Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Believer
"Believer" — Amerikan rok qrupu olan Imagine Dragons tərəfindən ifa olunmuş mahnıdır. Musiqi ilk dəfə 2017-ci ilin fevralın 1-də nümayiş edilmişdir. Musiqinin klipi 2017-ci il mart ayının 7-si yayımlanmışdır və burada Dolf Lundqren rol alıb. "Believer" nüfuzlu musiqi hit-paradı olan Billboard Hot 100-də top 20 siyahısına daxil olmuş həmçinin Billboard "Hot Rock & Alternative Songs" siyahılarında üst pillələrdə qərarlaşmışdır. Əlavə olaraq "Canada Alternative Rock Chart", "Rock Airplay", "Rock Streaming Songs", "Rock Digital Sale Songs" kimi musiqi siyahılarında üst pillələrdə yer tutmuşdur. Musiqi həmçinin Çexiya, İtaliya, Slovakiya, Avstriya, Portuqaliya və İsveçrədə ilk 10-luğa daxil olmuşdur.
Non-no
Non-no (ノン-ノ) – Shueisha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. Qızlar üçün nəzərdə tutulub. Tokio şəhərində nəşr olunur. Jurnalın oğlanlar üçün nəzərdə tutulmuş versiyası "Men's Non-no" ilk dəfə 1987-ci ildə nəşr olunub. == Tarixi == "Non-no" 1971-ci ildə iki həftəlik jurnal kimi qurulmuşdur. İlk buraxılışı 1971-ci ilin fevralında işıq üzü görmüşdür. Jurnalın adı aynu dilində "çiçək" mənasına gələn sözdən gəlir. "CanCam" jurnalı kimi "Non-no" jurnalı da Yaponiyanın köklü dəb jurnallarından biridir. Jurnal yeniyetmə və 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulub. Dedi-qodulara köklənmək əvəzinə "Non-no" jurnalı oxucularını öz kimliklərini inkişaf etdirməyə kömək edən materiallarla tanış edir.
Non siamo soli
Non Siamo Soli — 2007-ci ildə Eros Ramazotti və Riki Martin tərəfindən italyan dilində ifa olunan mahnıdır. Puerto-Rikolu Riki Martin ispan əsilli olmasına baxmayaraq, bu mahnını italyan dilində ifa edib. Bu mahnının klipi 2007-ci ilin noyabrında işıq üzü görmüş və ABŞ -da çəkilmişdir. Sözləri italyan musiqiçisi Kabbalaya və Roma bəstəkarı Giudettiyə məxsusdur .
Persona non grata
Persona non grata termini (Latınca, cəm formada: personae non gratae — "arzuolunmaz şəxs"), diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi ölkənin hökuməti tərəfindən arzu olunmayan təmsilçi kimi qəbul etdiyi şəxs. Xarici diplomat və ya nümayəndə qəbul edən ölkə tərəfindən persona non qrata elan edildikdə, bu o deməkdir ki, həmin şəxs artıq qəbul edilmir və ölkədən çıxarılır. Bu hərəkət adətən ev sahibi ölkə tərəfindən rəsmi və güclü diplomatik etiraz kimi qəbuledilməz hesab edilən və ya ev sahibi ölkənin maraqları ilə uyğun olmayan davranışa cavab kimi həyata keçirilir. Kimisə persona non-qrata elan etmək imkanı, diplomatik münasibətlər sahəsində ev sahibi ölkənin suveren hüququdur. Ev sahibi ölkə səfir və ya digər diplomatlar kimi diplomatik heyətin üzvünü ətraflı izahat vermədən ölkədən çıxarmaq səlahiyyətinə malikdir.
