Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oxşama
Oxşama — Azərbaycan şifahi xalq ədəbiyyatında ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir. Bu xüsusiyyətinə görə oxşamaya "nazlama" da deyilir. Oxşamalar çox zaman "Bu balama qurban" misrası ilə bitir. Məsələn: Bu oxşamaların ilk üç misra beşhecalı, son misrası isə altıhecalıdır. Qafiyə sistemi aaab-dir.
Oksalat turşusu
Oksalat turşusu (turşəng turşusu) – (etandion turşusu, kimyəvi formulu — C2H2O4 və ya HOOC-COOH) doymuş karboktsilik turşular sinfinə aid güclü kimyəvi üzvi turşudur. Standart şəraitdə oksalat turşusu ağ kristal maddə olan iki əsaslı doymuş karbotksilik turşudur. Oksalat turşusunun duzları və efirləri oksalatlar adlanır. Oksalat turşusu ilk dəfə 1824-cü ildə alman kimyaçısı Fridrix Völer tərəfindən disiandan sintez edilmişdir. Təbiətdə turşəng, rhubarb, karambola və bəzi digər bitkilərdə sərbəst formada və kalium və kalsium oksalatları şəklində olur. Sənayedə oksalat turşusu karbohidratların, spirtlərin və qlikolların HNO3 və H2SO4 qarışığı ilə V2O5 iştirakında, və ya etilen və asetilenin HNO3 ilə PdCl2 və ya iştirakı ilə oksidləşməsi, həmçinin propilenin maye NO2 ilə oksidləşməsi ilə alırlar. Turşəng turşusunun alınmasının perspektivli üsulu CO ilə NaOH-dan natrium formaitdan keçməklə alınmasıdır: 2HCOONa=NaOOC-COONa=HOOC-COOH(Oksalat turşusu) 2HOOC-COOH+ 2Na= 2HOOC-COONa+H²(turş duz) HOOC-COOH+ 2NaOH= NaOOC-COONa+2H²O(Normal duz) Onun həmçinin aşağı temperaturda turşu mühitində asetilendən alınması da tətbiq olunur: 5C2H2 + 8 KmnO4 + 12H2SO4 → 5 HOOC–COOH + 8MnSO4 + 4K2SO4 + 12H2O Yanma entalpiyası (ΔH0yanma) −251,8 kJ/mol Dekarboksilləşmə temperaturu 166–180 °C Laboratoriyalarda oksalat turşusu hidrogen xlorid və hidrogen yodid almaq üçün istifadə olunur: Oksalat turşusu həmçinin xlor dioksidin laboratoriya sintezi üçün də istifadə olunur: Oksalat turşusu və oksalatlar toxuculuq və dəri sənayesində mordant kimi istifadə olunur. Onlar metal örtüklərin — alüminium, titan və qalayların çökməsi üçün anod vannalarının komponentləri kimi xidmət edirlər. Oksalat turşusu və oksalatlar analitik və üzvi kimyada istifadə olunan reagentlərdir. Onlar metal üzərində pas və oksid örtüklərini çıxarmaq üçün kompozisiyalara daxildir; məhluldan nadir torpaq elementlərinin çökdürülməsi üçün istifadə olunur.
Oksana Hətəmxanova
Oksana Hətəmxanova (29 iyun 1990) — Azərbaycanı təmsil edən üzgüçü. Oksana Hətəmxanova Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:20.22 dəqiqə nəticə göstərdi və 46-cı pillənin sahibi olub. Daha sonra Oksana Hətəmxanova Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:25.52 dəqiqə nəticə göstərdi və 44-cü pillənin sahibi olub.
