Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Overny
Overn (/oʊˈvɛərnjə, oʊˈvɜːrn/, fransız: [ovɛʁɲ] ( dinlə); oks. Auvèrnhe və ya Auvèrnha) - Fransanın cənub-mərkəz hissəsində yerləşən keçmiş inzibati regionu. 1 yanvar 2016-cı il tarixindən region yeni Overn - Rona - Alplar regionunun bir hissəsinə çevrilib. "Информационный сайт Регионального совета Оверни" (fransız). Conseil régional Auvergne. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20. "Добро пожаловать в Овернь" (rus). Официальный сайт туризма Франции. 2012-08-20 tarixində arxivləşdirilib.
Verjon
Verjon (fr. Verjon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kolini kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01432. 2010-ci ildə əhalinin sayı 250 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 155 nəfər arasında (15-64 yaş) 119 nəfər iqtisadi cəhətdən fəal, 36 nəfər hərəkətsiz idi (fəaliyyət göstərici 76,8 %, 1999-cu ildə bu 72,0 % idi). Aktiv olan 119 sakindən 112 nəfəri (55 kişi və 57 qadın), 7 nəfəri işsizdir (2 kişi və 5 qadın). 36 hərəkətsiz 6 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə hərəkətsiz idi.
Overton pəncərəsi
Overton pəncərəsi (ing. Overton window) və ya diskurs pəncərəsi (ing. discourse window) - siyasətçi və fəalların ictimai çıxışlarında yolverilən fikir diapazonu çərçivəsinin cari ictimai diskursa əsaslanaraq mövcud olduğunu iddia edən sosioloji konsepsiyadır. Konsepsiya bütün dünyada politoloqlar, siyasi analitiklər, tarixçilər, kulturoloqlar və s. mütəxəssislər tərəfindən istifadə olunur. Konsepsiya - onun müəllifi olan, amerikalı hüquqşünas və ictimai xadim Cozef Overtonun şərəfinə adlandırılıb. Diskurs pəncərəsi konsepsiyası Cozef Overton tərəfindən 1990-cı illərin ortalarında, onun Makinak İctimai Siyasət Mərkəzində işlədiyi müddətdə irəli sürülmüşdür. Bu konsepsiya vaxtilə mühakimələrin açıq siyasi müzakirələr zamanı səsləndirilməyə uyğun olub-olmama dərəcəsinin qiymətləndirilməsi üçün əlverişli model kimi təklif edilmişdir. Konsepsiya mərkəzin daxili seminarlarında aktiv şəkildə istifadə edilsə də, geniş ictimaiyyət üçün ilk dəfə 2006-cı ildə, Overtonun ölümündən üç il sonra nəşr edilmişdir. Beləliklə, diskurs pəncərəsi ideyası nüfuz qazanır, Makinak Mərkəzinin əməkdaşları isə Overton pəncərəsinə həsr olunmuş bir sıra materiallar hazırlayaraq ideyanı populyarlaşdırmaq və inkişaf etdirmək üçün davamlı çalışırdılar.
Ozernoy yarımadası
Ozernoy yarımadası — Kamçatka yarımadasında yerləşən dörd iri yarımadadan biri. Sahillərini Sakit okean suları yuyur. Kamçatka yarımadasından şimalda qərarlaşır. Ən ucqar şərq nöqtəsində Ozernoy burnu qərarlaşır. Burada mayak belə vardır. Üstəlik burada Yujnı, Dvoynoy, Nizki, Perevalnı, Kamenisti, Naçikinski, Severo-Zapodnı burunları və Ozernaya, Malamvayam, Makedoniya, Olxovaya, Konskaya, Şipatinskaya gölləri yerləşir. Yarımada Ozernaya körfəzi ilə Karaqin körfəzlərini ayırır. Yarımadanın relyefi dağlıqdır. Ən hündür nöqtəsi Naçinski dağıdlr (1210 m). Digır zirvələri: Qreben (805 m), Dvoynoy (729 m), Rısar (645 m), Klık (585 m), Tryoxqrannaya (499 m), Şaqayevskaya sopka (387 m), Uval (362 m), Razvilok (285 m).
Vernöy-an-Burbonne
Vernöy-an-Burbonne (fr. Verneuil-en-Bourbonnais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03307. 2008-ci ildə əhalinin sayı 245 nəfər təşkil edirdi. İqtisadiyyatın əsası şərabçılıq təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 145 nəfərdən (15-64 yaş) 114 nəfəri iqtisadi cəhətdən fəal, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.6%, 1999-cu ildə 65.2%). Fəal olan 114 nəfərdən 108 nəfəri (64 kişi və 44 qadın), 6 nəfəri işsizdir (3 kişi və 3 qadın).