OO

Object-Oriented Obyekt yönümlü
Online predators
OOB
OBASTAN VİKİ
Ixora ooumuensis
Ixora ooumuensis (lat. Ixora ooumuensis) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü.
Konqar-ool Ondar
Konqar-ool Boris oğlu Ondar (tıva Коңгар-оол Борис оглу Ондар, rus. Конгар-оол Борисович Ондар; 29 mart 1962 – 25 iyul 2013, Kızıl) — Tuva müğənnisi, qırtlaq musiqisi (höömey) sənətinin ustası, Tıva Ali Huralının deputatı. Konqar-ool Ondar adətən ənənəvi kostyumda morin xuur milli musiqi alətində çıxış edirdi. Tuva Respublikasının milli höömey tituluna sahib idi. == Həyatı == Konqar-ool Ondar 29 mart 1962-ci ildə Tuva MSSR Dzun-Xemçik rayonunun İyme kəndində anadan olmuşdur.1992-ci ildə beynəlxalq qırtlaq musiqi müsabiqəsində qalib gəldikdən sonra Qərbdə məşhurlaşdı, 1993-cü ildə məşhur musiqiçi Frenk Zappanın təşkil etdiyi tədbirdə çıxış etdi. O vaxtdan bəri mütəmadi olaraq təkcə Tuvada deyil, Rusiyadan kənarda da konsertlər verməyə başladı. Konqar-ool Ondar bir çox illər ərzində Qərbdə ən məşhur qırtlaq müğənnilərindən biri idi. "Back Tuva Future" adlı albomu Warner Records studiyasında yazılmışdır. O, qonaq qismində Devid Letterman ilə gec şou adlı televiziya verlişində iştirak etmişdir və CNN-ə müsabiqə vermişdir. Konqar-ool Ondar Amerikalı blüz sənətçisi Pol Penin Tuvaya səyahətini təşkil etmişdir, burada o, qırtlaq sənətinə yiyələnirdi.
Mengi Oorjak
Mengi Oorjak və ya Meñgi Nagaan-ool Oorjak (8 yanvar 1975, Tıva) — Baytayqa bölgəsində yerləşən Baytalda anadan olmuşdur. Tuvalı şair, mənzum əsərlər ustasıdır. Tıva Respublikasının Turan şəhərinin 2 saylı məktəbində Tıva dili və ədəbiyyatı müəllimidir. O, eyni zamanda Tuva Respublikası və Rusiya Federasiyasının Yazıçılar Birliyinin üzvüdür. == Həyatı == Mengi Oorjak 8 yanvar 1975-ci ildə Baytayqa kojunda Baytal beldesində anadan olmuşdur. 1999-cu ildə Tuva Dövlət Univesitetindən məzun olmuşdur. 1992-1993-cü illərdə "Sоdeystviye-Detkimçe" adlı qəzetin müxbiri, 1993-1996-cı illərdə "Tuva Respublikası" adlı qəzetin müxbirliyini, 1999-2000-ci illərdə Biy-Hem bölgəsinin Uyuk beldesinin orta təhsil müəssisələrinə Tuva dili və ədəbiyyatı müəllimliyinə təyin edilmişdir. İndi isə 2000-ci ildən bəri Turanın 2 saylı məktəbində Tuva dili və ədəbiyyatı müəllimi olaraq işləyir. Yazıçılığa 1990-cı illərin sonlarından başlamışdır. 1999-cu ildə özünün şerlər kitabı olan "Çöpşül den" adında kitabı yayımlanmışdır.
Mikania oopetala
Mikania oopetala (lat. Mikania oopetala) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Ocotea oocarpa
Ocotea cuneifolia (lat. Ocotea cuneifolia) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Laurus cuneifolia Ruiz & Pav.
