Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cülyen Ofre de Lametri
Cülyen Ofre de Lametri (12 dekabr 1709 və ya 25 dekabr 1709, Sen-Malo – 11 noyabr 1751[…], Potsdam) — fransız teoloq-alim. == Həyatı == O, əvvəlcə Parisdə, sonra isə Leydendə tibb təhsili almışdır. Lametri ləqəbi ilə yaşadığı məlum olduqdan sonra onu Hollandiyadan da çıxarırlar. II Fridrixin dəvəti ilə o, Berlinə gəlir və Berlin Universitetində elmi fəaliyyətini davam etdirir. Lametri sensualizmi Dekartın insan davranışının maşınabənzər olması ideyası ilə birləşdirir. O hesab edirdi ki, Dekartın iki substansiya ilə bağlı ideyası ilahiyyatşıları aldatmaq üçün işlənilmiş “stilistik hiylədir”. Lametri materialist olaraq göstərirdi ki, ruh və bədən ayrılmazdır. O, bir həkim kimi müəyyənləşdirmişdi ki, güclü qızdırma nəticəsində qan dövranı onun ruhi vəziyyətinə və fikri fəaliyyətinə təsir göstərir. Lametriyə görə, ruh mövcuddur, lakin o, bədəndən ayrılmazdır. İnsanın fəallığının mənbəyi tələbatlardır.
Laffre
Laffre (fr. Laffrey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38203. Kommunanın 2007-ci il üçün əhalisi 357 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 680 ilə 1262 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Ofort
Ofort (fr. eau-forte — azot turşusu, hərfən – “dayanaqlı su”), həmçinin akvafort (it. acquaforte) — müxtəlif metal oyma, səthin turşularla qarışdığı görüntü yaratmaq zamanı çap formalarından ("lövhələr") izlər almağa imkan verən dəzgah qravür çap üsulu. XVI əsrin əvvəllərindən bəri məlumdur. Albrext Dürer, Jak Kallo, Rembrandt və başqaları ofort texnikasından istifadə ediblər. Texnikanın uzaq XVI əsrdə populyar olmasına baxmayaraq, günümüzdə rəssamlar bu sənətdən özünü ifadə etmə üsulu kimi istifadə edirlər. Ofort – dərin çapın klişesinin hazırlanması və ya qravür variantlarından biridir. Eyni zamanda rəssamların emalatxanalarında ən çox istifadə olunan çap formalarındandır. Bu cür şəkillərin yaradılma texnologiyası olduqca çətindir. Əsas məsələ gələcək (istifadə olunacaq) lövhə üçün əsasın düzgün yaradılmasıdır.
Oqre
Oqre (latış. Ogre‎) — Latviyanın Vidzeme diyarında Dauqava çayının sahilində yerləşən şəhər.
Adolf İoffe
Adolf Abramoviç İoffe (10 (22) oktyabr 1883, Simferopol – 17 noyabr 1927, Moskva, RSFSR, SSRİ) — komunist inqlabçı, bolşevik siyasətçi, kərami siyasətçi. == Bioqrafiyası == === İnqilabçı karyerası === Adolf İoffe Rusiya İmperiyası dövründə Krımda, Simferopolda varlı ailədə anadan olub. 1900-cü ildə orta məktəb illərində sosial demokrat fikirlərlə tanış oldu və 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü oldu. 1904-cü ildə həbs olunmaması üçün Bakıya göndərildi. Sonra Moskvaya göndərildi, lakin təhlükələrin davam etməsi səbəbilə xaricə getdi. 9 yanvar 1905-ci ildə "qanlı bazar" günü hadisələrindən sonra Rusiyaya qayıtdı və 1905-ci il Rusiya inqilabında fəal iştirak etdi. 1906-cı ildə sürgün edildi və 1906-cı ilin mayında yaşadığı Berlindən qovuldu. İoffü partiyadakı menşevik qrupu ilə hərəkət birgə etdi. Ancaq sonradan 1906-cı ilin mayında Vyanaya getdi və 1908–1912-ci illərdə "Pravda" qəzetində işləyən Lev Trotski ilə birlikdə çalışdı. Bu dövrdə Alfred Adler ilə birlikdə psixoanaliz və tibbi araşdırmalar etdi.
