Kürsəngi dağı

Salyan rayonu Kürsəngi kəndi ərazisində yerləşən dağ və sönmüş palçıq vulkanı. Cənub-Şərqi Şirvan düzündə yerləşir və Kür-Araz ovalığının ən böyük palçıq vulkanlarından biridir. Hündürlüyü təxminən 77 metrdir. Adının etimologiyasına dair bir çox nəzəriyylər vardır: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s. Dağın ərazisində "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olub.

Kürsəngi kənd qəbiristanlığıda bu dağda yerləşir.

Kəndin ərazisindən Kürsəngi dağının görünüşü