Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Miryam Overdam
Miryam Overdam (d. 18 fevral 1973) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Miryam Overdam, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Omurtaq xan
Qurucu Omurtaq xan (bolq. Кан Омуртаг; bilinmir – 831) — Bulqar xanı. 814-831ci illərdə hakimiyyətdə olmuşdur. Onun dövründə mərkəzi hakimiyyət güclənmiş, yeni binalar tikilib hazırlanmışdır == Xarici siyasəti == === İlk illəri === Omurtaq xanın ilk illərində hakimiyyət 3 qəyyuma aid idi: Dukum, Diçenq və Çoq. Onlar xristianlığın yayılmasının qarşısını almağa çalışırdılar. Bizanslılarla 814-cü ildə baş verən döyüşdə Omurtaq xan qaça bilmiş, bulqarlar məğlubiyyət almışdı. Bizans Franklarla ittifaqa girmək istəyirdi. Omurtaq buna görə də 815-ci il sülhünü imzalamalı oldu. Bu sülhə görə sərhəd müəyyən olundu, həmçinin əsirlər dəyişdirildi. 30 il boyunca davam edəcək olan atəşkəs imzalandı.
Oturaq heyvanlar
Oturaq heyvanlar - Oturaq tip ərazi bölüşdürülməsi ərazinin resurslarından populyasiya səviyyəsində nisbətən səmərəli istifadəyə səbəb olur: ərazidə ayrı-ayrı fərdlər nisbətən bərabər paylanır: hər bir məskunlaşma sahəsi həyat üçün hər bir şərait ilə təmin olunmuşdur. Bunun nəticəsində yem, sığınacaq və digər resurslar uğrunda rəqabət minimuma enmiş, hər fərdin yaşamaq və təzələnməyə şansı vardır, populyasiya isə bütövlükdə inkişaf və ərazi zəbt etməyə geniş perspektiv qazanır. Məhdud əraziyə bağlılıq fərdlərə bir sıra bioloji üstünlük qazandırır, bu baxımdan, heyvanların öz əraziləri ilə mənimsənilmə dərəcəsi ilə tanışlığı da böyük əhəmiyyət kəsb edir. Məskunlaşma sahəsi daxilində heyvanlar tanış oriyentir (səmt) sistemində sərbəst yerini dəyişir, yem axtarmaq üçün az vaxt sərf edir. Bir çox növlər sahədə sığınacağa, yem sahəsinə, yem ehtiyatı və s. yerə gedən əlaqələndirici cığırlar salır. Heyvanların gündəlik aktiv hərəkətləri sanki avtomatik surətdə həyata keçirilir: rezident – fərd qısa yolla yem, istirahət, yırtıcıdan və ya pis havadan gizlənmək yerinə əlavə vaxt və enerji sərf etmədən catır. Lakin oturaq həyat keçirdikdə populyasiyanın sıxlığı hədsiz çox olduqda resurslar gücdən düşür. == Heyvan populyasiyalarının etoloji strukturu == Oturaq heyvanların ərazi differensasiyası tək (ailəvi) həyat tərzi ilə bağlıdır. Bunun əksinə, həyat tərzi tipi qrupla olub, fərdlər daima və ya dövri olaraq sıx sürü və ya dəstə əmələ gətirir.
Oturaq sinir
Oturaq siniri (lat. N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat. nştibialis və ümumi incik sinirinə lat. nş peroneus (fibularis) communis bölünür.
Oturaq sümüyü
Oturaq sümüyü (lat. os ischii) — qalça sümüyünün oturaq hissəsi. Oturaq sümük bucaq altında əyilmiş oturaq sümüyün yuxarı (lat. ramus superior ossis ischii), aşağı (lat. ramus inferior oss. ischii) şaxələrdən və sümük cismindən ibarətdir. Oturaq sümüyün şaxələri qasıq sümüyü ilə birləşərək qapayıcı dəliyi (lat. foramen obturatum) əmələ gətirir.
Ovraq (Miyanə)
Ovraq (fars. اورق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (20 ailə).
Çətinliyə baş vurmaq
Breaking Bad – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür. "Breaking Bad" bütün dövrlərin ən yaxşı seriallarından biri kimi göstərilir.
Çətinliyə baş vurmaq (teleserial, 2008)
Gömürdağ
Gömürdağ və ya Kömürdağ: Gömürdağ (dağ, Kəlbəcər) — Kəlbəcər rayonunun qərb hissəsində dağ. Hündürlüyü 3037 m. Gömürdağ (dağ, Naxçıvan) — Zəngəzur silsiləsinin mərkəzi hissəsində dağ. Naxçıvanla Ermənistan sərhədində Qapıcıq dağından şimaldadır. Hündürlüyü 3364 m.
Kömürdağ
Gömürdağ və ya Kömürdağ: Gömürdağ (dağ, Kəlbəcər) — Kəlbəcər rayonunun qərb hissəsində dağ. Hündürlüyü 3037 m. Gömürdağ (dağ, Naxçıvan) — Zəngəzur silsiləsinin mərkəzi hissəsində dağ. Naxçıvanla Ermənistan sərhədində Qapıcıq dağından şimaldadır. Hündürlüyü 3364 m.
Odundağ
Odundağ — Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı yüksəklik. == Haqqında == Yüksəklik Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşir.
