Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poldəşt
Puldəşt (və ya Ərəblər) (fars. پلدشت‎) — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindəndir və Puldəşt şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,584 nəfər və 2,205 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhərin əski adı Ərəblər olsa da sonradan 1938-ci ildə farslaşdırılaraq Puldəşt adı verilmişdir. Hazırkı rəsmi adı olan Puldəşt farsca "körpü" mənasını verən "pul", və "düz, düzənlik, çöl" mənalarını verən "dəşt" sözlərindən ibarətdir; adın mənası "körpü yanında yerləşən düzənlik" kimi açıqlana bilər. Puldəşt şəhərinin yerləşdiyi Puldəşt şəhristanı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərur rayonları ilə həmsərhəddir.
Ağotlaq (Poldəşt)
Ağotlaq (fars. اغ اتلوق‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 344 nəfər yaşayır (72 ailə).
Bəhlulabad (Poldəşt)
Bəhlulabad və ya Bala Təbriz (fars. بهلول‌آباد‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. Bəhlulabad (Bala Təbriz), Poldəştin ən böyük və önəmli kəndi sayılaraq, şimaldan Pornak kəndi ilə, cənubdan Təbriz-Bazərqan yolu, şərqdən Piləsuvar və Əlinəzər kəndlərilə və qərbdən bir neçə yüksək dağla əhalələnir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.383 nəfər yaşayır (304 ailə). Bu kəndin əhalisi bütövlükdə Azərbaycan türkləri olaraq, bir neçə tayfaya bölünürlər: Şotular, Marakanlılar, Vərməzyarilər, Həsənkəndlilər və s. Hazırda kənddə təxminən 900 ev vardır. Burada 1500 nəfər əhali yaşayır. Kəndin əhalisi əsasən əkinçiliklə və davar saxlamaqla dolanır. === Kəndin məhəllələri === Üst məhəllə Məscid məhəlləsi Vərməzyar məhəlləsi Çaylaq məhəlləsi Babalar məhəlləsi Habelə bu kəndin görməli yerlərindən Miltəpə, Qəcir qayası və quyularını örnək gösrtərmək olar.
Camalabad (Poldəşt)
Camalabad (fars. جمال اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (6 ailə).
Divanxana (Poldəşt)
Divanxana (fars. ديوانخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 532 nəfər yaşayır (105 ailə).
Dəylankəndi (Poldəşt)
Dəylankəndi (fars. دايلان كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 965 nəfər yaşayır (180 ailə).
Eşqabad (Poldəşt)
Eşqabad (fars. عشق اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 278 nəfər yaşayır (65 ailə).
Kərimabad (Poldəşt)
Kərimabad (fars. كريم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (20 ailə).
Nüsrətabad (Poldəşt)
Nüsrətabad (fars. نصرت اباد‎) və ya Təpəsidəlik — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 388 nəfər yaşayır (82 ailə).
Nəzərxan (Poldəşt)
Nəzərxan (fars. نظرخان‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (34 ailə).
Poldəşt şəhristanı
Puldəşt (Ərəblər) şəhristanı (fars. شهرستان پلدشت‎‎) — İranın Qərbi Azərbaycan ostanının 17 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Puldəşt (Ərəblər) şəhəridir. Şəhristan Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərur rayonları ilə həmsərhəddir. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 42,170 nəfər və 11,537 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. == Etimologiyası == Şəhristan öz adını inzibati mərkəzi olan Puldəşt şəhərindən alır. Şəhərin əski adı Ərəblər olsa da sonradan 1938-ci ildə farslaşdırılaraq Puldəşt adı verilmişdir. Hazırki rəsmi adı olan Puldəşt farsca "körpü" mənasını verən "pul", və "düz, düzənlik, çöl" mənalarını verən "dəşt" sözlərindən ibarətdir; adın mənası "körpü yanında yerləşən düzənlik" kimi açıqlana bilər.
Qalacıq (Poldəşt)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (24 ailə).
Qaracalı (Poldəşt)
Qaracalı (fars. قره جالو‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 468 nəfər yaşayır (89 ailə).
Qutan (Poldəşt)
Qutan (fars. قوطان‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (89 ailə).
Təzəkənd (Poldəşt)
Təzəkənd (fars. بهلول كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 129 nəfər yaşayır (25 ailə).