Oleq Saqan-ool
Oleq Saqan-ool (tuvaca:Олег Карламович Саган-оол, d. 1 yanvar 1913 - 7 aprel 1971) — tuvalı şair, nasir, yazıçı və dramaturq. == Həyatı == Tuvanın Daa bölgəsində (indiki Çöön Hemçik) Hemçik Şemi kəndində anadan olmuşdur. 1928-ci ildə monqol dilini öyrədən Ulaştır məktəbini bitirmişdir. 1930-1935-ci illərdə Ulan-Udedə Monqol Fəhlə fakültəsində təhsil almış, İrkutsk Müəllim İnistitutunu, Sİ Kommunist Partiyası Tuva Bölməsinin Ali Partiya Məktəbini bitirmişdir. Qızıl şəhərində müəllimik etmişdir. Tuva radio komitəsini yaratmış, bölgə istehsalı ilə bağlı çalışmışdır. 1946-1947-ci illərdə Tuvanın Yazıçılar Birliyinə üzv olmuşdur. == Əsərləri == Yazıçılığa 1937-ci ildə başlamışdır. 1937-ci ilin ilk şer kitabı "Bizim ana yurdumuz" nəşr edilmişdir.
Oolitlər
Oolitlər — mərkəzi nüvənin ətrafında konsentrik-təbəqəli, bəzən radial-şüalı quruluşlu kürəvi və ya ellipsodial kalsium karbonat, Fe və Mn oksidləri, leptoxlorid əmələgəlmələri. Nüvə qum hissəcikləri, molluska qabıqlarının qırıntılarından ibarət ola bilər. Oolitlər çöküntüəmələgəlmə prosesində (suda asılı halda), diagenezdə, habelə çöküntülərin dəyişilmə prosesinin digər mərhələlərində də əmələ gəlirlər. Oolit quruluşu oolit və sementləyici maddədən ibarət olan süxur quruluşu. Karbonat (dolomit və əhəngdaşı) süxurlarda geniş yayılmışdır, bəzən silisiumlu süxurlarda, bəzi çökmə filizlərdə (dəmir və boksit) müşahidə olunur. Silisiumlu süxularda olan oolitlər gizli kristallik və ya aydın kristallik xalsedonla sementləşir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Oologiya
'Oologiya' (qədim yunan dilindən ᾠόν — yumurta və λόγος — söz) heyvanat yumurtalarının, əsasən quşların, həmçinin quş yuvalarının öyrənilməsinə həsr olunmuş zoologiya, əsasən ornitologiya bölməsidir. Bəzən ooloq ümumi mənada quş yumurtalarının toplanması kimi başa düşülür və buna dologofiliya da deyilir. Embriologiyadan fərqli olaraq, ooloji tədqiqatlar, bir qayda olaraq, yumurtaların xarici qabığını öyrənir. Oologiya əsasən yumurtaların ölçüsünə, çəkisinə , formasına , növlərinə və bəzən onların tərkibinə görə təsviri və tərifi ilə məşğul olur. Yumurta kolleksiyasına ooteka (lat. Ootheca) deyilir. Ooloji kolleksiyalar zooloji muzeylərdə saxlanılır. Tədqiqat nəticələri yumurtaların parametrlərinə əlavə olaraq populyasiyanın dəyişkənliyi, təkamülü, filogeniyası, ətraf mühitin çirklənməsinin populyasiyaların vəziyyətinə təsiri və s. Məsələləri də aydınlaşdırmağa imkan verir. Oologiyaya maraq 1800-cü illərdən bəri Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarında populyarlaşmağa başladı.
