Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oxçuluq
Oxatma — qədim idman növü. Mənşəyi ovçuluq qədər köhnədir. Oxu bir yay vasitəsilə hədəfə göndərməyi məqsəd qoyan idmandır. Oxatma ilk dəfə 1904 Yay Olimpiya Oyunlarında olimpiya proqramına salınıb, 1972-ci ildən isə hər olimpiya oyunlarında idmanın bu növü üzrə yarış keçirlir. Burada 30, 50, 60, 70, 90 m məsafələrə ox atmada yarışırlar. İdman oxatması üzrə 45 ölkənin idmançıları Beynəlxalq Federasiyada (FİTA) birləşir. Bu federasiya 1931-ci ildən dünya çempionatları keçirir. Terminlərdən asılı olaraq oxatan hədəfə 30-dan 288-ə qədər ox atır. Yaylar ağacdan və metaldan müxtəlif formalı və çəkili (400-700 q) düzəldilir. Oxun gövdəsi ağacdan, metaldan, plastmasdan, ucluğu isə metaldan hazırlanır.
Azərbaycanda oxçuluq
Azərbaycanda oxçuluq və ya kamandan oxatma qədim tarixə malikdir. Müasir idman növü olaraq isə sovet dövründən inkişaf etmişdir. Azərbaycan Yay Olimpiadasında oxatma üzrə ilk dəfə 2016-cı ildə çıxış etmişdir. == Arxa plan == === Arxeoloji mədəniyyətlər === Boyalı Qablar mədəniyyəti Xocalı-Gədəbəy mədəniyyəti === Qafqaz Albaniyası ordusu === Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı. Akontistlər – nizəçilər və toksotlar – oxatanlar vardısa, deməli, nizələr və oxlar da olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər mədəniyyətinin daşıyıcılarına məxsusdur. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla yanaşı küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli hazırlanmış tunc ox ucluğu tapılmışdır.
Osmanlıda oxçuluq
Osmanlıda oxçuluq məktəbinə yazılmaq üçün oxu ən azı 594 m uzağa atmaq lazım idi.Tarixdə ən yaxşı oxçu isə Tozkoparan İskəndər olub,oxu 826 m-dən hədəfə vurub.Halhazırda isə dünyadakı ən yaxşı oxçular ən yaxşı halda 500 m-dən hədəfi vura bilirlər. Osmanlıda oxçu ox və yayı qaytaranda ustadları onların qulaqlarına "Kamankeş Sirri"ni fısıldayardı. Amma bu sirr başqa heç kesə açıqlanmazdı. Osmanlı imperiyası dağıldıqdan sonra bu sirr də üzə çıxdı. Bu sirr Ənfəl surəsinin 17-ci ayəsi idi: "Atdığın zaman onu sən atmadın, Allah atdı". Oxçular yayı bəzən elə möhkəm çəkərdilər ki, bel sümükləri qırılmasın deyə zireh geyenlər olurdu. Yay ən güclü olan baş barmaqla çəkilirdi və bu zaman barmağa zərər gəlməsin deyə "Zihkir" adlı üzük taxılırdı.
