təşkil
təşkilatçı
OBASTAN VİKİ
Anarxiya (təşkilat)
Anarxiya — XX əsrdə Bakıda fəaliyyət göstərmiş ən iri anarxist təşkilat. == Quruluşu və mahiyyəti == 1905-ci ildə Hnçak partiyasının keçmiş üzvü S.Kalaşyants tərəfindən yaradılmışdı. 1905-ci ildə erməni-daşnakların azərbaycanlılara qarşı törətdikləri qırğından sonra anarxistlərin təsiri xeyli gücləndi. Bu zaman vəzifəli şəxslərə və sənayeçilərə qarşı terror aktları geniş hal aldı ki, bu da anarxistlərin fəaliyyəti üçün əlverişli şərait yaratdı. Anarxistlərin başlıca prinsipi onların insan azadlığına zidd saydıqları hər hansı dövlət hakimiyyətinin məhv edilməsi idi. Əsası hələ Mixail Bakunin və Pyotr Kropotkin tərəfindən qoyulmuş anarxist təsəvvürlərə görə, Rusiyada xalqın iradəsi ilə anarxizm ideyalarına əsaslanan inqilab labüddür. Sonra isə dövlətçiliyin xarabalıqları üzərində kollektiv əməyə və mülkiyyətə əsaslanan azad şəhər və kənd icmaları yaradılmalıdır. O dövr anarxistlərinin fəaliyyətində iki əsas cərəyan özünü göstərirdi - Kropotkinin ardıcılları anarxist-kommunistlər və həmkarlar təşkilatlarında işləyən anarxist-sindikalistlər. Bakı anarxistlərinin sosial tərkibinin xüsusiyyəti onda idi ki, onların sıralarına fəhlələrdən başqa, sonralar xeyli sayda sinfi simasını itirmiş ünsürlər də qoşulmuşdu. Təşkilata bir neçə sosial-demokrat və "Hnçak" partiyasının üzvləri də daxil olmuşdu.
Təşkilat
Təşkilat (yun. ὄργανον alət) — konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.
Azad (təşkilat)
Azad — XX əsrdə Azərbaycanda qurulmuş anarxist təşkilat. Qoçu Ağakərim tərəfindən qurulmuşdu. 15 nəfər üzvdən ibarət idi. Teymur bəy Aşurbəyov ilə davalı idilər. 1907-ci ildə hər iki şəxsin həbsindən sonra təşkilat dağılmışdı. Qoçu Ağakərim və Teymur Aşurbəyov haqqında Məmməd Səid Ordubadi öz xatiratını yazmışdır.
Beynəlxalq təşkilat
Beynəlxalq təşkilat — müəyyən məqsədlər üçün bağlanmış sazişlərə görə yaradılmış dövlətlərarası və qeyri-dövlət xarakterli beynəlxalq birliklərdir. Bəziləri nizamnaməsiz (məsələn, ATƏT) fəaliyyət göstərir. Beynəlşkilatlar beynəlxalq hökumətlərarası təşkilatlara və beynəlxalq qeyri-hökumət təşkilatlarına bölünür. Beynəlxalq hökumətlərarası təşkilat dedikdə (BHT), suveren dövlətlər (üzv dövlətlər) və ya digər hökumətlərarası təşkilatlar tərəfindən yaradılan qurumlar başa düşülür. == Mənbə == Консультант Плюс: Международные организации.
Böhran (təşkilat)
Böhran (azərb-kiril. Бөһран) — 1989–1991-ci illərdə Azərbaycan SSR-də fəaliyyətdə olmuş, Azərbaycan SSR DTK-nın xüsusi təyinatlı əməliyyat qrupu. Qruplaşma Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədi ilə yaradılmışdı. Əməliyyat qrupu 1989-cu ildə Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynov tərəfindən yaradımışdır. Qrupun üzvləri 1990–1991-ci illərdə törədilmiş bir sıra cinayətlərdə, o cümlədən Əjdər Xanbabayevin və Telman Qurbanovun qətlində, vətəndaşlar Əliyev və Bağırovun öldürülməsinə cəhddə iştirak etmişdilər. Vaqif Hüseynov haqqında 1996-cı ildə cinayət işi açılmışdır. Rusiya hakimiyyətindən Vaqif Hüseynovun dərhal Azərbaycana ekstradisiyasını tələb etmiş, lakin Hüseynov Rusiya vətəndaşı olduğundan bundan imtina edilmişdir. 2000-ci ildə qrupun iki üzvü Sadıx Əliyev və Səbuhi Məmmədəliyev həbs edilmişdir. "Böhran" qrupu Azərbaycan hökuməti tərəfindən "terror təşkilatı" kimi tanınır. == Tarixi == === Yaradılması === Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynovun 7 oktyabr 1989-cu il tarixli 0171 saylı məxvi əmri ilə Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədi ilə "Böhran" əməliyyat qrupu yaradılmışdır.
Difai (təşkilat)
Difai partiyası, Difai firqəsi (az-əbcəd. دیفاعی فرقهسی‎) və ya sadəcə Difai (az-əbcəd. دیفاعی‎) — 1905-ci ildə Bakıda və Gəncədə, Daşnaksütun partiyasının terrorizminə və çar istibdadına qarşı mübarizə aparmaq üçün yaradılan siyasi təşkilat. == Haqqında == 1905-ci ildə baş verən Birinci Rus İnqilabı nəticəsində, Rusiyanın ərazisində milliyətçi hərəkatlar fəallaşmışdı. İnqilab Qafqaza da təsir göstərmişdi. Dumada qurulmuş Müsəlman fraksiyasını əsasən azərbaycan türk mənşəli siyasi xadimlər təmsil edir, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırırdı. Rusiya, erməni daşnaklarını silahlandırır və onları Azərbaycan türk əhaliyə qarşı yönəldirdi. Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız dinc Azərbaycan türklərinə hücum edir, vəhşiliklər törədir və onların mal-mülkünü qarət edirdilər. Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular. Belə cəmiyyətlərdən birini 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdı.