Oksana Jdanoviç
Oksana Jdanoviç (2 dekabr 1977) — Belarusu təmsil edən bədii gimnast. Oksana Jdanoviç Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Oksana Kiselyova
Oksana Kiselyova (d. 30 may 1992) — Azərbaycan qadın milli voleybol komandasının voleybolçularından biridir. İlk dəfə Azərreyl Bakı QVK, sonra Azəryol Bakı QVK, daha sonra Lokomotiv Bakı QVK klubunda iştirak etmişdir. Əvvəl hücumçu, ardınca libero mövqesində oynamışdır. Oksana Kiselyova 30 may 1992-ci il tarixində Bakı şəhərində doğulmuşdur. İdmanın voleybol növü Oksananın ən sevdiyi oyunlarından birinə çevrilmiş və o, 9 yaşından başlayaraq bu idman növü ilə məşğul olmağa başlayır. Oksana Kiselyova Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışdır. Boy: 178 sm Çəki: 63 kq Mövqe: Libero Blok yüksəkliyi: 290 sm Hücum yüksəkliyi: 290 sm Nömrə: 16 Oksana Kiselyova peşəkar idman karyerasına Azərreyl Bakı QVK klubunun tərkibində iştirak etməsi ilə başlamışdı. 2014-cü il avqust tarixində Oksana yenidən Azərbaycan qadın milli voleybol komandasının tərkibinə qatılmış və həmin ildə İtaliyada keçirilən "Voleybol üzrə qadınlararası dünya çempionatı 2014" turnirində iştirak etmişdir.
Oksana Kurt
Oksana Kurt (qızlıq soyadı: Parxomeko; 28 iyul 1984, Bakı) — Azərbaycanı təmsil edən voleybolçu. Oksana Kurt, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri, 2014-cü ildə baş tutan Dünya Çempionatına isə 15-ci yeri tutub. Oksana Kurt 28 iyun 1985-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Oksana Kurtun bacısı, Yelena Parxomenko da voleybolçudur və Azərbaycan yığmasında çıxış edib. Oksana Kurt ailəlidir. O, 4 iyun 2011-ci ildə Türkiyə vətəndaşı Onar Kurt ilə ailə həyatı qurdu. Oksana Kurt, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. Oksana Kurt daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu.
Oksana Lıniv
Oksana Lıniv (ukr. Оксана Линів; 6 yanvar 1978, Brodı[d], Ukrayna SSR, SSRİ) — ukraynalı dirijor. Qraz şəhəri (Avstriya) Opera və Filarmoniya Orkestrinin Birinci qadın baş dirijoru. Dövrümüzün ən yaxşı qadın dirijorlarının ilk üçlüyünə daxil edilmişdir. İki musiqiçinin qızı və musiqi müəllimi, kilsə xorunun direktoru Dmitri Lınivin nəvəsi. Oksananın atası Yaroslav Lıniv (25 yanvar 1952-ci ildə anadan olub) Brodıdakı Boyan xalq xorunun rəhbəri olmuşdur. Oksana Lınivin bir Yuri adlı qardaşı var. Oksana Brodı şəhərindəki musiqi məktəbini bitirib. Sonra Vasili Barvinski Droqobıç Musiqi uçilişində oxuyur, lakin birinci kursdan sonra Lvova köçür və 1996-cı ildə Stanislav Lyudkeviç adına Lvov Musiqi uçilişini bitirir və burada fleyta çalmağı öyrənir. Daha sonra 1996-2003-cü illərdə Nikolay Lısenko adına Lvov Milli Musiqi Akademiyasında Lvov Operasının baş dirijoru Boqdan Daşakın sinfində təhsil alır.