Türklərdə oxçuluq
Türklərdə oxçuluğun və xüsusilə atlı oxçuluğun əhəmiyyəti daha qədim tarixi zamana qədər uzanır. Təxminən e.ə. 5000-dənn etibarən Altay və Tanrı dağları və ətrafında ortaya çıxan, daha sonra da Orta Asiyaya tamamilə hakim olan "Atlı Bozqır mədəniyyətində" atlara və oxçuluğa böyük əhəmiyyət verilirdi. Tarixdəki Türk atlı oxçuları, dörd nalla gedərkən eyer üstündə dönüb arxaya ox ataraq hədəfə tam sərbəst ox atma ustalıqlarıyla tanınmışlar. Dünyada "Part atışı" olaraq adlandırılan at üzərində geriyə doğru edilən ox atışının ən müvəffəqiyyətlisini Türklər etmişdir. Türk qəhrəmanı Tarkanlar tolgalarına şahin tükü taxma haqqı yalnız Part atışını müvəffəqiyyətli bir şəkildə yerinə yetirə bilənlərinə verilmişdir. Vur-qaç, geri çəkilmə və düşmənin ətrafını mühasirəyə alma kimi taktikalar Türk atlı oxçularının istifadə etdiyivə bir çox zəfərlərdə əsas rol oynayan taktikalarıdır. Türk dastanlarından Oğuz Xaqan dastanında ox və yay, simvolik mənalarla iştirak etməkdədir. Türk mədəniyyətinin keçmişində oxçuluq geniş bir sahədə əhəmiyyətə sahib olmuşdur. Orta Asiyada dolanışıq qaynağı və hərbi manevr xüsusiyyəti olan ov etmə, Türk atlı oxçuluğunun inkişafını təmin etmişdir.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq
Fransanın Paris şəhərində baş tutmuş 1900 Yay Olimpiya Oyunlarında kamandan oxatma üzrə 6 növdə Olimpiya yarışları keçirilmişdir. Bu yarışlarda 3 ölkədən ümumilikdə 153 iştirakçı mübarizə aparmışdır. Kamandan oxatma yarışları Olimpiyadanın proqramına birinci dəfə idi salınmışdı. Altı növün hər birində kişilər mübarizə aparıb. Kamandan oxatma yarışlarında yalnız Fransa, Belçika və Hollandiyanın olimpiyadaçıları mübarizə aparıb. Hollandiyalı iştirakçılardan hər hansı birinin adı və medal qazanması barədə məlumat yoxdur. Kamandan oxatma yarışlarında iştirak edən ən gənc idmançı 24, ən yaşlı idmançı isə 50 yaşında idi. == Medal cədvəli == == Yekun medal sıralaması == == İştirakçı ölkələr == Bu yarışlarda 3 ölkədən ümumilikdə 153 olimpiyadaçı iştirak etmişdir.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Sur la Erş
Sur la Erş yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 129 iştirakçı mübarizə aparmışdır. Onlardan yalnız üç iştirakçının nəticələri məlumdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Sur la Piramida
Sur la Piramida yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 129 iştirakçı mübarizə aparmışdır. Onlardan yalnız ilk üç yerin sahipləri məlumdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Şapele 33 metr
Şapele 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Yalnız ilk üç yeri tutmuş iştirakçılar məlumdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Şapele 50 metr
Şapele 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Beşinci və altıncı yerləri tutmuş iştirakçıların nəticələri və adları məlum deyil.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 33 metr
Kordon Dore 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Yalnız ilk üç yeri tutmuş olimpiyadaçının nəticələri məlumdur. Digər yerlərin sahiplərinin nəticəsi və topladığı xallar haqqında məlumat yoxdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 50 metr
Kordon Dore 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 3 üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Təsnifat mərhələsi əvvəlcə keçirilib. Sonra isə səkkiz idmançının iştirakı ilə final mərhələsi təşkil olunub.
Ovçuluq
Ovçuluq — quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra — vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü Ov obyekti qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləri olur. Balıq və su canlıları ovu - Kürk ovçuluğu — kürkləri qiymətli heyvanların ovunu nəzərdə tutur. Məsələn, qunduz, porsuq, tülkü, vaşaq, canavar və s.; Boynuz (diş) ovçuluğu — fil, dağkeçisi, maral kimi heyvanların ovu nəzərdə tutulur; Quş (qartal, şahin və s.) və ya it ilə ovlanma; Tələ ilə ovlanma Heyvanat aləmi resurslarının ovçuluq təsərrüfatında istifadə olunan hissəsi (həmçinin idman və rekreasiya ovu). Heyvanların optimal sayını populyasiya səviyyəsində saxlamaq üçün maksimal miqdarda ov məhsulları almaq məqsədilə vəhşi heyvanların və quşların əldə olunmasını təmin edən təsərrüfat sistemi. O.t. vəhşi heyvan və quşların coğrafi və mösümi xüsusiyyətlərinin uçotu ilə yanaşı ov müddətləri və üsulları müəyyən etmişdir. Təhlükəli ov üsulları, çoxalma və balaların yemlənməsi dövründə faydalı heyvanların ovlanması və s. qadağan edilmişdir. Qiymətli vəhşi heyvan növlərini mühafizə edən və çoxaldan qoruqlar, qoruq-ovçuluq təsərrüfatları təşkil edilmişdir.
