Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Classical Notions of Happiness
Classical Notions of Happiness — ABŞ musiqiçisi Cordananın debüt studiya albomu. 27 mart 2020-ci ildə Grand Jury Music tərəfindən buraxılıb.
Notifon
Notifon — 14 yanvar 2017-ci ildə yaradılmış Android ƏS-li telefonlar üçün proqram. Proqramda ingilis dilində ən çox işlənən sözlər aid olduğu nitq hissəsi nəzərə alınaraq ardıcıllığa əsasən tərtib olunmuşdur. Siyahının əvvəlindəki sözlər sondakılara nəzərən daha çox istifadə olunur. Proqram offline rejimdə çalışır. İstifadəçi əvvəlcədən bildiyi sözləri işarələyə bilər ki, bu da onların bildirişlərdə göstərilməməsinə səbəb olur. Xüsusi alqoritm sayəsində öyrənilməmiş sözlər müəyyən vaxt keçdikdən sonra təkrarən xatırladılır və beləliklə çətin yadda qalan sözlər istifadəçinin bu sözləri öyrənməsinə qədər göstərilməyə davam edir. proqram inkişaf mərhələsində olduğundan yaxın zamanda lüğətə yeni sözlərin əlavə olunması gözlənilir. Həmçinin istifadəçilər özləri də sözləri əlavə edərək android mobil tətbiqinin söz bazasını genişləndirə bilərlər.
Fatal Nation
Fatal Nation qrupunun rəsmi olaraq yaranma tarixini 3 iyun 1999-cu il hesab etmək olar. O zamanlar qrupun hal-hazırkı zərbçisi Ramin Sadıqov və gitaraçı Elxan Alşin uzun müddət başqa kollektivlərdə çıxışlarından sonra güclərini birləşdirmək, bu zamana kimi bakılı qrupların heç birinin ifa etmədikləri bir tərzdə çıxış etmək qərarına gəldilər. Baxmayaraq ki, Elxan və Ramin 1996-cı ildən tanış idilər, onlar fərqli qruplarda çıxış edirdilər. 1997-ci ildə Elxan tərəfindən Pantera, Sepultura və Тool tərzlərində çıxış edən (trash, death və psixodeliyanın qarışığndan yaradılmış cəhənnəm musiqisi), ancaq daimi bass-gitaraçısı və vokalçısı olmayan bir qrup yaradıldı. Həmin zamanlarda qrupun zəbçisi sonradan Unformal qrupunda çıxış edən Yevgeni Manuxin idi, Ramin isə o zamanlar Heavengate-də thrash-metal proyekti ilə paralel olaraq, Trap qrupunda Aleksandr Qonçarov ilə birlikdə heavy-metal proyektində iştirak edirdi, bundan əlavə də Elxana qrupda (artıq Fatal Nation adlanırdı) köməklik göstərirdi. Bir müddət sonra Fatal Nation-la Yevgeni Manuxin, digər tərəfdən də Elxanla Natiq Məmmədov (sonradan Fatal Nation-un daimi bass-gitaraçısı) arasında yaradıcı mübahisə baş verdi və artıq A.Qonçarovla (Trap) və Heavengate qrupundan ayrılmış Ramin Sadıqov Fatal Nation ilə daha ağır, aqressiv və çətin musiqi yaratması barəsində Elxanın onunla birlikdə işləmək təklifini qəbul edir. Artıq 1999-cu ilin payızında həmin dövr üçün yekun sayılan heyət formalaşır – Alşin Elxan (gitara), Məmmədov Natiq (bass-gitara), Sadıqov Ramin (zərb) və əvvəllər qrupa ingilis dilində tekstlərin yazılmasında yardımçı olan və eyni zamanda Amalgama qrupunda çıxış edən vokalçı Toğrul Manafov. Bu heyətlə 2000-ci ilin qışında qrup özünün ilk ilində ANS Records-da ilk əməklərinin bəhrəsini yazmağa yönəlirlər. "The Nail – Symbol of a New Revolution" adlı albom hazırlanır, hansı ki, ölkədə rok musiqisinin ağır vəziyyətinə görə sonradan heç işıq üzü belə görə bilmir. 2001-ci ildə qrupu Toğrul Manafov (vokal) tərk edir, ancaq bu qrupda ruh düşkünlüyü yaratmır, yeni metal zirvələrini fəth etmək arzusuna olan qrupa yeni vokalçı Timur və sonradan ikinci gitaraçı Aleksandr Kastryulni (sonradan Tula qrupları olan I'N'F və Shatter-də çıxış edən) ilə yoluna davam edən Fatal Nation "The Banner of Madness" və "Analysis" kompazisiyalarının demo versiyasını yazaraq Moskvaya – Sergey Troiçkinin (Korroziya Metala) rəhbərlik etdiyi Ağır Rok Korperasiyasına (ARK) göndərirlər və ARK-ın təklifi ilə 2001-ci ilin aprelində Moskvaya gələn qrup bir müddət sonra yenə də maliyyə problemləri səbəbindən Bakıya qayıtmalı olur.
