Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Otluq cüllütü
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. == Görünüşü == Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.
Otluq ilbizcüllütü
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. == Görünüşü == Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.
Otluq şərq alabayquşu
Otluq şərq alabayquşu (lat. Tyto longimembris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Otluqbeli (ilçə)
Otlukbeli yaxud keçmiş adıyla Karakulak — Ərzincanın 9 ilçəsindən biridir. == Əhali == 2016-cı ilin məlumatına görə ilçədə 2.415 nəfər yaşayır.
Otluqbeli Döyüşü Şəhidləri Abidəsi
Otluqbeli Döyüşü Şəhidləri Abidəsi (türkcə: Otlukbeli Savaşı Şehitleri Anıtı) — Türkiyənin Ərzincan bölgəsinin Otluqbeli məntəqəsində yerləşən abidə. 2008-ci ildə açılışı edilən abidə 1473-cü ildə bu bölgədə iki türk-müsəlman dövləti olan Ağqoyunlu və Osmanlı arasında baş vermiş döyüşdə həyatını itirən döyüşçülərin xatirəsinə həsr edilmişdir. == Döyüş == Otluqbeli döyüşü 1473-cü ilin 11 avqustunda Osmanlı hökmdarı II Mehmedlə Ağqoyunlu hökmdarı Sultan Uzun Həsən arasında baş vermişdir. İki dövlətin toqquşan maraqlari nəticəsində meydana çıxmış döyüş 8 saat davam etmiş və minlərlə insanın həyatını itirməsi ilə nəticələnmişdir. Döyüşün nəticəsində odlu silaha malik olan Osmanlı dövləti yalnız ənənəvvi süvari orduya malik Ağqoyunlu dövlətinə qalib gəlmişdir. == Abidə == Otluqbelinin bölgə valisi Şefik Aygöl 2008-ci ildə Kiçik Otluqbeli kəndində, yəni Otluqbelinin 4 km şimalında abidənin ucaldılması barədə əmr vermişdir. Şefik Aygöl bu məsələ barədə demişdir: Abidə kiçik göl olan Otluqbeli, digər adı ilə Acıgöl gölünün yaxınlığında yerləşir. Abidənin ərazisi 1.000 m2-dan ibarətdir. Abidənin açılışı 11 avqust 2008-ci ildə, yəni tarixi döyüşün 535-ci ildönümündə edilmişdir.Abidə komandanlar olan II Mehmed və Uzun Həsənin relyeflərini özündə əks etdirdiyindən diqqət çəkir və hər iki tərəfdən ölən bütün əsgərlərə həsr olunmuşdur.
Otluqbeli döyüşü
Otluqbeli döyüşü — 1473-cü il avqustun 11-də Osmanlı Sultanı II Mehmedlə Ağqoyunlu sultanı Uzun Həsən arasındakı meydan döyüşü. Tarixşünaslıqda həmçinin Başkənd döyüşü və ya Bayburd döyüşü kimi də tanınır. Uzun Həsən sarayında xidmət edən Əbubəkr Tehrani "Kitabi-Diyarbəkriyyə" əsərində bu döyüşdən bəhs edərək yazır: "Bura Osmanlı mülkündən kənarda yerləşir, yerli əhali onu Başkənd adlandırır." Kiçik Asiyadakı Osmanlı dövlətinin yeritdiyi fəal xarici siyasət Cənubi Qafqazın inkişafı üçün mənfi bir amil idi. Uzun Həsən bəylikdə hakimiyyət başına gələrkən (1453) Osmanlı türkləri Konstantinopolu fəth edərək Qara dəniz boğazlarında ağalığa başlamışdılar. Bu hal Cənubi Qafqazın Balkan ölkələri ilə qədim ticarət və diplomatik münasibətlərinin gedişinə təsir etdi. Osmanlı sultanlarının Avropa-Asiya tranzit ticarətinə böyük zərbə vuran gömrük siyasəti Cənubi Qafqazın Avropa ilə ticarət əlaqələrinin zəifləməsinə səbəb olurdu. Osmanlı sultanları Cənubi Qafqazı, xüsusilə Azərbaycanı ələ keçirməyə cəhd edirdilər. XV əsrin 60-cı illərinin əvvəllərində Osmanlı dövlətinin təcavüzünə qarşı Ağqoyunluların apardıqları mübarizə diqqəti daha çox cəlb edir. Bu dövrdə Ağqoyunluların Qaraqoyunlularla kəskin mübarizəsindən istifadə etməyə çalışan Osmanlı sultanı II Mehmed Ağqoyunlulara qarşı böyük hərbi yürüş hazırladı və onların müttəfiqi o lan Trabzon krallığı üzərinə hücuma keçdi. Qara dəniz sahilində yerləşən Trabzon şəhəri Avropanın şərq ölkələri, Hindistan və Çinlə ticarətində vasitəçi rolunu oynayırdı.