Mentha joffrei
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Microsoft Office
Microsoft Office — tətbiqi proqram təminatının ofis paketi. Microsoft şirkəti tərəfindən Microsoft Windows və Apple Mac OS X əməliyyat sistemləri üçün yaradılmışdır. Bu proqram paketinə müxtəlif növ sənədlərlə işləmək üçün proqram təminatları daxildir: mətn prosessoru, elektron cədvəl, verilənlər bazası və s. Microsoft Office OLE obyektləri üçün serverdir. Visual Basic dilində yazılmış makrosları dəstəkləyir. Microsoft Office Word — mətn prosessoru. Müxtəlif sənədlərin hazırlanmasında və redaktəsində istifadə edilir. Microsoft Office Excel — cədvəl prosessoru. Microsoft Office Outlook — şəxsi kommunikator. Proqrama daxildir: təqvim, tapşırıqlar planı, elektron poçt, ünvanlar kitabçası.
Onore Domye
Onore Viktoren Domye (fr. Honoré Victorin Daumier; 26 fevral 1808[…], Marsel[…] – 10 fevral 1879[…], Valmondua[…]) — fransız qrafiki, boyakar və heykəltəraşı, XIX əsrin ən böyük siyasi karikatura ustalarından biri. Onore Viktoryen Domye 26 fevral 1808-ci ildə Marsel şəhərində anadan olmuşdur. 1814-cü ildə ailəsi ilə birlikdə Parisə gəlmişdir. 1822-ci ildən A. Lenuarın emalatxanasına və Süis akademiyasına getmiş, Luvrda qədim sənətkarların yaradıcılığını öyrənmişdir. 1820-ci illərdə litoqraf J. M. Beliarın assistenti olmuş, kiçik nəşriyyatlar üçün vinyetkalar, titul səhifələri və s. işləmişdir. Domyenin siyasi karikatura ustası kimi formalaşmasında 1830-cu il inqilabının böyük təsiri olmuşdur. Калитина Н. Н. Домье. М., Искусство, 1955.
Robert Coffri
Robert Coffri (əsl adı və soyadı – Abdulla Caffa Ənvər Bəy Xan, Ənvər Bəy Khan) (24.12.1930, Sietl –25.3.1988, Nyu-York) — Amerika baletartisti, xoreoqraf, pedaqoq. 1941-ci ildən Sietldə M.E. Uellsdən dərs almışdır. 1950-ci ildən Nyu-Yorkda, Amerika baleti məktəbində A.N. Obuxov və P.N. Vladimirovdan klassik rəqsi, Ali Səhnə Sənəti Məktəbində M. O’Donnel və G. Şurrdan modern rəqsi öyrənmişdir. 1949–50-ci illər -də R. Petinin “Paris baleti”ndə, 1951–53-cü illərdə M. O’Donnelin Amerika truppasında işləmişdir. 1948-ci ildən estradada çıxış etmiş, özü üçün, M. Ramberin şirkəti (1955, London) və b.-ları üçün rəqslər qurmuşdur. 1952-ci ildə Nyu-Yorkda “Amerikan balle senter” studiyasını və 1954-cü ildə studiyanın əsasında “Robert Coffri balle konsert” truppasını təşkil etmişdir. C. Fildin musiqisi əsasında “İlahələrin rəqsi” və F. Pulenkin musiqisi əsasında “Bal-maskarad” (hər ikisi 1954), A. Şönberqin musiqisi əsasında “Ay Pyerosu” (1955) tamaşalarını hazırla mışdır. 1956-cı ildə C. Arpino ilə birlikdə “Robert Coffri tietr balle” truppasını yaratmış (truppa bir neçə dəfə adını dəyişmişdir, 1966-cı ildən “Siti senter Coffri balle”, 1977-ci ildən “Coffri balle”; 1982-ci ildən Los-Ancelesdə, 1995-ci ildən Çikaqoda), L. Harrisonun musiqisi əsasında “Qamelan” (1962) baletini, K. Sirkusun musiqisi əsasında “Astarta” (1967) rok-baletini, R. Vaqnerin musiqisi əsasında “Xatirələr” (1973) baletini səhnəyə qoymuşdur. Sonralar baletmeysterlikdən uzaqlaşaraq, pedaqoq və bədii rəhbər işləmiş, müasir xoreoqrafları (T. Tarp, A. Eyli, U. Forsayt) teatra dəvət etmişdir. 1910–30-cu illərin repertuarlardan çıx mış əfsanəvi baletlərinin tamaşaları [K. Yossun (“Yaşıl masa”, F. Koen, 1967), L.F. Myasinin (“Parad”, E. Sati, 1973), V.F. Nijinskinin (“Müqəddəs bahar”, İ.F. Stravinski, 1987) və b.] truppanın ən böyük uğurlarından olmuşdur.