Azərbaycanda ovçuluq
Azərbaycanda ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərir. Son illər bu sahəyə maraq daha da çoxalmışdır. Ovçuluq – quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Ov obyekti — qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləridir. Azərbaycan ərazisində ovlanmasına icazə verilən heyvan növləri aşağıdakılardır: · Dağıstan turu · Çöl donuzu · Dovşan · Bataqlıq qunduzu (nutriya) — Nutriya təsərrüfatları olan təşkilatlar · Cüllüt (qırıldayan cüllüt, ağquyruq çökükburun, kiçik kroşnep və çöl hamaquyruq cüllütü istisna olmaqla) · Qaz (ağqaş və qırmızıdöş qaz istisna olmaqla) · Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmərcürə istisna olmaqla) · Qaşqaldaq · Alabaxta · Bildirçin Ovlanma vaxtı == Ovçuluq təsərrüfatları == Cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və onların sanitariya-mühafizə zonalarında ov fəaliyyətinin həyata keçirilməsi qadağandır.
Ovçuluq xalçaları
Ovçuluq xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Süjetli və mövzulu xalçaların toxunması qədim tarixə və çox zəngin ənənələrə malikdir. Bizim torpaqlarda sujetli xalçalar tarixən ölkənin cənubunda, Təbriz şəhərimizdə toxunub. Təbrizdə süjetli xalçaların istehsalının çoxalması XVI yüzilliyə təsadüf edir. Elə Təbriz Miniatur məktəbinin inkişaf dövrü də məhz bu dövrə aiddir. Tərixi araşdırmalar göstərir ki, bu məktəbin rəssamları miniatür rəngkarlığı ilə yanaşı həm də dekorativ sənətin bir çox növləri (bədii parça, memarlıq ornamentləri, zərgərlik nümunələri və s.) üçün eskiz və cizgilər hazırlayıblar Həmin rəssamlar eyni zamanda çox dəyərli, bədii xalçalar üçün bəzək və rəsmlər, müxtəlif ov, savaş, eşq və məhəbbət, saray həyatına həsr olunmuş kompozisiyalar da yaradırdılar. Süjetli xalçalar başlıca olaraq şəkil kimi divardan asılmaqdan ötrü toxunurdu. Onların toxunmasında yüksək keyfiyyətli yun, zərif iplik istifadə edilirdi. Yüksək sıxlıq və zərif xov bu xalçaları fərqləndirən əsas amillərdən idi Sujetli xalçalara o zamanlar həm də "Ovçuluq" xalçaları deyilirdi. Səbəbi isə sadə idi.
Qartal ilə ovçuluq
Qartal ilə ovlamaq, Avrasiya çölündə tapılan, qədim türk xalqları tərəfindən tətbiq olunan ənənəvi ovçuluq formasıdır. Bu gün Qazaxlar və Qırğızlar tərəfindən çağdaş Qazaxıstan və Qırğızıstandan, habelə Monqolustanın Bayan-Ölqiy vilayətində və Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda ovda qartallardan istifadə olunur. Bu bölgələrin əhalisinin ən çox berqutlarla ovlamaqla məşhur olsalar da, şimal qırqovulları, şahin, ütəlgi qızılquşlar və bir çox digər quşalrı əhliləşdirməsi məlumdur. Həm qazax, həm də qırğız dilində ümumilikdə yırtıcı quşlarla ov edənlər və qartallarla ov edənlər üçün ayrıca terminlər mövcuddur. Qazax dilində həm qusbegi, həm də sayatşi ümumilikdə ovçulara aiddir. Qusbegi qus ("quş") və bek ("ağa") sözlərindəndir, beləliklə sözün əsl mənası "quşların ağası" kimi tərcümə olunur. Köhnə türk dilində kus begi, sarayın şahin ovçusunun qiymətləndirəni rolunu əks etdirən xanın ən hörmətli məsləhətçiləri üçün istifadə edilən ad idi. Sayatşi, türk dilində peşəkar adlar üçün istifadə edilən sayat ("şahinlik") sözündən və -şi şəkilçisindən əmələ gəlir. Eramızın 936-45-ci illərində Mançuriyadan olan köçəri bir xalq olan Xitaylar Şimali Çinin bir hissəsini fəth etdilər. 960-cı ildə Çin Sun sülaləsi tərəfindən fəth edildi.
