XORUZPİPİYİ sif. Qırmızı, pürrəng. Qarının buğlana-buğlana gətirdiyi qayğanaqdan doyunca yedilər, onun da üstündən iki-üç stəkan xoruzpipiyi çay içdilər. M.Hüseyn. Üç yoldaş termosdan tökdüyümüz buğlanan tünd “xoruzpipiyi” çaydan içə-içə söhbət edirdik. M.Rzaquluzadə.