Oksana Markarova
Oksana Markarova (ukr. Оксана Сергіївна Маркарова 28 oktyabr 1976, Rovno) — Ukrayna dövlət xadimi və iqtisadçısı. 22 noyabr 2018-ci il tarixdən 4 mart 2020-ci ilədək Vladimir Qroysman və Alexsey Qonçarukun kabinetində maliyyə naziri olmuşdur. Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür (31 may 2019-cu ildən) Erməni-ukraynalı ailədə anadan olub. İlk ali təhsilini Kiyev-Moqıla Akademiyasında alır və burada ətraf mühit elmləri magistrı olur. Sonra ABŞ-nin Bluminqton şəhərindəki İndiana Universitetində təhsil alır. Orada beynəlxalq ictimai maliyyə və ticarət üzrə magistr dərəcəsi alır. 1998-ci ildən 1999-cu ilə 2001-ci ildən 2003-cü ilə qədər Amerika Xüsusi Sərmayə Fondu Western NIS Müəssisə Fondunda (hazırda Horizon Capital tərəfindən idarə olunur) İqtisadi Siyasət Müşaviri, Xarici və Korporativ Əlaqələr Meneceri vəzifəsini tutmuşdur. 2000-ci ildə ABŞ-da Dünya Bankında təcrübə keçmişdir. 2015-ci ildən bəri Oksana Markarova iqtisadiyyatın dövlət sektoruna keçir.
Oksana Orexova
Oksana Parxomenko
Oksana Kurt (qızlıq soyadı: Parxomeko; 28 iyul 1984, Bakı) — Azərbaycanı təmsil edən voleybolçu. Oksana Kurt, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri, 2014-cü ildə baş tutan Dünya Çempionatına isə 15-ci yeri tutub. Oksana Kurt 28 iyun 1985-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Oksana Kurtun bacısı, Yelena Parxomenko da voleybolçudur və Azərbaycan yığmasında çıxış edib. Oksana Kurt ailəlidir. O, 4 iyun 2011-ci ildə Türkiyə vətəndaşı Onar Kurt ilə ailə həyatı qurdu. Oksana Kurt, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. Oksana Kurt daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu.
Oksana Paslas
Oksana Paslas (6 iyun 1986 və ya 6 fevral 1986, Lvov) — Ukraynanı təmsil edən bədii gimnast. Oksana Paslas 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Oksana Paslas 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Yuliya Çernova, Olena Dziubçuk, Yelizaveta Karabaş və İnna Kojoxina ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
Oksana Rayxel
Oksana Rayxel (d. 24 fevral 1977) — Ukraynanı təmsil edən həndbolçu. Oksana Rayxel Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Oksana Romenskaya
Oksana Romenskaya (d. 6 iyun 1976) — Rusiyanı təmsil edən həndbolçu. Oksana Romenskaya Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Oksana Rəsulova
Oksana Rəsulova (19 dekabr 1982, Dəvəçi rayonu) — Hind rəqslərinin mahir ifaçısı, aktrisa, ginekoloq və dəri zöhrəvi həkimi. "OksiMedia" MMC şirkətinin rəhbəri. İxtisasca ginekoloq və dəri zöhrəvi həkimi olmasına baxmayaraq 19 ildir hind rəqsinə həm nəzəri, həm də texniki cəhətdən yiyələnməkdədir. Hind rəqsi üzrə bir çox beynəlxalq müsabiqələrdə qalib eyni zamanda 2-ci və 3-cü dərəcəli laureat olub. 2007-ci ildə Moskvada Hind rəqs ulduzları ilə birgə "Şavratri" adlı ilk keçirilən müziklda "Apsara" rolunu ifa edib. 2008-ci ildə isə Peterburqda keçirilən "Beynəlxalq Hind Rəqsləri Müsabiqəsi"-də 1-ci yerə layiq görülüb. Nəhayət 2009-cu ilin oktyabr ayında Azərbaycanı Hind mədəniyyət festivalı "Divali 2009" da təmsil edib və 1-ci yerə çıxıb. Daha sonra "Hind rəqsləri üzrə 3-cü açıq konkurs"-da iştirak edib və 3-cü yeri tutub. Oksana hind dilində sərbəst danışır, həmçinin azərbaycan və rus dillərini də bilir. Oksana Rəsulova 19 dekabr 1982-ci ildə Əli Bayramlı şəhərində ziyalı ailəsində dünyaya gəlib.