Non bis in idem
Non bis in idem (lat. Eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz) — bu prinsipin mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Prinsip Roma mülki hüququnda formalaşmışdır. Lakin mahiyyət etibarilə ümumi hüquqda formalaşmış double jeopardy (autrefois acquit) konsepsiyası ilə eyniyyət təşkil edir. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt double jeopardy vəziyyətindən azad olmaq hüququna təminat verir, lakin bu, iki dövlət tərəfindən həyata keçirilən təqiblərə şamil edilmir (əgər müvafiq ekstradisiya müqaviləsi bunu qadağan etmirsə). Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu non bis in idem prinsipinin fərqli formasını təsbit edir. == Roma Statutu və ad hoc BMT tribunalları == Beynəlxalq Cinayət Məhkəməsini (BCM) yaradan Roma Statutu müəyyən edir ki, non bis in idem prinsipinin, xüsusilə də Avropa dövlətüstü hüququ ilə müqayisədə xüsusi mənası var. BCM-nin yurisdiksiyası milli qanunvericiliyi tamamlayır və Roma Statutunun 20-ci maddəsi müəyyən edir ki, prinsip ümumi mənada qalsa belə, əgər dövlətüstü məhkəmənin yurisdiksiyasının mövcudluğu kifayət etməzsə, nəzərə alına bilməz. YBCT Nizamnaməsinin 10-cu maddəsi və RBCT Nizamnaməsinin 9-cu maddəsinə görə müvafiq prinsip əsasən ad hoc tribunalının hökmlərinin yerli məhkəmələrdən "daha güclü" olduğunu aydınlaşdırmaq üçün tətbiq edilə bilər. Başqa sözlə, əgər beynəlxalq məhkəmələr eyni cinayətlərə görə artıq cəza müəyyən etmişdirsə, milli məhkəmələr beynəlxalq məhkəmənin yurisdiksiyasında olan cinayətlər üzrə cavabdehlərə qarşı tədbir görə bilməz.
Transatlantic non-stop (albom)
Transatlantic non-stop - Çili qrupu Altiplano və Səyavuş Kəriminin birgə layihəsi olan musiqi albomu. Albomda Altiplano qrupu və Azərbaycanın görkəmli muğam ifaçıları tərəfindən müasir miks olunmuş Çili, Ekvador və Azərbaycan xalq mahnıları yer tutub.
De minimis non curat lex
lat. De minimis non curat lex – (Qanun xırdalıqlarla məşğul olmur) – Hüquqi prinsip. == Nümunə == Çoxmilyonlu müqavilədə 10 manatın ödənməməsi müqavilə şərtlərinin pozulması deyil. Böyük bir kitabdan bir cümlənin istifadə olunması müəlliflik hüquqlarını pozmur.
Lex iniusta non est lex
Lex iniusta non est lex (azərb. Ədalətsiz qanun, ümumiyyətlə qanun deyil‎) — standart hüquqi maksim. Prinsip Müqəddəs Avqustin tərəfindən ortaya atılmış və daha sonra Akvinalı Foma tərəfindən istifadə edilmişdir. Martin Luter Kinq bu deyimi mülki hüquqlar hərəkatı zamanı afroamerikalılara qarşı irqi seqreqasiya və ayrı-seçkiliyi təsvir etmək üçün sitat gətirmişdir. Bu nöqteyi-nəzər təbii hüquq nəzəriyyəçiləri olan Con Finnis və Lon Lüis Fuller ilə əlaqələndirilir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Law and Morality, Edited by Kenneth Einar Himma, Seattle Pacific University, U.S. and Brian Bix, University of Minnesota, U.S. Philosophical theory and the Universal Declaration of Human Rights, William Sweet (ed.).
Non mi avete fatto niente
Non mi avete fatto niente (azərb. Sən mənə heç nə etmədin‎) — İtaliyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Ermal Meta və Fabritsio Moro dueti "Non mi avete fatto niente" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca onların bu mahnı ilə İtaliyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcəkləri öz təsdiqini tapmışdır. Mahnı ifaçıların italyan söz yazarı Andrea Febo ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Mahnının əsas mövzusu dünyadakı müharibələr və son illərdə Avropanın və dünyanın müxtəlif şəhərlərində baş vermiş terror aktlarıdır. Mahnının sözlərində terror hücumuna məruz qalmış şəhərlərdən London, Nitsa, Barselona və Qahirənin adları çəkilir. "Non mi avete fatto niente" Mançester Arenadakı terror hadisəsindən sonra yazılmışdır.
Believe
Believe — Rusiyani 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnıdır. 2008 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi "Believe" ("İnan") mahnısı ilə 26 yaşlı Dima Bilan Avroviziya Mahnı Müsabiqəsində 272 xal toplayaraq qalib gəldı.