Zakirli (Poldəşt)
Zakirli (fars. ذاكرلو‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 521 nəfər yaşayır (103 ailə).
İlanlı (Poldəşt)
İlanlı (fars. ايلانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 414 nəfər yaşayır (85 ailə).
İncədərəsi (Poldəşt)
İncədərəsi (fars. اينچه دره سي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (17 ailə).
Şirməhəmməd (Poldəşt)
Şirməhəmməd (fars. شيرمحمد‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (11 ailə).
Əlinəzər (Poldəşt)
Əlinəzər (fars. علي نظر‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 466 nəfər yaşayır (122 ailə).
Alcest
Alcest — 2000-ci ildə Bagnols-sur-Cèze, Fransada qurulmuş black metal qrupudur. == Tarixi == Alcest 2000-ci ildə Neige tərəfindən solo proyekt kimi yaradılmışdır. Tezliklə qrup 3 nəfərdən ibarət blək metal proyektinə çevrilmişdir. Argoth, Aegnor və Neigedən ibarət qrup 2001-ci ildə Tristesse Hivernale adlı ilk demo albomunu buraxdı. Elə bu albomdan sonra da qrup yenidən Neigenin şəxsi proyektinə çevrildi. 2005-ci ildə Le Secret adlı EP yayımladı. EPdə Şarl Bodlerin şeirlərindən istifadə olunmuşdur. Albomun yeni janrda olması Alcesti blək metaldan uzaqlaşdıraq şuqeyzinqə yaxınlaşdırdı. 2007-ci ildə ilk albomunu yayımlayan Alcest Souvenirs d'un autre monde ilə şöhrət qazandı. Sonrakı iki albomlarında post-metal tərzini qoruyan proyekt 2014-cü ildəki Shelter albomu ilə metal janrından tamamilə ayrıldı və post-rok janrına keçid etdi.
Radest
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. == Coğrafiya == Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. == Tarix == Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Orest
Orest (q.yun. Ὀρέστης, "dağlı"; lat. Orestes) — Troya müharibəsində vuruşan Mikena kralı Aqamemnon və Klitemnestranın oğlu. Onun dəliliyi və təmizlənməsi bir çox Qədim Yunan oyunu və əfsanəsinin mövzusu olmuşdur. == Adın mənşəyi == Orestes yunanca "oreibates" ("ορειβάτης") sözündən gəlir. Mənası alpinistdir. Metaforik olaraq, dağları fəth edə bilən biri kimi istifadə olunur. == Homerin hekayəsi == Homer hekayəsində Orest Tantal və Niobe ilə birbaşa əlaqəli olan Atreyin lənətlənmiş evinin üzvüdür. Troya müharibəsinə gedən yolda yaxşı bir külək üçün tanrıça Artemisə dua edən Aqamemnon, ilahənin işarəsi ilə qızı İfiqeniyanı qurban vermək istəyir, amma arvadı buna qarşıdır. Buna baxmayaraq, qərarından vaz keçməyən Aqamemnon qızını qurban verərkən ilahə tərəfindən xilas edilir, bunun əvəzinə bir dişi maral qurban edilir.
Allahverdi kəndi (Poldəşt)
Allahverdi (fars. اله وردي كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Pildəşt bölgəsinin Gəclat kəndistanında, Pildəşt qəsəbəsindən 40,5 km cənubdadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (55 ailə).
Ağamir kəndi (Poldəşt)
Ağamir kəndi (fars. اقاميركندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (33 ailə). Etnik rəkibi qarışıqdır. Burada yerli şiə azərbaycanlılar və gəlmə kürdlər yaşayır.
Aşağı Muradlı (Poldəşt)
Aşağı Muradlı (fars. مرادلوي سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (62 ailə).
Bəhlul kəndi (Poldəşt)
Bəhlul kəndi (fars. بهلول كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 717 nəfər yaşayır (150 ailə).
Fəttah kəndi (Poldəşt)
Fəttah kəndi (fars. فتاح كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 255 nəfər yaşayır (61 ailə).
