Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müskürlü
Müskürlü — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Müskürlü kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Müskürlü kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Göyçay qəzasında yaşamış müskürlü tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənd Molla Qədim adı ilə da tanınır. Müskürlü etnonimi Azərbaycanın şimal-şərqində, Vəlvələçayla Samurçay arasındakı Müşkür düzünün adından yaranmışdır. Müskürlü Müşkür düzündə qədimdə yaşamış ellərin ümumi adı olmuşdur. Müşkür isə "qışlaq" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 615 nəfər əhali yaşayır.
Müskürlü (dəqiqləşdirmə)
Qəbələ Müskürlü — Azərbaycanın Göyçay rayonunda kənd. Müskürlü — Azərbaycanın Göyçay rayonunda kənd.
Müskürlü bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Püskürmə süxuru
Püskürmə süxuru (Vulkan süxuru, Effuziv süxur) - Yer səthinə püskürülmüş maqmanın (lavanın) soyuması nəticəsində əmələ gəmiş süxurdur.
Qəbələ Müskürlü
Qəbələ Müskürlü — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qəbələ Müskürlü kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Müskürlü kəndi olmaqla, Müskürlü kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi müskürlü tayfasının müəyyən hissəsinin Qəbələ qalası (Qəbələ rayonunun) xarabalıqları ətrafında yaşaması nəticəsində yaranmışdır. Oykonim "Qəbələ yaxınlığında Müskürlü kəndi" mənasındadır. Rayonun ərazisində Müskürlü adlı başqa bir yaşayış məntəqəsi də mövcuddur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 506 nəfər əhali yaşayır.
Yan püskürmə
Yan püskürmə – (rus. боковое извержение, ing. lateral eruption) vulkan konusunun yamacında və yaxud ətəyində lavaların çatlar boyunca püskürməsi. Adətən ya­macda parazit konuslar əmələ gəlir /mis: Sicilyada Etna vulkanı, Kam­çatkada Klyuçevsk sopkası/.
Pele tipli püskürmə
Pele tipli püskürmə - çox özüllü lava ilə səciyyələnən mərkəzi tipli vulkan püskür­məsi. Lava boğazdan çıxanadək bərkiyir və tıxac əmələ gətirir, sonradan ekstruziv günbəzin üzərində monolit sütun şəklində sıxılıb çıxarılır. Martinika adasında Mon-Pele vulkanı üzərində belə sütünün hündür­lüyü 375 m, diametri isə 100 m olmuşdur. Kanalda toplanmış vulkan qazları vaxt­aşırı yan sahəyə istiqamətlənmiş partlayışla tıxacın altından çıxaraq qazlardan və narın qırıntılı vulkanik materialdan ibarət hərəkətli kütlə - qızmar bulud əmələ gətirir. Kül, qaz və s. qırıntılarından ibarət olan qızmar bulud genişlənərək, vulkanın yamacları boyu 150 m/san. sürətilə yuvarlanaraq, vulkandan 9 km məsafədə olan Sen-Piyer şəhərini tamamilə yer üzündən silmişdir (Mon-Pele vulkanı, 8 may 1902-ci il). == Həmçinin bax == Lava Mərkəzi vulkan Vulkan boğazı Ekstruziv günbəz Vulkan == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Hacı Davud Müşkürlü
İmam Hacı Davud (ləzg. Имам Гьажи Давуд; 1680, Dədəli – 1728, Kipr Respublikası) — Osmanlı hakimiyyəti dövründə (1721–1734) Şirvan hakimi. == Şirvan üsyanı == Şirvanda baş vermiş üsyana Müşkür mahalı Dədəli kəndinin sakini Ləzgi Hacı Davud başçılıq edirdi. O, silahlı kəndli dəstələrini öz ətrafına toplayaraq, Qazıqumuq hakimi Surxay xanla ittifaqda olaraq 1720-ci ilda Şabran şəhəri və Xudat qalasını tutdu. 1721-ci ilin avqustunda Hacı Davud, Surxay xan və Əli sultan İlisunun birləşmiş dəstələri şəhər əhalisindən də kömək alaraq Şamaxını tutdu. Şəhər tutulan zaman qarət va talanlar baş verdi; məsələn, o vaxt Şamaxıda olan rus tacirlari qarət edildi və öldürüldü. Şamaxı hadisələrindən dərhal sonra, 1721-ci ilin payızında Hacı Davud Qazıqumuxlu Surxay xanla birlikdə Krım xanı vasitəsilə Osmanlı sultanına məktub göndərib onları öz himayəsinə almağı və öz qoşunlarını Şirvanı qorumaq üçün göndərməyi xahiş etdilər. Bundan az sonra Hacı Davud öz nümayəndələrini İstanbula göndərdi. İstanbuldakı rus rezidenti (səfirdən aşağı dərəcəli elçi) İ. Neplyuyev 1722-ci ilin fevralında yazırdı ki, Hacı Davud və Şirvan üsyançılarının digər rəhbərləri Şamaxının tutulmasından sonra öz adamlarını Osmanlı təbəəliyinə qəbul etmək xahişi ila gizlicə sultan sarayına göndərmiş və ona sədaqətlərinin təsdiqi kimi Osmanlı Sultanı III Əhmədin adı ilə sikkə kəsməyə başlamışlar. Daha sonra Neplyuyev qeyd edirdi ki, cümə günləri onların məscidlərində Sultanın adına xütbə oxunur.