Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nuhbala Quliyev
Nuhbala Quliyev (23 oktyabr 1927, Bakı şəhəri, Zirə qəsəbəsi - 14 iyun 1998, Bakı şəhəri, Zirə qəsəbəsi) — yazıçı-jurnalist, SSRİ jurnalistlər ittifaqının üzvü, "Qızıl qələm" mükafatı laureatı, bir sıra filmlərin ssenari müəllifi, baş redaktor, Azərbaycan Teleradio Verilişləri QSC-nin Gənclər redaksiyasında raqdiojurnalist. 1967-ci ildə Azərbaycan Televiziyasında efirə çıxan "Günün ekranı" xəbərlər proqramının ideya müəllifi və baş redaktoru olub.
Xucbala
Xucbala — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Ərazi vahidliyinə Xucbala, Çartəpə, Ağağı-Xuc və Digah kəndləri daxildir. == Toponimikası == Xucbala oyk, mür. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Keçmiş adı Yuxarı Xuc olmuşdur. Oykonim Xuc (qıpçaqların kuç tayfa adını əks etdirən etnotoponim) və bala (kiçik) komponentlərindən düzəlib, "kiçik Xuc kəndi" mənasındadır. Buradakı bala komponenti yaşayış məntəqəsini Orta Xuc və Aşağı Xuc kəndlərindən fərqləndirməyə xidmət edir. == Əhalisi == 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Xucbala kənd cəmiyyəti tərkibinə daxil olan Xucbala kəndində 56 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 495 nəfər (248 nəfəri kişilər, 247 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1480 nəfər əhali yaşayır.
Şahbala Məmmədov
Məmmədov Şahbala Ağqırax oğlu (1 iyun 1936, Qazax) — Azərbaycanın əməkdar iqtisadçısı (1978), Dövlət Statistika Komitəsi sədrinin müavini, Baş Hesablama Mərkəzinin direktoru, "Şərəf nişanı" ordeni (1981). == Həyatı == Qazax rayonunun Yuxarı Salahlı kəndində 1936-cı il iyunun 1-də doğulmuş, onillik məktəbi Aşağı Salahlı orta məktəbində başa vurmuşdur. Karl Marks adına Xalq Təsərrüfatı İnstitutunun ticarət-iqtisad fakültəsinə daxil olmuş, bu ali məktəbi statistika ixtisası üzrə bitirmişdir (1958). Moskvada SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyası İxtisasartırma İnstitutunda tam kurslar dinləmişdir (1986). == Fəaliyyəti == Əmək fəaliyyətinə təyinatla Şəmkir rayonunda başlamış, orada 1959-cu ilin yanvarında əhalinin siyahıyaalınmasını respublika rayonları arasında birinci olaraq, dəqiq və keyfiyyətlə yerinə yetirdiyinə görə respublika Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür. Dərhal mərkəzi idarəyə işə dəvət edilən Ş. A. Məmmədov həyatının 50 ildən çoxunu Dövlət Statistika Komitəsində çalışmış, burada əsaslı tikinti və mənzil-kommunal təsərrüfatı şöbəsinin iqtisadçısı, baş iqtisadçısı və həmin şöbənin rəisi işləmişdir. 1968-ci ilin aprelində İdarənin maşın-hesablama stansiyasının rəis müavini təyin edilmiş, sonra hesablama mərkəzi direktorunun müavini olmuşdur. Ş. A. Məmmədov 1976-cı ilin martından Respublika Hesablama Mərkəzinin direktoru olmaqla, Dövlət Statistika Komitəsi sədrinin müavinidir. Azərbaycanın statistika orqanlarının son 50 ildəki inkişaf yolu, kiçik bir idarədən geniş şəbəkəsi olan dövlət strukturuna çevrilməsi, idarənin elm və texnikanın son nailiyyətləri ilə təchiz olunması bilavasitə Ş. A. Məmmədovun adı, fəliyyəti və şəxsi təşəbbüsləri ilə bağlıdır. Milli statistikamızın dünya standartlarına cavab verən bir struktur olaraq, formalaşmasında bu müstəsna xidmətlərinə görə onu öz xidməti sferasında "statistikamızın patriarxı" da adlandırırlar. Ş. A. Məmmədov respublikada statistika kadrlarının hazırlanmasına öz töhfəsini vermiş, istehsalatdan ayrılmamaqla 8 il Xalq Təsərrüfatı İnstitutunda ixtisas fənnindən dərs demiş, 20 il statistika və iqtisadi kibernetika bölmələrində dövlət imtahan komissiyasının sədri olmuşdur.
