Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oberton
Oberton (alman dilində ober – yuxarı+ton) — mürəkkəb rəqsin əsas tona nisbətən daha yüksək tezliyə malik sadə tonları. Əsas ton kimi şərti olaraq birinci oberton götürülür. Rəqs tezliklərinin nisbətən tam ədədlərin nisbətən (1:2:3:4 və s.) kimi olan obertonlar harmonik overton adlanır. Musiqi səsi tondan və harmonik obertondan ibarətdir. Səslənən simin, hava sütununun tezliklərinin nisbəti həm tam ədəd, həm də 1/2:1/3:1/4 və s. kimi də göstərilir. Oberton əsas tondan çox zəif olduğundan və ona qarışaraq səsləndiyindən onu bilavasitə atırmaq olmur. Obertonun xarakteri eyni zamanda səsin xüsusiyyətini və ya tembrini müəyyən edir.
Oberon
Oberon — Günəş sistemində Uran planetinin peykidir.
Overton pəncərəsi
Overton pəncərəsi (ing. Overton window) və ya diskurs pəncərəsi (ing. discourse window) - siyasətçi və fəalların ictimai çıxışlarında yolverilən fikir diapazonu çərçivəsinin cari ictimai diskursa əsaslanaraq mövcud olduğunu iddia edən sosioloji konsepsiyadır. Konsepsiya bütün dünyada politoloqlar, siyasi analitiklər, tarixçilər, kulturoloqlar və s. mütəxəssislər tərəfindən istifadə olunur. Konsepsiya - onun müəllifi olan, amerikalı hüquqşünas və ictimai xadim Cozef Overtonun şərəfinə adlandırılıb. == Yaranma tarixi == Diskurs pəncərəsi konsepsiyası Cozef Overton tərəfindən 1990-cı illərin ortalarında, onun Makinak İctimai Siyasət Mərkəzində işlədiyi müddətdə irəli sürülmüşdür. Bu konsepsiya vaxtilə mühakimələrin açıq siyasi müzakirələr zamanı səsləndirilməyə uyğun olub-olmama dərəcəsinin qiymətləndirilməsi üçün əlverişli model kimi təklif edilmişdir. Konsepsiya mərkəzin daxili seminarlarında aktiv şəkildə istifadə edilsə də, geniş ictimaiyyət üçün ilk dəfə 2006-cı ildə, Overtonun ölümündən üç il sonra nəşr edilmişdir. Beləliklə, diskurs pəncərəsi ideyası nüfuz qazanır, Makinak Mərkəzinin əməkdaşları isə Overton pəncərəsinə həsr olunmuş bir sıra materiallar hazırlayaraq ideyanı populyarlaşdırmaq və inkişaf etdirmək üçün davamlı çalışırdılar.2006-cı ildə diskurs pəncərəsi konsepsiyasının davamı olaraq neokonservativ publisist və siyasətçi Coşua Trevino ideyaların açıq müzakirədə səsləndirilməyə uyğunluğunu təsnifatlaşdırmaq üçün altıpilləli qiymətləndirmə şkalası təklif edir və bu şkalada diskurs pəncərəsinin sərhədlərini qeyd edir.
Oberon (Proqramlaşdırma dili)
Oberon – ümumi təyinatlı, obyekt-yönlü proqramlaşdırma dili. 1986-cı ildə N.Virt (Niklaus Wirth) tərəfindən işlənib hazırlanıb. Oberon dili ALGOL-bənzər dillərin Virt ailəsinin (Wirthian family) ən son üzvüdür (EULER, ALGOL-W, PASCAL, MODULA VƏ MODULA-2). Bu dildə Модуле-2 dilində olan konstruksiyaların bir hissəsi yoxdur. İşlənib hazırlanmasında başlıca məqsəd eyni zamanda bir neçə üsulla reallaşdırılmış mənaca yaxın vəziyyətlərin uzaqlaşdırılması ilə dilin sadələşdirilməsi olub. Oberon dilinin inkişafı nəticəsində Oberon-2 dili yaranıb. Proqramlaşdırma dili ilə yanaşı Oberon adlı əməliyyat sistemi də vardır. Bax: GO, MODULA-2, OBJECT-ORIENTED PROGRAMMING. Oberon dilində proqram nümunəsiMODULE Hello; IMPORT Oberon, Texts; VAR W: Texts.Writer; PROCEDURE World*; BEGIN Texts.WriteString(W, "Hello World!"); Texts.WriteLn(W); Texts.Append(Oberon.Log, W.buf) END World; BEGIN Texts.OpenWriter(W) END Hello. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Oberon Programlama Dili nedir?
