Nihat Hatipoğlu (11 may 1955[1], Diyarbəkir) — Türk alim, ilahiyyatçı[2]) — Qaziantep İslam Elm və Texnologiya Universitetinin Rektoru[3]. Hazırda ATV telekanalında həftəlik proqramları davam etməkdədir.
Nihat Hatipoğlu | |
---|---|
türk. Nihat Hatipoğlu | |
Doğum tarixi | 11 may 1955[1] (69 yaş) |
Doğum yeri | Diyarbəkir, Türkiyə |
Vətəndaşlığı | Türkiyə |
Həyat yoldaşı | Emel Hatipoğlu |
Uşaqları |
Məhəmməd Səid Hatipoğlu Osman Hatipoğlu |
İxtisası | Akademik, İlahiyyatçı |
Təhsili | Ankara Universiteti |
Fəaliyyəti | akademik[d] |
Fəaliyyət illəri | 2009 — h.h |
nihathatipoglu.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Diyarbəkirdə, 11 may, 1955-ci ildə dünyaya gələn Nihat Hatipoğlu, Siirt və Malatyada ibtidai məktəb oxumuşdur. 1975-ci ildə Uşak İmam Xətib Liseyini və Uşak Liseyini bitirib. 1981-ci ildə Ankara Universitetinin İlahiyyat Fakültəsini bitirdi. Eyni fakültədə Hədis Baş Elm sahəsində Qurani Kərimin Anlaşılmasında Hədislərin Rolu adlı çalışması doktor, 2000-ci ildə dosent, 2012-ci ildə isə professor olmuşdur. Hazırda Diclə Universiteti ilahiyyat Fakültəsinin Hədis Baş Elm sahəsində müəllim vəzifəsində işləyir. 1985-1987-ci illər arasında Misirdə Ərəbcə təhsil alıb. Sonradan isə Türkiyədə Quran Kurslarından birində müdir kimi çalışmışdır. Hazırda Diyanət İşləri Nazirliyində Din İşləri Ali Qurum mütəxəssisi vəzifəsində işləyir.[4] Bundan başqa, 11 mart 2017-ci il tarixi etibarilə YÖK üzvlüyünə dəvət olunmuşdur.
Nihat Hatipoğlu, milli televiziya kanallarında dini proqramları hazırlayıb təqdim etməyə "Kanal A" telekanalından başladı. Həmçinin Ankarada yayım göstərən iki yerli radioda (Arifan Radio, Hədəf Radio) 10 ildən bəri fasiləsiz olaraq həftəlik yayımlarına hələ də davam edir. 2004-cü ildə Ramazan ayında Flash TV-də, 2005-ci ildə Ramazan ayında Star TV-də Sahur proqramlarını təqdim etmişdir. 2005-ci ildə Star TV-də Dosta Doğru proqramını təqdim etdi. 2005–2010 illəri arasında Ramazan ayı müddətində Star TV-də İftar və Sahur proqramlarınının aparıcılığını edib. Proqramları hal-hazırda Türkiyədə bir çox radioda yayımlanır. Hazırda ATV-də həftəlik proqramları davam edir. Qırxdan çox nəşr olunmuş DVD, CD-si mövcuddur. Türkiyə daxilində və xaricində seriya konfransları davam edir.
18 yanvar 2019-cu ildə Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Qaziantep İslam Elm və Texnologiya Universitetinə rektor təyin edilmişdir.[4]
2014-cü ildə Nihat Hatipoğlu Ramazan ayına özəl ATV-də yayımlanan proqram üçün aylıq 600 min TL aldığı və hovuzlu bir villada yaşadığı iddia edildi.[5][6][7] Hatipoğlu isə "20 ildir Keçiörəndəki eyni evimdə yaşayıram. Villam, hovuzum, evimin qarşısında yağış yağanda içinə su dolan bir çuxurum belə yoxdur. ATV-dən ayda 600 min lirə aldığım iddiası da yalandır" deyərək bu iddiaları yalanladı.[8][9]
Avqust 2014-cü ildə Türkiyənin ilk rəsmi ateist dərnəyi olan Ateizm Dərnəyi, ATV-də yayımlanan proqramda tamaşaçılardan gələn bir sualı cavablandırarkən işlətdiyi "Ateistlərin ən böyük atası Şeytan, yəni elə sayılsa, Şeytan onlardan daha təmizdir" cümləsini göstərərək kin və düşmənçiliyə təhrik, İslama yönəlikləşdirmə iddiaları cinayət olaraq bildirildi.[10][11] Xatırladaq ki, sonradan "ateistlərə qarşı həmişə xoş mövqe nümayiş etdirmişəm" sözləri ilə özünü müdafiə etdi. Prokurorluq ifadələrin şəxslərə deyil, fikirlərə qarşı olduğu səbəbilə cinayət işini rədd etdi.[12]