Azərbaycan ovçuluq inancları
Azərbaycan ovçuluq inancları — azərbaycanlıların mifik inanclarına və adət-ənənələrinə görə ovçuluqla bağlı inanclar, ov zamanı icra edilən rituallar və s. == İnanclar == Azərbaycan türklərinin ovçuluq inancları ilə Sibir Altay türklərinin mərasim və inancları bir-birinə bənzərdir. Azərbaycan ovçuluq inanclarına görə ovçular həm fiziki, həm əxlaqi baxımdan təmiz olmalı, ova çıxan adam haram yeməməli, yalan danışmamalı və pislik etməməlidir. Ovçular öz fəlakətlərini və ya xoşbəxtliyini əvvəlcə yuxuda görürlər. Kumandıların əfsanələrində və Azərbaycan türklərinin ovçuluq miflərində, nağıllarında yuxu motivi vacibdir. Hekayələrin birində ovçu pis yuxu görər, yuxuda "ova gəlmə!" deyilər. Lakin ovçu yuxuya məhəl qoymaz və dostları ilə ova çıxar. Ovçu evdən çıxandan sonra birdən hava soyuyar, sel basar. Üç gündən sonra ovçunun cəsədi tapılar. Ovçular ov zamanı heyvanların adını çəkməz, onlara xüsusiyyətlərinə uyğun yeni ad verərlər.
Qoçuluq
Qoçuluq — qolugüclülük, zorakılıq, güc göstərməklə nüfuz sahibi olmaq. Qoçuluq ictimai bir hadisə kimi XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. Qoçu sözünə həmin dövrdə fəaliyyətdə olan dövrü mətbuatda tez-tez rast gəlinir. Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi öz xatirələrində qoçuları belə xatırlayır: "Qoçuların həyatını da öyrənməklə maraqlanırdım. Xüsusən onların həbsxana içərisindəki nüfuzu və həbsxana işçilərinin onlara bu qədər qorxa-qorxa yanaşması məni maraqlandıracaq işlərdən idi." Bakıda hər bir məhəllənin və hər bir kəndin qoçusu var idi. Qoçular arasında tez-tez münaqişələr baş verirdi. Əksər qoçuların kiçik silahlı dəstələri olurdu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasında qoçuların davranışı tənqidi və komik şəkildə göstərilmişdir. 1918-ci ilin mart faciəsində və o illər ətrafında Bakı qoçuları ermənilərə layiqli cavab verməklə Bakını və bakılıları müdafiə etmişdilər. Bu haqda “Bakı və bakılılar” kitabında müəllif yazır ki: “1905 və 1918-ci illərdə erməni-müsəlman qırğınında qoçuların fəaliyyətini qeyd etməmək mümkün deyil.