Oberon (Uranın peyki)
Oberon — Günəş sistemində Uran planetinin peykidir.
Bertol.
Antonio Bertoloni (it. Antonio Bertoloni, 8 fevral 1775 — 17 aprel 1869) — İtaliya botaniki. == Əsərləri == Amoenitates italicae. 1819. (ital.) Pralectiones rei herbariae. 1827. (ital.) Dissertatio de quibusdam novis plantarum speciebus et de Bysso antiquorum. 1835. (ital.) Florula guatimalensis. 1840.
Beton
Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir. Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır.
Aterton Martin
Aterton Martin — Dominikan ictimai və siyasi xadimi, aqronom və ekoloq. 1998-ci ildə o, planlaşdırılmış əsas mis mədən əməliyyatları nəticəsində tropik meşələri ekoloji təhlükələrdən qorumaq səylərinə görə Qoldman Ətraf Mühit Mükafatına layiq görülmüşdür. == Bioqrafiya == 1970-ci ildə Nyu-York ştatındakı Kornel Universitetini bitirib. Həmin vaxtdan o, iqtisadi inkişafı ətraf mühitin mühafizəsi ilə birləşdirməyə yönəlmiş uzunmüddətli layihələrin siyahısında iştirak etmişdir. 1970-ci illərdə o, ölkədəki bir sıra sol qüvvələrin, o cümlədən Dominika Birləşmiş Partiyasının, Xalq Demokratik Partiyasının və Dominika Azadlıq Hərəkatı Alyansının üzvü olub. 1979-cu ildə inqilabdan əvvəlki şəraitdə Dominika İşçi Partiyasından ayrılan Oliver Serafinanın koalisiya kabinetində Dominikanın Kənd Təsərrüfatı Naziri vəzifəsində çalışmışdır. Aterton Martin Dominikanın təbii sərvətlərini, xüsusən də yırtıcı mədənçiliklə mübarizədə mühüm fiqur olur. 1996-cı ildə Avstraliyanın Broken Hill Proprietary şirkəti mis hasilatı layihəsini təklif etdikdə Dominika Parlamenti mədən işlərinin inkişafı qanun layihəsini təsdiqləyir. Martin həmin vaxt Dominika Planlaşdırma və İnkişaf Korporasiyasının direktoru kimi dövlət qulluğunda olsa da, layihənin adanın ətraf mühitinə, iqtisadiyyatına və cəmiyyətinə mənfi təsirini izah edərək, əleyhinə kampaniya aparmasında mühüm rol oynayıb. Bu səbəbdən Martin hökumətdəki vəzifəsini itirir, həyatı və ailəsi təhlükə altına düşür.
Dani Doberson
Dani Doberson (16 yanvar 1925 – 16 mart 1979, Marsel) — Fransa müğənnisi və aktyoru. 1956 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "Il est là" mahnısı ilə təmsil etmişdir.
David Roberto
David Roberto (d. 22 aprel 2000) — Şimali Marian adalarını təmsil edən üzgüçü. David Roberto Şimali Marian adalarını 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == David Roberto birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.18 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 108-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Everton FK
"Everton" futbol klubu (ing. Everton Football Club) — Liverpul şəhərindən ingilis futbol klubu. İngiltərə Premyer-Liqasında çıxış edir. Klub İngiltərə çempionatını yuxarı liqasında 108 sezon keçirib. Bu ingilis futbol klubları üçün rekord göstəricidir. Klub həmçinin doqquz dəfə İngiltərənin çempionu olub, bu klublar arasında dördüncü mövqedir. "Everton" 1888-89-ci ildə İngiltərə Futbol Liqasının və 1992-ci ildə Premyer-Liqanın təsisçilərindən biridir. Klubun çoxsaylı həvəskarları vardır. Ona gərə ona eyni zamanda "Xalq klubu" (ing. The People’s Club) adı verilib.