Oyuqdağ
Oyuqdağ — Qobustanın cənub-şərqində dağ. Hündürlüyü 292 m. Oyuqdağ — Quba rayonu ərazisində dağ. Hündürlüyü 2640 m.
Qoturdağ
Qoturdağ (Şahbuz) — Şahbuz rayonunun şimal hissəsində dağ. Hündürlüyü 2046 m. Qoturdağ — Qəbələ rayonu ərazisində dağ; Qoturdağ — Qobustanda palçıq vulkanı.
Uçurdağ
Uçurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2573,0 m). Zəngəzur silsiləsinin Azərməsçid aşırımından (3474,7 m) cənub-qərb istiqamətdə ayrılan eyniadlı qolunun suayırıcısında zirvə. Pəzməri kəndindən 1,5 km cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadında yerləşib, şimal-şərqdən və cənub-qərbdən şimal-qərb istiqamətli qırılma pozulmaları ilə kəsilmişdir.
Gurdağ
Gurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2741,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə. Parağaçay qəsəbəsindən 2 km-dək şərqdə, Artım dağından 600 m şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qabbro və qabbro-dioritlərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxma zonasının cənub-qərb kənar hissəsində yerləşir.
Odundağ əməliyyatı
Odundağ əməliyyatı — 2016-cı il yanvarın 25-dən 26-na geçən gecə başlayaran Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. A.R. Müdafiə Nazirliyi Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən Odundağ yüksəkliyinin Azərbaycan Ordusu nəzarətinə keçib. Odundağ zirvəsi ermənilərə keçmiş Müdafiə Naziri Səfər Əbiyevin zamanlarında təslim edilibmiş və Zakir Həsənovun qətiyyətli əmrləri ilə hərəkət edən Azərbaycan Ordusu həmin strateji yüksəkliyi yenidən Azərbaycana qaytarıb. "Odundağ"ın əldə saxlanılması Ermənistan ordusuna Qazax rayonunun magistral yolunu və bəzi ətraf kəndlərini atəş və müşahidə altında saxlamağa imkan verirdi. Bu yüksəkliyin azad edilməsi bölgəyə Azərbaycan Ordusunun atəş nəzarətini təmin etdi.
Qoturdağ (Şahbuz)
Qoturdağ — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ. Dərələyəz silsiləsinin cənub-şərq yamacında zirvə. Günbəzvari formadadır (hünd. 2050,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun qərb hissəsinə cavab verən Mərzəsuyal silsiləsinin ən yüksək zirvəsi. Naxçıvançayla Nursuçayın suayırıcında, Kolanı kəndindən 2,5 km cənubdadır. Orta Pleystosenin flüviqlasial törəmələrindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Şimal yamaclarında cavan çöküntülər altından Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Kolanı-Zırnel antiklinalının cənub-cənub-şərq periklinal hissəsində yerləşir.
Gömürdağ (dağ, Kəlbəcər)
Gömürdağ — Azərbaycan Respublikası Kəlbəcər rayonunun qərb hissəsində dağ. İstisu qəsəbəsi yaxınlığındadır. Hündürlüyü 3037 m. Vulkan mənşəlidir. Oronim Kömürdağ variantında da qeydə alındığından tədqiqatçılar cox vaxt bu dağı kömürlə (yanacaq) əlaqələndirirlər. Əslində, bu oronim "pik, zirvə" mənası ilə bağlıdır və bunu həmin coğrafi obyektin malik olduğu yüksəklik də təsdiq edir.
Gömürdağ (dağ, Naxçıvan)
Gömürdağ, Kömürdağ — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsi aiddir. Sıldırım yamaclıdır (hünd. 3375,9 m). Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində zirvə. Orta Eosenin andezitli porfirit lavalarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Boyəhməd-Dəvəboynu antiklinalının şimal-şərq qanadında yerləşir. Şimal-qərb yamacında şimal-şərq istiqamətli fay qırılmaları izlənilir.
Qoturdağ palçıq vulkanı
Qoturdağ palçıq vulkanı — Azərbaycan Respublikasının palçıq vulkanlarından biri. == Haqqında == Qoturdağ palçıq vulkanı Qobustan zonasını Aşağı-Kür çökəkliyindən ayıran Ələt tirəsinin suayrıcı qılıcında yerləşir və yastı yüksəklik formasında olub Xəzərin səviyyəsindən 180 metr yüksəkliyə qalxır. Vulkan pliosen-eopleystosen çöküntülərindən təşkil olunmuş eyniadlı antiklinalın tağında yerləşir və özünün eksploziv fəaliyyətinin nadirliyi ilə fərqlənir: onun mərkəzində yerləşən, hündürlüyü 6–8 m və eni 2 m-ə çatan bəndlə hüdudlanmış kraterin ağzından davamlı olaraq müxtəlif rəngli və yaşlı süxur qırıntılı qatı boz palçığın sıxılıb çıxarılması prosesi gedir. Bütün bu qatı kütlə burulmuş tıxac formasında ayrı-ayrı qollar şəklində 3–5 km uzunluğunda vulkanın şimal-şərq yamacı boyunca aşağı axır. Vulkanın qədim palçıq örtüyü təqribən 430 hektar sahəni tutur və buruq qazıma məlumatlarına görə, onun qalınlığı 40–80 m arasında dəyişərək, vulkanın mərkəzindən kənarlara doğru azalır. == Mənbə == Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.