Ladislav Kubala
Ladislav Kubala (slovak. Ladislav Kubala; 10 iyun 1927, Budapeşt – 17 may 2002, Barselona, İspaniya) ― Macarıstan, Çexoslovakiya və İspaniya futbolçusu və futbol məşqçisi. “Ferentsvaroş”, “Bratislava”, “Vaşaş”, “Barselona” (məhz burada böyük uğurlar və şöhrət qazanmışdır) və “Espanyol” kimi klublardakı çıxışları ilə məşhurdur. Futbol tarixinin ən yaxşı oyunçularından biri sayılır (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına görə 20-ci əsrdə dünyanın ən yaxşı futbolçuları siyahısında 32-ci yeri aldı və Avropada yüzilliyin ən yaxşı oyunçuları siyahısında 24-26 yerləri paylaşdı) . Kubala dəqiq ötürmə vermək, əla driblinq və cərimə zərbələrini məharətlə yerinə yetirmək kimi oyun keyfiyyətlərinə sahib idi. 1999-cu ildə “Barselona” klubunun 100 illiyi qeyd olunarkən azarkeşlər arasında keçirilmiş sorğuya əsasən, Kubala “mavi-tünd qırmızı”lıların şərəfini qorumuş ən yaxşı oyunçu seçildi. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başladı. İki dəfə "Barselona"nın məşqçisi təyin edildi, İspaniya milli komandasını çalışdırdı, 1992 oyunlarında İspaniya Olimpiya komandasının məşqçilər heyətinin bir hissəsi oldu.
Digah-Xucbala bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gülbala Salamov
Gülbala Salamov Ağaməmməd oğlu (d.1928- ci il Bakının Saray qəsəbəsi. ö.1985-ci il) kənd təssrüfatı üzrə fəlsəfə doktoru. == Həyatı == G.A.Salamov Bakının Saray qəsəbəsində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini coğrafiyaçı ixtisası üzrə bitirmişdir. Həmin il AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Meşə torpaqları laboratoriyasına işə qəbul edilmişdir. == Elmi fəaliyyəti == 1957-ci ildə həmin institutun aspiranturasını bitirmişdir. 1964-cü ildə "Böyük Qafqazın qara torpaqları" mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-ci ildən AMEA Coğrafiya institutuna işə keçirilmiş və baş elmi işçi vəzifəsində işləmiş, sonra isə "Meşə torpaqlarının genezisi və xəritələşdirilməsi" laboratoriyasına rəhbərlik etmişdir. O, Azərbaycanın bir sıra regionlarında meşə torpaqlarının yayılması, onların genetik-təsərrüfat xüsusiyyətləri, torpaqlardan səmərəli istifadənin yolları və başqa məsələlərə aid elmi tədqiqat işləri aparmış, irimiqyaslı torpaq xəritələri tərtib etmişdir. G.Salamovun 2 monoqrafiyası "Böyük Qafqazın alçaq və dağətəyi zonalarının qara torpaqları" (1971), "Böyük Qafqazın cənub yamacının meşə torpaqları" (1978) və 80-dən çox məqaləsi nəşr olunmuşdur.
Gülbala Əliyev
Gülbala Ağabala oğlu Əliyev (5 dekabr 1879, Bilgəh, Bakı qəzası – 27 mart 1971, Bakı) — SSRİ-nin fəxri neftçisi, SSRİ neftçıxarma sənayesinin veteranı, Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR neft ustası (1940). == Həyatı == Gülbala Əliyev 5 dekabr 1879-cu ildə Bakı şəhərinin, Bilgəh qəsəbəsində anadan olmuşdur. Bikəxanım Əliyeva ile ailə həyatı qurmuş ve 8 övladı olmuşdur G.Əliyev əmək fəaliyyətinə 1898-ci ildə Bibiheybət neft mədənlərində başlamışdır. O, Bibiheybət buxtasının qurudulmasının fəal iştirakçılarından biri olmuşdur. Neft mədənlərində usta və mühəndis işləmişdir. Azərbaycanda neft sənayesinin təşəkkülündə, onun texniki cəhətdən yenidən qurulmasında, mütəxəssislər hazırlanmasında G.Əliyevin böyük xidmətləri vardır. O, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. == Mükafatları == İki dəfə Lenin ordeni, Qırmızı Əmək bayrağı ordeni və digər medallarla təltif olunmuş, 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. == Xatirəsi == Bakıda büstü qoyulmuş, adına küçə verilmişdir. Haqqında "Bizim Gülbala" filmi çəkilmişdir.
Bizim Gülbala (film, 1961)
Bizim Gülbala qısametrajlı sənədli filmi rejissor İsmayıl Xəlilov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məşhur fəhlə-neftçi, Azərbaycan neftçilərinin ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın neft ustası Gülbala Əliyevə həsr olunmuşdur. == Məzmun == Film məşhur fəhlə-neftçi, Azərbaycan neftçilərinin ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın neft ustası Gülbala Əliyevə həsr olunmuşdur. O əmək fəaliyyətinə 1898-ci ildə Bibiheybət neft mədənlərində başlamış, Bibiheybət buxtasının qurudulmasının fəal iştirakçısı olmuş, neft mədənlərində fəhlə, usta, mühəndis işləmişdir. Neft sahəsində mütəxəssislərin hazırlanmasında Gülbala Əliyevin böyük xidmətləri vardır. Kinooçerkdə neft ustasının həyat və əmək fəaliyyətinin ayrı-ayrı anları canlandırılmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Fəhlə Gülbala Əliyev (film, 1971)