Otsu
Otsu (yap. 大津市) — Yaponiyanın Honşu adasında olan Kansai regionunda yerləşən Şiqa prefekturasının paytaxtı.
OTAU TV
"OTAU TV" ("Otau TV") (qaz. отау — gənc ailə, gənc yurd) — Qazaxıstan Respublikasının "Kazteleradio" televiziya və radio yayımı sahəsində milli operatoruna məxsus bir ticarət nişanı. 2010-cu ildə Milli Peyk Televiziya və Radio Yayım Şəbəkəsi (NSST RK) üçün təqdim edilmişdir. 24 noyabr 2017-ci il tarixinə abunəçi bazası 1.3 milyondan çox evdə vardır. 2012-ci ildən bəri, ticarət nişanı Milli Yerli Rəqəmsal Televiziya və Radio Yayımı Şəbəkəsi (MYRT RYŞ) üçün də istifadə olunur. == Adı == 2010-cu ilin dekabr ayından etibarən OTAU TV adı altında Milli Peyk Televiziyası və Radio Yayımının xidmətləri göstərilmişdir. 31 May 2011-ci il tarixinə qədər Qazaxıstan Telekommunikasiya ASC adından qanuni olaraq peyk televiziyası və radio yayımı xidmətləri göstərilmişdir. 1 iyun 2011-ci ildən etibarən xidmətlər Kazteleradio ASC adından verilir. İyun 2012-ci ilin əvvəlindən OTAU TV adı və loqosu milli rəqəmsal yerüstü yayımı üçün də istifadə edilmişdir. Qısa müddətdə eyni zamanda Qazaxıstan kanallarının (indi — Galam TV) İnternet yayımının bir markası oldu.
Odlu (Biləsuvar)
Odlu (fars. اودلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 830 nəfər yaşayır (156 ailə).
Odlu Torpaq
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. == Coğrafiyası == Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.
Odlu gəvən
== Ümumi yayılması == Azərbaycan == Azərbaycanda yayılması == Kür-Araz düzənliyində və Abşeronda dəniz sahili ərazilərində yayılmışdır. == Statusu == Azərbaycanın endem bitkisidir.VU C2a(ı). == Bitdiyi yer == Xəzər dənizi sahillərində qumlu yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Hünürlüyü 50-60 sm-ə çatan, yarpağı çoxbudaqlı, aşağı hissəsi ağacvarı yarımkoldur. Bütün bitki ağ tüklüdür. Yarpaqcıqları 3-4 cüt ensiz xətvarı, uzunsov, 6-20 mm uzunluqda, 1-3 mm enində, hər iki tərəfdən sıx ağ tüklüdür. Çiçək oxları yarpağa bərabər, yaxud onlardan qısa, yumşaq, azçiçəklidir. Paxlası saplaqlı, ellipsvarı, uzunsov, ucu şiş, arxası azca şırımlı, üzəri yumşaq ağ tüklü, buruncuğu 1,5 mm-ə qədər əyilmiş, bizvarıdır. Birinci dəfə Abşeron yarımadasından təsvir edilmişdir.
Odlu silah
Odlu silah — güllənin, minanın və mərminin patrlayıcı maddənin yanmasından yaranan qaz vasitəsilə lüləsindən atılan silah. Birbaşa hədəfə dəymə (artilleriya mərmisi, mina, güllə) və hədəfə çatdıran vasitəyə (top, minaatan, güllə) bölünür. Odlu silahların artilleriya qurğusuna, tüfəng və qumbaraatan tənifatı da vardır.Odlu silaha reaktiv atəş qurğuları da aiddir.