Oksana Tsiqulyova
Oksana Nikolayevna Tsiqulyova (d. 15 dekabr 1973; Nikolayev, Ukrayna) — Ukraynanı təmsil edən batut gimnastı. Oksana Tsiqulyova, 2000-ci ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil edib. 2000 Sidney Olimpiadasında gümüş medal qazanan Oksana Tsiqulyova, həmdə Dünya Çempionatlarında 4 qızıl, 5 gümüş və 1 bürünc medala sahib olub. Oksana Tsiqulyova, 2000-ci ildə Ukrayna bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Tsiqulyova, 37.70 xal topladı və 8 idmançı sırasında 2-ci yeri tutaraq Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Oksana Zabujko
Oksana Zabujko (ukr. Оксана Стефанівна Забужко 19 sentyabr 1960, Lutsk, Volın vilayəti, Ukrayna SSR) — Ukrayna yazıçısı və şairəsi. Oksana Zabujko Kiyev Universitetinin Fəlsəfə fakültəsini (1982) və asfitanturasını (1985) bitirir. "Sözün estetik mahiyyəti sənət istiqaməti kimi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 1987-ci ildə Kommunist Partiyasına üzv olur. Kiyev Konservatoriyasında estetika müəllimi işləyib. 1989-cu ildən Ukrayna Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda baş elmi işçi kimi çalışır. 1992-ci ildə Oksana Zabujko qonaq yazıçı olaraq Pensilvaniya Ştat Universitetində Ukraynaşünaslıqdan dərs deyir. 1994-cü ildə Fulbrayt Fondu təqaüdü alır və Harvard, Pittsburq Universitetlərində dərs deyir. SSRİ Yazıçılar Birliyinin üzvü (1987-ci ildən) olur.
Oksana Şişkova
Oksana Valerivna Şişkova (ukr. Оксана Валеріївна Шишкова; d. 10 iyun 1991, Xarkov, Ukrayna SSR, SSRİ) — Ukrayna xizəkçisi, biatleti. Oksana Şişkova 1991-ci il iyunun 10-da Xarkov şəhərində anadan olmuşdur. Üç il akrobatik gimnastika bölməsində oxuyub. Yeddi yaşında kunq-fu öyrənməyə başlayıb. On yaşlarında onun görməsi pisləşməyə başladı və gözdən əlil oldu. On üç yaşında Paralimpiya idmanı və atletika (100 m və 200 m) məşqlərinə başlamış, «Ukrayna idman ustası» adını almışdır. 2003-cü ildə Ukrayna Atletizm çempionatına qatıldı. 2004-cü ildə, gözdən əlil uşaqlar üçün olan internat məktəbində təhsil alarkən xizək və biatlona başladı.
Oksana Madaraş
Oksana Stepanovna Madaraş (ukr. Окса́на Степа́нівна Ма́дараш; 12 sentyabr 1969, Buçaç[d], Ternopil vilayəti) — Ukrayna yüksək kateqoriyalı dirijoru, Kiyev Milli Akademik Operetta Teatrının rejissoru, xormeyster-rejissoru, müəllimi. O, Ukraynanın əməkdar artisti (2008) və Ukraynanın xalq artisti (2019) fəxri adlarına layiq görülmüşdür. Oksana Madaraş 12 sentyabr 1969-cu ildə SSRİ respublikalarından olan Ukrayna SSR-də, Ternopol vilayətinin Buçaç şəhərində anadan olmuşdur. O, 1989-cu ildə Nikolayev Dövlət Musiqi Məktəbinin dirijorluq və xor fakültəsini bitirmişdir. Madaraş ali musiqi təhsilini Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasında almışdır. O, 1989–1994-cü illərdə Ukraynanın xalq artisti, professor Viktor Petriçenkonun sinfində xor dirijorluğu, opera və simfonik dirijorluq kafedrasının seçmə kursu (professor, Ukrayna və Rusiyanın xalq artisti V. Kojuxarinin sinfi), Ukraynanın xalq artisti, professor Yevgeni Duşşenkonun sinfində opera və simfonik dirijorluq, 2002–2005-ci illərdə Yevgani Duşşenkonun sinfində assistentlik – opera və simfonik dirijorluq kafedrasında internatura üzrə təhsil almışdır. Madaraş təhsil aldığı müddətdə Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının Opera Studiyasında dirijorluq etmişdir (Sergey Raxmaninovun "Aleko", Pyotr Çaykovskinin "Yevgeni Onegin", Coakkino Rossininin "Sevilya bərbəri" əsərləri). O, 1994–2002-ci illərdə "Dumka" Milli Akademik Kapellasında işləmişdir. Madaraş 2002-ci ildən Kiyev Milli Akademik Operetta Teatrının səhnə dirijoru və Kiyev Uşaq Rəssamlıq Akademiyasının Musiqi fakültəsinin gənc tələbələrin kamera orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.