Believe (mahnı)
Believe — Rusiyani 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnıdır. 2008 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi "Believe" ("İnan") mahnısı ilə 26 yaşlı Dima Bilan Avroviziya Mahnı Müsabiqəsində 272 xal toplayaraq qalib gəldı.
Con Bon Covi
Con Bon Covi (ing. Jon Bon Jovi; əsl adı John Francis Bongiovi) — ABŞ-dən musiqiçi, bəstəkar, aktyor və qurucusu olduğu öz adını daşıyan rok musiqi qrupu Bon Jovinin solistidir. Bu günə qədər qrupu ilə on bir studiya albomuna imza atan Con Bon Covi solo fəaliyyət göstərərək iki albom da yayımlamışdır. Con Bon Covi 1995-ci ildə "Moonlight and Valentino" filmi ilə kino aktyorluq karyerasına başladı və bu günə qədər on üç kino filmində rol alan musiqiçi Sex and the City və Ally McBeal kimi müxtəlif TV seriallarında qonaq aktyor olaraq yer aldı. The Jon Bon Jovi Soul Foundation vəqfinin qurucusu olan sənətçi bir çox xeyriyyəçilik işləri ilə də məşğuldur. 2005-ci ildə Luizianada qasırğada evlərini itirənlər üçün 28 ev tikdirdi və bu evlərin yerləşdiyi küçəyə Bon Jovi Bulvarı adı verldi. Con Bon Covi, 2000-ci il ABŞ prezident seçkilərində Al Gore, 2004-ci ildə John Kerry və 2008-ci ildə Barak Obamanın namizədlik kampaniyalarında iştirak etdi. Musiqiçi, Arena Futbol Liqası komandalarından Philadelphia Soulun da qurucularındandır. 2012-ci ildə Billboard jurnalı Con Bon Covi'yə musiqi dünyasının ən güclü və ilham verici 100 insanı siyahısında yer verdi. 2010-ci ildə Forbes jurnalı isə musiqiçini 125 milyon dollarlıq qazancla 2010-ci ilin ən çox qazanan ikinci musiqiçisi olaraq təyin etdi.
Con Fon Neyman
Con fon Neyman (ing. John von Neumann; 28 dekabr 1903[…], Budapeşt, Avstriya-Macarıstan – 8 fevral 1957[…], Uolter Rida adına Ordu tibb mərkəzi[d]) — ABŞ riyaziyyatçısı və fiziki. == Həyatı == Con Lüis fon Neyman 28 dekabr 1903-cü ildə Budapeşt şəhərində doğulub. İmkanlı macar bankirinin böyük övladı idi. Onun qeyri-adi qabiliyyəti çox erkən üzə çıxmışdı. 6 yaşında bir-neçə əcnəbi dil bilirdi, səkkiz rəqəmli ədədləri beynində bölürdü, 8 yaşında isə ali riyaziyyatın əsaslarını mənimsəmişdi. Con fon Neyman 22 yaşında Budapeştdə Pajmani Peter Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi, eyni zamanda İsveçrə Federal Texnologiya İnstitutunun kimya mühəndisliyi üzrə diplomunu almışdır. Hələ 19 yaşı olanda, riyaziyyat üzrə iki məqalə dərc etdirmişdir. Con fon Neyman oyunlar nəzəriyyəsinin əsasını qoymuşdur. Çoxluqlar nəzəriyyəsi, həndəsə, operatorlar nəzəriyyəsi, riyazi iqtisadiyyat və s.
Ho Yon Çon
Ho Yon Çon (kor. 정호연; 23 iyun 1994, Cənubi Koreya) – Cənubi Koreya modeli və aktrisası. "Vogue" jurnalı tərəfindən "Koreyanın növbəti top modeli" kimi adlandırılmışdır. "Koreyanın növbəti top modeli" şousunun 4-cü mövsümündə yarışmış və ikinci yeri tutmuşdur. Models.com saytı tərəfindən "Top-50" modeldən biri kimi seçilmişdir. The Society Management, Elite Model Management, Nomad Management, ESteem Models, Saram Entertainment agentlikləri ilə əməkdaşlıq edir. 2021-ci ilin oktyabrında Louis Vuitton brendinin qlobal səfiri seçilmişdir. == Şəxsi həyatı == Ho Yon Çon 23 iyun 1994-cü ildə Cənubi Koreyanın Seul şəhərində anadan olub. İki bacı-qardaşı var. Donduk Qadınlar Universitetindən məzun olmuşdur.
