Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
SNOBOL (StriNg-Oriented symBOlic Language)
SNOBOL — 1962-67-ci illərində AT&T Bell Laboratories (ABŞ) tədqiqat şirkətində Ralf Qrisuold tərəfindən işlənib hazırlanmış, əsasən, sətir və mətnlərin emalı üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. SNOBOL güclü, yığcam dil olsa da, geniş tətbiq olunmadı, çünki strukturlu proqramlaşdırmada istifadə olunan şərtsiz keçidi etibarlı təmin etmir. SNOBOL-un kompilyasiya olunan versiyaları yaradılsa da, başlanğıcdan o, interpretasiya olunan dildir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 790 s.
Printer
Printer – kompüterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür. Kompüter üçün ilk printer 1834-cü ildə Çarl Bebbic tərəfindən ixtira edilmiş mexaniki “Fərqlər aparatı” üçün dizayn olunub. Hal-hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (ing. Line Printer Terminal) və ya USB portu vasitəsilə qoşulur. LPT portu vasitəsilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsilə də printerləri qoşmaq mümkündür.
Oriental metal
Oriental metal (ing. Oriental metal — şərq metalı) — XX əsrin 90-cı illərində folk metalın İsrail və Sinqapurda yaranan yarımjanrı. Oriental metal, özündə oriental elementlər istifadə edən heavy metal növüdür. Əsasən yerli Orta Şərq musiqi elementlərini saxlayır. Oriental metal olaraq qiymətləndirilən ilk albom Salemin Creating Our Sins albomudur.
3d printer
Üçölçülü çapetmə prinsipcə sinterləmə ilə oxşar olan bu üsul başqa birləşdirmə metodu ilə işləyir və fiziki əsasına görə adi çapetməyə (plotter üsulu) bənzədiyindən üçölçülü çapetmə - 3D Printing adlanır. İlkin material kimi burada qranulatlardan və tozlardan istifadə edilir. İşçi zonaya qat şəklində çəkilmiş toz, xüsusi birləşdirici komponentin püskürdülməsi ilə bir-birinə yapışdırılır. Bu işləmə prinsipi demək olar ki, birləşdirilən materialın xassələrindın asılı olmadığından material seçimini asanlaşdırır. == İşləmə prinsipi == 3D Printing qurğusu işçi zonada yerləşən iki çəndən, işçi kameradan və bunların üzərində düzxəttli hərəkət edən çapetmə mexanizimindən (plotterdən) ibarətdir. Bu çənlər proses zamanı işçi zonaya toz verilməsinə, kamera isə əsasən prosesin aparılması, yəni hissənin qurulmasına xidmət edir. Hər bir çən hərəkətsiz divarlardan və Z istiqamətində hərəkətli lövhədən (dibdən) ibarətdir. Toz çənlərinin dibi hər bir yeni qat çəkilməzdən əvvəl yuxarıya hərəkət etdirilərək lazımi miqdarda toz qarışığını işçi zonaya çıxarır. Sonra bu kütlə xüsusi diyircəyin vasitəsilə işçi platformanın üzərinə bərabər yayılır. İşçi kamera isə əksinə olaraq hər addımdan sonra aşağıya doğru hərəkət etdirilir.
