Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oyunbaz (film, 2011)
Oyunbaz (ing. The Clown) — 2011-ci ildə Selton Melu tərəfindən lentə alınmış Braziliya komediya-dram filmi. Bu film Selton Melunun rejissor və baş qəhrəman olduğu ikinci bədii filmdir.Bu film ata və onun iki oğlu Benjamin və Valdemardan bəhs edir. Qardaşlar Pencer və Puro adı ilə kloun işləyirlər. Film Braziliya üçün seçilib, ən yaxşı xaricidilli film nominasiyasında Oskar mükafatına layiq görülmüşdür. == İstinadlar == == Xarici keçidlər == opalhaco.com.br — Oyunbaz rəsmi saytı (por.) The Clown — Internet Movie Database saytında.
Oyuncaq
Oynamaq üçün istifadə oluna bilən hər bir əşya oyuncaqdır. Ümumiyyətlə, oyuncaqlar uşaqlar və ev heyvanları ilə bağlıdır. Oyuncaqlarla oynamaq çox vaxt ən xoşagələn əyləncə növü sayılır. Hər yaşda olan uşaqlara görə oyuncaqların daha əyləncəli olması üçün müxtəlif materiallardan istifadə olunur. Oyuncaq kimi düzəldilən əşyalardan əlavə digər məqsədlər üçün hazırlanmış vəsaitlər də oyuncaq kimi işlədilir. Məsələn, körpə uşaq hər hansı bir ev əşyasını götürərək təyyarə sanıb havada uçura bilər.Digər bir yanaşmada, interaktiv rəqəmsal əyləncə sayılan videooyunlar da oyuncaq növlərinə aid edilir. Bəzi oyuncaqlar isə əsasən, oyun üçün yox məhz kolleksiyada nümayiş olunmaq üçün istehsal olunur. Oyuncağın tarixi qədimdir. İnsan, heyvan, əsgər və digər fiqurlu oyuncaqlar arxeolojı qazıntılar zamanı belə aşkar olunub.Oyuncaq sözünün mənşəyi məlum deyil, belə fərz olunur ki, bu söz ilk dəfə XIV əsrdə istifadə olunub. Böyümə prosesində ətraf mühitin dərk olunmasında oyuncaqların,ümumiyyətlə oyunun vacib rolu var.
Oyunlar
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunlarıKino"Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film.Musiqi"Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. == Xarici keçidlər == Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).
Gəlincik (oyuncaq)
Gəlincik — insanı təsvir edən oyuncaq növü. == Gəlinciklərə İranda münasibət == İllər uzunu Qərb mədəniyyəti və xüsusən də kino və musiqisi populyarlığının artması İranın ruhani təsisatlarında narahatlığa səbəb olub. İranın baş prokuroru Qurban Əli Doru Nəcəfəbadi bu cür təsirə malik və son illər geniş yayılan belə oyuncaqların qarçısını almaq üçün tədbirlər görməyə çağırıb. Onun dediyinə görə, Barbi gəlincikləri, Bətmen, Spaydermen, Harry Potter kimi oyuncaqların kompüter oyunları və filmlərlə yanaşı axını mənfi sosial təsirə malikdir və bunun ağır mədəni nəticələri ola bilər. İran, deyib baş prokuror, oyuncaqlar idxalı üzrə dünyada üçüncü yerdə olsa da, bir çox oyuncaqlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir. Keçmişdə İran rəsmiləri Barbi və bu gəlinciyin Ken adlı oğlan dostunun populyarlığını azaltmaq üçün bir sıra cəhdlər etmişlər, hətta İran dəyərlərinə uyğun paltar geyinmiş Sara və Dara adlı gəlinciklərin istehsalına başlanmışdır.