Elmi təşkilat
Elmi təşkilat – təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən hüquqi şəxs, habelə əsas elmi və elmi-texniki fəaliyyət elmi işçilərin hazırlığını həyata keçirən elmi işçilərin ictimai birliyi. Elmi rəhbər – elmlər namizədi elmi dərəcəsi almaq üçün çalışan aspiranta və ya dissertanta elmi məsləhət və istiqamət verməkdən ötrü təyin edilmiş yüksək ixtisaslı mütəxəssis (adətən elmlər doktoru). Elmi rəhbər aspirantla (dissertantla) birgə iş planı tərtib edir, ümumi nəzəri ədəbiyyatı mənimsəməkdə ona köməklik göstərir. Fərdi planda nəzərdə tutulmuş bütün işlər elmi rəhbərin nəzarəti altında yerinə yetirilir. Tamamlanmış dissertasiya elmi rəhbərin müsbət rəyini aldıqda müdafiəyəyə təqdim edilir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ergenekon (təşkilat)
Ergenekon — Türkiyədə terrorçuluq fəaliyyəti göstərməkdə ittiham olunan gizli təşkilat. 20 oktyabr 2008-ci ildə başlanan məhkəmə prosesində keçmiş general Vəli Kiçik və İşçi Partiyasının lideri Doğu Pərinçəkin də aralarında olduğu 194 şəxs terror təşkilatı qurmaqda, onu idarə etməkdə və xalqı hökumətə qarşı üsyana təhrik etməkdə ittiham olunur. == Xronologiya == 12 iyun 2007-ci il Istanbul Ümraniyə məhəlləsində ERGENEKON terror təşkilatı istintaqı müddətinin başlanmasına səbəb olan bir şikayət xəbərini qiymətləndirən polisin bir gecəqondu evində apardığı axtarışlarda 27 ədəd əl qumbarası ələ keçirilmiş 2 nəfər həbs olunmuşdur. 16 iyun 2007-ci il İstanbul Ümraniyədə 27 əl qumbaranın tapılması ilə bağlı aparılan istintaqda təqaüddə olan ehtiyat-zabit Mahmud Öztürk`ün kompüterlərindən ələ keçən sənədlərdə Ergenekon şəbəkəsi və dətalları üzə çıxdı. İş adamı Kuddisi Okkır həbs olunmuşdur. 26 iyun 2007-ci il Əskişəhir vilayətində təqaüddə olan bir kapitan həbs olundu çoxlu sayıda silah və partlayıcı maddə ələ keçirilmişdir. 27 iyul 2007-ci il Ergenekon terror təşkilatı istintaqı daxilində yazıçılar Ərgün Poyraz Ümid Oğuztan təqaüddə olan mayor Oqtay İldırım təqaüddə olan leytenant Bəkir Öztürk mafiya lideri Sədat Pəkər idealist hərəkatın keçmiş lideri Taner Ünal vəkil Fuad Turqut Kuvvayı Milliyyə 19-cuu Dərnəyi sədri Hüseyin Görüm təqaüddə olan mayor Fikrət Əmək həbs olunmuşdur. 21 yanvar 2008-ci il 6 ayrı bölgədə Ergenekon terror təşkilatı istintaqı daxilində aparılan əməliyyatlarda təqaüddə olan tuğgeneral Vəli Kiçik vəkil Kamal Kərinçsiz jurnalist Gülər Kömürcü Türk Ortodoks Patrikxanası sədri Sevgi Erenerol təqaüddə olna polkovnik Fikri Karadağ ilə Susurluk iddiası hökmlüsü Sami Xoşdan Drej Əli ləqəbi ilə tanınan Əli Yasak daxil 63 nəfər həbs olunmuşdur. 22 mart 2008-ci il İstanbul və Ankarada baş polis idarələri əməkdaşlarının Ergenekon terror təşkilatı istintaqı daxilində apardıqları əməliyyatlarda İşçi Partiyası sədri Doğu Pərinçək respublika qəzeti sahibi İlxan Səlçuq İstanbul Universiteti keçmiş rektoru Kamal Ələmdaroğlu Milli Kanal nümayəndəsi Fərid İlsever İşçi Partiyası sədr müavni Nusret Senem daxil 13 nəfər həbs olunmuşdur. 26 fevral 2008-ci il Ergenekon terror təşkilatı istintaqı daxilində aparılan əməliyyatlarda Professor doktorlar Emin Gürses Ümid Sayın Hayrettin Erteki jurnalist Vedat Yenerer Şaxta Baba Şurası Dərnəyi sədri Müəmmər Karabulut həbs olunmuşdur.
Molot (təşkilat)
Molot təşkilatı — 1903-cü ildə təsis edilmiş Rusiya şirkəti. Şirkətin qərargahı Sankt-Peterburqda, fabrikləri isə Qroznı və Bakıdadır. == Tarixi == "Molot" Mexanika və İstehsalat Birliyinin tarixi 20-ci əsrin Rusiyanın ən məşhur neftçisi, tanınmış rus sənayeçisi, patronu, siyasətçisi Stefan Liazonovun adı ilə bağlıdır. 1903-cü il noyabrın 22-də təsdiq edilmiş şirkətin nizamnaməsinə əsasən, Bakı şəhərinin Sabunçu şəhərində mexaniki və dəmir döküm zavodu, bu müəssisələrin məhsulları, neft quyularının qazılması və ümumi neft avadanlıqlarının satışı ilə məşğul olmaq üçün neft və qaz alqı-satqısı mərkəzi tikilmişdir. Əvvəlcə "Molot"-un investisiyası 500 min rubl idi, beş yüz rublun min hissəyə bölündü. 1914-cü ildə Assosiasiya sərmayəsini 5 milyona çatdırır, Qroznıda bir quyu və mexaniki bina qazanır. 1917-ci ilə, Rusiya imperiyasının çökməsi ilə, şirkətin əsas hissəsi 10 milyon rubl qədər artır. Millətləşmə zamanı, 1918-ci il iyunun 28-də RSFSR Xalq Komissarları Şurasının fərmanı ilə, Molot Balaxanı, Zabrat, Bibiheybət, Binəqədi və Qroznı şəhərlərində dəmir filizləri olan beş mexaniki zavodun sahibi oldu. Bundan əlavə, Bibiheybət və Balaxanıdakı iki bina keçmiş "Biering"-in balansında, Balaxanıda başqa bir zavod - "Robura"-da idi.