LCD-printer
LCD printer – maye-kristal elementlər əsasında olan printer. Lazerli printer (LASER PRINTER) kimi, bu printer də elektrofotoqrafiya texnologiyasına əsaslanır. LCD-printerdə boyaq maddəsini (toneri) kağızda qeyd etmək üçün elektrostatik yüklənmiş barabandan istifadə olunur. LCD-printerlərlə lazerli printerlər arasında önəmli fərq işıq mənbəyindən ibarətdir. LCD-printerlərdə daha parlaq işıq mənbəyindən, adətən, halogen lampadan istifadə edilir ki, maye-kristal sürgülər matrisindən keçən işıq barabana düşür və, beləliklə, çap ediləsi görüntünü formalaşdırır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
LED printer
LED printer (en. LED printer - Light-Emitting diode printer) – LCD və lazerli printerlərə bənzəyən elektrofotoqrafik printer; onda da tozşəkilli boyaq maddəsinin (tonerin) köməyilə görüntünü formatlaşdırmaq üşün elektrostatik yüklənmiş barabandan istifadə olunur. Baraban görüntüyə uyğun olaraq şüa ilə işıqlandırma yolu ilə yüklənir. Buna görə də LED-printerləri çox zaman yanlış olaraq lazerli printerlər adlandırırlar, ancaq onlar işıq mənbələrinə görə fərqlənirlər. LED-printerlərdə istifadə olunan işıq-diodları massivi baraban fırlandıqca yanıb-sönməklə görüntünü onun üzərinə vurur. İşıq mənbələri massivindən istifadə olunduğundan, LED-printerlər bir işıq mənbəyindən istifadə edən lazerli printerlərə nisbətən daha çox elektrik enerjisi sərf edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Lazerli printer
Lazerli printer (ing. Laser printer) – fotokopiya qurğularındakı texnologiyanın tətbiq olunduğu elektroqrafik printer. Fokusa yığılmış lazer şüası fırlanan güzgülü fotohəssas barabanın səthinin sahələrini elektrostatik yükləməklə səhifənin çap olunası görüntüsünü yaradır, baraban kağız vərəqi boyunca diyirlənir və kağızın üzərinə toz şəkilli boyaq maddəsi tökülür ki, onların hissələri kağızın yalnız yüklənmiş hissəsinə yapışır. Sonra tonerli kağız qızdırılır, boyaq maddəsi əriyir və bununla da vərəqin səthində qeyd olunur. Adətən, bundan sonra elektrik yükü barabandan kənarlaşdırılır, artıq toner isə yığılır. Yalnız toneri vurmaq və kağız verməyi təkrarlamaqla printer çoxlu kağız çap edə bilər. Lazerli printerlərin yeganə ciddi çatışmazlığı matrisli printerlərdəki kimi kağızla manipulyasiyada az çeviklikdir. == Xarakteristikaları == Lazer printerlərinin əsas parametrlərinə aşağıdakılar aiddir: düymdə nöqtələri yerləşdirmə imkanı, dpi (dots per inch-düymdə nöqtələr) məhsuldarlıq (dəqiqədə səhifələr); istifadə olunan kağızın formatı; özünün operativ yaddaşının həcmi. Lazer printerlərinin əsas üstünlükləri yüksək keyfiyyətli təsvirlərin alınması imkanları ilə bağlıdır. Orta sinif modellər 600 dpi çap, yarı peşəkar modellər-1200 dpi, peşəkar modellər 1800 dpi çap imkanını təmin edir.
Ləçəkli printer
Ləçəkli printer (ing. daisy-wheel printer, rus. лепестковый принтер), türk. papatya çarklı yazıcı) – çap hissəsi "qızçiçəyi" şəklində olan printer. Belə printerlərdə boyayıcı və ya qrafit lentdən istifadə edildiyindən, çap olunmuş hərflər aydın və azca qabarıq alınır, həm də simvollar yazı makinasında çap olunmuş kimi görsənir. Lazer printerlərinin geniş istifadəsinədək ləçəkli printerlər yüksək keyfiyyətli çap almaq üçün əsas vasitə olub. Qızçiçəyi çarxı (ing. daisy wheel, rus. лепестковый литероноситель, türk. papatya çarklı) – ləçəkli printerlərdə istifadə olunan çarxşəkilli çap elementi; liter formalarından ibarətdir və onların hər biri mərkəzi topa bərkidilmiş qolda yerləşirlər; bütün konstruksiya ləçəkli qızçiçəyinə oxşayır.
