Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nuridə Atəşi
Nuridə Atəşi (Qədirova) və ya Nuridə Atəşi — Məşhur azərbaycanlı yazar, Qafqazın arxeologiyası və tarixi üzrə ixtisaslaşmış alim, pedaqoq və tarixçi. Almaniyada N.Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru, Almaniya Jurnalistlər İttifaqının "Berlin bərabər imkanlar" komitəsinin sədr müavini, Alman-Azərbaycan Dostluq və Mədəniyyət Cəmiyyətinin sədri və Almaniya Jurnalistlər Birliyinin üzvüdür. Nuridə Qədirova - Atəşi (22 avqust 1965) Azərbaycanın Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1995-ci ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Nuridə Atəşi 9 yaşından şeirlər yazmağa başlamış, ilk şeiri 1983-cü ildə "Ədəbiyyat" qəzetində nəşr edilmiş və bundan sonra şerlərinin nəşrinə Sovet Azərbaycanında icazə verilməmişdir. Özünə Atəşi təxəllüsü götürərək şerlərini təxəllüs altında yazmağa davam etməyə məcbur olmuşdur. Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov onun sözlərinə onlarla mahnı bəstələmişdir. Müğənni İlhamə Quliyevanın şairənin sözlərinə ifa etdiyi "Neylərsən" mahnısı Azərbaycanda, Türkiyədə və İranda məşhur olaraq hitə çevrilmişdir. Şairənin şeirlərinə müxtəlif bəstəkarların bəstələdiyi yüzə yaxın mahnılar, Azərbaycanın populyar müğənniləri Brilliant Dadaşova, Səməd Səmədov, Almaz Ələsgərova, Zöhrə Abdullayeva, Zaur Rzayev və başqaları tərəfindən ifa edilir. 1982–1984-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunu fərqlənmə diplomu ilə, 1984–1989-cu illər Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyətşünaslıq faküləsində təhsil almışdır.
Nuridə Qurbanova
Nuridə Qurbanova – Azərbaycan parapsixoloqu. Rusiya mətbuatı tərəfindən "Azəraycanın Vanqası" adlandırılmışdır. Uzun illər Rusiyada yaşamışdır. Nuridə Qurbanova Azərbaycanın Şuşa şəhərində doğulmuşdur. 10 yaşında olanda ildırım vurması nəticəsində 40 günlük komaya düşmüş və deyilənə görə bu hadisədən sonra ərəb dilində danışmağa və Quran oxumağa başlamışdır. Qurbanovanın şəfaverici qabiliyyəti "ENİOM" Ümumrusiya Ənənəvi Xalq Təbabəti Elmi-Tədqiqat Mərkəzi tərəfindən də təsdiq edilmişdir. Nuridə Qurbanova Moskva şəfavericiləri reyestrinə daxil edilmişdir. O, "Rusiyada XX əsrin son onilliyinin ən yaxşı şəfavericisi" müsabiqəsinin laureatı, Rusiya filosofiya elmləri doktoru və enerji informasiya elmləri namizədi, komplementar tibb sahəsi üzrə verilən "Magistr ulduzu" mükafatının qalibi, M. Nostradamus adına Proskopik Elmlər Akademiyasının "Elmin və təcrübənin metri" adının sahibi, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının "İlin ekstrasensi" və "Fəxri ekstrasens" mükafatlarının qalibi olmuşdur. 2015-ci ildə Rusiya Federasiyasının İctimai medallar və xatirə nişanları komissiyasının qərarına əsasən "Mərhəmət və xeyriyyəçiliyə görə" medalı ilə mükafatlandırılmış və mükafatı Ruşan Simbatulin tərəfindən qəbul etmişdir. 2018-ci ildə Bolqarıstanın paytaxtında "Otkrıtiye" Beynəlxalq Fondu tərəfindən "Azərbaycan Vanqası" fəxri diplomu və "Bolqar qızılgülü" medalı ilə təltif edilmişdir.
Nuriyə Əhmədova
Nuriyyə Əliağa qızı Əhmədova (26 dekabr 1950, Nuxa – 10 oktyabr 2015, Bakı) — Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2004–2015). Nuriyyə Əhmədova 1950–ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Xalq artisti Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla evli olub və iki övladı dünyaya gəlib: ilk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var. Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir.
Nuriyə Ülviyyə Mevlan Civələk
Nuriyə Ülviyyə Mevlan Civələk — türkiyəli jurnalistdir. O, Balıkəsirin Gönen vilayətində 1893-cü ildə anadan olmuşdur. Türkiyənin qadın hüquq mühafizəçisidir. İlk Türkiyəli feminist qadın jurnalının və müsəlman qadın hüquqlarının yaradıcısıdır. 1893-cü ildə Sofiya və Çərkəz Mahmudun 7-ci qızıdır. Osmanlı imperiyası dövründə Balıkəsirdə anadan olmuşdur. Nuriyyənin ailəsi Kafkasyada yaşadığı müddət ərzində Rusiya imperiyası tərəfindən sürgün edilmişdir. Sürgündən sonra Trabzona ordanda Balıkəsirə gəlirlər. Burada onlar maddi cəhətdən sıxıntı çəkillər. Buna görə də qızlarını 6 yaşında Ulduz saraya göndərirlər.
La Turbie
La-Türbi (fr. La Turbie) — Fransanın cənub-şərqindəki Provans-Alp-Kot-d'Azür regionunun Dənizkənarı Alplar departamentində yerləşən kommuna. Dairəsi — Nitsa. Ərazisi 8 km² olan bələdiyyənin 3118 nəfər əhalisi var (2017 siyahıyaalma statistikasına görə). Şəhərdəki Avqustun Zəfər Abidəsi çox sayda qonağı cəlb edir. == Əhalisi == == Qardaşlaşmış şəhərlar == Sar, İtaliya == İstinadlar == == Xarici keçidlər == "Rəsmi saytı" (fransız). İstifadə tarixi: 22 августа 2015 года.