Aleksandr Dovjenko
Aleksandr Petroviç Dovjenko (ukr. Олександр Петрович Довженко; 29 avqust (11 sentyabr) 1894, Vyunişe xutoru, Sosnitsa kəndinin yaxınlığı, Sosnitsa qəzası, Çerniqov quberniyası — 25 noyabr 1956, Moskva) —Sovet rejissoru, Ukrayna yazıçısı, kinodramaturqu, RSFSR Xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1941, 1949), Lenin mükafatı laureatı (1959, ölümündən sonra).
== Həyatı ==
Ukrayna sovet kinorejissoru, yazıçı və kinodramaturq, RSFSR Xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1941, 1949), Lenin mükafatı laureatıdır (1959, ölümündən sonra). Dovjenko Aleksandr Petroviç 11 sentyabr 1894-cu ildə, indiki Çerniqov
vilayətinin Sosnitsı kəndində anadan olmuşdur.
1912-ci ildə Qluxov Müəllimlər İnstitutunu bitirmşdir. 1926-cı ildə öz ssenarisi əsasında
"İslahatçı Vasya" adlı ilk filmini (birgə iş) çəkmişdir. 1927-ci ildə lentə aldığı "Diplomatik kuryerin çantası" macəra filmində sovet diplomatlarının qəhrəmanlığı
təsvir olunmuşdur. Vətəndaş müharibəsindən, Ukrayna xalqının tarixi keçmişi, inqilabi yolundan, Ukrayna kəndlilərinin kollektivləşmə uğrunda mübarizəsindən bəhs edən "Zveniqora" (1928), "Arsenal" (1929), "Torpaq" (1930) filmləri sovet kino sənətinin inkişafında mühüm mərhələ təşkil edir.
Kinematoqrafiya tarixi bürosunun tənqidçiləri arasında keçirilən beynəlxalq sorğuda (1958, Brussel) "Torpaq" filmi bütün dövrlərin və xalqların 12 ən yaxşı filmindən
biri hesab olunmuşdur.
Dovjenko 1932-ci ildə ilk səsli sovet kino əsərlərindən olan "İvan", 1935-ci ildə isə "Aeroqrad" filmini çəkmişdir.