Sen-Teoffre
Sen-Teoffre (fr. Saint-Théoffrey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38462. Kommunanın 1999-cu il üçün əhalisi 342 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 22 km cənubda yerləşir.
Sen-Şafre
Sen-Şafre (fr. Saint-Chaffrey, oks. Sant Chafrei) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Le-Monetye-le-Ben kantonuna daxildir. INSEE kodu — 05133. 2008-ci ildə əhalinin sayı 1662 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 1102 nəfər arasında (15-64 yaş arasında) 815 nəfər iqtisadi fəal, 287 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.0%, 1999-cu ildə bu 76.3%). Fəal 815 nəfərdən 777 nəfəri (412 kişi və 365 qadın), 38 nəfəri işsizdir (15 kişi və 23 qadın).
Sifre burnu
Sifre burnu - Antarktik yarımadasıının ucqar nöqtəsində yerləşir. Bütünlüklə buzla örtülü olur. Bu adı Fransız Antarktika ekspedisiyasının kapitanı Jules Dumont d'Urville tərəfindən təstiqlənmişdir. Antarktidanın ucqar şimal nöqtəsidir. Dreyk boğazı sahilində yerləşir. Cənub okeanı hövzəsinə daxildir.
Onore Traore
Nabere Onore Traore (fr. Nabéré Honoré Traoré; 28 sentyabr 1957, Deduqu[d]) — Burkina-Faso dövlət və hərbi lideri, prezident səlahiyyətlərini icra edən (31 oktyabr – 1 noyabr 2014-cü il). 23 noyabr 2014-cü ildə Burkina-Faso hökuməti qurulmuşdur. Burada İshaq Zida Onore Traorenin yerinə müdafiə naziri təyin edilmişdir.
Azersu Office Tower
Azersu Office Tower — Bakı şəhərində yüksək səviyyəli bina. Bina Azərbaycanın su ehtiyatlarının milli operatorunun qərargahını yerləşdirmək üçün nəzərdə tutulmuşdur. == Tarixi == "Azərsu" ASC-nin hazırda fəaliyyət göstərdiyi ofis binası 20 Yanvar metrostansiyası yaxınlığında, Moskva prospektində yerləşir. Bu sahə isə tıxaclar ilə ağırlaşır. Bundan əlavə, şirkət əlavə ofisə ehtiyac duyur. Bu şərtlərə görə, Bakı şəhərinin futuristik yüksəkbucaqlı binalarının reallaşdırılması və paytaxtın biznes mərkəzi olmağının əsas yeri olan Heydər Əliyev prospektinin boş ərazilərində daha geniş yeni bina tikilməsi qərara alınıb. Bu prospekt əsasən mürəkkəb bir çoxmərtəbəli arxitektura ilə qurulduğu üçün, binanın qalan hissəsi ilə uğurla birləşə biləcək binanın dizaynını seçmək vacibdir. "Azərsu" ASC yeni ofis binasının dizaynını seçmək üçün memarlıq şirkətləri arasında tender keçirilmişdir. 9 avqust 2012-ci il tarixində Koreyanın Heerim Architects şirkəti tenderdə qalib gəldi ki, bu da yaxınlıqdakı bir göydələn ilə təmasda olan bir damla su şəklində bir bina layihəsi təklif etdi. 2013-cü il 15 martda bir başqa Koreya şirkəti, Halla E & C, proqramçı olaraq seçilmişdir.