Prometey (təşkilat)
Prometey — Avropada 1926-cı ildən 1939-cu ilə qədər fəaliyyət göstərən siyasi təşkilat. == Tarixi == Parisdə 1920-ci illərdə mühacirlərlə əlaqəli ciddi işlər aparılırdı. Mühacirlərə dəstək planının genişlənməsi üçün 1926-cı ildə keçmiş Çar Rusiyası xalqlarının liderləri beynəlxalq təşkilat kimi fəaliyyət göstərən "Prometey" klubunu yaratdılar. Bu hərəkatın genişlənməsi üçün 1926-cı ildə fransız dilində "Prometey" jurnalı nəşr edilməyə başladı. Jurnalın redaksiya heyəti və daimi müəllifləri tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa Çokayoğlu, Mir Yaqub Mehdiyev və digərləri. Parisdə çap edilən "Prometey" jurnalında isə Məhəmməd Əmin Rəsulzadənin aşağıdakı maraqlı məqalələri çap edilmişdi: 1) “Azərbaycan Respublikası”, 1926, N1, səh. 25-31; 2) “Bolşeviklərin Şərq siyasəti”, 1928, N20, səh. 10-14; N21, səh. 6-11; 3) “Qafqaz Birliyi”, 1929, N36, səh. 5-7; 4) “Milli Azərbaycan hərəkatının xarakteri”, 1930, N42, səh.
Terrorçu təşkilat
Terrorçu təşkilat — terror aktları həyata keçirmək məqsədi ilə yaradılan və ya öz fəaliyyətində terrordan istifadənin mümkünlüyünü qəbul edən təşkilat. Terrorçu təşkilatların fəal dəstələri terror qrupları sayılır. Məhz belə qrupların fəaliyyəti sayısində təşkilat qarşısına qoyduğu məqsədlərə nail olur.
Təşkilat (dəqiqləşdirmə)
Təşkilat – idarəetmənin sistemin elementlərinin hərəkətini əlaqələndirilməkdən, onun hissələrinin qarşılıqlı uyğunluğuna nail olmaqdan ibarət olan tərkib hissəsi; Təşkilat – birgə fəaliyyət göstərməkdən ötrü insanların müəyyən struktur daxilində birləşməsi forması; Təşkilat – müəyyən edilmiş funksiyaları yerinə yetirməli, məsələləri həll etməli olan təşkilat; Təşkilat – hər hansı proqramı, yaxud məqsədi birlikdə həyata keçirən, eləcə də müəyyən edilmiş üsul və qaydalar əsasında fəaliyyət göstərən insanların birliyi.
Virtual təşkilat
Virtual təşkilat (ing. Virtual organization) – coğrafi mərkəzə malik olmayan və telekommunikasiya vasitələri ilə fəaliyyət göstərən korporativ, qeyri-kommersiya, təhsil və s. qurumlar kimi mövcud olan təşkilatdır. == Ədəbiyyat == R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Təşkilat (serial)
Təşkilat — türk dram və aksiyon filmdir.
Frankofoniya (təşkilat)
Frankofoniya (fr. l’Organisation internationale de la Francophonie (OIF) — fransızdilli ölkələrin beynəlxalq təşkilatı (OIF). 54 üzvü, dövlətləri və hökumətləri təmsil edən təşkilatın 7 assosiativ üzvü, həmçinin 27 müşahidəçi üzvü var . OIF 4 əsas məqsədə uyğun olaraq 88 dövlət və hökumətə öz siyasətlərini inkişaf etdirmək və ya möhkəmləndirmək, beynəlxalq siyasətləri və çoxtərəfli əməkdaşlıq fəaliyyətlərini həyata keçirməkdə dəstək verir: Fransız dilini təbliğ etmək, çoxdilliliyi və mədəni müxtəlifliyi dəstəkləmək. Sülhün, demokratiyanın və insan haqlarının təşviqi. Təhsil, təlim, ali təhsil və tədqiqatları dəstəkləyin. Davamlı inkişafın xeyrinə iqtisadi əməkdaşlığın inkişafı. OIF-in bütün fəaliyyətlərində gənclərə və qadınlara, eləcə də rəqəmsal texnologiyalara xüsusi diqqət yetirilir. OIF Frankofoniya Parlament Assambleyası (APF) və 4 operatorla: Agence Universitaires de la Francophonie (AUF), beynəlxalq frankofon yayımçısı TV5Monde, Frankofoniya Bələdiyyə Başçılarının Beynəlxalq Assosiasiyası (AIMF) və İsgəndəriyyə Universiteti ilə birlikdə frankofoniya sahəsində çoxtərəfli əməkdaşlığı həyata keçirir . Təşkilata qoşulmaq üçün əsas meyar konkret ştatın əhalisinin fransız dilini bilmə dərəcəsi deyil (baxmayaraq ki, bu, arzuolunandır), Fransa ilə onilliklər və hətta əsrlər boyu inkişaf etmiş mədəni əlaqələrin olmasıdır.
Gizli Silahlı Təşkilat
Gizli Silahlı Təşkilat və ya OAS (fr. Organisation Armée Secrète) — XX əsrin 60-cı illərinin əvvəlində Fransada terrorçu hərbi faşist qruplaşması. == Tarixi == Gizli Silahlı Təşkilat 1961-ci ilin yazında qatı müstəmləkəçi zabitlər və ifrat sağ siyasi xadimlər tərəfindən yaradılmışdır. Qruplaşmanın başlıca məqsədi Əlcəzairə istiqlaliyyət verilməsinə mane olmaq idi. Əlcəzair 1962-ci ildə istiqlaliyyət qazandıqdan sonra əsas fəaliyyətinin Fransaya və onunla qonşu ölkələrə çevirən OAS Fransanın demokratik qüvvələrinin təzyiqi ilə tezliklə ləğv edilmişdir. OAS başçıları uzunmüddətli həbs cəzalarına məhkum olunmuş, lakin 1968-ci il amnistiyasına əsasən azad edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Harrison, Alexander. Challenging De Gaulle: The O.A.S and the Counter-Revolution in Algeria, 1954–1962. New York: Praeger, 1989 (ing.). Henissart, Paul.
