Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anarək
Anarək — İranın İsfahan ostanının Nayin şəhristanının Anarək bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,285 nəfər və 462 ailədən ibarət idi.
Xandək
Xandək — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Siyəzən rayonunun Ərziküş kənd inzibati-ərazi vahidi tərkibindəki Xandək kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Çoğadək
Çüğadək— İranın Buşehr ostanının Buşehr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,425 nəfər və 3,497 ailədən ibarət idi.
Azadek
Azadek — İrəvan xanlığının Şərur-Dərələyəz mahalında kənd adı. == Əhalisi == 1727-ci ilə aid mənbədə kənddə üç erməni ailəsinin yaşadığı qeyd olunmuşdur. 1828–1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. == Toponimikası == XX əsrin əvvələrində azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. qədim türk dillərində asu "qırmızı kil"və farsca tek "torpaq", "Süxur", ya da həmin dildə dək "yağışdan sonra su ilə dolan şoran çökəklik", "şor göl", "şoran torpaq", "bitkisiz yer", sözlərindən ibarətdir. Ola bilər, bu toponim Azad şəhər adı ilə bağlıdır. Həmdullah Qəzvini (XIV) Ordubaddan 30 km aralıda Gilançayın üstündə Azad şəhərinin yerləşdiyini yazır. Onda bu kəndin adı Azad və deh farsca "kənd" sözlərindən ibarətdir.Баскаков Н.А. Введение в изучение тюркских языков. М., 1969.
Ördək
Ördəklər (lat. Anatidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinə aid heyvan fəsiləsi. Ev quşları siyahısına daxildir. Fəsiləyə daxil olan 40-50 cinsə aid 150-yə yaxın növ məlumdur. Ördək su quşudur. Onlar suyun altında xeyli yem tapa bilirlər. Əsl ördəklər (Anatinae) Ağac ördəkləri (Dendrocygninae) Çil-çil ördəklər (Stictonettinae) Ala ördəklər (Tadorninae) ? Ağbel ördəklər, ?
Oqaden müharibəsi
Oqaden müharibəsi və ya Efiopiya-Somali müharibəsi — 1977–1978 illərdə mübahisəli Oqaden ərazisi üstündə Efiopiya və Somali arasında baş vermiş müharibə. 1960-cı ildə Somali müstəqillik qazandıqdan sonra qonşu dövlətlərlə ərazi mübahisəsinə başladı. Hökumət somalilərin kompakt yaşadığı Cibuti, Efiopiya və Keniya ərazilərini əhatə etməli olan "Böyük Somali"nin bərpası haqqında manifest çıxardı. Mübahisəli ərazilərdən biri Efiopiyada yerləşən Oqaden bölgəsi idi. 1964-cü ildə Somali və Efiopiya arasında qısamüddətli sərhədyanı münaqişə baş verdi. 1969-cu il "Oktyabr inqilabı" nəticəsində Somalidə hakimiyyətə Məhəmməd Siad Barre gəldi. O, ölkədə sosializm elan etdi. Bu isə öz növbəsində Somalinin SSRİ ilə yaxınlaşmasına səbəb oldu, lakin Məhəmməd Siad Barre qonşu dövlətlərlə ərazi mübahisələrini davam etdirdi. 1970-ci ildən etibarən Qərbi Somalinin Azadlığı Cəhbəsi (QSAC) Oqadenin Somalidən ayrılması üçün silahlı mübarizəyə başladı. 1974-cü ildə Efiopiyada baş verən hərbi çevriliş nəticəsində imperator Hayle Selassie I devrildi və hərbi xunta hakimiyyətə gəldi.
Tonadeh (Həştrud)
Tonadeh (fars. تنه ده‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Ala ördək
Ala ördək (lat. Tadorna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Eynəkli ördək
Eynəkli ördək (lat. Speculanas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Fitçalan ördək
Fitçalan ördək (lat. Anas crecca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.
Kəkilli ördək
Kəkilli ördək (lat. Lophonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Mərməri ördək
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. (III-VU). Həssas, sayı azalmaqda olan növdür. Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Pərli ördək
Pərli ördək (lat. Biziura) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qarabaş ördək
Qarabaş ördək (lat. Heteronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qılquyruq ördək
Radek Matula
Radek Matula — Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-cü ilə qədər)
Sarıdimdik ördək
Sarıdimdik ördək (lat. Anas georgica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü. Sarıdimdik ördək qəhvəyi başa və boyuna malikdir. Ölçülərinə görə elə də böyük ördəklər qrupuna daxil deyil. Sarıdimdik ördək əsasən Peru, Paraqvay, Braziliya, Ekvador və Cənubi Georgiya ərazisində yayılmışdır. Anas georgica georgica yarımnövü 1000—1500 çüt olaraq Cənubi Georgiya arxipelaqın adalarında yayılmışdır. Anas georgica spinicauda yarımnövünün sayı 110 000 çüt olması hesab edilir. Anas georgica niceforoi yarımnövü 1940 il məlumatına cəmi 1952 cütdür. Əsasən yüksək dağlıq göllərdə, bataqlıqlarda və çay kənarlarında yayılmışlar. Yumurtanı əsasən torpaqda və ya otların arasında, quru yerdə qoyur.
