Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Donatizm
Donatizm (yun. Δονατισμός) — Kartaca kilsəsində baş verən parçalanma və ixtilaflar sonu yaranan dini hərəkat IV yüzilliyin əvvəllərində başlamış və Şimali Afrikanın müsəlmanlar tərəfindən istila edilməsinə qədər davam etmişdir. Donatçıların hərəkatı xristian birliyinə çox ciddi zərbə vurmuşdu. Bu ixtilaf Roma imperatorlarının xristianlara qarşı təqiblərin sona çatmasından sonra baş vermişdi. Məsələ bundadır ki, təqiblər dövründə xristianların bir qismi təqiblərə sinə gərərək, ölümlərindən belə qorxmayaraq dindən imtina etməmişdirlər. Ancaq başqaları təqiblərə davam gətirməyərək bütpərəstlərə və hakim dairələrə güzəştlərə getmişdirlər, bəziləri isə işgəncələrə məruz qalaraq Xristianlıqdan imtina etmiş, təqiblərdən sonra isə öz kilsə vəzifələrinə qayıtmışdırlar. 311-ci ildə Kartaca yepiskopu vəzifəsinə Sesilian adlı bir keşiş təyin olundu. Ancaq məşhur yepiskop Donatus ona qarşı çıxış etmişdi və onu yepiskop kimi tanımamışdı, çünki təqiblər dövründə Sesilian, işgəncələrə dözməyərək, Müqəddəs Kitabların nüsxələrini bütpərəstlərə vermişdi. Halbuki Donatusun özü o zamanlar çox ağır işgəncələrə məruz qalmış, ancaq dindən dönməmişdir. Rəvayətlərə görə onun bədənində ağır işgəncələrin çoxlu izləri qalmışdır.
Etanizm
Erməni neopaqanizmi (erm. Նոր հայկական հեթանոսություն) və ya etanizm (erm. Հեթանոսութիւն) — Ermənistanda məqsədi ermənilərin qədim etnik dinini yenidən dirçəltmək olan neopaqan hərəkatları toplusu. Etanizmin davamçıları özlərini "etanos" (erm. հեթանոս) adlandırırlar. == Tarixi == Erməni neopaqanizminin tarixi XX əsrin əvvəllərində filosof və hərbi-siyasi xadim Qaregin Njdenin "Tsağakron" (milli din) adlı əsərinin nəşri ilə əlaqədar başlamışdır. Bu inanclar 1991-ci ildə SSRİ-nin süqutundan dərhal sonra rəsmi forma almışdır. Ölkədə milliyətçiliyin yüksəlişindən sonra Slak Kakosyan "Arordineri Uxt" təşkilatını təsis etmişdir. Aşot Navasardyan da daxil olmaqla, Ermənistanın hakim Respublika Partiyasının yaradıcılarından bəziləri etanizmi dəstəkləmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Konrad Siekierski, Yulia Antonyan.
Orqanizm
Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον − alət) — diri orqanizm, diri varlıq, canlı orqanizm, canlı varlıq — biologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz). Biologiyanın əsas predmetidir. == Orqan == Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir.
Tonalizm
Tonalizm (ing. Tonalism) — 1880-ci illərdə ortaya çıxan Amerika Birləşmiş Ştatlarının vizual sənət istiqamətində və hava məkanının və ya sdumanin dominant tonu ilə landşaftların təsviri ilə xarakterizə olunur.1880-ci ildən 1915-ci ilə qədər tonikistlərin əsərlərində qara, boz, qəhvəyi, mavi rəngli qara və neytral tonlar üstünlük təşkil edirdi. 1890-cı illərdə Amerikalı tənqidçilər bu əsərləri "tonal" adlandırmağa başladılar. Ən məşhur tonalistlər Corc Inness və Ceyms Uistlerdir. "Tonalizm" termini bəzən Barbizon məktəbinin təsiri altında yaradılan Amerika landşaftlarına istinad etmək üçün istifadə olunur. Sonra tonalizm impressionizmə və modernizmə sövq edildi.