Təşkilat-i Məxsusa
Təşkilati Məxsusə (osman. تشکیلات مخصوصه, Teşkilât-ı Mahsusa) — Osmanlı imperiyasında hərbiləşdirilmiş gizli polis təşkilatı. İlk növbədə Hərbiyyə Nazirliyinin nəzdində təşkil edilən təşkilat 1915-ci ilin fevralında birbaşa İttihad və Tərəqqi təşkilatına cavabdehlik daşımağa başlamışdır. Bahaəddin Şakir və Nazım bəyin rəhbərlik etdiyi təşkilat 1914-cü ilin əvvəllərində tayfa üzvlərindən (xüsusilə də çərkəz və kürdlərdən), eləcə də dövlətə xidmət edəcəkləri üçün azadlığa buraxılma şansı təqdim edilən 10,000-dən çox məhkum edilmiş cinayətkar ibarət idi. Bu, nizamlı ordudan müstəqil, dinc əhaliyə hücum etmək üçün istifadə edilə bilən bir qüvvə kimi formalaşmışdı.
İctimaiyyun-Amiyyun (təşkilat)
İctimaiyyun-Amiyyun, Mücahid və ya İran Sosial Demokrat Partiyası — İranlı (əsasən, Cənubi Azərbaycandan olan) fəhlələrin Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı təşkilatı və onun Hümmət Partiyasının fəal köməyi ilə 1905-ci ilin sonlarında yaradılmış ilk sosial-demokrat təşkilatı. == Tarixi == === Yaradılması === 1904-cü ildə yaradılmış Ədalət Qrupu əsasında yaradılmış, sonralar Ədalət Partiyasının özəyini təşkil etmişdir. Yaradılmasında Nəriman Nərimanovun mühüm rolu olmuşdur. Partiya iranlı fəhlələrin inqilabi şüurunun oyanmasında və öz hüquqları uğrunda mübarizəyə cəlb edilməsində, habelə İranda 1905–1911 illər Məşrutə hərəkatında mühüm rol oynamışdır. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Nəriman Nərimanov başda olmaqla, Hümmət Partiyasının bir çox üzvləri "İctimaiyyun-Amiyyun"un məramnaməsinin hazırlanmasında fəal iştirak etmişdilər. Məramnamənin layihəsi 1906-cı il dekabrın əvvəllərində Bakıda çap edilmişdir. Həmin sənəd partiya təşkilatlarının əsas fəaliyyət proqramı olaraq, Cənubi Qafqazda yayılmış, habelə İrana göndərilərək, partiyanın İran təşkilatlarının, xüsusilə Təbriz təşkilatının ölkədə ictimai-iqtisadi inkişafın səviyyəsi və inqilabın ilk mərhələsinin xüsusiyyətləri haqqında düzəliş və təklifləri əsasında aqrar məsələyə dair müəyyən dəyişiklikdən sonra təkmilləşdirilmiş və partiyanın proqramı kimi, onun 1907-ci ildə Məşhəddə keçirilən yığıncağında qəbul olunmuşdu. Mücahid Partiyasının proqramı Hümmətin proqramına nisbətən daha inqilabi xarakteri ilə fərqlənirdi. === Fəaliyyəti === Partiya fərdi terror taktikasınıı qəbul etmişdi.
Azadlıq oğulları (təşkilat)
"Azadlıq oğulları" (ing. Sons of Liberty) — Şimali Amerika koloniyaları üçün öz müqəddəratını təyin etmək üçün mübarizə aparan inqilabi Amerika təşkilatı. 1765-ci ildə Samuel Adams tərəfindən yaradılmışdır. "Azadlıq oğulları"nın aksiyalarından biri də Boston çay qonaqlığı idi. == Adı == İnqilab illərində ən çox yayılmış və tarixşünaslıqda təsbit edilən "Azadlıq oğulları" adıdır. Belə təşkilatların başqa öz adları da var idi. Məsələn, "yoldaşlar" adı Pensilvaniyada geniş yayılmışdı, Konnektikutda isə təşkilat "yaxın şirkət" adlanırdı. Bəzi hallarda "stüardlar" adına da rast gəlinir.
Regional metroloji təşkilat COOMET
Regional metroloji təşkilat COOMET (COOMET - metrologiya sahəsində əməkdaşlıq) — 12 iyun 1991-ci ildə Bolqarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiyada metroloqların təşəbbüsü ilə təsis edilmişdir. Bu gün anlaşma memorandumu imzalanmışdır. SSRİ dağılandan sonra keçmiş SSRİ-nin 15 respublikası sayəsində təşkilat üzvlərinin sayı 19-a çatdı. 2000-ci ildə təşkilat rəsmi olaraq dövlət metroloji qurumlarının Avro-Asiya əməkdaşlığı adlandırıldı. COOMET-in ali orqanı, bütün iştirakçı ölkələrin nümayəndələrini daxil edən COOMET Komitəsidir. COOMET fəaliyyətləri Prezident, dörd vitse-prezident və Katiblik rəhbərindən ibarət Prezident Şurası tərəfindən əlaqələndirilir. COOMET komitəsinin üzvləri vitse-prezidentləri təyin edən prezidenti üç il müddətinə seçirlər. COOMET orqanlarının iclaslarının keçirildiyi və sənədlərin tərtib olunduğu rəsmi dillər rus və ingilis dilləridir. COOMET-in öz maliyyə mənbələri yoxdur. 12 COOMET texniki komitəsi bütün ölçü sahələrində elmi iş aparır.
