Qəbələ Müskürlü

Qəbələ MüskürlüAzərbaycan Respublikasının Göyçay rayonunun Müskürlü kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qəbələ Müskürlü kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Müskürlü kəndi olmaqla, Müskürlü kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Qəbələ Müskürlü
40°32′49″ şm. e. 47°39′04″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qəbələ Müskürlü xəritədə
Qəbələ Müskürlü
Qəbələ Müskürlü

Yaşayış məntəqəsi müskürlü tayfasının müəyyən hissəsinin Qəbələ qalası (Qəbələ rayonunun) xarabalıqları ətrafında yaşaması nəticəsində yaranmışdır. Oykonim "Qəbələ yaxınlığında Müskürlü kəndi" mənasındadır. Rayonun ərazisində Müskürlü adlı başqa bir yaşayış məntəqəsi də mövcuddur.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Şirvan düzündə yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 506 nəfər əhali yaşayır.[4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  3. Qəbələ Müskürlü // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]