Nasizm
Nasional sosializm (alm. Nationalsozialismus‎) və ya qısaca Nasizm — totalitar, ekstremist, ultrasağ, irqçi və antisemit alman ideologiyası, 1919-1945-ci illərdə mövcud olan hərəkat, faşizmin bir forması; Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) ideologiyası; tarixdən məlum olan hərəkatların ən radikalıdır. Etnik millətçiliyi, "ari irqi" ideyasını, onun digər irqlərdən bioloji və mədəni üstünlüyünü, irqi antisemitizm ("semit irqi", yəni yəhudilər - "arilərin antipodu və əsas düşməni hesab olunurdu"), slavyanofobiya, "ari" (alman milli) sosializmi, antikommunizm, antiliberalizm, antidemokratiya ideyalarını özündə birləşdirir. Nasist Almaniyasının rəsmi siyasi ideologiyası, Almaniyada nasist rejiminin (1933-1945) əsası olmuşdur. Nasional-sosializm öz məqsədinin qeyri-müəyyən uzun müddətdə firavan yaşamaq üçün lazım olan hər şeyə malik olan kifayət qədər geniş .ərazidə (“minillik reyx”) “ari irqi” üçün “irqi cəhətdən təmiz” dövlətin yaradılması olduğunu bəyan edirdi. == Tarix == Beynəlxalq arenada bu tip hərəkatlar və rejimlər adətən totalitar ağalığı və təcavüzkarlığı ilə fərqlənirlər. Nasional Sosializm alman cəmiyyətinin müəyyən hissəsini Birinci Dünya müharibəsinin nəticələrinə və ondan sonrakı dövrdəki böhranlı proseslərə qeyri-adekvat sol mühafizəkar reaksiyasının təzahürüdür. Bu münasibət son nəticədə konqlomerat ideyalara: dövlət sosializminə, etatizmə, nasionalizmə, rasizmə, millitarizmə əsaslanan nasist idealogiyasının yaranmasına gətirib çıxartdı. Siyasi planda və praktikada bu özünü ölkədə bütün sahələrə nəzarət edən bir partiyanın və partiya-dövlət diktaturasının yaranmasına səbəb oldu. Cəmiyyətdə totalitar şəxsiyyətin xüsusi tipi yarandı, xüsusi sosial psixoloji mühit formalaşdı, şəxsiyyətin bütün mənəvi dayaqları da eroziyaya uğradı.
Canlı orqanizm
Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον − alət) — diri orqanizm, diri varlıq, canlı orqanizm, canlı varlıq — biologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz). Biologiyanın əsas predmetidir. == Orqan == Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir.
Hiperqalin orqanizm
Hiperqalin orqanizm- yüksək duzluluğa malik su hövzələrində yaşayan orqanizm- Artemia salina xərçəngi
Pan-İranizm
Paniranizm (fars. پان‌ایرانیسم‎) — əsasən İranda yayılan ideologiya. Bu ideologiyanın tərəfdarları İranda yaşayan xalqların, eləcə də osetinlərin, talışların, tatların, kürdlərin, taciklərin, puştunların, bəlucların, zazaların bir dövlət altında birləşdirilməsini istəyirlər. İdeologiyanı dəstəkləyənlərin fikrincə türk dillərindən biri olan Azərbaycan dilində danışsalar da iranlı kökünə sahib olduğuna görə azərbaycanlılar da bu sıraya aiddirlər. == Tarixçə == Paniranizm ilk dəfə 1920-ci illərdə Mahmud Əfşar Yəzdi irəli sürülmüşdür.
Pan İranizm
Paniranizm (fars. پان‌ایرانیسم‎) — əsasən İranda yayılan ideologiya. Bu ideologiyanın tərəfdarları İranda yaşayan xalqların, eləcə də osetinlərin, talışların, tatların, kürdlərin, taciklərin, puştunların, bəlucların, zazaların bir dövlət altında birləşdirilməsini istəyirlər. İdeologiyanı dəstəkləyənlərin fikrincə türk dillərindən biri olan Azərbaycan dilində danışsalar da iranlı kökünə sahib olduğuna görə azərbaycanlılar da bu sıraya aiddirlər. == Tarixçə == Paniranizm ilk dəfə 1920-ci illərdə Mahmud Əfşar Yəzdi irəli sürülmüşdür.
