Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oykonim
Oykonim (yun. οἶκος (ev) + yun. ὄνομα (ad)) — yaşayış məntəqələrinin (ayrıca tikilmiş evə qədər) adı. Şəhər tipli oykonimlər "astionimlər", kənd tipli oykonimlər isə — "komonimlər" adlanır. Bəzi şəhər küçələrinin adı vaxtı ilə orada olmuş kənd adlarının adı ilə adlandığı üçün onlar da oykonim hesab edilir. -ton (ing. ton, town) — şəhər (Everton) -bern (ing. burn) — axın (Blekbern) -pul (ing. pool) — bulaq (Liverpul) -hem (ing. home) — ev (Birminhem) — stan (azərb.
Omonim
Omonim (yun. ὁμός ὄνομα - eyni ad) — linqvistikada deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə deyilir. Məs. Bağ-sözü iki mənada işlənir: "Meyvə ağacları əkilmiş sahə" və "Bir şeyi bağlamaq üçün ip" mənasında. Omonim və paronim anlayışları bir-birinə çox bənzəyir. Paronim semantik fərqə görə səsləri üst-üstə düşən sözlərə deyilir. Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Omonimliyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər. Bu sözlər omonim deyil: 1) Yazılışı eyni olan, vurğusuna görə fərqlənən sözlər paronim adlanır. 2) Yazılışı ilə oxunuşu eyni, lakin kökləri fərqli olan sözlər omoqraf adlanır 3) Ümumi və xüsusi sözlər; 4) Yazılışı və tələffüzü eyni, bir-birinə məcaz yolu ilə bənzəyən sözlər (belə sözlər çoxmənalı sözlər sayılır, omonimlərdə məcaz olmur).
Oronim
Oronim (yun. ὄρος — dağ, yun. ὄνομα — ad) — yerin hər hansı formasına — həm qabarıq (dağ, dağ silsiləsi, təpə), həm də çökəkliyə (yarğan, dərə, vadi, ova) verilən xüsusi ad. Подольская Н. В. Словарь русской ономастической терминологии / Отв. ред. А. В. Суперанская.. — Изд. 2-е, перераб. и доп. — М.: Наука, 1988.