"Qardaş köməyi" təşkilatı
"Qardaş köməyi" təşkilatı — ictimai təşkilat. == Məqsədi == Birinci dünya müharibəsi (1914-1918) illərində Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmişdir. Təşkilatın əsas məqsədi müharibədə əsir düşmüş türk əsgərlərinə, kimsəsizlərə yardım etmək, müalicə olunmalarına kömək göstərmək, onları ərzaqla, geyimlə təmin edib vətənlərinə yola salmaq idi. Cəbhə bölgələrində sahibsiz qalmış türk uşaqlarını toplayıb uşaq evlərinə göndərirdi. == Fəaliyyəti == Təşkilatın Bakı şöbəsi Nargin adasında saxlanılan türk əsirlərinin azad olunmasında böyük şücaət göstərmişdir. Belə ki, gecələr kiçik qayıqlarda Nargin adasına yan alan azərbaycanlılar yüzlərlə əsiri azad edib Türkiyəyə yola salmağa nail olmuşdular. Əsirlərin bəziləri vətənlərinə qayıtmaqdan imtina edərək, Azərbaycanı özlərinə vətən seçmişdilər. O cümlədən, iki türk əsiri azad olunduqdan sonra Mərdəkanda qalmış, ailə qurmuş və XX əsrin sonlarınadək yaşamışlar. Onların törəmələri Mərdəkanda böyük bir nəsil halında yaşamaqdadır. Nağı Şeyxzamanlının verdiyi məlumata görə, təşkilat "Qardaş köməyi" adlı jurnal da nəşr etdirmişdir.
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" rəhbərlərinin işi
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" (SEMƏMT) rəhbərlərinin işi – 1938–1956-cı illərdə bir neçə azərbaycanlı xalq təsərrüfatı rəhbəri, o cümlədən SSRİ Ali Soveti deputatının məhkum olunduğu və Azərbaycan SSR ali rəhbərliyi tərəfindən saxtalaşdırılmış siyasi istintaq işi. Bu iş üzrə "32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər". == Zəmin == Bu iş SSRİ-də "Sovetlər əleyhinə sağ-trotskiçi bloku"nun başçıları elan olunmuş Buxarin və Rıkovun üzərində aparılmış prosesin regional davamı idi. İstintaqın iddiasına görə SEMƏMT Azərbaycan milliyətçilərinin əsasən başqa millətlərin nümayəndələrindən olan sağ-trotskiçilərlə birliyini təmin etmişdi. Bu təşkilat ona görə "ehtiyatda olan" adlandırılmışdır ki, guya ondan qabaq 1936–1937-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş "əsas" təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar. == SEMƏMT-in rəhbərləri == İstintaq işində aşağıda sadalanan təşkilatın rəhbərləri kimi bir neçə nəfər yüksək vəzifəli şəxs göstərilmişdir. Onlardan beşi Azərbaycan SSR xalq təsərrüfatı rəhbəri və SSRİ Ali Sovetinin 1-ci çağırışının deputatları idi: Manaf Xəlilov (Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini); İbrahim Əsədullayev (Az. SSR Xalq Daxili Ticarət komissarı); Əbülfət Məmmədov Az. SSR Xalq Əkinçilik komissarı; İskəndər Əliyev (Az.
"Ədalət" inqilabi fəhlə təşkilatı
Ədalət Partiyası, Ədalət İnqilabi Fəhlə Təşkilatı və ya Ədalət Firqəsi — 1916-cı ildə iranlı mühacirlər tərəfindən əsası qoyulmuş, 1916-cı ildə sosial demokrat təşkilat kimi formalaşmışdır. Onun qurucuları arasında Əsədulla Qafarzadə, Bəhram Ağayev, Ağababa Yusifzadə və, sonradan Seyid Cəfər Pişəvəri kimi tarixə keçən, Cavadzadə Xalxali vardılar. == Tarixi == Ədalət özünü İctimaiyyun-Amiyyunun varisi hesab edir, Cənubi Azərbaycanda müntəzəm surətdə fəal inqilabi iş aparırdı. Təşkilatın Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsində və Hümmətdə daimi nümayəndələri var idi. Ədalətin proqram və nizamnaməsi Azərbaycan və fars dillərində xüsusi kitabça şəklində nəşr edilmişdir, həmçinin, "Hürriyyət" qəzetində dərc olunmuşdu, hansınınki redaktoru partiyanın üzvü olan Mir-Cəfər Pişəvəri idi. Ədalət 1917-ci ildən Azərbaycan və fars dillərində "Bayraqi-ədalət" adlı jurnal nəşr etməyə başlamışdı. Burada, əsasən, İranın daxili siyasi vəziyyətinə dair problemlər, Qacar sülaləsinə qarşı mübarizə, şahlıq hakimiyyətinin devrilməsi və demokratik respublika qurulması tələbi işıqlandırılırdı. 1917–1918-ci illərdə təşkilat xeyli möhkəmləndi və Cənubi Azərbaycan fəhlələri içərisindən silahlı dəstə təşkil etdi. Bu dəstə 1918-ci ilin mart soyqırımı zamanı mədən-zavod rayonlarında asayişə nəzarət edir, burada qırğın düşməsinin qarşısını alırdı. 1919-cu ilin əvvəlində Əsədulla Qafarzadə başda olmaqla, partiyanın Mərkəzi Komitəsinin yeni tərkibi seçildi.
ASAN Könüllüləri Gənclər Təşkilatı
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər. ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 27 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, iyirmisi isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 70 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur.