Oomycota
Oomycota şöbəsi özünəməxsus göbələk qrupu olub, bir çox nişanələrə görə fərqlənirlər.Şöbənin nümayəndələri əsasən iki qamçılı olmaları ilə xarakteriza olunur.Bunlarda biri hərəkət zamanı istifadə olunmur ,digəri isə hərəkətdə fəal iştirak edir .Qamçılardan biri lələkvaridir,digəri isə hamardır.Hüceyrələin divarı sellüloza ilə zəngindir.Ehtiyat qida maddələri isə nişastadır.Bu göbələklərdə lizin sintezi bütün avtootroflarda olduğu kimi diamino pimelin turşusunun köməyi ilə başa çatır. Oomkotanın nümayəndələrində nadir hallarda qlükoza aşkar edilir ki,bu da süd turşusunun köməyi ilə parçalanır. Şöbənin 2 sinfi vardır: Oomycetes Hyphochytridiomycetes == Çoxalması == Oomikota şöbəsinə daxil olan göbələklər müvafiq olaraq həm qeyri-cinsi, həm də cinsi yolla çoxalırlar. === Qeyri-cinsi çoxalması === Qeyri-cinsi çoxalma prosesi iki qamçılı zoospor hüceyrələri vasitəsilə həyata keçirilir. Qamçılardan biri zoospor hüceyrəsinin ön hissəsində yerləşib, lələkvari quruluşda, digəri isə hüceyrənin arxa tərəfində yerləşib, hamar səthli və qırmanca oxşayır.Bu şöbənin torpaq üzərində məskunlaşan nümayəndələrində isə qeyri-cinsi çoxalma prosesi əsasən ekzogen sporlarla-yəni, konidilər vasitəsilə ilə gerçəkləşir. === Cinsi çoxalması === Cinsi çoxalma ooqamiya tiplidir. Bunlarda qametlərə differensiasiya prosesi getmədiyindən,anteridinin möhtəviyyatı mayalanma çıxıntısı və ya körpücüyü vasitəsilə ooqonidə yerləşən hərəkətsiz yumurta hüceyrəsinə keçir. Bir qrup oomisetlərdə ooqonidə bir neçə yumurta hüceyrəsi yerləşə bilər. == Mənbə == İbrahimov A.Ş. İbtidai bitkilər.Bakı Universiteti ,1993.
Oonopsis
Oonopsis (lat. Oonopsis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Oonopsis engelmannii (A.Gray) Greene Oonopsis foliosa Greene Oonopsis foliosa var.
Oopaga
Oophaga - Ağacadırmananlar (Dendrobatidae) fəsiləsinin dırmanan qurbağalar (lat. Dendrobatinae) yarımfəsiləsinə aid cins. Uzunluqları 2—4 sm-dir. Barmaqlarının uçunda üçbuçaqşəkilli cüt dəri qalxancıq var. Əksər növlərinin ətraflarında üzmə pərdəsi yoxdur. 3 cinsi var. Cənubi Amerikanın şimal hissəsində və Mərkəzi Amerikada yayılmışdır. Başlıca olaraq meşələrdə, adətən su hövzələrinin sahillərində yaşayır. Dəri vəzilərinin zəhərli ifrazatından hindilər ox ucluqlarına sürtmək üçün istifadə edirlər.
Oort buludu
Oort buludu — Günəşdən 50 min-100 min Astronomik Vahid uzaqlığında, kürə şəklində komet buludu. Elmi adı Halley kometi olan "Quyruqlu ulduz" insanlar tərəfindən tanınan ən məşhur göy cisimlərindən biridir. İnsanların quyruqlu ulduzlarla tanışlığı lap qədim zamanlara gedib çıxır. Həmin dönəmlərdə insanlar ibtidai şərtlər altında yaşadığından, quyruqlu ulduzlara qarşı münasibətləri də buna uyğun formalaşmışdı. Belə ki, bir çox qədim xalqların mifologiyasında quyruqlu ulduz fərqli mənalar ifadə edirdi. Qədim insanlar quyruqlu ulduzun görünüşünü Tanrı və digər İlahi qüvvələr tərəfindən onlara göndərilən mesaj kimi qəbul edirdilər və maraqlısı da budur ki, bu "mesaj" hər zaman mənfi əlamət kimi alqılanıb. Bəlkə də elə buna görədir ki, "fəlakət" sözünün bir çox dildəki qarşılığı yunan dilindəki "pis ulduz" sözündən qaynaqlanır. Qərbi Avropada yaşayan Massailər üçün ulduzun görünməsi qıtlıq yaşanacağının əlaməti idi, Cənubdakı Zulular isə ulduzu müharibənin xəbərçisi hesab edilirdi. Balubalar isə quyruqlu ulduzun görünməsini liderlərinin ölücəyi kimi yozurdular. Quyruqlu ulduza qədim Çin mədəniyyətində daha sistemli yanaşma var idi.