Solçuluq
Solçuluq — mövcud olan sosial iyerarxiyanı (təbəqələşməni) məhv etmək istəyən və zənginliyin bərabər bölgüsünü dəstəkləyən siyasi mövqe. Solçuluq termini ilk dəfə olaraq Fransız inqilabı sonrasında yaradılan məclisdəki yerləşmə uyğunluqundan ilham alınaraq yaranmışdır. Zimbabve, Kuba və ya Şimali Koreya kimi ölkələrdəki sol, kommunizm və ya sosializmin fərqli növləriylə uyğunlaşdırıla bilər; bunlar Stalinizm, Maoizm və Afrika sosiyalizmini öz içində yerləşdirə bilər. Fransa, Hindistan və ya Braziliya kimi ölkələrdə sol, demokratik sosiyalist və ya sosial demokrat siyasətləri üçün mübarizə aparırlar. Müasir sosial demokratiya həm sosiyalist həm də kapitalist proqramlara sahibdir və vətəndaşların maddi rifahını müdafiə edir. Sosial demokratlar kapitalizmdə gördüyü əskikləri silmək və ya onları yaxşılaşdıracaq proqramların yaradılmasını, sağlam kapitalizm sisteminin yaradılmasını istəyir. Sağ və sol adlı siyasi anlayışlar Fransız İnqilabı (1789–1799) zamanında, ayrı fikirdəki siyasətçilərin fransız parlamentinin sağında və ya solunda oturmalarından sonra ortaya çıxmışdır.
Yolçuluq
Yolçuluq və ya dilənmək — bir şey üçün ciddi və ya təvazökarlıqla müraciət. Küçə dilənçiləri, nəqliyyat marşrutları, şəhər parkları və məşğul bazarlar kimi ictimai yerlərdə tapıla bilər. Puldan başqa, onlar ərzaq, içki, siqaret və ya digər kiçik əşyalar da istəyə bilər. İnternet dilənçiliyi internetdən başqalarına pul vermək üçün yaranan müasir təcrübədir. İnternet dilənçiliyi adətən dilənçi ilə tanış olan insanlara yönəldilir, ancaq kənar adamlara da yönələ bilər.
Xuluq
Xuluq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Xuluq oyk., sadə. Qusar r-nunun Gilah i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçılara görə, oykonim ləzgi dilindəki qulux (arxa tərəf, dalda, dal tərəf) sözündəndir. Kəndin coğrafi mövqeyi bu mənaya uyğundur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 296 nəfər əhali yaşayır.
Çuluq
Oxçular (Urmiya)
Oxçular (fars. اوخچيلار‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (6 ailə).
İfrat solçuluq
İfrat solçuluq (Radikal sol ya da ingilis dilindəki adı ilə far-left) — kommunist və sosialist siyasi partiyaların solunda yerləşən və parlament demokratiyasını rədd edən bütün inqilabçı hərəkatlar. Bunlar köklü struktur islahatların tərəfdarıdırlar. İctimai azadlıqlara görə sosializm; İstehsal və dəyişdirmə vasitələrinin kollektivləşməsinin tərəfdarı olan marksist-leninist-maoist kommunizm, ifrat solçuluğa bir nümunədir. Ümumiyyətlə Parlament sistemini rədd edir və birbaşa fəaliyyəti müdafiə edirlər. Bununla belə, Karl Marks kommunist sisteminə keçidin yalnız proletar inqilabı ilə mümkün olacağını, sonrakı dövrlərdə istehsal vasitələrinə və kütləvi informasiya vasitələrinə dövlət sahibliyi ilə bir egalitar (bərabərlik) cəmiyyətin qurulacağını və dövlətin bir müddət sonra yox olacağını bildirirdi. Digər tərəfdən, anarxistlər dövlətin ən qısa müddətdə məhv edilməsinin və insanların öz həmrəylik sistemlərində yaşamasının tərəfdarıdırlar. İfrat sol qanad siyasətində din və milliyyət arxa plandadır. Hər cür millətçiliyi rədd edir. Çünki bütün insanların bir dam altında həmrəylik içində yaşadığını müdafiə edir. Tam egalitardır.