Hon Yon-Ho
Hon Yon-Ho (d. 6 may 1974) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Yon Byun-Son
Yon Byun-Son (d. 27 noyabr 1963) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Yon Byun-Son Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Yon Hyoi-Son
Yon Hyoi-Son (d. 28 aprel 1964) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Yon Hyoi-Son Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Çon Hye Yon
Jung Hye-young (14 dekabr 1973, Seul) — Cənubi Koreya aktrisası. == Filmoqrafiyasi == Televiziya drama.
Believe (Dima Bilan mahnısı)
Believe — Rusiyani 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnıdır. 2008 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi "Believe" ("İnan") mahnısı ilə 26 yaşlı Dima Bilan Avroviziya Mahnı Müsabiqəsində 272 xal toplayaraq qalib gəldı.
Bon
Bon Jovi
Con
Con (ing. John) — ingilis kişi adı. Con Qarner — Amerika Birləşmiş Ştatlarının 32-ci vitse-prezidenti. Con Kelhun — Amerika Birləşmiş Ştatlarının 7-ci vitse-prezidenti. Con Adams — Amerika Birləşmiş Ştatlarının 1-ci vitse-prezidenti və 2-ci prezidenti Con Tayler — Amerika Birləşmiş Ştatlarının 10-cu prezidenti və 10-cu vitse-prezidenti Con Adeyr — liderlik və liderlik qabiliyyətinin inkişafı sahəsində dünyanın ən nüfuzlu alimlərindən biri Con Edqar Quver — ABŞ dövlət xadimi, ABŞ-nin Federal Təhqiqat Bürosuna yarım əsr ərzində rəhbərlik edib Con Fante — italyan əsilli amerikan yazıçı və ssenarist Con Nyumen — ingilis müğənni. Con Sina — amerikan profesional güləşçi, bodibilder, reper və aktyor. Con Tinni Makkatçen — ABŞ qəzet siyasi karikaturisti, onu "amerika karikaturistlərinin dekanı" adlandırırdılar. Con Vilyam Dreper — Amerika kimyaçısı və fizioloqu. Con Lindli — İngiltərə botaniki. Con Eduard Qrey — Britaniya zooloqu.
Don
Don — Dünyada işlədilən şəxs adı. Bu adı olan tanınmış şəxslər Don Keefer — aktyor.
Eon
Eon [yun. aion – zaman] == Ümumi məlumat == Yerin geoxronoloji bölgüsündə ən böyük vaxt vahidi. Yer planetinin geoloji inkişaf mərhələsi iki eona bölünür: Kriptozoy və Fanerozoy. “Kriptozoy” termini “gizli həyat”, “Fanerozoy” termini isə “aşkar həyat kimi tərcümə edilir. Bu adlar Eonlara həmin dövrlərə aid süxurlarda heyvan qalıqlarının aşkar olunub-olunmaması əsas götürülərək verilib. Birinci Eon – Kriptozoyun adı və stratiqrafik bölgüsü barədə elmi mübahisələr uzun müddət davam etməkdədir və bu, lüğətlərdə, ensiklopediyalarda öz əksini tapır. Onların bəzilərində belə bölgünün olmadığı, digərlərində 2, yaxud 3 dövr (era) bölgüsünün olduğu göstərilir. Lakin Beynəlxalq Stratiqrafiya Komissiyasının 2013-cü ildə tərtib edərək sayta yerləşdirdiyi geoloji vaxt xəritəsini əsas götürsək, Kembriyəqədərki Eon üç hissəyə ayrılır: Heyden (Yerin yaranma tarixindən – 4,6-3,9 mlrd. il əvvələdək), Arxey (3,9-2,5 mlrd. il əvvələdək), Proterozoy (2,5 mlrd.