Oyuncaq (1976)
"Oyuncaq" (fr. Le Jouet) — rejissor Fransis Veberin filmi. == Məzmun == Fransua Peren işsiz jurnalistdir. Bir neçə ay sürən gərgin iş axtarışlarından sonra o, "France Hebdo" jurnalında işə düzəlir. Perenin ilk ciddi tapşırığı oyuncaq mağazası haqqında məqalə yazmaq olur. Mağazada Perren həmin jurnalın sahibinin oğlu Eriklə rastlaşır. Bir dəstə adam Eriki oyuncaq mağazasından istədiyi oyuncağı seçmək üçün gətirib. Lakin ərköyün Erik gözlənilmədən Fransua Perreni oyuncaq kimi almağı tələb edir. Perren təbii ki, buna qəti etiraz edir. Amma mağazanın direktoru və Blenak onu milyonçunun evində bir müddət oyuncaq rolunu oynamağa razı salırlar.
Oyunlar nəzəriyyəsi
Oyunlar nəzəriyyəsi — strateji qərar qəbuletməni öyrənən elm sahəsidir. Daha dəqiq, Myersona görə oyunlar nəzəriyyəsi "ağıllı rasional qərar qəbul edənlər arasında konfliktin və əməkdaşlığın riyazi modellərini öyrənir". Oyunlar nəzəriyyəsi əsasən iqtisadiyyat, siyasi elmlər, psixologiya, məntiq və biologiyada istifadə olunur. İlk dövrlərdə bu sahəyə əsasən sıfır-cəm oyunlar daxil edilirdi ki, bu tip oyunlarda bir oyunçunun qazancı digər iştirakçıların xalis itkilərinə bərabərdir. Lakin bu günlərdə oyunlar nəzəriyyəsi daha geniş və mürəkkəb əlaqələrə tətbiq olunur. Müasir oyunlar nəzəriyyəsi John von Neumannla 1920-ci illərin sonundan etibarən başlamışdır.[mənbə göstərin] [mənbə göstərin]Oyunlar nəzəriyyəsi — (ing.game theory, ru.теория игр)– tətbiqi riyaziyyatın, daha dəqiqi, əməliyyatların tədqiqinin bölməsi. Oyunlar nəzəriyyəsinin müəllifi Con fon Neyman (John von Neumann, 1903–1957) hesab edilir. Rəqabətli oyunda strategiya və uğur (uduş) ehtimalı məsələləri araşdırılır; rəqabətli oyunda hər bir iştirakçı oyuna qismən nəzarət edir və o biri iştirakşılara nisbətən daha uduşlu gedişlər etməyə çalışır. Oyunlar nəzəriyyəsinin metodları daha çox iqtisadiyyatda və başqa ictimai elmlərdə: sosiologiyada, politologiyada, psixologiyada, etikada və başqa sahələrdə tətbiq olunur. 1970-ci illərdən başlayaraq bioloqlar heyvanların davranışını və təkamül nəzəriyyəsini araşdırmaq üçün oyunlar nəzəriyyəsindən istifadə edirlər.
Oyuncaq (film, 1976)
"Oyuncaq" (fr. Le Jouet) — rejissor Fransis Veberin filmi. == Məzmun == Fransua Peren işsiz jurnalistdir. Bir neçə ay sürən gərgin iş axtarışlarından sonra o, "France Hebdo" jurnalında işə düzəlir. Perenin ilk ciddi tapşırığı oyuncaq mağazası haqqında məqalə yazmaq olur. Mağazada Perren həmin jurnalın sahibinin oğlu Eriklə rastlaşır. Bir dəstə adam Eriki oyuncaq mağazasından istədiyi oyuncağı seçmək üçün gətirib. Lakin ərköyün Erik gözlənilmədən Fransua Perreni oyuncaq kimi almağı tələb edir. Perren təbii ki, buna qəti etiraz edir. Amma mağazanın direktoru və Blenak onu milyonçunun evində bir müddət oyuncaq rolunu oynamağa razı salırlar.
