Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İqrığ
İqriq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == İqriq oyk., sadə. Quba r-nunun Alekseyevka i.ə.v.-də kənd. Düzənlikdədir. Oykonimi tədqiqatçıların bir qismi qədim türk dillərində "düşərgə, dayanacaq yeri" mənasında işlənən uqruq sözü ilə, başqa bir qismi isə qəd. türk tayfalarından biri olan iqrak/uqrak tayfasının adı ilə əlaqələndirir. == Əhalisi == Əhalisi 9567 min nəfərdir.Əsas təsərrüfat sahəsi əkinçilikdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1598 nəfər əhali yaşayır. == Həmçinin bax == Quba rayonu == Xarici keçidlər == Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti == Mənbə == Azərbaycan coğrafiyası.
OMIM
OMIM (ing. Online Mendelian Inheritance in Man) — gen-fenotip əlaqəsinə xüsusi diqqət yetirməklə insan genlərinin və genetik xəstəliklərin və əlamətlərin davamlı olaraq yenilənən kataloqudur. 28 iyun 2019-cu il tarixinə OMIM-dəki 25.000-dən çox girişdən təxminən 9.000-i fenotipləri təmsil edirdi; qalanları genləri təmsil edirdi, onların çoxu məlum fenotiplərlə əlaqəli idi.
Norveç omarı
Nephrops norvegicus, Decapoda Dəstəsinden bir növ. Norveç omarı adətən Atlantik okeanı, Aralıq və Şimal dənizlərində yayılmışdır. == Həyat tərzi == Norveç omarı dənizin 40-250 m dərinliyində oyduğu yuvalarda məskunlaşır. Uzunluğu 18-20 sm olub, bəzən 25 sm-ə qədər çatırlar. Qəlsəməbaşlı olub, bədəninin böyük hissəsini təşkil edir. Qarın və quyruq bütövlükdə - “telson” hissəni təşkil edir. Bir cüt ön uzun ayaqlar qısqaclarla təmin olunmuşdur. Bütöv güvdə xitin zirehi ilə örtülüdür. Baş hissədə bu örtük “karpaks” adlanır. Telson trapes şəkilli olub onun uc hissəsində yelpik şəklində üzgəc yerləşir.
İqrığ bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Barıq
Barıq (Qoşaçay)
Fırıq
Fırıq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Fırıq oyk, sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Afurca kəndindən çıxmış ailələrin indiki yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, oykonim er. "təriqət", "məzhəb", "kütlədən ayrılmış bir qrup" və ya "bölük" mənasında işlədilən fərəq sözü ilə bağlıdır. Firiq variantında da qeydə alınmışdır. Əslində, oykonim RSDFP-nın Bakı Komitəsi yanında bolşeviklərin qabaqcıl dağıstanlı fəhlələrlə birlikdə təşkil etdikləri Faruq (ədalət tərəfdarları) sosial-demokrat qrupunun (1907) adı ilə bağlıdır.
Keriq
Keriq (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Keriq-i Büzürg (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Moruq
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Ofris
Ofris (lat. Ophrys) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Ofris cinsinin 50-dən çox növü var və bunların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində, ümumiyyətlə Qafqaz və Zaqafqaziya ərazisində mövcuddur. Digərləri isə Türkiyə, Yunanıstan, Krım və başqa yerlərdə bitir. Bu bitkinin Azərbaycanda bitən bütün növləri Xarıbülbül adı ilə tanınır və latınca "ophrys caucasica" və ya "ophrys" mammosa adlanır. Ophrys — yunan mənşəli sözdür, mənası "qaş" deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə üstdən aşağı "baxmağını" eyham ediblər. Səhləb fəsiləsinin bir çox nümayəndələri kimi ofrislər də kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lüzum olan simbiotik göbələklərdən asılıdır. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək olmur – onlar məhv olur. Ofrislərin tozlanması zarqanadlı cücülərin (eşşəkarısı və başqaları) köməyi ilə baş verir və onların çiçəkləri həmin cücülərin formasını və görünüşünü təkrarlayaraq, onları özünə cəlb edir.