Ehud Olmert
Ehud Olmert (ivr. ‏אֶהוּד אוֹלְמֶרְט‏‎; 30 sentyabr 1945[…]) — İsrailli siyasətçi və vəkildir. 2006–2009-cu illərdə və bundan əvvəl 1988-ci ildən 1992-ci ilə 2003-cü ildən 2006-cı ilə qədər İsrailin 12-ci Baş naziri vəzifəsində çalışmışdır. Nazirlər Kabinetinin üzvü kimi birinci və ikinci vəzifələri arasında 1993-cü ildən Qüds bələdiyyə başçısı vəzifəsində çalışmışdır.Baş nazir vəzifəsində işlədikdən sonra Qüds meri və ticarət naziri vəzifəsində olduğu müddətdə rüşvət aldığına və ədalət mühakiməsinə mane olduğuna görə həbs cəzasına məhkum edilmişdi.
Eldost Bayram
Eldost Bayramov, Eldost Bayram (Bayramov Eldost Əlövsət oğlu; 25 yanvar 1947, Çöl Ərəb, Kürdəmir rayonu) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016), "Tərəqqi" medalı laureatı (2008) == Həyatı == Eldost Bayramov 25 yanvar 1947-ci ildə Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir. 2006-cı ildə "Respublikanın əməkdar artisti fəxri adına, 2008-ci ilin noyabrında isə "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb. == Filmoqrafiya == Bal arısı (film, 2000) Pənah Xəlilov (film, 2001) Alovlardan keçən ömür (film, 2005) Zəngəzur qartalı (film, 2012) Zamanla yaşayan sənətkar.
Eldost Bayramov
Eldost Bayramov, Eldost Bayram (Bayramov Eldost Əlövsət oğlu; 25 yanvar 1947, Çöl Ərəb, Kürdəmir rayonu) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016), "Tərəqqi" medalı laureatı (2008) == Həyatı == Eldost Bayramov 25 yanvar 1947-ci ildə Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir. 2006-cı ildə "Respublikanın əməkdar artisti fəxri adına, 2008-ci ilin noyabrında isə "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb. == Filmoqrafiya == Bal arısı (film, 2000) Pənah Xəlilov (film, 2001) Alovlardan keçən ömür (film, 2005) Zəngəzur qartalı (film, 2012) Zamanla yaşayan sənətkar.
Eldost Hüseynov
Eldost Asəf oğlu Hüseynov (16 dekabr 1996, Talışnuru, Şamaxı rayonu – 7 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldost Hüseynov 1996-cı il dekabrın 16-da Şamaxı rayonunun Talışnuru kəndində anadan olub. 2002-2013-cü illərdə Talışnuru kənd tam orta məktəbində, 2013-2017-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alıb. Subay idi. == Hərbi xidməti == Eldost Hüseynov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Eldost Hüseynov oktyabrın 7-də Talış döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldost Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Modest Mouse
Modest Mouse — 1993-cü ildə Vaşinqtonda yaranmış indi-rok qrupudur. == Qrup haqqında == 1994-cü ildə hazırladıqları "Blue Cadet-3, Do You Connect?" EP albomu ilə musiqi karyerasına başlamışdır. Adını Virciniya Vulf'un hekayəsi "The Mark On The Wall" dan alan qrup, 1996-cı ildə Dann Gallucci və John Wickhart ilə yollarını ayırdı. Heyətə Eric Judy'ni (bas gitar) əlavə edən qrup, eyni il Up Records etiketi ilə "This Is A Long Drive For Someone With Nothing To Think About" adlı ilk albomunu satışa çıxardı. Albomun istehsalında Steve Wolde ilə çalışan qrup, eyni il "Interstate 8" adlı EP albomunu da yayımladı. 1997-ci ildə "The Fruit That Ate itself" adlı EP albomunu çıxaran Modest Mouse, eyni il "The Lonesome Crowded West" adlı 2-ci albomu ilə uğur əldə etdi. 1990-cı illərin ən əhəmiyyətli indie albomları arasında qəbul edilən albom, bu gün etibarilə albom ən yaxşı indie albom kimi qiymətləndirilir. 1999-cu ildə "Night On The Sun" adlı EP albomunu yalnız Yaponiyada satışa çıxardan Modest Mouse, 2000-ci ildə Epic Records ilə razılaşmağa qərar verdi. Eyni il hazırladığı "Building Nothing Out ​​Of Something" adlı yığma albomun ardından "The Moon & Antarctica" adlı 3-cü albomunu pərəstişkarları ilə paylaşan qrup, albomun istehsalında Brian Deck ilə birlikdə çalışdı. Xüsusilə Isaac Brock'ın ağıl dolu sözləri ilə bəyənilən albom ilə əsas soundunu tutan qrup, 2001-ci ildə çıxardığı "Sad Sappy sucker" adlı albom ilə 1994-cü ildə yazdığı ancaq satışa çıxarmadığı albomunu pərəstişkarları ilə paylaşdı.
