OYUNBAZ

is.
1. Gülməli oyunlar çıxarıb başqalarını güldürən adam; hoqqabaz, oyun çıxaran, masqaraçı.
Adamlar özlərinə məzəli təlxək, oyunbaz, ya dəli düzəldib əylənir, meydançanı, bazarı yeni gülüşmə götürürdü. S.Rəhimov.

2. Keçmişdə ruhanilərin və mürtəcelərin artistlərə verdikləri təhqirli ad.
[Səməd Oqtaya:] [Ananı] yasxanalara buraxmırlar ki, oğlun oyunbazdır, arvad tumanı geyir. C.Cabbarlı.

3. məc. Fırıldaqçı, hiyləbaz, kələkbaz.
[Həsən:] Bu oyunbazların əlindən nələr çəkmişəm, onu bir tək mən bilirəm. Ə.Haqverdiyev.
[Əhməd:] Nədən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz, kəkilbaz? N.Vəzirov.

Синонимы

  • OYUNBAZ oyunbaz bax hoqqabaz 1
  • OYUNBAZ hoqqabaz — təlxək — kələkbaz
OYUN-OYUNCAQ
OYUNBAZXANA
OBASTAN VİKİ
Oyunbaz (film, 2011)
Oyunbaz (ing. The Clown) — 2011-ci ildə Selton Melu tərəfindən lentə alınmış Braziliya komediya-dram filmi. Bu film Selton Melunun rejissor və baş qəhrəman olduğu ikinci bədii filmdir.Bu film ata və onun iki oğlu Benjamin və Valdemardan bəhs edir. Qardaşlar Pencer və Puro adı ilə kloun işləyirlər. Film Braziliya üçün seçilib, ən yaxşı xaricidilli film nominasiyasında Oskar mükafatına layiq görülmüşdür. == İstinadlar == == Xarici keçidlər == opalhaco.com.br — Oyunbaz rəsmi saytı (por.) The Clown — Internet Movie Database saytında.

Значение слова в других словарях

би́вни ку́хта лежебо́чничать набива́льщик обвора́чиваться пуза́то становле́ние ча́ша яйцеро́дный автоматизи́рованность захва́тываться недоу́чивать неоткры́тый о́кисел остру́гиваться прира́щиваться церковноприхо́дский bigeye covariant primatic tsar новаторство полюбовный прокладка светотень