Odlu silahlar
Odlu silah — güllənin, minanın və mərminin patrlayıcı maddənin yanmasından yaranan qaz vasitəsilə lüləsindən atılan silah. Birbaşa hədəfə dəymə (artilleriya mərmisi, mina, güllə) və hədəfə çatdıran vasitəyə (top, minaatan, güllə) bölünür. Odlu silahların artilleriya qurğusuna, tüfəng və qumbaraatan tənifatı da vardır.Odlu silaha reaktiv atəş qurğuları da aiddir.
Oltu döyüşü
Oltu döyüşü — Türk ordusu ilə Ermənistan Demokratik Respublikası arasında 25 iyul 1920 - 5 sentyabr 1920-ci il tarixi arası baş vermiş döyüşdür. Şərq Cəbhəsi Komandiri Kazım Qarabəkirin başçılıq etdiyi türk ordusunun qəti zəfəriylə nəticələnmişdir. == Tarixi == Birinci dünya müharibəsinə girən Osmanlı İmperiyası və onun müttəfiqləri məğlubiyyətə uğramışdır. Rusiya vətəndaş müharibəsi əsnasında Azərbaycan, Gürcüstan və Ermənistan Rusiya imperiyasından öz müstəqilliyini elan etmişdir. Osmanlı İmperiyasının sərhədlərini təyin edən Serv Sülh Sazişi imzalanmışdır. 1878-ci ildə Oltu mahalı Rusiya tərəfindən ilhak edilmişdi. === Birinci döyüş === Gürcüstan və Ermənistan Demokratik Respublikası qərb əyaləti, Oldu mahalı üzərində idarəni ələ keçirə bilmirlər. Bölgəni qısa döyüşlər nəticəsində ortaya çıxan yerli müsəlman döyüş ağaları idarə altına alır. === İkinci döyüş === Yerli Türk qüvvələri və Erməni sərhəd birliklərinin bir-birləriylə qarşıdurmasının nəticəsi olaraq ermənilər mahal istiqamətində hərbi yürüş təşkil etməyə başlayırlar. 16 iyun 1920-ci ildə erməni qüvvələri Oltu mahalını işğal edir.
Oxlu kirpilər
Tirəndazlar (lat. Hystricidae) — Gəmiricilər dəstəsinə aid fəsilə. == Xüsusiyyətləri == Tirəndazlar məməlilər arasında ən üzün tikanlara malik heyvandır. Bu tikanlardan bəzilərinin uzunluğu 40 sm, diametri 7 mm-ə çatır. == Yayılması == Tirəndazlar əsasən Asiya və Afrikanın tropik və subtropik hissələrində yayılmışlar. Onun Avropanın cənubuna insan tərəfindən gətirilməsi, yaxud təbii şəkildə gəlməsi hələ də aydınlaşdırılmayıb. Əsas növləri cənub-şərqi Asiyadadır. Onlar həmçinin Avropa, Afrika, Hindistan, Cənubi Amerika, həmçinin ABŞ, Kanada, Orta Asiya və Qazaxıstanda da yaşayırlar. Onların təbii yaşadıqları yer səhralar, savannalar və tropik meşələr də ola bilər. == Davranışı == Yerdə yaşayırlar.
Vətən oğlu
Vətən oğlu (film, 1941)
Yuki Otsu
Yuki Otsu (d. 24 mart 1990) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Şotlu (Puldəşt)
Şotlu (fars. شطلو‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 630 nəfər yaşayır (136 ailə).
Bahar oğlu
Bahar oğlu — xalq artisti, bəstəkar Eldar Mansurovun Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr etdiyi oratoriyası. Oratoriya "Xalqın baharı", "Dahi sərkərdə", "Heydərnamə" və "Bahar oğlu" adlı dörd hissədən ibarətdir. Oratoriyanın sözlərinin mətni əməkdar incəsənət xadimi şair Baba Vəziroğluya məxsusdur. Oratoriya ulu öndərin yubiley tədbirlərində xalq artisti, müğənni Mübariz Tağıyevin ifasında səslənib. == İstinadlar == == Xarici keçidlər == Bahar oğlu [Notlar] : oratoriya /musiqi E. Mansurov; söz. B. Vəziroğlu ; fortepiano üçün işləyəni Ə. Rzayev ; ifa M. Tağıyev.