Sat.1 Emotions
«Sat.1 Emotions» — Alman dilində yayımlanan və «ProSiebenSat.1 Media» şirkətinin sahibləndiyi Almaniya ödənişli telekanalı. Telekanal 3 may 2012-ci ildə saat 20:15-də yayıma başlamışdır. Kanal «Sat.1 Comedy» telekanalının əvəzinə yaradılmışdır. «ProSiebenSat.1 Media» şirkəti həmçinin daha iki ödənişli telekanalın, «kabel eins classics» və «ProSieben Fun» telekanallarının sahibidir. «Sat.1 Emotions» gündəlik 24 saat yayımlanır. Alman sabun operaları, serialları və filmləri bu telekanalda yayımlanır. Bəzi günlərdə beynəlxalq filmlər və seriallar da nümayiş olunur. «Sat.1 Emotions» kabel şəbəkə operatorunun SD və ya HD formatından asılı olaraq kabel və IPTV vasitəsilə Almaniya və Avstriyada yayımlanır. 30 iyun 2016-cı ilə kimi telekanal «Sky Deutschland» peyk platformasında mövcud olmuşdur.
Nomion (Kariya hökmdarı)
Nomion (q.yun. Νομίονας) — yunan mifologiyasında Kariyadan olan hökmdar. Onun iki oğlu Amfimax və Nast Troya müharibəsində kariyalıların liderləri, troyalıların müttəfiqləri kimi iştirak etmiş və burada Axill tərəfindən öldürüldümüşlər.
Qeyri-mümkün missiya - Rogue Nation
Qeyri-mümkün missiya: Quldurlar qəbiləsi (ing. Mission: Impossible – Rogue Nation) — McQuarrie və Drew Pearce'in hekayəsindən Christopher McQuarrie tərəfindən yazılan və rejissorluq edilən 2015-ci il Amerika döyüş casus filmidir. Bu, "Qeyri-mümkün missiya 4" (2011) filminin davamı və "Qeyri-mümkün missiya" film seriyasının beşinci hissəsidir. Baş rolda Tom Kruz, Ceremi Renner, Saymon Peqq, Vinq Rayms, Rebekka Ferqyuson, Şon Harris və Alek Bolduin çəkilib. Mümkün olmayan Missiyalar Qüvvələrinin agenti Ethan Hunt (Kruz) və onun komandası, dağıldıqdan və Hantın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən təqib edilməsindən sonra gizli şəkildə dünyanın hər yerindən fırıldaqçı hökumət agentlərindən ibarət beynəlxalq qara əməliyyat terror qruplaşması olan The Syndicate ilə mübarizə aparmalı olurlar. Qeyri-mümkün missiya – Ghost Protocol filminin təkrar yazılarını tamamlayan McQuarrie 2013-cü ilin avqustunda Qeyri-mümkün missiya – Rogue Nation filminin direktoru elan edildi. Kruz, Renner, Pegg və Rhames filmlərinin qayıdışları 2014-cü ilin iyulunda təsdiqləndi, eyni zamanda ekran işi də çəkildi. Ferguson, Harris və Baldwin həmin ilin oktyabrında aktyor heyətini tamamladılar. Əsas çəkilişlər 2014-cü ilin avqustundan 2015-ci ilin martına qədər Vyana, Kasablanka, London və Hertfordşirdəki Leavesden Studios da daxil olmaqla yerlərdə aparılmışdır. Filmin rəsmi adı 2015-ci ilin martında açıqlanıb.