Kliff Robertson
Kliff Parker Robertson (ing. Clifford «Cliff» Parker Robertson III; d. 9 sentyabr 1923 - 9 sentyabr 2011) — ABŞ aktyoru. == Filmoqrafiya == Kliff Robertson 60-a yaxın filmə çəkilib. 1968-ci ildə “Çarli” filmində Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına layiq görülüb. Robertson 2000-ci illərdə də filmlərə çəkilirdi.
Roberto Baccio
Roberto Baccio (it. Roberto Baggio; 18 fevral 1967[…]) — Karyerasını başa vurmuş italiyalı futbolçu. Hücumçu və hücuma meyilli yarımmüdafiəçi mövqelərində oynamışdır. Futbolçu karyerasını (1982–2004) vətənində keçirib. Viçentsa, Fiorentina, Yuventus, Milan, "Bolonya", İnter Milan və "Breşiya" klublarının şərəfini qorumuşdur. İtaliya milli komandasının heyətində 1990, 1994 və 1998-ci illərdə keçirilən futbol üzrə dünya çempionatlarında çıxış etmişdir. 1993-cü ildə Dünya və Avropanın ən yaxşı futbolçusu seçilib, 1992–1993-cü il mövsümündə "UEFA Kuboku"nun qalibi, 1990-cı il "Düya Çempionatı"nın bürünc mükafatçısı, 1994-cü il "Dünya Çempionatı"nın gümüş mükafatçısı, 1994–95, 1995–96-cı il mövsümlərində İtaliya çempionatının qalibi, 1994–95-ci illər İtaliya Kubokunun qalibi, üç fərqli dünya çempionatında qol vurmuş yeganə italyan futbolçu. 2000-ci ildə FİFA-nın keçirdiyi rəy sorğusuna əsasən XX əsrin ən yaxşı dördüncü futbolçusu seçilib (Maradona, Pele və Eysebiodan sonra).Futbolçu karyerasını başa vurduqdan sonra xeyriyyəçiliklə məşğul olur. 2002-ci ildən FAO-nun xoşməramlı səfiridir. 2010-cu ildə "World Peace Award" mükafatı qazanıb.
Roberto Bacco

Roberto Baco

Roberto Bellarosa
Roberto Bellarosa (d. 1994) - Belçikalı müğənni. Roberto Bellarosa 2013 Avroviziya Mahnı Müsabiqəsində Belçikanı "Love Kills" mahnısı ilə təmsil edib və Belçikaya 12-ci yeri qazandırıb.
Roberto Benini
Roberto Beninyi (it. Roberto Benigni, d. 27 oktyabr 1952, Kastilyon Fiorentino, Aretsso, Toskana, İtaliya) — italyan aktyor, rejissor, ssenarist və prodüser, "Oskar" və "BAFTA" mükafatları laureatı. == Həyatı == Roberto Beninyi 1970-ci illərdə İtaliya komediya seriallarında çəkilməyə başlayıb. Az sonra məşhur italyan komiki Totonun ənənələrinin davamçısı kimi məşhurlaşıb. İtalya sərhədlərindən kənarda Beninyinin ekssentrik kimliyi o Cim Carmuşun art-haus layihələri olan "Qanundan kənar" (1986) və "Yer üzündə gecə" (1991) filmlərində çəkildikdən sonra şöhrət qazanıb. Onun əcaibliyi rejissoru olduğu "Həyat gözəldir" filmi 1997-ci ildə Kann kinofestivalının qran-prisini alandan sonra özünə daha çox diqqət çəkib. Qeyri-adi hərəkətləri ilə tanınan aktyor bu mükafatı ona təqdim edən Martin Skorsezenin qarşısında diz çöküb onun əlini öpüb. Film bir neçə nominasiya üzrə "Oskar" mükafatına təqdim olunmuş və "Ən yaxşı kişi rolu" nominasiyasında Beninyiyə qələbə qazandırmışdır. Bu iki mükafatı qazanandan sonra Beninyinin uzun müddət daha hansı işlər ortaya qoyacağı müzakirə predmeti olmuşdur.
