elm sahəsində Qurani Kərimin Anlaşılmasında Hədislərin Rolu adlı çalışması doktor, 2000-ci ildə dosent, 2012-ci ildə isə professor olmuşdur. Hazırda Diclə Universiteti ilahiyyat Fakültəsinin Hədis Baş Elm sahəsində müəllim vəzifəsində işləyir. 1985-1987-ci illər arasında Misirdə Ərəbcə təhsil alıb. Sonradan isə Türkiyədə Quran Kurslarından birində müdir kimi çalışmışdır. Hazırda Diyanət İşləri Nazirliyində Din İşləri Ali Qurum mütəxəssisi vəzifəsində işləyir.
Köhül
Köhül (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Köhül (Şəbüstər) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. Köhül (Bicar) — İranın Kürdüstan ostanının Bicar şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Köhül (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Köhül (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Köhül (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Xaraba-i Köhül (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd.
Möhüc
Möhüc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Möhüc oyk., sadə. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Ehtimala görə, kəndin adı ərəb dilindəki mouc (səngər, sədd, bənd) sözü ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1329 nəfər əhali yaşayır.
Söhüb
Söhüb — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Söhüb oyk., sadə. Quba r-nunun Rük i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Əsl adı Söhübqaladır. Sonralar qala sözü düşmüşdür. Kəndin yaxınlığındakı dağda Divlərqala adlı qəd. qalanın xarabalıqları var. Bəzi tədqiqatçılara görə, söhüb komponenti fars dilindəki soub (tərəf, səmt, istiqamət) sözünün təhrif formasıdır. Onların fikrincə, Söhübqala “qala tərəfi, qalanın səmti” mənasındadır.
Söğüt
Söğüt — Biləcik ilinin bir ilçəsidir. Osmanlı Bəyliyinin birinci paytaxtıdır. Mahalın əhalisi 31.12.2010 TÜİK məlumatlarına görə 25.679 nəfər dir.
Özüt
Özüt - türk və altay xalq inancında can. Üzüt və ya Öz (Ös) də deyilir. Məşhur olaraq istifadə edilən və bir-biriylə əlaqəli iki mənası var: Həyat gücü. Adamın həyatda olmasının göstəricisi. Ən çox quş, ilan və balıq olaraq təmsil edilər. Ruh anlayışıyla yaxından əlaqəlidir. Dörd qanadlı Bürküt quşu ordular döyüşərkən üzərlərində gəzər, çünki bu quş bütün bir ordunun ruhudur. "Öz Yerinə Öz" (Aylanu) anlayışı isə bir adamın başqasının yerinə ölməyi qəbul etməsidir və ən gözəl və ən mükəmməl nümunəsi Dəli Dumrul əfvalatında iştirak edər. Özütlerin öldükdən sonra toplandığı yerə gedən iki çaydan bəhs edilir. Bu çay yeni ölənlərin ruhlarını ora aparar.
Köhül (Bicar)
Köhül (fars. كهل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 58 nəfər yaşayır (14 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Köhül (Şəbüstər)
Köhül (fars. كهل‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 242 nəfər yaşayır (63 ailə).