Orqanizm toxumaları
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. == Toxumaların növləri == Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir === Epiteli toxuma === Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Özalizm
Özalçılıq və ya özalizm (türk. Özalcılık) — 1983–1989-cu illərdə Türkiyənin Baş naziri və 1989–1993-cü illərdə Türkiyə Prezidenti olmuş Turqut Özalın iqtisadi və sosial baxışlarına və siyasi üslubuna bağlılıq. Özalçılıq Özaldan sonra baş nazir olan və iqtisadi görüşlərini qismən davam etdirən İldırım Ağbulud və Məsud Yılmazın dövrlərini əhatə etmək üçün də istifadə edilir. == Strukturu == === Zəmin === Turqut Özalın hakimiyyətdə olduğu 1980-ci illər Yeni sağ anlayışının bütün dünyaya hakim olmağa başladığı bir dövr idi. Özal bu prosesdən təsirlənərək bu yeni dövrün siyasi mövzusu olmuşdur. Marqaret Tetçerin "Özal siyasətinin sona qədər müdafiəçisiyəm" ifadəsi Özalın liberal mühafizəkar siyasət anlayışının xarici aləmdə təqdir olunduğunu göstərməklə yanaşı, xarizmatik və praqmatist kimliyini vurğulamaq baxımından da əhəmiyyətli bir ifadə kimi qiymətləndirilir. === İqtisadiyyat === İqtisadiyyatda azad bazar nizamına əsaslanan struktur dəyişikliyi proqramı Turqut Özal hökuməti dövründə tətbiq edilmişdir. 1983–1987-ci illər arasında Baş nazirlik dövrünü əhatə edən Türkiyədə adambaşına düşən gəlir 1980-ci ildə 1,539 dollardan 1987-ci ildə 1,636 dollara yüksəlmişdir. Türkiyəni idxalı əvəz edən modeldən ixraca əsaslanan böyümə modelinə çevirməyi nail olmuş və Türkiyə iqtisadiyyatı rəqabətə açılmışdır. Bu dövrdə bir çox Anadolu vilayət və rayonlarında mütəşəkkil sənaye zonaları yaradılmış, Anadolu istehsal ilə məşğul olaraq məhsulları birbaşa ixrac etmişdir.
Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri
Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri (alm. Globalabkommen‎) — Nasizm rejiminin təqibinə məruz qalmış şəxslərə kompensasiya ödənilməsi məqsədilə 1959-1964-cü illərdə Qərbi Almaniya (indiki Almaniya Federativ Respublikası) ilə on iki Qərbi Avropa ölkəsi (Avstriya, Belçika, Danimarka, Fransa, Yunanıstan, İtaliya, Lüksemburq, Niderland, Norveç, İsveç, İsveçrə və Birləşmiş Krallıq) arasında bağlanmış sazişlər toplusu. İkitərəfli sazişlərlə Almaniya hər hansı hüquqi öhdəlik olmadan, könüllü şəkildə ümumilikdə 876 milyon alman markı ödəyəcəyini müəyyən etmişdir. Soyuq müharibə dövründə hökm sürən siyasi vəziyyətə görə, Nasizm rejiminin işğalından əziyyət çəkmiş heç bir Şərqi Avropa dövləti ilə bu cür müqavilələr bağlanmamışdır. Özünü Alman Reyxinin varisi hesab etməyən Şərqi Almaniya isə bu ikitərəfli sazişlərin heç birində iştirak etməsə də, 1980-ci illərdə Avstriya, Finlandiya və İsveçlə barışıq sazişləri bağlamışdır. == Sazişlər == Almaniya aşağıdakı dövlətlərlə müqavilələr bağlamışdır: == Sonrakı mərhələ == Bu sazişlərə görə Almaniya sonrakı məhkəmə işlərində müharibə cinayətinin qurbanları və onların ailə üzvləri tərəfindən irəli sürülən növbəti kompensasiya iddialarına münasibətdə hər hansı maddi məsuliyyətini inkar etmişdi. Bununla yanaşı, Almaniya müharibə cinayətkarlarının İtaliya kimi ölkələrə ekstradisiya edilməsi ilə bağlı qanuni öhdəliyini aradan qaldırdı. İtaliya məhkəmələrinin Almaniya hökumətinin üzərinə kompensasiya ödəmək öhdəliyini qoyan çoxsaylı təkrarlanan qərarlarından sonra, Almaniya immunitet tələbi ilə işi Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmişdi. 2012-ci ildə Məhkəmə Almaniyanın lehinə qərar vermişdi. 1990-cı ildə birləşmiş Almaniya oxşar məzmunda sazişi ABŞ dövləti ilə də bağlamışdı.