Fraqonar Jan Onore
Jan Onore Fraqonar (fr. Jean-Honoré Fragonard; 5 aprel 1732[…], Qras – 22 avqust 1806[…]) — Fransız rəssamı və qravür sənətçisi. Jan Batist Şarden və Fransua Buşenin şagirdi olmuşdur. == Həyatı == 1756–1761-ci illərdə İtaliyada yaşamışdır. Tarixi mövzuda tablolar, məişət səhnələri, mənzərələr və portretlər yaratmışdır. Əsərləri dünyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunur. Qrafik rəsmlərin və ofortların da müəllifidir. == Əsərləri == "Korez və Kalliroya" (1765) — Luvr, Paris. "Yelləncək" (1766) — "Volles kolleksiyası", London. "Sen-Kluda bayram" (1775) — Fransa bankı, Paris.
Home Box Office
Home Box Office (abr. HBO; tələffüzü: eyç-bi-ou) — ABŞ kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «AT&T» şirkətinin bir mülkü olan «WarnerMedia» şirkətinin bir mülkü olan «Home Box Office, Inc.» şirkətidir. Teleşəbəkədə yayımlanan verilişlər əsasən bədii kinofilmlər, orijinal teleseriallar, eləcə də sənədli filmlər, komediya şouları və konsertlərdən ibarətdir. «HBO» ABŞ-dəki ən köhnə və uzun müddət fəaliyyət göstərən kabel xidmətidir. Teleşəbəkə 8 noyabr 1972-ci ildə təsis edilmişdir. 2015-ci ildə «HBO» teleşəbəkəsinin qazancı 1.880.000.000 ABŞ dolları idi. Növbəti il 2016-cı ildə bu miqdar 1.930.000.000 ABŞ dolları olmuşdur. Həmin il «HBO» teleşəbəkəsinin dünyada 130.000.000 abunəçisi var idi. Teleşəbəkə «HBO Comedy», «HBO Latino», «HBO Signature» və «HBO Family» daxil olmaqla yeddi 24 saatlıq multipleks kanalı nümayiş etdirir.
Jan Onore Fraqonar
Jan Onore Fraqonar (fr. Jean-Honoré Fragonard; 5 aprel 1732[…], Qras – 22 avqust 1806[…]) — Fransız rəssamı və qravür sənətçisi. Jan Batist Şarden və Fransua Buşenin şagirdi olmuşdur. == Həyatı == 1756–1761-ci illərdə İtaliyada yaşamışdır. Tarixi mövzuda tablolar, məişət səhnələri, mənzərələr və portretlər yaratmışdır. Əsərləri dünyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunur. Qrafik rəsmlərin və ofortların da müəllifidir. == Əsərləri == "Korez və Kalliroya" (1765) — Luvr, Paris. "Yelləncək" (1766) — "Volles kolleksiyası", London. "Sen-Kluda bayram" (1775) — Fransa bankı, Paris.