Ohrid
Oxrid (mak. Охрид, translit. Oxrid, alb. Ohri/Ohër, yun. Αχρίδα, translit. Axrida) — Şimali Makedoniya Respublikasının Oxrid bələdiyyəsində şəhər. Bu şəhər Oxrid gölü sahilindəki ən böyük şəhər olmaqla yanaşı, 2002-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 42.000-dən çox nəfər yaşayır. Bu isə Oxridi ölkəni səkkizinci ən böyük şəhəri edir. Oxrid ilin hər bir gününə bir kilsənin olduğu yer kimi məşhur olub və "Balkanların Qüdsü" kimi adlandırılıb. Şəhər mənzərəli evləri və abidələri ilə zəngin olduğuna görə turizm şəhərdə üstünlük təşkil edir.
Origo
Origo (azərb. Mənşə‎) — Macarıstanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yoçi Papai "Origo" mahnısı ilə Macarıstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Qaraçı musiqisinin zəngin şəkildə təbliğ edildiyi mahnı ifaçı tərəfindən bəstələnmişdir.
Oxrid
Oxrid (mak. Охрид, translit. Oxrid, alb. Ohri/Ohër, yun. Αχρίδα, translit. Axrida) — Şimali Makedoniya Respublikasının Oxrid bələdiyyəsində şəhər. Bu şəhər Oxrid gölü sahilindəki ən böyük şəhər olmaqla yanaşı, 2002-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 42.000-dən çox nəfər yaşayır. Bu isə Oxridi ölkəni səkkizinci ən böyük şəhəri edir. Oxrid ilin hər bir gününə bir kilsənin olduğu yer kimi məşhur olub və "Balkanların Qüdsü" kimi adlandırılıb. Şəhər mənzərəli evləri və abidələri ilə zəngin olduğuna görə turizm şəhərdə üstünlük təşkil edir.
Sırıq
Sırıq — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Tomris
Tomris (İran dilləriden Tahmirih, Cesur, Türkcə: Temir — "Dəmir"; e. ə. VI əsr, Mərkəzi Asiya, Massagetlər – e. ə. VI əsr, Mərkəzi Asiya, Massagetlər) — Massagetlərdən və saklardan olan məşhur peçeneq qadın sərkərdə, skif dövlət xanı. Sakların şahzadəsi olan Tomris/Tomarisin adı Azərbaycanda günümüzə qədər istifadə olunan qadın adıdır. == Herodot Tomris barədə == Tomris haqqında əsas məlumat Herodotun Tarix əsərində qorunmuşdur. Onun doqquz hissədən ibarət "Tarix" əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Burada qələmə alınan hadisələr dövrünün tarixçilik ənənələrinə uyğun olaraq, miflə gerçək tarixi rəvayətçilik hüdudlarında yazılsa da, Heredot haqlı olaraq, dünyanın ən tarixçilərindən sayılır. Heredotun kitabında yer alan hadisələrdən biri də Əhəməni hökmdarı Kirin e.
Çarıq
Çarıq — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Yüngül və ucuz başa gəlməsi, çöl-təsərrüfat işləri zamanı əlverişli olması çarığı əhalinin böyük əksəriyyətinin ayaq geyiminə çevirmişdir. Çarıq həm aşılanmış həm də xam göndən tikildiyinə görə, onu satın almaqla və ya hər kəs özü tikməklə əldə edirdi. Hər kəsin gündəlik geydiyi çarıqdan başqa, peşəkar çarıqçılar tərəfindən tikilən və rəngli bağları olan 1–2 cüt çarığı da olurdu ki, onu adətən bayram və məişət şənlikləri zamanı, eləcə də şəhərə-bazara gedərkən geyirdilər. İl ərzində 6–12 –yə qədər çarığa ehtiyac olurdu. Bəzən imkansız adamlar çarıq dağılan zaman onun altına göndən və ya qalın parçadan "döşəmə" salıb geyirdilər. Azərbaycanda kişi çarıqlarının "kotuğu", "quşburnu", "qızqaytaran", "kalmanı", "xəlbirqırağı", "quşgözü", "təkburun" əcəmi, "üçburun", "qarabağı" və s. kiçik biçim tərzinə və tikiş texnikasına görə fərqlənən müxtəlif növləri olmuşdur. Bəzi etnoqrafik bölgələrdə (Naxçıvan Lənkəran-Astara və s.) qismən də olsa həsirdən hazırlanan "həsir çarıq"lara da təsadüf olunurdu.