Neon
Neon (Ne) — D. İ. Mendeleyevin elementlərin dövri sistemində 10-cu element. Ağla gələn ilk istifadə sahəsi rəngli reklam işıqlandırmaları olsa da; yüksək gərginlikli göstəricilərində, Paratoner, dalğa metr balonlarında və televizorların elektron şüa borularında da neon qazından istifadə edilir. Qaz lazerlərinin istehsalında, helyumla birlikdə istifadə edilir. Maye neon, dövrümüzdə ticari olaraq əldə edilir və soyuducuda olaraq istifadə edilməkdədir. 1898-ci ilin iyununda ingilis kimyaçılar, Uilyam Ramzay və Moris Travers tərəfindən kəşf edilmişdir Neon atom nömrəsi 10 olan kimyəvi elementdir. Nəcib qazdır. Neon, havanın sıxlığının üçdə ikisi ilə normal şəraitdə rəngsiz, qoxusuz, inert monatomik (təkatomlu) qazdır. 1898-ci ildə quru havada azot, oksigen, argon və karbon dioksid çıxarıldıqdan sonra qalan üç nadir inert elementdən biri olaraq (kripton və ksenon ilə birlikdə) kəşf edilmişdir. Neon, kəşf edilən bu üç nadir qazlardan ikincisi idi və parlaq qırmızı emissiya spektrinə sahib yeni bir element kimi tanındı. Neon, yunan sözü olan νέος (neos) sözündən yaranmışdır və "yeni" mənasını daşıyır.
Nona
Nona və ya Nonna — gürcü şəxs adı. Nona Qaprindaşvili — gürcü şahmatçısı. Nonna Paçuaşvili — gürcü aktrisası. Nonna Müzəffərova — rejissor. Digər La Nona (film, 1979) — Argentina filmi. 2S9 Nona S — özüyeriyən artilleriya qurğusu.
Son
Son: hansısa sırada axırıncı; ən yeni olan; hansısa ana qətiləşmiş vəziyyət, hal, forma; axıra qalan, yerində qalan nəsə.
NHN
Nə? Harada? Nə zaman?, qısaca NHN (rus. Что? Где? Когда?, qısaca ЧГК) — 1975-ci ildə SSRİ-də yaranan və hal-hazırda Rusiyada və MDB məkanında populyar olan intellektual oyun. Televiziya və "idman" versiyaları mövcuddur. Komandaların onlara verilmiş suala məhdud vaxt ərzində cavab tapmaq qabiliyyətində yarışdıqları bu oyunda məqsəd rəqibləri ilə müqayisədə daha çox suala düzgün cavab tapmaqdır. == Tarixi == Oyunun televiziya versiyası 4 sentyabr 1975-ci ildə, tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən SSRİ-də yaradılmışdır. NHN-in idman versiyası 1989-cu ildə yaranmış və televiziya versiyasına nəzərən daha kütləvi xarakter almışdır.
Nan
Nan (Fransa)
Nom
Nom (Misir) — Qədim Misirdə inzibati mahal. Nom (Alyaska)— ABŞ-də şəhər.
Not
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. == Tarixçə == Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Belveder 21
Belveder 21 (alm. Belvedere 21‎; 2018-ci ilə qədər bina 21- ci ev adlanırdı, alm. 21er Haus‎21; 2011-ci ilin noyabrına qədər isə 20-ci ev adlanmış, alm. 20er Haus‎)— şüşədən və poladdan hazırlanmış ev. Bina 1958-ci ildə arxitektor Karl Şvanser tərəfindən modernizm üslubunda inşa edilmişdir. Bina avstriya pavilyonu kimi ümumdünya sərgisi (Ekspo 58) üçün nəzərdə tutulmuşdur. == Tarixi == 1958-ci ildə Şvanserin bu layihəsi innovativlik və perespektivlik baxımdan «Qran-pri memarlıq» mükafatına layiq görülmüş. (fr. Grand Prix d’Architecture). Şavaner öz layihəsində ən az xərc hesabına maksimal effekt əldə etməyə çalışmışdır.
Belveder sarayı
Belveder sarayı — Avstriyanın paytaxtı Vyana şəhərinin Landstrasse rayonunda yerləşən iki hissəli saraydır. Barokko üslubunda tikilmişdir. Belveder sarayı 1668–1745-ci illərdə Savoy şahzadəsi Euqenin əmri ilə Yohan Lukas von Hildebrandt tərəfindən tikdirilmişdir. Yuxarı və Aşağı Belveder sarayı olaraq iki hissədən ibarət saray bağça vasitəsi ilə birləşir. Saray hazırda muzey kimi istifadə olunur. Yuxarı Belveder sarayının ən əhəmiyyətli xüsusiyyəti 15 may 1955-ci ildə Avstriyanın İkinci Dünya müharibəsindən sonra müstəqilliyini təsdiq etmiş müqavilənin burada imzalanmasıdır.