Oosterend
Oosterend Şimali Hollandiya əyalətində Teksel bələdiyyəsi nəzdində yerləşən şəhərcik. Adanın ikinci ən böyük şəhəridir. Şəhər ada balıqçılarının torpağı hesab olunur. Maartenskerk adlı kilsənin ətrafında inşa edilmişdir. Kilsənin ən qədim parçalarının təməli 11-ci əsrdə qoyulmuşdur. Oosterend katolik, baptizm, holland reformasiyası kilsəsi, Jemeente kilsəsi və protestantlığı özündə cəmləşdirdiyindən bəzən adanın Yerusəlimi adlandırılır.
Pinus oocarpa
Pinus oocarpa (lat. Pinus oocarpa) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Sarıq-ool Stepan
Sarıq-ool Stepan (tıva Сарыг-оол, Степан Агбаан оглу 17 noyabr 1908, Tıva – 27 may 1983, Kızıl, Tuva MSSR) — şair, nəsr yazıçısı, tərcüməçi, Tıva Muxtar Sovet Sosialist Respublikasının xalq yazıçısı, Tıva Muxtar Sovet Sosialist Respublikasının əməkdar ədəbiyyat və incəsənət xadimi, Tıva ədəbiyyatının banisi və klassiki. == Bioqrafiyası == Sarıq-ool Stepan 17 noyabr 1908-ci ildə Kadıqbay Ovura Tannu-Tuva adlı yerdə anadan olmuşdur. Qızılda partiya işçilərinin kurslarını (1930), Moskvadakı Şərq İşçilərinin Kommunist Universitetini (1934), M. Qorki adına Ədəbiyyat İnstitutundakı Ali Ədəbiyyat Kurslarını (1957) bitirib. "Аревэ шыны" qəzetinin redaktoru, Tıva Xalq Respublikası Peşəkarları Birliyi Mərkəzi Komitəsinin sədri, teatr studiyasının direktoru (1940–1942), Tuva Xalq Respublikası Yazıçılar Birliyinin ədəbi məsləhətçisi (1942–1944), Tıva Elm, Ədəbiyyat və Tarix İnstitutunun elmi işçisi (1945–1953), Tıva Kitab Nəşriyyat Evində redaktor (1953–1955), Uluq-Xem almanacının icraçı redaktoru olmuşdur. == Bioqrafiyası == Xalq mahnısına çevrilən "Erge-şolee biste turda" adlı ilk şeiri 1934-cü ildə işıq üzü görür. Kitablarında davamlı olaraq maraqlanan fəlsəfi və poetik düşüncə enerjisini, bəşəriyyətin taleyini əks etdirən enerjini hiss edə bilərsiniz. "Belek" hekayəsi Tıva ədəbiyyatında ilk böyük əsərdir. Hekayə janrının inkişafı bununla başlamışdır. Sarıq-ool Stepan ilk Tıva filmi olan "Mavi çayların insanlarının" ssenarisini yazmışdır. Şeiri əsasında ilk Tıva operası "Çeçen və Belekmaa" (musiqisi R. Kendenbil) yazılmışdır.
Senecio oophyllus
Senecio oophyllus (lat. Senecio oophyllus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Trillium oostingii
Trillium oostingii (lat. Trillium oostingii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü.