Ovçulu (Ağdaş)
Ovçulu — Azərbaycan Respublikasının Ağdaş rayonunun Hapıtlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Orta Ləki kənd inzibati-ərazi vahidindəki Ovçulu kəndi Aşağı Ləki kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ovçulu kəndi Aşağı Ləki kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Hapıtlı kəndi mərkəz olmaqla, Hapıtlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Orucluq
Ramazan — Hicri təqviminin 9-cu ayı. İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda Müsəlmanlarla oruc tutulmağa başlanılan aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Ramazan ayı adətən 29–30 gün çəkir və ayın aypara görünümünü almasından başlanır. İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə aydır ki, Allah bu ayda bəşəriyyətə ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların birillik müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allaha yaxınlaşma mərhələlərini daha sürətlə və inamla keçmək mümkündür.
Oxcüllüt
Oxcüllüt (lat. Limosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Ovculu
Ovculu (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Ovçulu (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Ovcullu — Qəbələ rayonunun Hacallı inzibati ərazi vahidində kənd.
Böyük oxcüllüt
Böyük oxcüllüt (lat. Limosa limosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin oxcüllüt cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU) Təhlükə həddindədir. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin 2 növündən biridir (amma 2-ci növ (L.lapponica) 5-10 ildə bir dəfə azıb gəlir). == Qısa təsviri == Göyərçindən az böyükdür. Rəngi əlvandır. Başı boz, beli qaramtıl, quyruğu qara, onun dibi isə ağdır. Qarın tərəfi köndələn zolaqlı bozdur. Havada olarkən qanadlarının üstündə bir ədəd enli ağ zolaq görünür və ayaqları quyruğundan çox geriyə çıxır.
Kiçik oxcüllüt
Kiçik oxcüllüt (lat. Limosa lapponica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin oxcüllüt cinsinə aid heyvan növü.
Oculus VR
Oculus VR, Palmer Luckey, Brendan Iribe, Michael Antonov ve Nate Mitchell tərəfindən qurulan virtual reallıq texnologiyası və proqram təminatı şirkəti. Virtual reallıq qulaqlıqları və başlıqlı ekranlar istehsal edir. 2012-ci ilin iyul ayında Kaliforniyanın Irvine şəhərində qurulmuş və hazırda Menlo Park, California-da yerləşir . Şirkətin ilk məhsulu hələ inkişafda olan Oculus Riftdir. 2014-cü ilin mart ayında Meta Platforms, şirkəti 400 milyon dollar və 23,1 milyon dollar stokla toplam 2 milyard dollar ödəyərək satın aldı. Oculus 2015-ci ildə Sürreal Vizyonu satın aldı. Oculusun telepromosyon konsepsiyası olan məhsullar inkişaf etdirməsinin mümkün ola biləcəyini ifadə edən bir İngilis cəhdi, 3D yenidən qurma və qarışıq reallıqa fokuslanmışdır. Hal-hazırda Beat Games, Sanzaru Games və Ready at Dawn törəmə şirkətləri var. Şirkət, Samsung Galaxy ilə birlikdə 2015-ci ilin noyabr ayında Samsung Galaxy smartfonları üçün Samsung Gear VR-i inkişaf etdirdi.
Ovculu (Şamaxı)
Ovçulu — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı r-nu Ovçulu kənd i.ə.d.-nin mərkəzi. Ləngəbiz silsiləsinin yamacındadır. Kənd əhalisi 1169 nəfərdir ki, onunda 593 nəfəri kişi, 576 nəfəri isə qadınlar təşkil edir., 249 təsərrüfatı var. Kənddə Hacıbaba, Verdili, Eynəddinli, Hapıtlı, Abdullalı, Qocamanı, Pirməmmədli, Səfərli, Seyidli, Rəhimuşağı, İsmayıluşağı, Hüseynuşağı, Fərhadlı, (Əhməd) uşağı adlı tirə və nəsillər vardır. Yaşayış məntəqəsinin adı ovçulu tayfasının adı ilə bağlıdır. Tayfaya məxsus bir qrup ailə 19 əsrin sonlarında Cavad qəzasında maldarlıqla məşğul olmuşdur. Müxtəlif mənbələrdə Ovçalu, Ovcullu, Ovçular variantlarında da qeydə alınmışdır.
Ölçülü (Qars)
Ölçülü — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 1,474 nəfərdir (2022).