Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oduncaqlı qayaotu
Ağ oduncaqlı evkalipt
Eucalyptus leucoxylon (lat. Eucalyptus leucoxylon) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii arealı cənubi və cənub-şərqi Avstraliyadır. Aralıq dənizi sahillərində də geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-25 m, gövdə diаmеtri isə 25-40 sm оlur. Qabığı kobud, gövdənin aşağı sahəsində hamar, ağ rəngli, gövdənin yuxarı hissəsində isə qabığın üzəri ağ və ya mavi ləkələrlə örtülüdür. Cavan yarpaqlar qarşı-qarşıya olub, sayı müxtəlif miqdarda və ya cüt, əksər halda oturaq və ya qısa saplaqlı, formaca ürəkvari, dairəvi və ya geniş neştərvaridir. Uzunluğu 4-7 sm, eni 3-3,5 sm-ə çatıb, mavi çalarlıdır. Yetkin yarpaqları növbəli, neştərvari, 7-15 sm uzunluqda, 2-3,5 sm enində olmaqla, açıq yaşıl və ya bozumtuldur. Çiçəkləri adətən ağacın üst çətirlərində və yarpağın qoltuq hissələrində yerləşməklə salxıma toplanır.
Abaşevo oyuncağı
Abaşevo oyuncağı — Rusiya sənətkarlıq növü. Rusiyanın indiki Penza vilayətinin Spasski rayonunda yaradılmışdır.Oyuncaq istehsalı XIX əsrdə yerli dulusçuluq əsasında yaranmışdır. XX əsrin əvvəllərində sənətkarlıq nümunələrinin fabrik qabları ilə əvəzlənməsi dulusçuluğun tədricən məhv olmasına və oyuncaqların müstəqil sənətə ayrılmasına səbəb olmuşdur. Əksər oyuncaq mərkəzlərindən fərqli olaraq, burada əsasən kişilər işləyirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Церетелли Н. М. Русская крестьянская игрушка. — М., 1933. Богуславская И. Я. Русская глиняная игрушка. — М.: Искусство, 1975. Под ред. В. А. Барадулина.