American Beauty: Original Motion Picture Score
“American Beauty: Original Motion Picture Score” 1999-cu ildə təqdim edilmiş “Amerikansayağı gözəllik” filminin Tomas Nyuman tərəfindən yazılmış orijinal film musiqisidir. Film, Ən Yaxşı Orijinal Film Musiqisi nominasiyasında Oskar mükafatına (“Qırmızı violonçel” filmi qazanmışdır) və eyni nominasiyada Qızıl Qlobus mükafatına ("1900-ün əfsanəsi" filmi qazanmışdır) namizd göstərilmiş BAFTA mükafatlarının təqdim edilməsi mərasimində “Film Musiqisinə görə Entoni Osquit Mükafatı”na layiq görülmüşdür. Film musiqisi albomu “Bədii film, televiziya və ya digər visual mediada Ən Yaxşı Orijinal Musiqi” nominasiyasında Qremmi mükafatına layiq görülmüş, prodüser Bill Bernşteyn, mühəndis Dennis Sends və Nyuman mükafat almışlar. Film musiqisi albomu 5 oktyabr 1999-cu ildə həm də “American Beauty: Music from the Original Motion Picture Soundtrack” adı ilə çıxarılmışdır. Həmin alboma müxtəlif ifaçıların mahnıları daxil edilmişdi ki, onlardan ikisi - "Dead Already" və "Any Other Name." – də Nyumanın yazdığı musiqilər idi. 'Any Other Name', 'Dead Already' və 'American Beauty' musiqilər filmin treylerlərində də istifadə edilmiş və film musiqiləri arasında ən məşhurları olmuşlar. == Treklərin siyahısı == "Dead Already" 3:17 "Arose" 1:05 "Power of Denial" 1:43 "Lunch with the King" 2:26 "Mental Boy" 1:43 "Mr.
Brokeback Mountain: Original Motion Picture Soundtrack
Brokeback Mountain: Original Motion Picture Soundtrack - Enq Linın "Qozbel dağ" filminin musiqilərinin satışa çıxarıldığı albom. Albom 1 noyabr 2005-ci ildə buraxılmışdı. == Musiqi albomu == "Qozbel dağ" filminin orijinal film musiqisi albomu 2005-ci ildə satışa çıxarılmışdır. Orijinal partitura və musiqinin bəstəkarı Qustavo Santaolalladır. Bütün dünya üzrə albomun 300 000-dən artıq nüsxə ilə satılmışdır ki, ondan da 100 000-i ABŞ-nin payına düşürdü. Albom iki Qızıl Qlobus mükafatına nominasiya almışdır: Ən yaxşı orijinal musiqi və Ən yaxşı orijinal mahnı ("A Love That Will Never Grow Old"), həmçinin Qremmi mükafatına da nominasiya edilmişdi. == CD trek siyahısı == "Opening" - Qustavo Santaolalla – 1:31 "He Was a Friend of Mine" - Villi Nelson – 4:42 "Brokeback Mountain I" - Qustavo Santaolalla – 2:32 "A Love That Will Never Grow Old" - Emmylou Harris – 3:20 "King of the Road" - Teddi Tompson & Rufus Ueynrayt – 2:53 "Snow" - Qustavo Santaolalla – 1:18 "The Devil's Right Hand"- Stiv Örl – 2:34 "No One's Gonna Love You Like Me" - Meri Mak Brayd – 3:06 "Brokeback Mountain II" - Qustavo Santaolalla – 1:59 "I Don't Want to Say Goodbye"- Teddi Tompson – 3:12 "I Will Never Let You Go" - Ceki Qrin – 1:55 "Riding Horses" - Qustavo Santaolalla – 1:24 "An Angel Went Up in Flames" - The Gas Band – 2:36 "It's So Easy" - Linda Ronstadt – 2:27 "Brokeback Mountain III" - Qustavo Santaolalla – 2:14 "The Maker Makes" - Rufus Ueynrayt – 3:50 "The Wings" - Qustavo Santaolalla – 1:52 == "The Wings" CD sinqlı üçün trek siyahısı == "The Wings" (Gabriel & Dresden's Organized Nature Remix) "The Wings" (Manny Lehman, Tony Moran & Warren Rigg Collaboration Remix) "The Wings" (Manny Lehman Remix) == Tam soundtrek siyahısı == Filmdə orijinal kompozisiyalar istifadə olunmuşdu: "Universal Pictures fanfara" – Ekranda Universal Pictures titrları "Focus Features fanfara" – Ekranda Focus Features titrları "River Road Entertainment fanfare" – Ekranda River Road Entertainment titrları "Opening" - Qustavo Santaolalla – Filmin əvvəli; Ennis Signala (Vayominq) gəlir "Brokeback Mountain #1" - Qustavo Santaolalla – Cek & Ennis qoyunları otarmağa gedirlər "Camp" - Qustavo Santaolalla – Cek və Ennis qoyunları otaran vaxt №1 lagerinə üz tuturlar. "Streets of Laredo (song)" ("Laredo küçəsi" ilə də tanınır) – Ennis dağda ayının izinə düşür "Carrying Sheep" - Qustavo Santaolalla – Montaj: Cek düşərgədən çıxaraq Ennislə birgə palatka qurur. Amma Cek, palatkaların "düz quraşdırılmadığını" deyir "Harmonica #1" - Qustavo Santaolalla – Cek riffdə "O mənim dostum idi" mahnısını çalır (No. 53) "Water Walkin' Jesus" – Cek və Ennis ocağın ətrafında din haqqda söhbət edirlər.