Modest Musorqski
Modest Petroviç Musorqski (rus. Модест Петрович Мусоргский; 9 (21) mart 1839, Karayevo[d], Toropets qəzası[d], Pskov quberniyası[d], Rusiya imperiyası – 16 (28) mart 1881[…], Sankt-Peterburq[…]) — rus bəstəkarı. == Həyatı == Modest Petroviç Musorqski rus bəstəkarıdır. Və bir musiqiçi kimi də, vətəndaş kimi də milli mənsubiyyətini, doğma vətəninə sədaqətini öz fəaliyyəti, yaradıcılığı ilə dönə-dönə təsdiqləmiş bəstəkardır. Lakin yaradıcı bir şəxsiyyət, novator musiqiçi kimi Musorqskinin nailiyyətləri bu milli mədəniyyətin hüdudlarını çoxdan adlayaraq, aid olduğu zaman çərçivəsini də aşmış, ümumdünya mədəniyyətinin mənəvi sərvətləri sırasına daxil olmuşdur. Görkəmli bəstəkar G. Sviridovun təbirincə, "Lev Tolstoyun öz povesti barədə söylədiyini Musorqskiyə aid edərək deyə bilərik ki, onun əsərlərinin qəhrəmanı - həqiqətdir". Bu haqqı, ədaləti, çox zaman acı olan həqiqəti üzə çıxarmaqla dövrünün bir çox suallarına cavab tapmaq istəyən Musorqski öz axtarışlarında tək deyildi. 19-cu əsrin ikinci yarısında yaradıcılıq meydanına çıxaraq, rus mədəniyyətinə "altmışıncılar" kimi daxil olmuş bir çox mütərəqqi ziyalılar kimi, o da xalqı, vətəni qarşısında tarixi missiyasını yaxşı başa düşür və tarixinin faciəvi səhifələrini yaşayan millətinin dadına yetmək arzusuyla çarpışırdı. Qlinka ənənələrini yaşadan "Qüdrətli dəstə"nin digər üzvləri kimi, Musorqski də xəlqilik prinsipinə sədaqətini bütün yaradıcılığı ilə dönə-dönə təsdiqləyərək, böyük rus klassikinin davamçısı kimi çıxış edirdi. Lakin bunun həyata keçirilməsində öz həmfikirlərindən fərqli mövqedə qərar tutaraq, xəlqiliyi, dəstəçi məsləkdaşlarının yönəlmədiyi başqa bir səmtdə arayır, öz yolu ilə gerçəkləşdirməyə çalışırdı.
Grevillea oldei
Grevillea oldei (lat. Grevillea oldei) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea oldei (McGill.) Christenh.
Odett Ennabl
Odett Culiett Ennabl (qızlıq soyadı: Yustman; ing. Odette Juliette Annable; 10 may 1985, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası və modeli.
Oldos Haksli
Oldos Leonard Haksli (ing. Aldous Leonard Huxley; 26 iyul 1894[…] – 22 noyabr 1963[…], Los-Anceles, Kaliforniya, ABŞ) — ingilis yazıçısı. Oksfordda təhsil alarkən görmə ilə bağlı problemləri yarandığı üçün təhsilini yarımçıq saxladı. Sonrada bir daha kor olacağı qorxusu ilə qarşısına gələn bütün kitabları oxudu. Müasirlər Oldos Hakslinin iki ayrı ruh daşıdığını deyirdilər. Onun bir ruhu qədim şərq fəlsəfəsilə, bilinməyənlə və mistika ilə maraqlanarkən, digər ruhu son elmi kəşflərlə, rasional zəka ilə və siyasətlə maraqlanırdı. İntellektual-polemik "Sarı Krom" (1921), "Təlxək rəqsi" (1923), "Kontrapunkt" (1928), "Cəsur Yeni Dünya" (1932) romanlarında cəmiyyətin mənəvi eybəcərliyi satira atəşinə tutulur. Lakin Haksli yaradıcılığında humanizmin zəifləməsinə, əxlaqi və dini öyüdçülüyə, mistisizmə gətirib çıxarmışdır: "Meymun və mahiyyət" (1948), "Dahi və ilahə" (1955) və s. romanları var.