İqriq
İqriq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == İqriq oyk., sadə. Quba r-nunun Alekseyevka i.ə.v.-də kənd. Düzənlikdədir. Oykonimi tədqiqatçıların bir qismi qədim türk dillərində "düşərgə, dayanacaq yeri" mənasında işlənən uqruq sözü ilə, başqa bir qismi isə qəd. türk tayfalarından biri olan iqrak/uqrak tayfasının adı ilə əlaqələndirir. == Əhalisi == Əhalisi 9567 min nəfərdir.Əsas təsərrüfat sahəsi əkinçilikdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1598 nəfər əhali yaşayır. == Həmçinin bax == Quba rayonu == Xarici keçidlər == Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti == Mənbə == Azərbaycan coğrafiyası.
Afriq
Afriq (IV əsr – IV əsr) — Xarəzmin Afriqilər sülaləsinin qurucusu. Onun Katda paytaxtının yaxınlığında Fil və ya Fir kimi tanınan bir qala tikdiyi qeyd edilmişdir. Onun haqqında çox şey məlum deyil. Sonra onun yerinə oğlu Bəqrə keçmişdir. == İstinadlar == Bosworth, C. E. ĀL-E AFRĪḠ // Encyclopaedia Iranica, Vol. I, Fasc. 7. 1984. 743–745. İstifadə tarixi: 9 May 2021.
Otris
Otris (yun. Όθρυς) — Yunanıstanda, Ftiotida və Maqnisiya periferik bölmələrinin sərhəddində yerləşən dağ silsiləsi. Uzunluğu təqribən 90 km, hündürlüyü dəniz səviyyəsindən 1,726 metrə qədərdir. Qədim coğrafiyada Orti, Orfis, Ofri dağı, Ofriya (q.yun. Ὄθρυς, lat. Othrys) adlandırılmışdır.
Drığ mahalı
Drığ mahalı — Talış xanlığının mahallarından biri. Mahal cənubdan Zuvand mahalı, şərqdən Uluf mahalı, qərbdən və şimaldan isə Səfidəşt mahalı ilə həmsərhəd idi. Qоnçin mеşəsindən axan və Şiləvar kəndinə bitişən çay Drığ mahalının sərhədi hesab edilir. Bu çaya "Kəkuyə cu" dеyilirdi. Drığ mahalının sərhəddi оradan, Lənkəran çayından kеçmiş Velədi kəndinin Sоpеh-Xоy pirinə qədər uzanırdı. Əhalinin mütləq əksəriyyəti şiə idi. Drığ mahalında taxılçılıq inkişaf etmişdi. Buranın əhalisi döyüşkən və cəsarətli olmağı ilə seçilirdi. Hazırda kеçmiş Drığ mahalının çох hissəsi Lеrik rayоnu ərazisinə daхildir. Mahalın kiçik bir hissəsi isə hazırda Ərdəbil ostanına daxildir.
Briq
Briq (ing. brig) — ikidorlu yelkənli gəmi. Fok, qrot dorlarda düzbucaqlı və yalnız bir çarpaz yelkənlərə malikdir. Briq gəmilərində bizan dorağacı və ona müvafiq yelkənlər olmur.