Roberto Beninyi

Roberto Betteqa
Roberto Betteqa ( it. Roberto Bettega; 27 dekabr 1950, Turin) - İtaliyalı keçmiş futbolçu, İtaliya millisinin oyunçusu olub. Mövqeyi hücumçu. == Bioqrafiya == 27 dekabr 1950-ci ildə İtaliyanın Turin şəhərində anadan olub. Futbol həyatınada Turin şəhərinin təmsilçisi Yuventus klubu ilə əlaaədar olub. Əvvəlcə bu klubda futbolçu kimi çıxış edib. Karyerasını bitirdikdən sonra isə Yuventusda müxtəlif vəzifələrdə çalışıb. 1995-2006-cı illərdə Yuventus Klubunun vitse-prezidenti olub. 2009-cu ildə isə Yuventusda baş direktor müavini vəzifəsinə təyin edilib.. == Karyerası == === Klub === Futbol karyerasına Yuventus klubunda başlayıb.
Roberto Boninsenya
Roberto Boninsenya (it. Roberto Boninsegna; 13 noyabr 1943, Mantova[d], Lombardiya) — İtaliyalı keçmiş futbolçu, hücumçu. İki dəfə İtaliya çempionatının bombardiri olub. == Karyera == Roberto Boninsenya 13 noyabr 1943-cü ildə Mantovada anadan olub. "İnter" klubunun yetirməsi olan Roberto karyerasına, "İnter"in baş məşqçisi Elenio Herrera tərəfindən "rədd edildikdən" sonra 1963-cü ildə "Prato" klubunda başlayır. "Prato"dan sonra Roberto "Potenza" klubuna keçir. Ancaq burada əsas heyətdə möhkəmlənə bilməyərək, heyətdəki yerini Silvino Bercellinoya uduzur. Daha sonra "Vareze" klubuna keçir. Burada bir mövsum keçirdikdən sonra,1966-cı ildə bir çox istedadlı gənc oyunçuların yığıldığı "Kalyari" klubuna keçir. Roberto burada Luici Riva ilə birlikdə hücumda çıxış edir.
Roberto Bordin
Roberto Bordin (it. Roberto Bordin; 10 yanvar 1965, Zəviyyə) — Liviyada anadan olmuş italiyalı keçmiş futbolçu və məşqçi. Azərbaycanın Neftçi futbol klubunun keçmiş baş məşqçisi. == Karyerası == Liviyada bir italyan ailəsində anadan olmuşdur. Futbolçu karyerasına İtaliyanın şimal-qərbində yerləşən San-Remo təmsilçisi "Sanremense" komandasında başlamışdır. Bu komandadan ayrıldıqdan sonra "Taranto" və "Parma" klublarında İtaliyanın aşağı liqalarında çıxış etmişdir. Daha sonra İtaliya A Seriyasında mübarizə aparan "Çezena" və "Atalanta" klublarının heyətində oynamışdır. Ardınca müxtəlif illər ərzində "Napoli", "Pyaçenza", "Triestina", "Spezia" və "Viçentsa" klublarında çıxış etmişdir. Bir müddət Marçelo Lippinin də rəhbərlik etdiyi "Napoli"də futbolçu karyerasının ən yaxşı illərini keçirmişdir. Məhz bu klubun heyətində 1996-97 mövsümü İtaliya Kubokunun gümüş mükafatçısı olmuşdur.