Tuluş Keçil-ool
Tuluş Keçil-ool (tıva Кечил-оол, Түлүш Балдаң оглу 23 iyun 1914, Belotsarsk – 10 iyun 1945) — II Dünya Müharibəsi iştirakçısı, Tuva Respublikasının 4-cü dərəcəli könüllü süvari alayı, 1-ci Ukrayna Cəbhəsinin 13-cü ordusunun 6-cı qvardiya süvari diviiziyasının, 8-ci qvardiya süvari alayının 31-ci qvardiya süvari eskadronunun komandiri, Sovet İttifaqı Qəhrəmanı, qvardiyası mayoru. == Bioqrafiyası == 1914-cü ildə Belotsarskda (indiki Qızıl şəhəri) kəndli ailəsində anadan olub. Əslən tıvalıdır. Orta təhsilli olmuşdur. 1944-cü ildən Qırmızı Orduda xidmət keçmişdir. 1944-cü ilin yanvar ayından orduya cəlb olunmuşdur. Fevral ayında Tıva Respublikası 4-cü dərəcəli Könüllü süvari alayı, 31-ci qvardiya kavalerləri taborunun (8-ci Mühafizə Süvari Dairəsi, 6-cı Mühafizə Süvari Korpusu, 13-cü Ordu, 1-ci Ukrayna Cəbhəsi) komandiriolmuşdur. 1944-cü ildə Ukraynanın Rivne bölgəsindəki Dubno şəhəri uğrunda gedən döyüşlərdə, üstün düşmən qüvvələri tərəfindən şiddətli əks hücumları dəf edərək, ona həvalə edilən eskadronu irəli atmış və atdı və 8-ci qvardiya süvari diviziyasının cəbhəsini örtdü. gözətçi süvari alayıildə, Ukraynanın Rivne bölgəsindəki Dubno şəhəri uğrunda gedən döyüşlərdə, üstün düşmən qüvvələri tərəfindən şiddətli əks hücumları dəf edərək, ona həvalə edilən eskadronu irəli atmış, düşməni geri otuzdurmuş və 8-ci qvardiya süvari diviziyasının irəliləyişini təmin etmişdir. 2 fevral 1944-cü ildə eskadronun başında olanlardan biri kimi kapitan Tuluş Keçil-ool Rivne şəhərinə girərək düşmənin çox sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.
Viktor Şagjapoviç Kök-ool
Viktor Şagjapoviç Kök-ool (tuvaca: Көк-оол, Виктор Шогжапович, 1 mart 1906, Torqalıq[d] – 20 fevral 1980, Kızıl, Tuva MSSR) – tuvalılar arasında məşhur olan dramaturq, rejissor, Tuva ədəbiyyatının öndə gedən yazıçılarından biri. Rusiya Sovet Sosialist Federasiyasının məşhur sənətkalarından biri olmuşdur. == Həyatı == Viktor Kök-ool 1 mart 1906-cı ildə Övür bölgəsinin Torqalıq adlı məntəqəsində anadan olmuşdur. Yazını özü öyrənmiş, daha sonra Moskvada Şərq Millətləri Kommunistlik Universitetində, A. Lunaçarski Dövlət Teatr Sənət İnistitutunu bitirmişdir. 1925-ci ildən sonra Milli Təhsil və Mədəniyyət, 1938-ci ildən sonra Tuva Sənət Teatr Studiosunun rəhbərliyini etmiş, müdir, rejissor və sənətçi olaraq işləmişdir. Ədəbi fəaliyyətə 1934-cü ildə başlamışdır. "Çurttu utpaalınar", "Çalış-Haya" adlı ilk pyesləri 1935-ci ildə səhnəyə qoyulmuşdur. 1936-cı ildə "Haylraan bot", "Manı-Kara" adı pyeslərini yazmışdır. "Sambajık" teatr əsərini 1942–1943-cü illərdə yazmışdır. Bir çox mahnının bəstələrini etmişdir.