Oksana Şvets
Oksana Oleksandrovna Şvets (ukr. Оксана Олександрівна Швець; 10 fevral 1955, Kiyev – 17 mart 2022, Kiyev) — Ukraynalı aktrisa. O, 1980-ci ildə yarandığı andan ölümünə qədər Kiyev Milli Akademik Musiqili Teatrında çalışıb və 1996-cı ildə Ukraynanın əməkdar artisti adına layiq görülüb. O, həmçinin Ternopil Musiqi və Dram Teatrında, həmçinin Kiyev Satira Teatrında da səhnəyə çıxıb. O, 2013-cü ildə Rusiya-Ukraynanın birgə serialı olan Zanbaqlı ev filmində və televiziya tamaşasında da rol alıb. Kiyevdə anadan olan Şvets 1975-ci ildə İvan Franko Teatrında teatr studiyasının, 1986-cı ildə İ. K. Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin teatrşünaslıq fakültəsinin məzunu olub. in 1986. Şvets Ternopil Musiqili Dram Teatrında və Kiyev Satira Teatrında da çalışıb. O, 1980-ci ildə yarandığı andan ölümünə qədər Kiyev Milli Akademik Musiqili Teatrının (Gənc Teatr) ansambl üzvü kimi çalışıb. Şirkət onun bir çox rollarını və oyunlarını siyahıya alıb.
Oksana Arakçeyeva
Oksana Borisovna Arakçeyeva (belar. Аксана Барысаўна Аракчэева; 24 mart 1963, Minsk) — Belarus rəssamı, müəllimi, yazıçısı. Belarus Rəssamlar İttifaqının üzvü. Vasil Vitka mükafatı laureatı, UNESCO diplomantı. Çexiyanın "GalerieKaras" səyahət qalereyasının kuratoru. Çoxsaylı rəsm sərgilərinin iştirakçısı olub. Arakçeyeva Belarus və Çexiyada 50-dən çox sərginin kuratoru və təşkilatçısı, o cümlədən Praqada Çex-Belarus Dostluq Cəmiyyətinin əməkdaşıdır. Oksana Arakçeyeva yüzdən çox mənzərəli portretin (Fransis Skaryna, Vladimir Korotkeviç, Yanka Kupala, Tadeusz Kondruseviç və başqaları) müəllifidir. Əsərləri Belarus Respublikasının Milli İncəsənət Muzeyində, qalereyalarda, eləcə də xaricdə şəxsi kolleksiyalarda saxlanılır. O, Belarusiyada uşaqlar üçün kitabların ən məşhur illüstratorudur, Oksana Arakçeyeva əsasən uşaqlar üçün olan 70-dən çox kitabın rəsm tərtibatının müəllifidir.