Oyuncaq Muzeyi (Malakka)
== İstinadlar ==
Oyuncaq körpələr adası
Oyuncaq körpələr adası (isp. La Isla de las Muñecas) — Meksikada turizm bölgəsi; Bu ada görünüşü ilə qorxu filmlərini xatırladır. Çünki adanın hər tərəfində çirkli paltarları, dolaşıq saçları, sınmış qol və ayaqları olan, gözləri çıxmış yüzlərlə oyuncaq var. Bu ərazi bir vaxtlar Don Culian Santana adlı bir əkinçiyə məxsus imiş. Əfsanəyə görə, 1950-ci ildə adada yaşayan kiçik qız uşağı yaxınlıqdakı kanalda boğulub öldükdən sonra onun ruhu Santananı narahat etməyə başlayıb. Buna görə də Santana özünü ruhlardan qorumaq üçün zibilliklərdən və küçələrdən oyuncaq körpələri yığıb ağaclara asmağa başlayıb. 50 ildən çox müddət ərzində burada 1500-dən çox oyuncaq toplanıb. Adanın girişində asılmış oyuncaq körpələrin ən köhnəsi çürüməkdə olan uşaq bədənini xatırladır. Məqsədinin buradakı kanalda boğularaq ölən uşağın ruhunu şad etmək olduğunu deyən Santana nəticə etibarilə çox sayda turistin dəhşətli dərəcədə qorxmasına səbəb olmuşdur. Bu gün turist axınının çox olduğu ada 2001-ci ildə dünyasını dəyişən Santananın əmisi oğlu Anastasio tərəfindən idarə edilir.
Oyuncaq ördək hadisəsi
Oyuncaq ördək hadisəsi — hadisə özəl şirkət tərəfindən Honq-Konqdan sifariş edilən plastik oyuncaq ördəkə bənzər vanna oyuncaqları olan konteynerin Sakit okeana düşməsi nəticəsində baş verib. Konteynerdəki 28.000 oyuncaq okean axınlarını göstərmək üçün səpələnmiş və elmi araşdırmalar üçün mühüm fürsət təmin etmişdir. Okeanoloq Kurtis Ebbesmeyer 1992-ci il hadisəsindən sonra okeana səpələnmiş oyuncaqları izləyərək mühüm elmi nəticələr çıxarmışdır. == Qəza == The First Years şirkəti adından Çində istehsal olunduqdan sonra Honq-Konq limanından ABŞ-nin Vaşinqton ştatının Tacoma şəhərinə getmək üçün konteyner gəmisinə yüklənib. 1992-ci il yanvarın 10-da Sakit okeanın şimal bölgəsində fırtınaya düşən gəminin bəzi konteynerləri sürüşərək dənizə düşüb. Dənizə düşən 12 ədəd 40 futluq yük konteynerinin birində 28.800 plastik oyuncaq var idi. Plastik oyuncaqlar daha çox oyuncaq ördək, qurbağa, tısbağa kimi dəniz heyvanları idi. Qəza zamanı konteyner zərbə nəticəsində açılıb və plastik oyuncaqlar okeana səpələnib. Oyuncaqlar müxtəlif bağlamalara bükülsə də, təcrübələr bu bağlamaların müəyyən müddətdə deformasiyaya uğradığını göstərib. Üzərində deşik olmadığı üçün batmaq riski olmayan oyuncaqlar okean boyu sürünməyə başlayıb.