Vladimir Seren-ool
Vladimir Seren-ool (tıva Владимир Седипович Серен-оол, 14 mart 1942 – 1994) — tuvalı məşhur roman yazıçısı. == Həyatı == Vladimir Seren-ool 14 mart 1942-ci ildə Tuvanın Uluiq-Hem bölgəsinin Övür-Torqalıq məntəqəsində anadan olmuşdur Torqalıqda 8 illik təhsil görmüş, daha sonra təhsilini Handagaytın orta məktəbində davam etdirmişdir. Ali təhsilini Leninqradda almışdır. Burada Dövlət Teatr, Musiqi və Kinomatoqrafiya İnistitutunu və Maksim Qorki adına Ədəbiyyat İnistitutunu bitirmişdir. == Fəaliyyəti == Tuvada nəşr edilən tuva türkcəsində qəzet olan "Tıvanın anıyaktarı" qəzetinin redaktorluğunu etmiş, siyasi qəzet olan "Şın" qəzetinin müxbirliyini etmiş, Tuva Sənət-teatr Mərkəzinin işçisi olmuşdur. 1975-ci ildən bəri teatrda ədəbi sahədəki fəaliyyətini davam etdirmişdir. 1960-cı ildən etibarən ədəbiyyatla maraqlanmağa başlamışdır. "Sıgıt" adlı kitabı 1973-cü ildə nəşr edilmiş, sonra "Solanqı" (1977), "Heelig ister" (1989), "Kan-Kıs" (1991), "Beldir" (1993) adlı kitabları yayımlanmışdır. "Sööskenner çeçektelib turda" adında pyes əsəri 1995-ci ildə onun ölümündən sonra nəşr edilmişdir. Marşak, Moqilevskaya, Moler, Tikomanu, Hacıbekov kimi müəlliflərin nəsr və pyes əsərlərini tuvacaya tərcümə etmişdir.
Çurquy-ool Xomuşku
Çurquy-ool Xomuşku (tıva Хомушку, Чүргүй-оол Намгай-оглу 10 may 1918, Hondelen[d], Yeniseysk quberniyası[d] – 10 iyul 1978, Bert-Dağ[d], Tuva MSSR) — Tıva və sovet zabiti, tankçı, Böyük Vətən Müharibəsinin iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı. == Bioqrafiyası == Çurquy-ool Xomuşku 10 may 1918-ci ildə Hondelen kəndində anadan olmuşdur. 20 may 1943-cü ildə Tuva Xalq Respublikasının ilk könüllülər qrupu olaraq Çurquy-ool Xomuşk cəbhəyə yollanır. Bir müddət Tıva könüllüləri Qorki şəhərində hərbi təlim keçir. 1944-cü ilin fevral ayında Tıva könüllüləri 25-ci ayrı tank alayına qoşulur. 25 fevral 1944-cü ildə Çurquy-ool Xomuşkunun xidmət etdiyi alay 2-ci Ukrayna Cəbhəsinin 52-ci Ordusuna daxil olur. 1944-cü ilin martında alay Buq-Dnestrə hücum əməliyyatında iştirak edir. 5 mart 1944-cü ildə Rızanovka və Kobılyaki (Kiyev, indi Çerkası vilayət) kəndləri yaxınlığında düşmənin müdafiəsi sıçrayışı zamanı Çurquy-ool Xomuşkunun sürdüyü tank ən yüksək sürətlə düşmən mövqeyinə atılır. Tank atəş nöqtələrini və düşmənin çanlı qüvvəsini məhv edir. İki saat ərzində Xomuşku və qrupu 35 düşmən əsgərini, üç tank əleyhinə silahı, yeddi pulemyot və iki minaatan qurğunu məhv edir.
Çırqal-ool Aleksey
Çırqal-ool Aleksey (tıva Чыргал-оол, Алексей Боктаевич 24 aprel 1924 – 10 mart 1989, Kızıl, Tuva MSSR) — Tıva, sovet bəstəkarı, aktyor, dirijor, müəllim və ictimai xadim. SSRİ xalq artisti (1984). Onu ilk professional Tıva bəstəkarı adlandırırlar. == Bioqrafiyası == Çırqal-ool Tuva Xalq Respublikasının ən qərb və ən ucqar Daa-xoşun (rayon) bölgəsində, Qərbi Sayan və Tannu-Ola silsiləsinin qarşılaşdığı kiçik Şuy kəndində (indiki Tıva Respublikasının Bay-Tayqa kojuununda) bir çoban ailəsində anadan olmuşdur. Erkən uşaqlıqdan xalq çalğı alətləri çalmağı öyrənir və boğaz ifaçılığına yiyələnir. İbtidai təhsilini Qızıl-Majalıq orta məktəbində almışdır. Daha sonra Qızıl təlim kompleksində oxuyur. 1944-cü ildə məşhur şair Sarıq-ool Stepanın "Zərif külək" sözlərinə mahnı yazır. Eyni zamanda populyarlaşan və müəllifə şöhrət gətirən bir sıra digər mahnılarında müəllifidir. 1945-ci ildə Qızılda Musiqi və Dram Teatrı (aktyor şöbəsi) studiyasını bitirir.