Afrika, Karib və Sakit okean Dövlətlərinin Təşkilatı
Afrika, Karib və Sakit Okean Dövlətlərinin Təşkilatı, qıs. AKS ölkələri (ing. African, Caribbean and Pacific Group of States, ACP countries) — günümüzdə əksəriyyəti əvvəllər Fransa və Böyük Britaniya müstəmləkələri olan 79 ölkəni (Afrikada 48, Karib dənizində 16 və Sakit okeanda 15) birləşdirən beynəlxalq təşkilat. Təşkilatın qurucu sənədi, əsasən iqtisadi sahədə birgə işlərə dair əsas razılaşmaları özündə cəmləşdirən 1975-ci il tarixli Corctaun sazişidir. Təşkilatın əsas hədəfləri iştirakçı ölkələrin iqtisadi inkişafı, dünya iqtisadiyyatına inteqrasiya, eləcə də "yeni, ədalətli və ədalətli dünya ictimai düzəninin" qurulmasıdır. Əvvəldən əsas məqsəd AKP ölkələri ilə AB arasında iqtisadi əlaqələrin koordinasiyası idi Son illərdə iştirakçı ölkələr ÜTT çərçivəsində bir sıra tədbirlər keçirərək diqqətlərini Aİ ölkələrindən dünya birliyinə yönəldiblər. == Yaranma tarixi == Avropa Birliyinin quruluşu dövründə, Avropadan kənarda keçmiş müstəmləkələri olan Avropa ölkələri onlarla xüsusi münasibətlərini qorumağa çalışdılar. Beləliklə, asılı ərazilərlə "birləşmə" fikri ortaya çıxdı, bu da onlara ticarət güzəştləri vermək və inkişafa kömək etmək demək idi. Bu fikir 1963 və 1969-cu illərdə Yaoundedə imzalanan I və II Konvensiyalarda rəsmiləşdirildi. Afrika Dövlətləri Birliyi (əsasən keçmiş Fransız və Belçika koloniyaları) ilə AB arasında.
Albaniya Həmkarlar İttifaqları Təşkilatı
Albaniya Həmkarlar İttifaqları Təşkilatı və ya qısaca AHİT — Albaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Tiranada yerləşir. == Tarixi == Təşkilatın yaranması Albaniya işçi hərəkatının böyük qalmaqalı və eyni zamanda qələbəsi ilə tarixdə qalıb. Belə ki, 1990-cı ilin son aylarında Valias şaxtasının işçiləri maaşlarının çox az olmasına və ağır iş şəraitində işlədiklərinə etiraz əlaməti olaraq silsilə tətillərə başlayırlar. Lakin hökumət tərəfindən şaxtaçıların tələblərinə cavab verən olmur. Hətta dövlət rəsmilərindən işçilərə belə bir ismarış da gəlir ki, əgər nümayişlərə son qoyulmasa onlara qarşı sərt tədbirlər planı hazırlanacaq. Bu bəyanat işçiləri daha da çox qəzəbləndirir və nəticədə böyük qalmaqallarla müşahidə olunan kütləvi tətillər keçirilir. Şaxtaçılara mədən işçiləri də qoşulur; ölkədə vəziyyət artıq nəzarətdən çıxır. İşçilər görürlər ki, onları müdafiə edəcək vahid qüvvəyə ehtiyac var. 1991-ci il fevralın 20-də etiraz edən böyük kütlə bir araya gələrək Albaniya Həmkarlar İttifaqları Təşkilatını yaradır.
Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı
Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı və ya AAİBT (ing. International Organi zation Of Supreme Audit Institutions – INTOSAI) – INTOSAI BMT- yə və ya onun ixtisaslaşmış agentliklərinə üzv olan ölkələrin ali audit institutlarının peşəkar beynəlxalq təşkilatıdır. INTOSAI 1953-cü ildə o dövrdə Kubanın Ali Audit Təşkilatının rəhbəri olan Emiliyo Fernandez Kamusun təşəbbüsü ilə formalaşıb. Həmin vaxt 34 ölkənin ali audit institutunun iştirakı ilə Kubada INTOSAI-nin I konqresi keçirilmişdir. Bu gün isə təşkilatın 186 üzvü vardır. INTOSAI muxtar, müstəqil və qeyri- siyasi təşkilatdır. O, BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi konsultativ statusa malik qeyri-hökumət təşkilatıdır. Bir çox onilliklər ərzində təşkilatın Baş Katibliyinə Avstriya Audit Təşkilatı ev sahibliyi etmişdir. Hal-hazırda da təşkilatın mənzil-qərargahı Vyanadadır. 1977-ci ildə INTOSAI Lima Deklarasiyasını qəbul etmişdir.
Amerika Dövlətləri Təşkilatı
Amerika Dövlətləri Təşkilatları (ADT) (ing. Organization of American States, isp. Organización de los Estados Americanos, port. Organização dos Estados Americanos, fr. Organisation des États américains) - 30 aprel 1948-ci ildə qurulmuş, Şimali,Mərkəzi və Cənubi Amerika xalqalarını birləşdirən regional təşkilat. == Təsis edilməsi. == 1948-ci ildə Boqatoda IX Pan-Amerikan Konfransı keçirilən zaman ADT-nin nizamnaməsi imzalanmışdır. Təşkilatın nizamnaməsinə 1967-ci ildə Buenos-Ayresdə, 1985-ci ildə Kartagen de İndiasda, 1992-ci ildə Vaşinqtonda və 1993-cü ildə Manaquada tərtib edilmiş protokollar əlavə edilmişdir. == Məqsəd və vəzifələri. == Təşkilatın yaradılmasında məqsəd: Qitədə sülh və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək; Qarışmamaq prinsipinə əsaslanaraq demokratiyanın inkişafına çalışmaq; Üzv ölkələr arasında ola biləcək münaqişələri sülh yolu ilə həll etmək; Üzv ölkələrin iqtisadi,sosial və mədəni inkişafına birgə dəstək vermək; Üzv dövlətlərin demokratikləşməsini ləngidən yoxsulluq və bu kimi amillərin aradan qaldırılmasına çalışmaq; Demokratiya və insan hüquqlarının müdafiəsi; Korrupsiya, terrorizm və narkobiznesə qarşı mübarizə.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Gənclər Təşkilatı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) — Azərbaycanda ali təhsil müəssisəsi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuşdur. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır. 1941-ci ildə başlayan İkinci Dünya müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni müdafiə etmək üçün müharibəyə qoşuldu, arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün çalışdılar. 1969-cu ildə institut üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, Azərbaycanda Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür.