Oyunda (film, 2009)
Oyunda (rus.:"На игре") — 2009-cu ildə Aleksandr Çubaryanın "Həyat Oyunları" kitabının motivləri əsasında Pavel Sanaevin çəkdiyi rus döyuş filmi. Filmin premyerası 26 noyabr 2009-cu il tarixində baş tutub.2010-cu ilin aprelində filmin davamı olaraq "Oyunda: yeni səviyyə" filmi çəkilib. 2012-ci ilin yazında "STS" kanalında "Oyunda" və "Oyunda: yeni səviyyə" filmlərinin davamı olan 8 seriyalı "oyunçular"serialının premyerası olub. == Süjet == Film quldur avtoritetlər olan Matveyin və onun dostlarının evindəki səhnədən başlayır. Onlara gənc bir vampir oğlan müraciət edərək mühafizəçini öldürdüyünü və onlarla danışmaq istədiyini bildirir. Filmdə bir ay əvvəl baş verən hadisələrə keçid edilir. Şəhərdə Kiber idman turniri keçirilir. Turnirdə Vampir, Dok, Komar, Uzun və Yanın üzv olduğu "Grandmaster" komandası qalib gəlir. Vampirin qız dostu Rita avtomobil yarışlarında ikinci yeri tutur. Vampirin dostu Maksim döyüş oyununda qalib gəlir.
Əxlaqsız oyunlar (film, 2013)
«Stoker» və ya «Əxlaqsız oyunlar» (ing. Stoker) — müəllif Uentuort Millerin ssenarisi əsasında cənubi koreyalı rejissor Pak Çxan Uk və prodüsserlər Toni Skott, Ridli Skott və Maykl Kostiqan tərəfindən 2013-cü ildə dram janrında ekranlaşdırılan film. Baş rolda Mia Vasikovska, Nikol Kidman və Mettyu Qud oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 20 yanvar 2013-cü ildə «Sandens» kino festivalında baş tutmuşdu. == Məzmun == Özünün 18-ci ad gününü qeyd edən İndia Stoker (Mia Vasikovska) sevimli atası Riçardın dəhşətli avtomobil qəzasında həlak olduğunu öyrənir və bundan sonra onun həyatı alt-üst olur. Bu hadisədən sonra İndia qeyri-sabit xarakterə malik anası Evelin (Nikol Kidman) ilə birgə yaşamağa məcbur olur. Dəfn zamanı Evelin və İndiya öz həyatını səyahətə sərf etmiş Riçardın cazibədar və xarizmatik qardaşı Çarli ilə tanış olurlar. Daha sonra Çarli ana və qıza dəstək və kömək etmək məqsədilə qeyri-müəyyən müddətə onlarla birlikdə yaşayacağını elan edir. Bu xəbərdən İndia pərt olmasına baxmayaraq, Evelin böyük sevinc hissi yaşayır. Az sonra bu haqqda evin sahibi xanım MakQarrik xəbər tutur və tez-tələsik Stokerlərə qonaq gəlir.
Tateşina Oyuncaq Ayı Muzeyi
Tateşina Oyuncaq Ayı Muzeyi (蓼科テディベア美術館, Tateşina Teddi Bea Bicutsukan) – Yaponiyanın Naqano prefekturasının Tateşina qəsəbəsində, Şirakaba gölünün sahilində yerləşən muzey. Dünyada ən böyük oyuncaq ayı muzeyidir. == Tarixi == Muzey 1995-ci ildə Yaponiyanın ilk oyuncaq ayı muzeyi kimi açılmışdır. 2011-ci ildə muzeydə yenidənqurma işləri aparılmış və 30 iyul 2011-ci ildə yenidən açılmışdır. == Xüsusiyyətlər == Muzeydə 15 fərqli ölkədən və 18 fərqli mövzuda olan 11.000-dən çox oyuncaq ayı nümayiş etdirilir. Muzey sərgisi 18 kabinə bölünmüşdür. Muzeydə tez-tez oyuncaq ayı axtarma oyunları keçirilir. Muzeyin miniatür oyuncaq ayı kolleksiyası var. Bu kolleksiyaya daxil olan 0,8 millimetr ölçüsündəki oyuncaq ayı dünyanın ən kiçik oyuncaq ayısı kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. Muzeyin sahəsi 3,300 m2 təşkil edir və dünyadakı ən böyük oyuncaq ayı muzeyidir.Muzeydə zürafə və fil kimi müxtəlif heyvanların real ölçüdə olan oyuncaqlarından ibarət "zoopark" fəaliyyət göstərir.