Kəklik otu
Kəklikotu (lat. Thymus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 20 sm-dən 35 sm-ə qədərdir. 400-ə qədər növü var. Kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar. Kəklikotundan kulinariyada (xüsusilə də, konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində geniş istifadə olunur. Kəklikotunun ən geniş istifadə olunduğu sahələrdən biri də tibbdir. == Xüsusiyyətləri == Labiatae fəsiləsinə aid hündürlüyü 35 sm-ə qədər olan kiçik, ətirli yarımkolcuqdur. Zoğları nazik, qonur rəngli, sürünəndir. Əsası tünd qonur rəngli qabıqla örtülüdür, çox vaxt kökləşir və əlavə köklər əmələ gətirir.
Sudan otu
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. == Botaniki təsviri == Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.
Abant (Poseydonun oğlu)
Abant ( q.yun. Ἄβας) —qədim yunan mifologiyasındakı personaj. Abantların eponimi. Poseydon və Aetusanın oğlu. Qanifin atası, Kanfın babası. Xalkodonun atası. Nəvəsi Elefenor tərəfindən təsadüfən öldürülmüşdür.
Agenor (Plevronun oğlu)
Agenor (q.yun. Ἀγήνωρ – "cəsarətli") — yunan mifologiyasında personaj. O, Plevron və Ksantippin oğludur. Onun arvadı əmisi qızı Kalidon, qızı Epikast, oğulları isə Porfaon və Demonika idi. Pavsani Agenorun oğlunu və Ledanın atası Festiyanın adlarını qeyd edir.
Anielin oğlu Talorq
Anielin oğlu Talorq (v. 460) — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == V əsrdə anadan olmuş, V və ya VI əsrin əvvəllərində vəfar etmişdir. Родился в V веке. "Piktlərin xronikası"na əsasən Anielin oğlu və I Nextonun qardaşı olmuşdur. Piktlərin kralları I Drestlə I Nexton arasındakı dövrdə 2 və ya dörd il müddətində? 480-484 və ya 513-516-c; illərdə hakimiyyətdə olmuşdur. == Mənbə == Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922. Anderson M.O. Kings & Kingship in Early Scotland.
Antimax (Frasianoranın oğlu)
Antimax (q.yun. Ἀντίμαχος) — yunan mifologiyasında personaj. O, Heraklın övladlarından, Frasianoranın oğlu olmuşdur. Antik müəllif Pavsani qeyd edir ki, Antimax Peloponnesi fəth edən dori liderlərindən biri olan Deifonun atası idi. Onun liderlik bacarığı sayəsində dorilər Arqosu fəth etmişdilər.
Antiox (Heraklın oğlu)
Antiox (q.yun. Ἀντίοχος) — yunan mifologiyasında personaj. O, Klisfenin ərazi islahatından sonra formalaşmış Attikanın Antioxida filasının eyniadlı qəhrəmanıdır.Antiox Heraklın və Medanın oğludur. O, Filantın atası, Hippotun babasıdır. Heraklın övladlarının yürüşləri zamanı Korinfi fəth edən Alet onun nəvəsi olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Hoefer U. Antiochos 1 // Paulys Realencyclopädie der classischen Altertumswissenschaft neue Bearbeitung. Stuttgart: J.B. Metzler Verlag. 1894. /.
Ağabala Ağasəid oğlu
Ağabala Ağasəid oğlu (1860, Bakı – 1928, Bakı) — tanınmış Azərbaycan xanəndəsi, muğam bilicisi. == Həyat və yaradıcılığı == Ağabala Ağasəid oğlu 1860-cı ildə Bakıda anadan olmuşdur. Erkən yaşlarından şeirə, musiqiyə həvəs göstərmiş, fars dilini öyrənərək Yaxın Şərq poeziyası ilə tanış olmuşdur. 1880-ci illərdə Bakıda yaradılan və şair Ağakərim Salikin evində toplanan "Məcməüş-şüəra" ədəbi məclisinin şeir və musiqi ilə müşayiət olunan, poeziya və muğam barədə maraqlı müzakirələr keçirilən yığıncaqlarında iştirak etmiş və bütün bunlar onun sənətkarlığının inkişafına güclü təsir göstərmişdir. Ağabala Ağasəid oğlu əsasən muğam məclislərində çıxış edirdi.Ağabala Ağasəid oğlu şeiri, musiqini bütün sevən, qiymətləndirən xanəndə olmuşdur. Onun yaradıcılığının başlıca xüsusiyyəti söz seçmək, onu dinləyiciyə aydın çatdırmaq bacarığı olmuşdur. O, ifa zamanı kəlmə və ifadələri aramla, musiqi cümləsinin tempinə və xarakterinə uyğun oxuyurdu. Ağabala Ağasəid oğlunun ifasında "Bayatı-Şiraz", "Rast", "Şur", "Segah-zabul" muğamları təsirliliyinə görə xüsusilə fərqlənir. Xanəndə Şirin Axundov, Mirzə Mansur Mansurov, Əhməd Bakıxanov, Mirzə Fərəc Rzayev kimi tarzənlərin müşayiətilə çıxış etmişdir.