Oksana Şaçko
Oksana Vasilyevna Şaçko (ukr. Шачко Оксана Василівна ; 31 yanvar 1987, Xmelnitskiy, Ukrayna SSR, SSRİ – 23 iyul 2018, Monruj, O-de-Sen, Fransa) — Ukraynalı feminist, fəal. Femen beynəlxalq qadın hərəkatının həmtəsisçilərindən biri. Patriarxata, diktatura, din və seks-industriyaya qarşı etiraz mitinqlərində yarıçılpaq geyimi ilə diqqət çəkən fəal. 2013-cü ildə Oksana Şaçko Fransadan siyasi sığınacaq alıb və Parisdə məskunlaşıb. Fransanın paytaxtında Şaçko şəkillər çəkir, adi həyat sürürdü. Onun Parisdə həyatı çox çətin keçirdi, təhlükəsizlik, mənzil və sənədlərin yenilənməsi ilə bağlı problemlər yaşayırdı. Bütün bunlar onun bir neçə dəfə depresiyaya düşməsinə səbəb olmuşdu. Oksana Şaçko 2018-ci il iyulun 23-də Parisdəki mənzilində özünə qəsd edib. Oksana Şaçko 31 yanvar 1987-ci ildə Xmelnitskidə anadan olub.
Osama Vinladen
Osama Vinladen Ximenes Lopes (isp. Osama Vinladen Jiménez López; 7 oktyabr 2002) — Peru futbolçusu, Peru Premyer Diviziyasında çıxış edən "Union Komersio" İK-nin yarımmüdafiəçisi. Osama Vinladen Ximenes Lopes 7 oktyabr 2002-ci ildə Rioxada anadan olmuşdur. Vinladen 30 may 2018-ci ildə Peru Premyer Diviziyasında çıxış edən "Union Komersio" İK-nin heyətində "Universidad San-Martin" İK ilə matçda peşəkar səviyyədə debüt etmişdir. O, 87-ci dəqiqədə əvəzedici kimi meydana çıxmışdır və "Union Komersio" matçda 0–0 hesabla heç-heçə qalmışdır. Vinladen 2017 Cənubi Amerika U-15 Çempionatında iştirak edən Peru U-15 komandasının bir hissəsi idi. Vinladen Üsamə bin Ladenin adını daşıyır. Orfoqrafik fərq ispan dilində "b" və "v" hərflərinin tələffüzünün oxşarlığı ilə əlaqədardır. Vinladenin İraq lideri Səddam Hüseynin şərəfinə adlandırılmış Sadam Huseyn adlı bir qardaşı var. Bundan əlavə, atası üçüncü övladının adını Corc Buşun şərəfinə qoymağı planlaşdırmışdı, lakin qadın olduğu üzə çıxdığına görə bundan imtina etmişdir.
Oksana Makarın qətli
Oksana Makarın qətli — Oksana Makarın qətli 2012-ci ilin mart ayında Ukraynada baş verib, həm ölkə daxilində, həm də xaricdə kütləvi informasiya vasitələri ilə geniş yayılmış və kütləvi aksiyalara səbəb olmuşdur. 18 yaşlı Oksana Makar, 8 mart 2012-ci ildə Nikolayev şəhərində üç adamın hücumuna məruz qalmasına, təcavüzə uğradılmasına, boğulmasına, yandırılmasına baxmayaraq xəstəxanaya qaldırıldıqdan üç həftə sonra xilas oldu. Polis tərəfindən təcavüzkarların yalnız biri ittiham olunduğu halda, digərləri (2 şəxs) ittiham olunmadı. Valideynlərinin keçmiş hökumət məmurları olduğu bildirilən digər iki şəxs, valideynlərinin şəxsi əlaqələri səbəbində polislərdən azad olundular. Onlar daha sonra martın 13-də kütləvi nümayiş və kütləvi etiraz aksiyalarından sonra həbs olundu. Həbs olunandan sonra ədalət tələb edən etirazlar, pul toplamaq və qan hədiyyələrini təşviq etmək də davam etdi. Oksana Serqievna Makar. ukr. — Oksana Serqivna Makar. (doğ.
Osama Ben Laden
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Əvəz bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن‎; 10 mart 1957[…], Ər-Riyad – 2 may 2011[…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir. Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi.
Əhməd Məhəmməd Osama
Əhməd Məhəmməd Osama (17 iyul 1963) — Sudanı təmsil edən stolüstü tennisçi. Əhməd Məhəmməd Osama Sudanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.