Azərbaycan Pioner Təşkilatı
Vladimir Lenin adına Azərbaycan Pioner Təşkilatı (Азәрбајҹан Пионер Тәшкилаты) — Azərbaycan SSR pionerlərinin kütləvi təşkilatı. Vladimir Lenin adına Ümumittifaq Pioner Təşkilatının hissəsi. Azərbaycan Pioner Təşkilatına Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi rəhbərlik etmişdir. Ali orqanı Respublika Şurası olmuşdur. Azərbaycan Pioner Təşkilatı gənc nəsli kommunizm ideyaları, sovet vətənpərvərliyi və beynəlmiləlçilik ruhunda tərbiyə etmişdir. == Tarixi == Vladimir Lenin adına Azərbaycan Pioner Təşkilatı 23 may 1923-cü ildə yaradılmışdır. Azərbaycan ilk pioner dəstələri 1922-ci ildə Bakıda, Vladimir Lenin adına toxuculuq fabrikində, leytenant Şmidt adına zavodda, Sabunçu, Suraxanı, Bibiheybət rayonlarında və Gəncədə təşkil edilmişdir. 1924-cü ildə Azərbaycanda 22,817 pioner var idi. 1975-ci ildə onların sayı 826 minə çatmışdır. Azərbaycan Pioner Təşkilatı 1920-ci illərdə uşaqların məktəblərə cəlb olunmasında, mövhumata və cəhalətə qarşı mübarizə hərəkatında fəal iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (əvvəlki: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin (bundan sonra – layihələr) mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yerinə yaradılmışdır. == Haqqında == 19 aprel 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradılmışdır. == Nizamnamə == Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə əsasən Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, agentlikdə uçot və hesabat, agentliyin ləğvi və yenidən təşkili təsdiq edilmişdir. == Xarici keçidlər == "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. İstifadə tarixi: 27 yanvar 2022.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (əvvəlki: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin (bundan sonra – layihələr) mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yerinə yaradılmışdır. == Haqqında == 19 aprel 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradılmışdır. == Nizamnamə == Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə əsasən Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, agentlikdə uçot və hesabat, agentliyin ləğvi və yenidən təşkili təsdiq edilmişdir. == Xarici keçidlər == "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. İstifadə tarixi: 27 yanvar 2022.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ və ya Tələbə İttifaqı) Azərbaycanın 101 ali və orta təhsil müəssisəsini özündə birləşdirən ən böyük tələbə təşkilatlarından biridir. ATGTİ qeyri-siyasi, qeyri-kommersiya və qeyri hökumət təşkilatıdır. İttifaqın əsası 20 noyabr 2009-cu ildə qoyulmuşdur, 2010-cu ilin mart ayında isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İttifaqın məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək olmaq, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni və sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. ATGTİ mütəmadi olaraq yerli təlimlər, seminarlar, konfranslar, milli və beynəlxalq yay düşərgələri, tələbə mübadilələri, tələbələrarası müxtəlif olimpiadalar, incəsənət müsabiqələri və digər bu kimi fəaliyyətlər təşkil edir.
BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı
UNESCO (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur. Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir. UNESCO-nun nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 194 ölkəsi bu təşkilatın üzvüdür. UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır. 1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilmişdir. Bu Təşkilatın Nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkən nümayəndəsinin qatıldığı toplantıda qəbul edilmişdir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (LATI /FAO/) (ing. Food and Agricultural Organization of the United Nations, FAO) — vəzifəsi əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış təşkilatı. 1945-ci ildə yaradılmışdır. Əsas vəzifələrindən biri – kənd təsərrüfatı istehsalı, meşə və balıq təsərrüfatında inkişaf etməkdə olan ölkələrə kömək göstərməkdir. Inkişaf etmiş kapitalist ölkələrdən ərzağın birbaşa digər ölkələrə çatdırılması, kənd təsərrüfatında elmi araşdırmaların və işlərin həyata keçirilməsi və təşkilinə köməklik daxil olmaqla, FAO yardımı maddi və qeyri-maddi xarakter daşıyır. FAO milli və beynəlxalq miqyaslı tədbirlərdə iştirak edir. FAO umumdünya torpaq xəritəsini tərtib etmiş, dünya səhralaşma xəritəsinin hazırlanmasında iştirak etmişdir. Hal-hazırda FAO səhralaşma problemi ilə əlaqəli 50-yə yaxın layihə həyata keçirir. Onlar arasında "Səhralaşmanın qiymətləndirilməsi və xəritələşdirilməsi", "Quraq və yarımquraq otlaq yerlərinin ekoloji idarə edilməsi" və s. var.
Bakı İctimai Təşkilatlar Şurası
Bakı İctimai Təşkilatlar Şurası — Fevral inqilabından (1917) sonra Bakıda yaradılmış yerli hakimiyyət orqanı. == Tarixi == Bakı İctimai Təşkilatlar Şurası 1917-ci il martın 5-nə keçən gecə Bakıda təşkil olunmuşdu. Yerli hakimiyyət orqanı olaraq, müvəqqəti hökumətə etimad göstərmişdi. Tərkibinə Fəhlə Deputatları Sovetlərinin, Bakı Şəhər Dumasının və müxtəlif ictimai təşkilatların nümayəndələri daxil idilər. İcraiyyə Komitəsinin sədri Luka Bıç, üzvlərinin əksəriyyəti qeyri-müsəlman millətlərin nümayəndələri idilər. Komitədə azərbaycanlı əhalini Məmmədhəsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə təmsil edirdilər. Milli neft sənayeçiləri komitəyə maddi yardım göstərirdilər. Rusiyada oktyabr çevrilişi nəticəsində bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra Bakı Fəhlə və Əsgər Deputatları Sovetində əsas vəzifələrə yiyələnən bolşeviklər sovetin təkhakimiyyətliliyinə nail olmaq üçün digər siyasi hakimiyyət strukturlarının, o cümlədən İctimai Təşkilatların İcraiyyə Komitəsinin ləğvinə çalışırdılar. Bakı Sovetinin bolşeviklərdən ibarət İcraiyyə Komitəsi 1917 il noyabrın 13-də iclas keçirərək, İctimai Təşkilatların İcraiyyə Komitəsinin ləğvi haqqında elan vermək barədə qərar qəbul etdi. Qərara görə, İctimai Təşkilatların İcraiyyə Komitəsinin sədri vəzifəsinə Stepan Şaumyan seçilməli və o, komitəni ləğv etməli idi.