Printer üsküyü
Üsküklü printer – thimble printer ~ принтер со шрифтовыми наконечниками ~ yüksüklü yazıcı ~ çap ucluğu üskük şəklində olan printer. Bu printerlərdə, yazı makinalarında olduğu kimi, hazır literlərdən istifadə olunduğundan, onlarda çap olunan yazılar öz yüksək keyfiyyəti ilə seçilirdi. Lazer printerlərinin qiyməti çox baha olanda üsküklü printerlər populyar idi. Hazırda isə istifadədə olan üsküklü printerlərə rast gəlmək çox çətindir. Üskük – thimble ~ напёрсток ~ yüksük ~ hər bir simvolu ayrıca liter qoluna yerləşdirilmiş olan, qızçiçəyi çarxına (DAISY WHEEL) bənzəyən çap elementi. Qızçiçəyi çarxında olduğu kimi, bütün liter qolları mərkəzi çarx topunda birləşib, ancaq üskükdə liter qolları 90 dərəcə qatlanıb. Çap zamanı printer üsküyü elə fırladır ki, lazım olan liter çap olunacağı yerin qarşısında olsun və arxadan toxmaqcıqla liter qoluna zərbə endirərək literi kağıza vurur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Termal printer
Termal printer – thermal printer ~ термографический принтер ~ termal yazıcı ~ təmassız səssiz printer. Termik çap başcığına malikdir və xüsusi emal olunmuş kağıza çap edir. Belə kağızda çoxlu sayda tez qızan kiçicik noqtələr olur və çap həmin nöqtələrin qızdırılması ilə həyata keçirilir. Termal printerlər az baha printerlərdəndir və onlardan çox zaman kalkulyatorlarda və ucuz faks maşınlarında istifadə olunur. Bu printerlərdə çap olunmuş kağızlar zaman keçdikcə solur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şırnaqlı printer
Şırnaqlı printer (en. ink-jet printer ~ ru. струйный принтер ~ tr. mürekkep püskürtmeli yazıcı) – simvolları çap etmək üçün çox kiçik mürəkkəb damcılarını kağıza sıçradan printer. Mürəkkəb mayesini tullayan “forsunka” ya çap başcığının bir hissəsi olur, ya da onunla borucuq vasitəsilə bağlanır. Mürəkkəb buxara çevrilənədək çalxalanır və ya qızdırılır və çap başcığının kağızın üzərindən keçdiyi müvafiq anda çox kiçik “forsunka”lardan sıçradılaraq simvollar və ya qrafika formalaşdırır. Aşağı keyfiyyətli sürətli şırnaqlı printerlər verilənlərin emalı sistemlərində uzun müddət istifadə edilib. Son zamanlar çap keyfiyyəti yüksək olan şırnaqlı printerlər qiymət və funksional çeviklik baxımından lazerli printerə “meydan oxuyur”, baxmayaraq ki, onların sürəti ikincilərinkinə nisbətən aşağıdır. Standart kağızlardan istifadə etdikdə mürəkkəb çox zaman yayılır, bu da çapın dəqiqliyini aşagı salır. Bundan başqa, şırnaqlı printerdə yenicə çapdan çıxmış kağıza toxunduqda o, yayılır.
Jurinea perula-orientis
Jurinea perula-orientis (lat. Jurinea perula-orientis) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Yüksək keyfiyyətli printer
Yüksək keyfiyyətli printer (ing. letter-quality printer) – işgüzar yazışmalar üçün məqbul çap keyfiyyətini (NEAR-LETTER-QUALITY) təmin edən hər hansı bir printer. Bu sıraya lazerli, kontakt (adətən, ləçəkli) printerlər, eləcə də tam formalaşdırılmış simvollardan istifadə edən bəzi matrisli printerlər aiddir. Yaxşı matrisli printerlər yüksək keyfiyyət almaq üçün hər bir sətri ikiqat çap edir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Oriental Light and Magic
OLM, Inc. (yaponca: 株式会社オー・エル・エム, Hepbörn: Kabushiki-gaisha Ō Eru Emu), əvvəlki adı ilə Oriental Light and Magic — mərkəzi Tokionun Setaqaya rayonunda yerləşən Yaponiya anime studiyası. 1995-ci ilin iyununda təsis edilmişdir. "OLM" çoxsəviyyəli təşkilata malikdir. "OLM"-in özündə 216 işçi var və dörd şöbədən ibarətdir. Onlar istehsal, istiqamət, animasiya və 2D (rəqəmsal rəsm və fotoqrafiya ilə məşğul olan) şöbələridir. "OLM Digital"da 180 işçi fəaliyyət göstərir, 3D və Tədqiqat və İnkişaf olmaqla 2 şöbəsi var. olm.co.jp — Inc. OLM rəsmi saytı OLM, Inc.
