Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kürsəngi
= Кiçik gizir = Əmrah Həmidov 1997-ci il yanvarın 12-də Salyan rayonunun Kürsəngi kəndində anadan olub. Ailəli idi.Əmrah Həmidov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Əmrah Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əmrah Həmidov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı ağır yaralanıb, oktyabrın 5-də isə Gəncə şəhərində Hərbi Hospitalda şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi.
Kürsəngi dağı
Salyan rayonu Kürsəngi kəndi ərazisində yerləşən dağ və sönmüş palçıq vulkanı. Cənub-Şərqi Şirvan düzündə yerləşir və Kür-Araz ovalığının ən böyük palçıq vulkanlarından biridir. Hündürlüyü təxminən 77 metrdir. Adının etimologiyasına dair bir çox nəzəriyylər vardır: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s. Dağın ərazisində "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olub. Kürsəngi kənd qəbiristanlığıda bu dağda yerləşir.
Kürsəngi yatağı
"Kürsəngi" neft yatağı Bakı şəhərindən 100 km aralıda, Azərbaycanın quru ərazisinin Kür çökəkliyində Ələt stansiyasından 30–32 km cənub-qərbdə, Kürsəngi kəndi ərazisində, "Kürovdağ", "Mişovdağ" və "Qalmaz" yataqlarının arasında yerləşir. Sahədə struktur-axtarış işlərinə 1937-ci ildən başlanılıb. 1947–1948-ci illərdə aparılan seysmik-axtarış işləri nəticəsində burada antiklinal qırışıq müəyyən olunub. 1959-cu ildə sahədə 3 ədəd kəşfiyyat quyusu qazılsa da, layihə dərinliyinə çatdırılmayıb. 1960-cı ildə qazılan 5 saylı quyu 2896 metr dərinlikdən sutkalıq 20–25 ton neft hasilatı ilə işlənməyə cəlb olunub. Bundan sonra, qazılan 8 (55–60 ton/gün) və 6 saylı (150 ton/gün) kəşfiyyat quyuları da sənaye əhəmiyyətli neft verib. "Kürsəngi" yatağı tektonik cəhətdən şimal-qərb istiqamətində uzanan əyilmiş braxiantiklinal quruluşludur. 1961-ci ildə struktur-axtarış qazması zamanı bir sıra quyulardan sənaye əhəmiyyətli neft və qaz alınıb. 1977-ci ildə "Kürsəngi" yatağının "Kürsəngi şimal" və "Kürsəngi cənub" qırışığından ibarət olması və bir neçə neftli-qazlı horizontlar aşkar edilib. Yataqda ümumilikdə 495 quyu qazılıb.
Ayın külrəngi işığı
Ayın külrəngi işığı — Ay səthinin Günəş işığı düşməyən hissəsinin zəif işıldaması. Təzə Aydan əvvəl və sonra müşahidə olunur. Yerdən əks olunan Günəş şüalarınn Ayın qaranlıq hissəsini işıqlandırması ilə izah edilir. Ayın külrəngi işığının öyrənilməsi nəticəsində Yerin şüaqaytarma qabiliyyətinin dəyişməsi təyin edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Ford, E. B., Turner, E.L. & Seager, S. (2001) ``Characterization of extrasolar terrestrial planets from diurnal photometric variability Nature, Volume 412, Issue 6850, pp. 885–887. link and preprint Seager, S., Turner, E. L., Schafer, J., & Ford, E. B. (2005) ``Vegetation's Red Edge: A Possible Spectroscopic Biosignature of Extraterrestrial Plants Astrobiology, Volume 5, Issue 3, pp. 372–390. (link and preprint) Qiu J; Goode PR; Palle E; Yurchyshyn V; və b. "Earthshine and the Earth's albedo: 1.
Kürsəngi palçıq vulkanı
Kürsəngi palçıq vulkanı - Salyan rayonu, Kürsəngi kəndi ərazisində, Bakı-Salyan yolunun sağında yerləşən sönmüş palçıq vulkanı. Adının etimologiyasına dair bir çox nəzəriyyələr mövcuddur: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s. == Ümumi məlumat == Dağın hündürlüyü təxminən 77 metrə çatır. Palçıq vulkanı dağı Kürsəngi kəndi ərazisində yerləşir. Dağın şimal-şərq ətəklərində Yolustü kəndi yerləşir. Dağın ərazisində "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olmuşdur..
Kürsəngi küp qəbirləri nekropolu
Kürsəngi küp qəbirləri nekropolu — Salyan rayonu, Kürsəngi kəndi ərazisində yerləşən arxeoloji abidə. == Ümumi məlumat == Salyan şəhərindən 30 km şimal-şərqdə yerləşən, "Kürün səngidiyi yer" mənasını verən və hündürlüyü 77 metrə çatan Kürsəngi palçıq vulkanı Cənub-Şərqi Şirvan düzündə ən iri palçıq vulkanıdır. Vaxtı ilə Kür çayının bu təpənin yaxınlığından keçməsi burada insanların məskunlaşmasına səbəb olub. Vulkanın şərqində və cənubunda torpağın üzərində çox sayda qalaqlanmış kərpic qırıqları və müxtəlif ölçülü qırmızı və açıq sarı rəngli bişmiş kərpicdən tikilən diametri 5–6 metrə çatan tikililərin qalıqları mövcuddur. Ərazidə şirli və şirsiz qab parçalarına da rast gəlinir. Kürsəngi nekropolunda e.ə. II–III əsrlərə aid küp qəbirləri aşkar edilmişdir. Əhəng daşından hazırlanan qəbir daşlarının parçaları günümüzə qədər gəlib çıxıb. Daş parçalarının üzərində süls xətti ilə ərəbcə yazılar və nəbati ornamentlər həkk olunub. Hazırda təpənin üstündə kənd qəbiristanlığı yerləşir.