Ağadadaş Kərbəlayı oğlu
Ağadadaş Kərbəlayı oğlu (10 iyun 1926—13 dekabr 2008) — neftçi, Sosialist Əməyi Qəhrəmanı (1966). == Həyat və əmək fəaliyyəti == Ağadadaş Kərbəlayı oğlu 1926-cı ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1944-cü ildə "Leninneft" briqada trestində başlamışdır. Səngəçal Qazma İşləri İdarəsinin ustası olmuşdur. 1950-ci ildən Sov.İKP üzvü olmuşdur. AKP 28-ci qurultayında AKP MK-nın üzvü seçilmişdir. Sov.İKP 24-cü qurultayının nümayəndəsi, SSRİ Ali Sovetinin (V və VI çağırış) və Azərbaycan SSR Ali Sovetinin (VII və VIII çağırış) deputatı olmuşdur. 23 may 1966-cı ildə sovet neft sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuşdur. Ağadadaş Kərbəlayı oğlu 13 dekabr 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası I cild.
Bahadur Mehralı oğlu
Bahadur Mehralı oğlu (1883 – 5 dekabr 1962) — Azərbaycan xanəndəsi. == Həyatı == Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi. Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi.
Tezer Özlü
Tezer Özlü (d. 10 sentyabr, 1943; Simav, Kütahya – ö. 18 fevral 1986; Sürix, İsveçrə) – türk yazıçı. == Həyatı == 1943-cü ildə Simavda anadan olmuş, atasının işi ilə əlaqədar olaraq uşaqlığını Simav, Ödemiş və Gerededə keçirmişdir. 10 yaşında İstanbula gəlmiş, Avstriya Qız Liseyinə getmiş, lakin oranı bitirməmişdir. 1962-1963-cü illərdə Avropanı gəzmiş, 1964-cü ildə teatrçı və yazıçı Güner Sümer ilə evlənmişdir. Onlar birlikdə Ankaraya köçmüşdür. Özlü sonralar Sümerdən ayrılaraq yenidən İstanbula köçmüşdür. 1967-1972-ci illər ərzində fasilələrlə İstanbuldakı müxtəlif xəstəxanaların psixiatriya klinikalarında müalicə almışdır. 1968-ci ildə rejissor Erden Kıralla evlənmiş, 1973-cü ildə bu evlilikdən qızı Dəniz dünyaya gəlmişdir.
Ölü buz
== Ölü buz == Ölü buz (və ya ölü buzlaq)-buzlağın qidalanmasının azalması ilə əlaqədar sürətlə geri çəkilməsi nəticəsində ondan ayrılaraq, hərəkətsiz qalan buz kütləsinə deyilir. Səthi buzlaq çöküntüləri (morenlərlə) ilə örtüldükdə ərimədən, hərəkətsiz qalaraq ölü buza çevrilir. Azərbaycanda Bazar düzü dağının yamacında yerləşən "Murkar" buzlağı ölü buzdur.
Ölü dil
Ölü dil — nə vaxtsa xalqın milli dili olan, hazırda isə istifadə olunmayan və inkişafını dayandırmış və ya dayandırmaqda olan dil. == Dillərin məhv olma səbəbləri == Dillərin ölü dillərə çevrilməsinin səbəblərindən biri həmin dillərdə danışanların əhali sayı üzrə qeyri-bərabər yayılmasıdır. Belə ki, dünya əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Bununla belə, 3,5 min dil dünya əhalisinin 0,2 faizinin payına düşür. Dilin aradan çıxması prosesinin əsas səbəbi qloballaşma və miqrasiyadır. Adamlar kütləvi şəkildə kəndlərdən şəhərlərə köçdükləri üçün müəyyən vaxtdan sonra öz xalqının dilini unudur. Hazırda mövcud olan dillərin yarısı təqribən yüz ildən sonra istifadədən kənarda qalacaqdır. Dillərin bir çoxu həmin dillərdə danışanların daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Buna görə də, sayca kiçik xalqların və dövlətçiliyi olmayan xalqların dilləri aradan çıxmaq təhlükəsi ilə üzləşir. Uşaqların 70 faizdən azının öyrəndiyi dil ölümə məhkum dil sayılır.