Eliezer Avtabi
Eliezer Avtabi(İvritcə: אליעזר אבטבי‎, 1938 təvəllüdlü) 1974 və 1984 arasında Milli Dini Partiyasının Knessetdə üzvü kimi xidmət edən keçmiş İsrailli siyasətçi.
Fön
Fön (alm. Föhn‎, fr. fœhn) — dağlardan dərələrə əsən, temperaturu xeyli yüksək, nisbi rütubəti az olan küləkdir. Fön dağ silsiləsinin bir tərəfində havanın təzyiqi yüksək,o biri tərəfində isə alçaq olanda baş verir. Hava yüksək təzyiq olan tərəfdən alçaq təzyiq olan tərəfə hərəkət edərək dağ silsiləsini aşır. Rütubətli hava yamac üzrə qalxdıqca onun temperaturu orta hesabla hər 100 m-də 0,6 dərəcə selsi aşağı düşür. Rütubətini itirmiş hava dağ silsiləsini aşaraq o biri yamac üzrə endikcə onun temperaturu orta hesabla hər 100 m-dən bir 1 dərəcə selsi artır.Buna görə də enən hava quru və isti olur.
Belveder (Dənizkənarı Alplar)
Belveder (fr. Belvédère) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turret-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokbiyer kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 75,41 km², əhalisi — 683 nəfərdir (2006) artım tendensiyası ilə: 640 nəfər (2012), əhalinin sıxlığı 8,48693807187376 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 640 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 640 nəfər.
Biləvər
Biləvər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 420 nəfərdir.[mənbə göstərin] == Tarixi == Bilavar/Bilavər Lerik rayonunun Osyedərə inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Talış dilindəki bil (bataqlıq, gölməçə) və var (yer) sözlərindən düzəlib, "bataqlıq yer" mənasındadır.
Vələver
Vələver — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Toponimikası == Zəngəzur silsiləsinin ətəyindədir. Oykonim vələ (təpəlik) və ver (yuxarı) komponentlərindən düzəlib. Təpəlik yer yüksəklik mənasındadır. == Əhalisi == Əhalisi 555 nəfərdir.
Bəxtəvər soxulcan
Bəxtəvər soxulcan — 2011-cü ildə çəkilən orijinal Disney Channel filmidir.
Dələver çayı
Dələver çayı - Borçalı bölgəsinin Bolnisi rayonu ərazisində kiçik dağ çayı. Maşavera çayının sağ qollarından biridir. Uzunluğu təqribən 30 km.-dir. Mənbəyini dəniz səviyyəsindən təqribən 1400 m. yüksəklikdə yerləşən Bejanazan adlı yerdən götürür və 390 m. hündürlükdə Maşaveraya qovuşur. Çayın düşməsi təqribən 1000 metrə, orta meylliyi 1,9°-yə bərabərdir. Yaz və payız aylarında sel və daşqınların səciyyəvi olduğu çayın aşağı axarları quraqlıq dövrlərdə quruyur. Rayonun Faxralı və İmirhəsən kəndləri bu çayın üzərində yerləşir. Suyundan əkinçilik və bağçılıqda istisadə olunur.
