Sırrı Sürəyya Öndər
Sırrı Sürəyya Öndər (7 iyul 1962, Adıyaman) — rejissor, ssenarist, prodüser, sənətçi, jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı.
Sırrı Sürəyya Öndər 7 iyul 1962-ci ildə Adıyaman ilində anadan olub.
2007-ci ildə 18-ci Ankara Beynəlxalq Film Festivalında Milli bədii film nominasiyasında "Ən yaxşı ssenari" öldülünə, həmin ildə 14-cü Qızıl Koza Film Festivalında Milli film nominasiyasında "Ən yaxşı ssenari" ödülünə, 2009-cu ildə isə 7-ci Beynəlxalq Karaçi Film Festivalında "Ən yaxşı rejissor" öldülünə layiq görülüb.
28 fevral 2015-ci ildə Dolmabağça Memorandumuna səbəb olan Abdullah Öcalan ilə Əhməd Davudoğlu iqtidarı arasında dialoqa yardım edən HDP siyasətçilərindən ibarət nümayəndə heyətində yer alıb.
2013-cü ildə Novruz bayramı ilə bağlı tədbirdə çıxışına görə 3 noyabr 2018-ci ildə 42 ay həbs cəzası verilib və 2018-ci il noyabrın 6-da Kocaeli həbsxanasına aparılıb. 4 noyabr 2019-cu ildə Konstitusiya Məhkəməsinin bir gün əvvəl ifadə azadlığının pozulduğuna dair qərar çıxardıqdan sonra azadlığa buraxılıb.
1 uşaq atasıdır.
2011-ci ildə İstanbul ilindən, iyun 2015 və noyabr 2015-ci ildə Ankara ilindən, 2023-cü ildə isə İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı seçilib.