Hakea oldei
Grevillea oldei (lat. Grevillea oldei) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea oldei (McGill.) Christenh.
Oles Qonçar
Oles (Aleksandr) Qonçar (tam adıː Aleksandr Terentyeviç Qonçar; ukr. Олесь Терентійович Гончар; 3 aprel 1918[…], Lomovka[d] – 14 iyul 1995, Kiyev) — Ukrayna sovet yazıçısı, publisist və ictimai xadim. == Haqqında == 1918-ci il aprel ayının 3-də Poltava vilayətinin Suxa kəndində anadan olmuşdur. Sonradan Oles Qonçar Dnepropetrovska köçmüş və yerli universitetə ​​daxil olaraq müharibə səbəbi ilə kəsilən təhsilini davam etdirmişdir. Təzə xatirələr və hərbi qeydlər əsasında bir neçə roman yazmış və nəşr etdirmişdir. "Alplar" müharibəsi haqqında debüt romanını yazmış ("Bayraqdarlar"ın birinci hissəsi — trilogiya), 1946-cı ildə respublika ədəbi jurnallarının birində çap etdirmişdir. Qonçarın ilk romanının nəşri onun həyatını dəyişmişdir. O, o dövrün ədəbiyyat korifeylərini rus ədəbiyyatındakı yeni istedada diqqət yetirməyə vadar etmişdir. Belə ki, Ukrayna sovet ədəbiyyatının tanınmış ustadı Yuri Yanovski gənc yazıçının yaradıcılığını yüksək qiymətləndirmiş və onu öz diqqətində saxlamışdır. Buna görə də, Alpların uğurundan sonra o, Qonçarı Kiyevə köçməyə, aspiranturaya daxil olmağa və yeni romanlar üzərində işləməyə davam etməyə dəvət etmişdir.
Serxino Dest
Serxino Cianni Dest (3 noyabr 2000) — ABŞ-lı peəkar futbolçu. La Liqa təmsilçilərindən olan Barselona klubuna məxsusdur. İcarə əsasında Milan klubunda və futbol üzrə Amerika Birləşmiş Ştatları milli komandasında çıxış edir. == Klub karyerası == === Yonq Ayaks === Dest Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. 2012-ci ildə Taylor Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. Atası Amerika vətəndaşı olduğuna görə Dest ABŞ millisini təmsil etmək qərarına gəlmişdir. Dest öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. 14 oyunçu müxtəlif millilərə dəvət aldığı üçün Dest heyətə cəlb olunmuşdur. O, 82-ci dəqiqədə Abdellah Aberkane ilə əvəz olunmuşdur. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur.
Güldəşt
Güldəşt — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,693 nəfər və 5,830 ailədən ibarət idi.
Puldəşt
Puldəşt (və ya Ərəblər) (fars. پلدشت‎) — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindəndir və Puldəşt şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,584 nəfər və 2,205 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhərin əski adı Ərəblər olsa da sonradan 1938-ci ildə farslaşdırılaraq Puldəşt adı verilmişdir. Hazırkı rəsmi adı olan Puldəşt farsca "körpü" mənasını verən "pul", və "düz, düzənlik, çöl" mənalarını verən "dəşt" sözlərindən ibarətdir; adın mənası "körpü yanında yerləşən düzənlik" kimi açıqlana bilər. Puldəşt şəhərinin yerləşdiyi Puldəşt şəhristanı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərur rayonları ilə həmsərhəddir.
When I Was Older
"When I Was Older" — amerikalı müğənni Billi Aylişin mahnısı. Meksikalı rejissor Alfonso Kuaronun 2018-ci ildə çəkdiyi "Roma" filminin soundtrekində yer alıb. Mahnı 9 yanvar 2019-cu ildə Sony Masterworks tərəfindən sinql kimi buraxılıb. Mahnı sonralar onun ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.