Roberto Donadoni
Roberto Donadoni (it. Roberto Donadoni; 9 sentyabr 1963, Çizano Berqamasko, Lombardiya) — İtaliyalı keçmiş futbolçu. Əsasən sağ cinah yarımmüdafiəçisi kimi çıxış edib. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olub. Koverçianodaki Ali Məşqçilər məktəbinin magistridir. 2002-ci ildə bu ali məktəbin məzun olub. Geodeziya üzrə diploma malikdir . === Futbolçu karyerası === Roberto peşəkar karyerasına "Atalanta" klubunda başlayıb. "Atalanta" klubunun gənc komandasının məşqçilərindən biri olan Raffaello Bonifasio gənc Donadoninin oyununu görəndən sonra o "Atalanta" klubuna dəvət alır. 1982-ci ildə Donadoni "Atalanta"nın əsas komandasında debüt edir.
Roberto Karlos
Roberto Karlos da Silva Roşa (port. Roberto Carlos da Silva Rocha; 10 aprel 1973) — keçmiş Braziliya futbolçusu, sol müdafiəçi. Eləcə də mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçi mövqelərində oynayıb. Türkiyənin Sivasspor futbol klubunun baş məşqçisidir. Futbol üzrə dünya çempionatı 2002-nin qızıl, Futbol üzrə dünya çempionatı 1998-in gümüş mükafatçısıdır. FİFA 100 siyahısına daxildir. UEFA Çempionlar Liqasında 100-dən çox oyun keçirən 19 oyunçudan biri. == Həyatı == Braziliyada doğulmuşdur.
Roberto Kasares
Roberto Kasares (14 iyul 1964) — İspaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Roberto Kasares İspaniyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Roberto Kisling
Roberto Kisling (ing. Roberto Kiesling; 1941, Buenos Ayres) — Argentina botaniki. == Elmi fəaliyyəti == Roberto Kisling toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == M. Perea, O. Ferrari, M.L. Las Penas, R. Kiesling. 2009. Eine new, rot bluhende Gymnocalycium-Art aus Catamarca. Kakteen und Andere Sukkulenten 60 (2) 35 — 42. N. Muruaga, Р. Figueroa, R. Kiesling. 2008. Circunscripción de Rebutia minuscula (Cactaceae, Cactoideae).
Roberto Mançini
Roberto Mançini (27 noyabr 1964) — italyalı keçmiş futbolçu. == Futbolçu karyerası == === Bolonya FC 1909 === Roberto Mançini 27 noyabr 1964-cü ildə İtaliyanın Ankona şəhərində anadan olmuşdur. Futbola Bolonyanın məktəbində başlayan Mançini ilk peşəkar ilini 1981/82-ci illərdə yaşamışdır. Həmin il Bolonya'da 30 oyunda 9 qol vuraraq diqqətləri cəlb etmişdir. 1982/83-cü illərdə Sampdoriyaya transfer olan Mançini 15 il ərzində bu komandanın formasını geyinmişdir. === Sampdoriya === Sampdoriyada oynadığı 15 ildə 566 oyuna çıxmaqla 1 UEFA Kuboklar Kuboku və 4 İtaliya Kuboku qazanmış, 1990/91-ci illərdə də komandanın tarixindəki ilk çempionluğunda da iştirak edən futbolçulardan biri olmuşdur. Həmin il Sampdoriya 57 qol vurarkən, Roberto Mançini 12 dəfə fərqlənmişdir. Bir il sonra isə bu komanda tarixin ilk UEFA Çempionlar Liqası finalında Barselona ilə qarşılaşmış, lakin Barselonanın əlavə vaxtda vurduğu qolla məğlub olmuşdur. === Latsio === Roberto Mançini 15 ildən sonra, yəni, 1997-ci ildə karyerasındakı üçüncü komandaya - Latsioya trasnfer olmuşdur. Mançini bu komanda ilə 1989/90-cı illərdə UEFA Kuboklar Kubokunu, 1999/2000-ci illərdə isə İtaliya A Seriyasını qazanmışdır.
Roberto Nani
Roberto Nani (14 dekabr 1988 Sondalo, İtaliya) — İtaliyalı dağ-xizək idmançısı. Roberto Nani İtaliyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == 2014 Olimpiya Oyunları == Roberto Nani birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. 1:22.65 saniyəlik nəticəsi ilə 109 atlet arasında 12-ci yeri tutdu. Lakin ikinci mərhələdə oyundan kənarlaşdırıldı.