Ölü dillər
Ölü dil — nə vaxtsa xalqın milli dili olan, hazırda isə istifadə olunmayan və inkişafını dayandırmış və ya dayandırmaqda olan dil. == Dillərin məhv olma səbəbləri == Dillərin ölü dillərə çevrilməsinin səbəblərindən biri həmin dillərdə danışanların əhali sayı üzrə qeyri-bərabər yayılmasıdır. Belə ki, dünya əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Bununla belə, 3,5 min dil dünya əhalisinin 0,2 faizinin payına düşür. Dilin aradan çıxması prosesinin əsas səbəbi qloballaşma və miqrasiyadır. Adamlar kütləvi şəkildə kəndlərdən şəhərlərə köçdükləri üçün müəyyən vaxtdan sonra öz xalqının dilini unudur. Hazırda mövcud olan dillərin yarısı təqribən yüz ildən sonra istifadədən kənarda qalacaqdır. Dillərin bir çoxu həmin dillərdə danışanların daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Buna görə də, sayca kiçik xalqların və dövlətçiliyi olmayan xalqların dilləri aradan çıxmaq təhlükəsi ilə üzləşir. Uşaqların 70 faizdən azının öyrəndiyi dil ölümə məhkum dil sayılır.
Ölü dəniz
Ölü dəniz — (ivr. ‏ים המלח‏‎) (ərəb. الند الهدت‎) İsrail və İordaniya arasında axarı olmayan duzlu göl. İsrail və İordaniya özlərinin turizm cəhətdən mühüm əhəmiyyət kəsb edən məkanlarından olan Ölü dənizi itirmərədirk üz. Dənizin öz səviyyəsinin enməsinə və suyunun azalmasına səbəb kimi əsas su mənbəyi olan İordan çayının genişlənməsi göstərilir. Yəni çay daha geniş ərazidən fırlanaraq və əkin sahələrini suvararaq gəldiyi üçün əvvəlki dövrlərlə müqayisədə daha az su kütləsini bura gəlib çatırdırır. Həmçinin bu dənizdən qiymətli minerallar əldə olunur. Ölü dəniz dünyanın ən alçaq yeri kimi Yer planetində məşhurdur. Bununla yanaşı dünyada duzlu yer kimi də ad qazanmışdır.Bu dənizin suyu tamamilə müalicəvi və xeyirli minerallarla zəngindir, həmçinin kosmetika sənayesində də istifadə edilir. Özünün müalicəvi effektlərinə görə bu suyun ətrafında çoxsaylı kurort müəssisələri və spa mərkəzləri açmışlar.
Ölü dərə
Ölü dərə - /QURU DƏRƏ/- (rus. мертвая долина /сухая долина/, ing. dry valley, dead valley) 1) nadir hallarda, yaxud bir neçə ildə bir dəfə düşən güclü leysan nəticəsində qısa müddətli axına malik olan, arid səhraların, dərələri. 2) Qrunt suları səviyyə­si­nin düşməsi, və ya iqlim dəyişməsi, yaxud qonşu çay vasitəsi ilə zəbt olunması nəticəsində su axınından məhrum olmuş dərə.
Ölü göl
== Ölü göl == Ölü göl-1. səthi bitki ilə tam örtülmüş gölə deyilir; 2. suyunun yüksək minerallaşması ilə əlaqədar canlı orqanizmlərin yaşaması üçün şəraiti olmayan göllərə deyilir. Məsələn, Ölü dəniz, Basqunçaq gölü.
Ölü not
Ölü not (ing. ghost note) — bir musiqi notu məlumatıdır. Çalınan bir notun ikinci bir çalış edilmədən yazıldığı dəyər qədər uzadılmasına deyilir.Bir notdan sonra bir-birinə bağlı göstərilən notlardan çalınmayanın içi boş yazılır.