Ölçey-ool Monquş
Ölçey-ool Kunqaa oğlu Monquş (d. 22 dekabr 1934 – 31 mart 1996) – Tuvanın Uluğ Nehir bölgəsindəki Ak-Hem qəsəbəsində anadan olan tuvalı şair və yazıçı. == Həyatı == 1934-cü ilin 22 dekabrıda Tuvanın Uluğ Nehir adlı bölgəsinin Ak-Hem kəndində anadan olmuşdur. İbtidai təhsil alarkən qəza nəticəsində şikəst qalmış və təhsilini evdə özbaşına davam etdirmişdir. “Ulug-Hemnin çalqıqları” (Yeniseyin dalğaları) adlı dərnəyin həm yaradıcısı, həm də rəhbəri olmuşdur. SSRİ Yazıçılar Birliyinin üzvü olan Monquş Tuva türkcəsində adlandırdığı “Şılqaranqay küş-ajıl deeş” medalının da sahibidir. İlk şerlərini 1950-ci illərin əvvəllərində “Sıldısçıqaş” qəzetində nəşr etdirmişdir. “Çaa-Höldün aydınında” (1966), “Şiirler” (1971), “Hööreerin çuqaaları” (1971), “Kokpalar” (1975), “Süzüglelim” (1979), “Nazın” (1981), “Demisel” (1987), “Tanışpazım çeenner” (1993), “Tıva kiji” (1995), “Setkilimnin höönneri” (1996) adlı şerlər və nəsr antologiyasının yazçısıdır. O, həmçinin tərcüməçiliklə də mşğul olmuş və Yeseninin, Prokopyevin, Telpuqovun əsərlərini Tuva dilinə tərcümə etmişdir.
Şullu Çırqal-ool Sat
Şullu Çırqal-ool Sat (tuvaca: Шулуу Чыргал-оол Сат, 15 sentyabr 1926, Uluğhem[d] – 18 may 1992) – Tuvanın Uluğhem kojuununa bağlı Çaa-Höl beldesinin Kaşpal kəndində anadan olan tuvalı elm xadimi, ilk tuvalı professor, filoloq və yazıçı. Tuva Dövlət Universitetinin Tuva dili və ədəbiyyatı fakültəsinin qurucusu və ilk dekanıdır. == Həyatı == 15 sentyabr 1926-cı ildə Tuvanın Uluğhem kojuununa bağlı Çaa-öl beldesinin Kaşpal kəndində anadan olmuşdur. Uşaqlığı Ürbün, Kaşöal, Doozunnug, Adannıg-Art, Çinge deyilən yerlərdə keçmişdir. Çaa-Hölün yay məktəbində təhsil almağa başlamışdır. Çaa-Höl məktəbindən sonra Şagaan-Arlq məktəbinı keçmişdir. 1947-ci ildə Qızıl şəhərindəki Lenin adına məktəbi bitirmişdir. Satın təhsil həyatı Leninqrad Dövlət Universiteti Şərqşünaslıq fakültəsində davam etmişdir. Universiteti bitirdikdən sonra Kaa-Hem kojuunun Sarıg-Sep orta məktəbində Tuva dili və vətən ədəbiyyatı müəllimi təyin edilmişdir. Bundan sonra elmi fəaliyyətini Tuva dili və ədəbiyyatı tarixi üzrə cəmləmişdir.
Transeius oocarpus
Transeius oocarpus (lat. Transeius oocarpus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin transeius cinsinə aid heyvan növü.