Microsoft Office 2021
Microsoft Office 2021 — Microsoft Office 2019-dan sonra istifadəyə verilən Microsoftun ofis paketinin versiyasıdır. Məhsul Windows 11 ilə birlikdə 5 oktyabr 2021 -ci ildə istifadəyə verildi. İlk öncə bu versiyanı Microsoft Office 2022 adı ilə buraxılması planlaşdırılırdı. LTSC versiyası üçün uzunmüddətli texniki dəstək 7 ildən 5 ilə qədər endirilərək , Windows 10 LTSC ilə bərabərləşdirildi. 2020-ci ilin sentyabr ayında Exchange komandasının bloqunda Microsoft Office-in abunə olmayan yeni versiyasının 2021-ci ilin ikinci yarısında Windows və Mac üçün buraxılacağı elan edildi . Microsoft Office rəsmi olaraq 2021-ci ilin fevralında elan edildi. Business Preview 2021-ci ilin aprelində əlçatan oldu. . Yeni Office proqramları indiyə qədər Microsoft 365 üçün hazırlanmış və artıq orada işləyən bəzi funksiyalara sahibdir. Excel cədvəllər arasında məlumatları müqayisə etmək üçün dinamik massivləri və XLOOKUP funksiyasını dəstəkləyir .
Microsoft Office Outlook
Microsoft Office Outlook - Microsoft Office paketinə daxil olan şəxsi kommunikator proqramıdır. Proqramlarda aşağıdakılar istifadə edilir: təqvim tapşırıqlar planı elektron poçt ünvanlar kitabçası. Bu proqramla elektron ərizə yollamaq mümkündür. Proqramı Outlook Express ilə qarışdırmaq lazım deyil. Outlook Express Elektron poçtun müştəriçisidir. 1998-2003-cü illərdə böyük tirajla satılmışdır.
Onore de Balzak
Onore de Balzak (20 may 1799[…], Tur, Birinci Fransa Respublikası[…] – 18 avqust 1850[…], Paris, İkinci Fransa Respublikası[…]) — XIX əsr görkəmli fransız yazıçı: dramaturqu,ədəbiyyatşunas, sənətşunas, esseist, jurnalist, naşir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Avropa ədəbiyyatında realizmin banilərindən biri. Balzakın ən böyük əsəri yazıçının müasir fransız cəmiyyətinin həyatının mənzərəsini çəkən “İnsan komediyası” roman və hekayələr silsiləsidir. Balzakın yaradıcılığı Avropada çox məşhur idi və sağlığında ona 19-cu əsrin ən böyük nasirlərindən biri kimi şöhrət qazandırdı. Balzakın əsərləri Çarlz Dikkens, Fyodor Dostoyevski, Emil Zolya, Vilyam Folkner və başqaları kimi böyük yazıçıların yaradıcılığına təsir göstərmişdir. Onore de Balzak Turda Lanqedok kəndlisi Bernard Fransua Balssanın ailəsində anadan olub (06/22/1746-06/19/1829). Balzakın atası inqilab zamanı müsadirə olunmuş zadəgan torpaqlarını alqı-satqı yolu ilə varlanmış, daha sonra Tur şəhərinin merinin köməkçisi olmuşdur. Fransız yazıçısı Jan-Luis Qez de Balzak (1597-1654) ilə heç bir əlaqəsi yoxdur. Ata Onore soyadını dəyişdi və Balzak oldu.
Sent-Onore (İzer)
Sent-Onore (fr. Saint-Honoré) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38396. Kommunanın 1999-cu il üçün əhalisi 779 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 895 ilə 2384 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 27 km cənubda yerləşir.
Mersiyalı Offa
Mersiyalı Offa - 757-796-cı illər arasında Mersiya kralı olmuşdur və ilk dəfə özünə 774-cü ildə Ingiltərə kralı adını götürmüşdür. İngiltərənin cənubunda Anglosakson dövrünün ən güclü krallıqlarından birini qurmuşdur.
Kufrə
Kufrə Liviyanın Kirenaika ərazisində şəhər. Xüsusilə təcrid olunmuş bir ərazidə yerləşir, yalnız Saxara səhrasının ortasında olduğu üçün deyil, həm də üç tərəfdən çöllərin şərq-qərb quru nəqliyyatında keçidini üstün edən depressiyalarla əhatə olunduğu üçündür. Müstəmləkəçi italyanlar üçün bu, İtaliyanın Şərqi Afrikasına şimal-cənub hava yolunda bir stansiya kimi də vacib idi. Bu amillər, Kufrənin Liviyanın cənub-şərqi Kirenaika bölgəsinə hakim olması ilə birlikdə, vahidin strateji əhəmiyyətini və II Dünya Müharibəsi əsnasında qarşıdurma nöqtəsi olduğunu vurğuladı.