Adi moruq
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Amblyseius morii
Amrid Yunusov
Amrid Zaur oğlu Yunusov (12 oktyabr 1995, Əniq, Qusar rayonu – 28 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amrid Yunusov 1995-ci il oktyabrın 12-də Qusar rayonunun Əniq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Amrid Yunusov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amrid Yunusov oktyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qusar rayonunun Əniq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amrid Yunusov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amrid Yunusov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amrid Yunusov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amrid Yunusov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Amrid Yusunov

Amriş Puri
Amriş Puri (22 iyun 1932, Calandhar[d], Britaniya Hindistanı – 12 yanvar 2005[…], Mumbay) - tanınmış hind aktyorudur. == Seçilmiş filmoqrafiya == 1970: Prem Pucari (film,1970 1984: Üç muşketyor kimi 1986: Okean 1995: Karan və Arcun 1997: Kömür 2005: Mənə ərə gəl (film,2005) == Hәyatı == Amriş Puri firavan ailədə Calandxar şəhəri yaxınlığında kiçik pəncab şəhərcikində dünyaya gәlib. Ailәdә 4 nәfәr olublar. Şımlada humanitar kolleci bitirib. Ximaçal-Pradeş-in hind ştatında, sonra universitetin və 20 ilin siyasi-iqtisadi fakültəsi Əmək Nazirliyində və İndira Qandinin hökumətində Bombeydə işləyib. Hələ məktəb illərində fizikayla maraqlanırdı, kimya, həmçinin fleytada oyunla və həmişə teatr və kinoda oynamağı arzu edirdi.
Barıq (Heris)
Barıq (fars. باروق‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,070 nəfər yaşayır (273 ailə).
Barıq (Qoşaçay)
Barıq (fars. باروق‎; Baruq, Barı və ya Barlı) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanının Barıq bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınmasına görə şəhərdə 3 874 nəfər və 913 ailə yaşayır. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Barıq (Ərdəbil)
Barıq (fars. باروق‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,065 nəfər yaşayır (272 ailə).
Bursa origo
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Ah Çibek Arığ
Ah Çibek Arığ — Xakaslara aid qədim türk dastanı. Dastanın meydana çıxmasının içərisində keçən qəzi qavramlar və ifadələrdən yola çıxaraq Afanasyev mədəniyyəti ilə əlaqələndirilərək e.ə. IV minilliyə qədər getdiyi düşünülməkdədir. == Haqqında == Ah Xan ölkəsində altı başlı ağ qayadan doğulan Ah Çibek Arığ fövqəladə formada atı ilə birlikdə qayadan çıxmışdır. Heybətli görünüşə malik olan qəhrəman ox və yayda məharətli olmuşdur. Ah Xanı öldürüb, ölkəsini yağmalayan Ay Molat ilə qarşı-qarşıya gələn Ah Çibek Arığ düşmənini iki dəfə öldürməsinə rəğmən dirildirilərək qarşısına dikilməsindən sonra onunla güləşmiş vı nəhayət onu öldürmüşdür. Müxtəlif ölkələrdə müxtəlif döyüşlərə qatılan Ah Çibek Arığ son olaraq Ay Molatı öldürdükdən sonra onun yerinə yeni hakim qoymuş, nəsihətlər vermiş və yurduna geri dönmüşdür. Edilən müayinələr nəticəsində ümumiyyətlə qəhrəmanlıq dastanlarında fövqəladə doğulma, adı, fiziki xüsusiyyətləri, at, döyüş geyimləri və avadanlıqları, macəraya girən və macəraya girən adətlərin Huban Arığ dastanında da olduğunu söyləmək olar. Məqalədə xüsusi diqqət tələb edən xüsusiyyətlər, dastanda olan və əsrlər boyu mifoloji infrastrukturu sayəsində özlərini qorumağı bacaran, sehrli əşyalara sahib olmaq, yeraltı getmək, forma dəyişmək, hava hadisələrinə müdaxilə etmək, ölüləri diriltmək və xəstəni təmin etmək üçün fövqəladə varlıqların köməyidir. sehr).
OMSI Der Omnibussimulator
OMSİ Der Omnibussimulator — avtobus sürücüsü simulator janrında bir oyun. Alman m-R proqramı studiyası tərəfindən hazırlanmışdır.