Sədəqəçi ordenlər (Katolik kilsəsində)
Sədəqəçi və ya dilənçi ordenlər, Katolik kilsəsi daxilində XII-XIII -cü əsrlər arasında yaranan və öz üzərlərində ilkin olaraq yoxsulluq andının verilməsini tətbiq edirdilər. Özü də bu, təkcə ordenin ayrı-ayrı üzvlərinin şəxsi vəsaitinin deyil, həm də bütün ordenin özünün və bütün üzvlərinin sahib olduqları bütün əmlaklarından imtina etməsini nəzərdə tuturdu. Ordenin və onun üzvlərinin nə pulu, nə də əmlakı ola bilməzdi. Onlar, bütün vaxt və enerjilərini ancaq Allaha ibadətə sərf etmək üçün ruzilərini ancaq sədəqə toplamaqla əldə edirdilər. Bu ordenlərin üzvləri şəhərləri gəzir, xristian dinini yayır, vaizlər oxuyur, monastrlarda gecələyir, sədəqə ilə qidalanırdılar. Orden üzvləri rahib yox qardaş (frer və ya freder) adlanırlar. == Xristianlıqda sədəqəçi (dilənçi) ordenlər == === Fəaliyyət göstərən ordenlər === İkinci Lion məclisi (1274-cü il) XIII əsrin birinci yarısında yaranan dörd əsas ordeni qəbul etmişdir. Karmelitlilər (Karmelo dağı Müqəddəs Bakirə Məryəm qardaşları ordeni), tarixi mənbələrdə ilk dəfə 1155-ci ildə adı çəkilmişdir və onların islahatçı qanadı olan Ayaqyalın karmelitlər (XVI əsrdə yaradılmışdır); Fransiskanlılar (Kiçik qardaşlar ordeni), 1209-cu ildə yaradılıb; Dominikanlılar (Vaizlər ordeni), 1216-cı ildə yaradılıb; Avqustinlilər (Müqəddəs Avqustin təkliyə çəkilənlər), 1244-cu ildə yaradılmışdır. === Keçmişdə olan ordenlər === === Olub dağılanlar === Ambrozianlılar və ya Fratres Şanti Ambrosii ad Nemus, 1378-ci ilədək fəaliyyət göstərmislər, lakin 1650-ci ildə Papa X İnnokenti tərəfindən yetirilmişdir; Monte Malbeli Fratiçell ordeni, Peruca yaxınlığındakı Monte Malbedə XlV əsrdə yaradılmış, lakin əsrin sonunda dağılmışdır; San İppolito hospitalyerlər və ya San İppolito mərhəmət qardaşları ordeni, 1700-cu ildə Meksikada yaradılmış, Roma tərəfindən sədəqəçi orden kimi qəbul olunmuşdur. XVlll əsrdə başqa ordenə birləşmişdir; Jesuati və ya Clerici apostolici Sancti Hieronymim (Müqəddəs İeronim) ordeni, 1360-cı ildə yaradılıb, 1688-ci ildə Papa Klement tərəfindən ləğv olunub; Sakkati və ya "Kisə qardaşları" (Fratres Saccati) ordeninin tarixi məlum deyil; Səlibçi qardaşlar (Crutted Friars) və ya səlibçilər (Fratres Cruciferi) ordeni - çarmıxa cəkilmiş xaç təfsiri olan əsa gəzdirdiklərinə görə belə adlandırılmışlar, 1100-cu ilə qədər mövcud olmuş, 1656-cı ildə Papa Aleksandr tərəfindən ləğv edilmişdir.