Yaşılbaş ördək
Yaşılbaş ördək (lat. Anas platyrhynchos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.
Yaşılqanad ördək
Yaşılqanad ördək (lat. Anas carolinensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.
Zolaqlı ördək
Zolaqlı ördək (lat. Salvadorina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Çingiz Öndər
Cengiz Ündər (türk. Cengiz Ünder; 14 iyul 1997, Sındırqı[d], Balıkəsir ili) — İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubunda hücumçu kimi çıxış edən peşəkar Türkiyə li futbolçu. Ünder öz peşəkar karyerasına Altınordu klubunda start vermişdir. O, peşəkar karyerasında debütünü 28 dekabr 2014-cü ildə Birinci Liqa görüşündə Manisaspor klubuna qarşı oyunda etmişdir. Cengiz Ündər ilk qolunu 15 fevral 2015-ci ildə Dənizlispor klubuna qarşı oyunda vurmuşdur. O, 2016-cı ildə Türkiyə Super Liqası təmsilçilərindən olan Başakşehir klubuna transfer olunmuşdur. O, klubu ilə debütünü 28 iyul 2016-cı ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Xorvatiya təmsilçisi olan Riyeka klubuna qarşı oyunda etmişdir. 14 iyul 2017-ci ildə Cengiz Ündər €14 milyon qarşılığında İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubuna transfer olmuşdur. Ünder bir müddət Türkiyə gənclər milli futbol komandasının U-18 və U-19 millilərində çıxış etmişdir. O, son vaxtlar Türkiyə U-21 milli futbol komandasına çağırılır.
Çətirtel ördək
Çətirtel ördək (lat. Chenonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Topal ördək
Topal ördək və ya gethagetdəki siyasətçi — xələfi artıq seçilmiş və ya seçilmək ərəfəsində olan vəzifəli şəxs. Gethagetdəki siyasətçi çox vaxt digər siyasətçilərlə müqayisədə daha az təsir bağışlayır, çünki onların səlahiyyət müddəti bitmək üzrədir. Ancaq onlar icra sərəncamları, əfv fərmanları və ya digər mübahisəli fərmanlar verməkdə daha sərbəst davrana bilirlər. Bu siyasətçilər müddət məhdudiyyətləri, planlaşdırılan təqaüdə çıxma və ya seçki itkiləri nəticəsində ortaya çıxır və siyasi sistemlər nəticələrin elan edilməsi ilə seçki qaliblərinin inauqurasiyası arasında gecikmə yaratdıqda xüsusilə nəzərə çarpır. "Topal ördək ovu" mövsümü: seçkidən sonra Bayden impiçmentlə üzləşə bilər?
Öndər Aksakal
Öndər Aksakal (1960, Antalya ili) — inşaat mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Öndər Aksakal 1960-cı ildə Antalya ilində anadan olub. Səlcuq Universiteti Memarlıq Bölməsindən məzun olub. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası, həmçinin 15 il müddətinə siyasi fəaliyyətlə məşğul olmaq qadağası alıb. Uzun illər Aydın ilində mühəndis, inşaat - podratçılıq, turizm, nəqliyyat və LPG sahələrində çalışıb. 2003-cü ildə DSP Aydın il şöbəsinin sədri, 2004-cü ildə isə DSP Məclisinin üzvü seçilib. 2009-cu ildə DSP sədrinin müavini vəzifəsində çalışıb. 2015-ci ildən isə DSP sədridir. 2023-cü il mayın 14-də DSP namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. İngiliscə bilir.
Aysel Öndər
Aysel Öndər (24 iyun 2005, Hatay ili) — türk Paralimpiya atleti. Bir çox dünya və Avropa çempionluğu titullarının və müxtəlif dünya, Paralimpiya və Avropa rekordlarının sahibidir. O, T20 kateqoriyasında 400 metr sprint (qısa məsafəyə qaçış) yarışlarında mübarizə aparır. == Həyatı == Aysel Öndər 24 iyun 2005-ci ildə Hatayda doğulub. O, ibtidai və orta təhsilini İzmirdə alıb. Öndər 13 yaşında ikən futbol oynayırdı. Bir gün bədən tərbiyəsi müəllimi Öndəri atletika yarışına aparır və o, iştirak etdiyi bu ilk yarışda birinci yeri tutur. O, daha sonra müxtəlif kros yarışlarında iştirak edib. Atletika üzrə məşqçi Damla Tanın diqqətini çəkib və Tan onu atletikaya cəlb etmək üçün Öndərin ailəsi ilə əlaqə saxlayıb. Futbol oynamağa daha çox həvəsi olduğu üçün o, təxminən bir il və ya il yarım hər iki idman növü ilə eyni vaxtda məşğul olub və daha sonralar atletikanı seçib.