Elman Elsevər
Elman Elsevər (Elman İsaq oğlu Mirzəyev; 3 oktyabr 1948, Laçın) — SSRİ Jurnalistlər İttifaqının üzvü (1980). == Həyatı == Elman Mirzəyev 1948-ci il oktyabrın 3-də Laçın şəhərində ziyalı ailəsində anadan olub. İlk şeiri 1965-ci ilin noyabr ayında Kənd həyatı qəzetində çap olunub. 1966-cı ildə Laçın şəhər 1 saylı orta məktəbini bitirmiş, Laçın internat məktəbində kitabxanaçı işləmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində, eləcə də universiteti bitirdikdən sonra "Kommunist", “Sovet kəndi”, "Bakı", “Azərbaycan gəncləri”, "Bakinskiy raboçi", Kənd həyatı, "Vışka", ”Molodyoj Azerbaydjana” qəzetlərində və "Kirpi", "Azərbaycan", "Ulduz" jurnallarında işıq üzü görən bədii, publisistik yazıları həmişə bənzərsizliyi ilə diqqət çəkib. Oçerk və hekayələri dəfələrlə Azərbaycan Dövlət Radiosunda keçirilən müsabiqələrdə qalib gəlib.. 1980-ci ildə SSRİ Jurnalistlər İttifaqına qəbul edilib və həmin ildən 1991-ci ilədək Azərbaycan Jurnalistlər İttifaqının Laçın rayon təşkilatının katibi olub. İki dəfə Azərbaycan Jurnalistlərinin qurultayında rəyasət heyətinə üzv seçilib. Bir müddət Maarif nazirliyinin nəşriyyatında korrektor, Laçın Rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri işləmişdir.
Elsevər Ağayev
Elsevər Məmməd oğlu Ağayev (1965, Naxçıvan MSSR) — Azərbaycan səhiyyə nazirinin müavini, əczaçılıq elmləri namizədi. == Həyatı == 1965-ci il Naxçıvan Muxtar Respublikasında anadan olub. 1983–1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1988-ci ildə institutun dərman formalarının texnologiyası kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlayıb. 1990-cı ildə Səhiyyə Nazirliyinin "Farmokologiya və xalq təbabəti" elm — istehsalat birliyində mütəxəssis, 1990–1993-cü illərdə Sankt Peterburq Kimya-Əczaçılıq Akademiyasında məqsədli aspiranturanı bitirib əczaçılıq elmləri namizədi elmi dərəcəsini alıb geri qayıtdıqdan sonra baş mütəxəssis, şöbə müdiri işləmişdir. 1996-cı ildə həmin birliyin baş direktoru təyin olunmuşdur. 1997-cü ildə Səhiyyə Nazirliyinin "Dərman və Tibbi Texnika" İTB-nin baş direktoru, SN-nin "Əczaçılıq və Tibb Sənayesi" EİB baş direktoru vəzifəsinə təyin olunmuşdur. 2007-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasının müdiridir. == Siyasi fəaliyyəti == 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, Partiyanın Nəsimi rayon təşkilatının sədr müavinidir. 1999-cu ildə Azərbaycan səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Elsevər Bağırov
Elsevər Dünyamalıyev
Elsevər Hüseynov
Elsevər Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Elsevər Hüseynov 1965-ci ildə Salyanda doğulub. 1979-cu ildə "Cəmşid Naxçıvanski" adına hərbi məktəbə daxil olub. Daha sonra təhsilini "Baki Ali Birləşmiş Komandirlər" məktəbində davam etdirib və 1986-ci ildə Moskvaya hərbi xidmətə göndərilib. Moskvada Suvari alayında kapitan kimi xidmət edən Elsəvər Hüseynov "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilir. 1991-ci ildə Azərbaycan Ordusunda xidmət etmək üçün Azərbaycana qayıdır. 1992-ci ildə Elsevər Hüseynov Ağdərənin Levonarx, Akop-Komari, Maqauz, Kasapet, Madagiz, Drmbon habelə Füzuli rayonunun Araz Dilağarda və s. kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə bilavasitə iştirak edir. Aqromer kəndi yaxınlığında aparılan əməliyyatı isə kapitan Elsevər Hüseynov özü hazırlayır və bu əməliyat uğurla nəticələnir. Drmbon kəndi uğrunda gedən döyüşlərdə kapitan Elsevər Hüseynovun idarə etdiyi PDM vurulur və peşəkar hərbçi olan Elsevər maşındakı bütün yaralı silahdaşlarını xilas edib və kömək gələnədək erməni əsgərləri ilə tək başına vuruşur.
Elsevər Məmmədov
Elsəvər Yarıyev
Elsevər Qalib oğlu Yariyev (25 sentyabr 1986; Xudat, Azərbaycan SSR — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elsevər Yariyev 1986-cı il sentyabrın 25-də Xudat şəhərində anadan olub. 1993-2004-cü illərdə K. Məhərrəmov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2009-cu illərdə isə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Elsevər Yariyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Yariyev sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Yariyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Yariyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.