Bank olmayan kredit təşkilatlatı
Bank olmayan kredit təşkilatı — (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur. == Lisenziya == Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) almalıdır. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır. BOKT-yə verilən lisenziya müddətsizdir. Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.. == Maliyyələşdirilmə mənbələri == BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər: nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər; cəlb edilmiş kreditlər; fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər; qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
Bank olmayan kredit təşkilatı
Bank olmayan kredit təşkilatı — (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur. == Lisenziya == Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) almalıdır. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır. BOKT-yə verilən lisenziya müddətsizdir. Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.. == Maliyyələşdirilmə mənbələri == BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər: nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər; cəlb edilmiş kreditlər; fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər; qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (türk. Uluslarası Türk Kültürü Teşkilatı, abr. TÜRKSOY) — Türk ölkələrinin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat. == Haqqında == Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - Türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilatdır. Türk xalqları özlərinin qədim, çoxəsrlik tarixi boyu Avrasiya məkanının böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdirmişlər. Tarixin müxtəlif mərhələlərində türk xalqlarının həyatı cürbəcür, bəzən isə hətta onların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə qarşılaşmışdır. Ancaq türk xalqlarının ulu tarixin dərinliklərindən keçib gələn zəngin kökləri, bir- birinə mənəvi bağlılığı onları bütün bu mərhələlərdə imtahanlardan, sınaqlardan mətanətlə çıxarmış və bugünkü günlərə gətirib çıxarmışdır. Bu xalqlar tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və qiymətli bədii əsərləri, müsiqisi ilə onun parlaq səhifələrini yaratmışlar. Bütün bunlarla belə, yüz illərlə bir-birindən ayrı düşmüş, yaxud imperiyaların (Rusiya, Çin, İran) dövlət siyasəti səviyyəsində həyata keçirdikləri (çox vaxt, həm də hiylə və fitnələr hesabına) məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş (Türkiyə istisna olmaqla), bəzən isə hətta bir-birinə qənim kəsilmiş türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm basmağa nail oldular. Bütün bunlarla belə, yüz illərlə bir-birindən ayrı düşmüş, yaxud imperiyaların (Rusiya, Çin, İran) dövlət siyasəti səviyyəsində həyata keçirdikləri (çox vaxt, həm də hiylə və fitnələr hesabına) məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş (Türkiyə istisna olmaqla), bəzən isə hətta bir-birinə qənim kəsilmiş türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm basmağa nail oldular.
Beynəlxalq peyk və kosmik rabitə təşkilatları
Bu hazırda ən azı bir kommersiya kommunikasiya peyki olan bütün şirkətlərin siyahısıdır. == Qlobal top 20 == Ümumdünya Teleport Assosiasiyası bütün fərdiləşdirilmiş kommunikasiya mənbələrindən əldə edilən gəlirlərə əsaslanan şirkətlərin siyahılarını dərc edir və teleportlar və peyk donanmalarının operatorlarını əhatə edir.
Beynəlxalq qeyri-hökumət təşkilatları
Beynəlxalq qeyri-hökumət təşkilatları (ing. International Non-Governmental Organizations) — müxtəlif ölkələrin ictimaiyyətinin müxtəlif təbəqələrindən olan oxşar və ya ümumi sosial, siyasi, iqtisadi, ideya, peşəkar və digər maraqlı təşkilati rəsmiləşmiş birliklər. BQHT-ları ayrı-ayrı şəxslərin müxtəlif milli cəmiyyətləri və ittifaqlarını birləşdirir. Beynəlxalq qeyri-hökumət təşkilatları xalqlar arasında ünsiyyət formalarından biridir. Bir sıra BQHT-nın fəaliyyətləri səhralaşma problemləri ilə əlaqədardır. Beynəlxalq QHT-lər 1952-ci ildən Avropa Şurası yanında məsləhətçi statusuna malikdirlər. 2003-cü ilin noyabrında beynəlxalq QHT-lərə iştirakçı statusu verildi ki, bu öz növbəsində onların Avropa Şurasının fəaliyyətində mühüm rolunu tanımasından irəli gəldi. Bu status Nazirlər Komitəsinin Qətnaməsi (2003) tərəfindən idarə olunur. Bu cür statusa malik olmaq istəyən Beynəlxalq QHT-lər xüsusilə onların sahəsində (sahələrində) təmsil olunmalıdır. Onlar Avropa Şurasının məqsədlərini izləməli və onun fəaliyyətinə öz töhfələrini verməlidirlər.
Beynəlxalq sağlamlıq təşkilatı
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.
Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı
Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (ing. World Intellectual Property Organization; həmçinin Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatı) — BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı. Stokholm konvensiyasına uyğun olaraq yaradılmışdır və Cenevrə şəhərində yerləşir. ÜƏMT-nin hazırkı Baş Direktoru 2008-ci il oktyabrın 1-də vəzifəsinin icrasına başlamış Frensis Harridir. Üzv dövlətlərin sayı 189-dur. Azərbaycan 1995-ci ildən bu təşkilatın üzvüdür. Əqli mülkiyyət sənaye mülkiyyətinə və ədəbi, musiqi, bədii, fotoqrafiya, kinematoqrafiya və audiovizual əsərlərə olan hüquqdur. ÜƏMT-nin rəsmi məqsədi iştirakçı ölkələrin yaratdığı ittifaqlar arasında inzibati qarşılıqlı fəaliyyət və dövlətlər arasında əməkdaşlıq yolu ilə əqli mülkiyyətin mühafizəsinə yardım göstərməkdir. ÜƏMT yeni beynəlxalq müqavilələrin bağlanmasına, milli qanunvericiliyin təkmilləşməsinə təsir göstərir, texniki və hüquqi yardım göstərir, elmi tədqiqatların nəticələrini və seminarların mətnlərini dərc etdirir. Rəhbər orqanları Baş assambleya (məclis), əlaqələndirm üzrə komitə, konfrans, sənaye mülkiyyətinə dair informasiya üzrə daimi komitə və beynəlxalq bürodur.

Значение слова в других словарях