Şifrə
Parol (fr. parole, en. password) — rəqəm, söz, işarələrin gizli kombinasiyası olub, şəxslərin bir-birlərini tanıması üçün və ya informasiya təhlükəsizliyində istifadə edilir. Parol subyektin identifikatorudur. Autentikasiyanın ən geniş yayılmış növüdür. Daxil edilmiş parol və istifadəçi üçün əvvəlcədən verilmiş parol müqayisə edilir. Onlar üst-üstə düşdükdə istifadəçinin həqiqiliyi təsdiqlənmiş sayılır. Parolların ən başlıca nöqsanı onların elektron ələ keçirilməsidir. Praktik olaraq yeganə çıxış yolu rabitə xətləri ilə ötürülməzdən əvvəl parolların kriptoqrafik şifrələnməsidir. Aşağıdakı tədbirlər parol mühafizəsinin etibarını artırmağa xeyli imkan verir: texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda hərf, rəqəm, durğu işarələri olmalıdır və s.) parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı dəyişdirilməsi; parollar faylına icazənin məhdudlaşdırılması; sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması; istifadəçilərin təlimatlandırılması; parol generasiya edən proqramların istifadəsi.
Ofer Levi
Ofer Levi (17 iyun 1964) — İsrailli müğənni.
Ofra Haza
Ofra Haza (19 noyabr 1957, Tel-Əviv — 23 fevral 2000, Ramat-Qan) — məşhur İsrail müğənnisi və aktrisası.
Ohre çayı
Ohre çayı — 316 km uzunluğunda Elba çayının sol qolu. Çayın uzunluğu Almaniyada 65 km, Çexiyada 251 km-dir. Çayın sutoplayıcı sahəsi Almaniyada 6,255 km2-dir ki, onun da 5,614 km2-i Çexiyada, 641 km2-i isə Almaniyada yerləşir. Ohre çayı Çexiyanın üçüncü böyük çaydır. Almaniya və Çexiya bir neçə rayonu Eger/Ohre/Cheb bölgəsində əməkdaşlığı inkişaf etdirmək üçün Euregio Egrensis adlı Euroregion təşəbbüsünü təşkil etmişdir. Elba çayı Vltava çayı Mulde çayı Friedrich Umlauft: Geographisches Namenbuch von Österreich-ungarn: Eine Erklärung von Länder-, Völker, Gau-, Fluss und Ortsnamen, A. Hölder, 1886.
Süfrə aksesuarları
Süfrə alətləri — insanların yemək yeyərkən istifadə etdikləri qaşıq, çəngəl, bıçaq və s. nəsnələr. Düşünülür ki, bacarıqlı insanlara ilk alətlər kimi onun əlləri deyil, sümükdən və daşdan hazırlanmış bıçaqları kömək etdi. Min illər boyunca bıçaq silah kimi istifadə edilirdi, Xüsusən ovçuluq və müxtəlif işlərlə məşğul olarkən bıçaq mühüm rol oynayırdı. Lakin 5000 il sonra spesefik formada olan və süfrədə istifadəsi yararlı sayılan bıçaqlar yarandı. Orta əsrlərə kimi bütün insanlar müəyyən yerlərə gedərkən öz bıçaqlarınəı özləri ilə birlikdə aparırdılar. Həmin bıçaqlar yalnız yemək zamanı deyil, eyni zamanda iş prosesində də istifadə edilirdi. XV – XVI əsrlərdə məşhur şəxslərin evlərində bahalı bıçaqlar meydana gəlməyə başladı. Bu bıçaqlar qızıldan hazırlanırdı və qulp hissələri bahalı ağaclardan düzəldilirdi. Vaxtın keçməsi ilə bıçaqların yalnız materiallarında dəyişikliklər oldu.