Hacı Davud Müşkürlü

Imam Hacı Davud (ləzg. Имам Хьажи Дауд; 1680, Dədəli - 1735, Rodos) — Osmanlı hakimiyyəti dövründə Şirvan Xanı[2][3][4][5][6], De-fakto Quba hakimi (1718-1726)[7], Ləzgi hərbi kommandir[8], Qafqazın ilk imamı[9], Fəqih, Müdərris[10], Şair, Fətva müəllifi, Carın hökmdarı[11] və 18-ci əsrdə ləzgilərin və digər Dağıstan xalqlarının dini və milli hərəkatına başçılıq etmiş dini xadim.

Imam Hacı Davud Müşkürlü[1]
ləzg. Имам Хьажи Дауд Муьшкуьрви
Hacı Davud Müşkürlü
Hacı Davud Müşkürlü
1721 – 1728
Əvvəlkivəzifə təsis olunub
SonrakıSurxay xan Qazıqumuxlu
1718 – 1726
ƏvvəlkiSultan Əhməd xan Qubalı
SonrakıHüseynəli xan
Şəxsi məlumatlar
Doğum tarixi 1680
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Rodos, Osmanlı dövləti
Milliyyəti ləzgi
Atası Məhəmməd xan
Uşaqları oğlu: Məhəmməd, Tahir, Süleyman, Əbdülkərim
qızı: Zeynəb, Pəkər
Dini sünni islam

Hacı Davud 1680-ci ildə Dədəli kəndində doğulub[12][13]. Bəzi mənbələr isə onun Dağıstanın Jaba kəndində doğulduğunu deyir. Uşaqlığından o ağlı və cəsarəti ilə seçilirdi. Artıq 1710-1720-ci illərin mənbələrində o, “bək və ləzgi sahib” kimi qeyd olunur[14][15]. Hacı Davud Dədəli kəndində geniş torpaqlara sahib idi və təsərrüfatda əkinçilik və təsərrüfat heyvanları yetişdirməklə məşğul idi. Ləzgilər arasında bu torpaqlar indi də Davud torpağı adlanır. O, doğma dili ləzgi dilindən əlavə ləzgilər arasında böyük hörmətə malik olan ərəb dilini, bunlardan əlavə olaraq farstürk dillərinidə bilirdi. Məkkəyə həcc ziyarətindən sonra Hacı rütbəsi almış, daha sonra LəzgistanŞirvan kimi bölgələrdə imamlıq etmişdir. Rus zabiti olan İ.Q.Qerber öz əsərində onun haqqında belə yazır:

Davud bəy Müşkür kəndindən olan sadə insandır. Amma zakası kəskin idi.

Gerber I.G. Xəzər dənizinin qərb sahili boyu ölkələrin və xalqların təsviri // 18-19-cu əsrlərdə Dağıstanın tarixi, coğrafiyası və etnoqrafiyası. Arxiv materialları. M .: Nəşriyyat. şərq ədəbiyyat, 1958

18-ci əsrin əvvəllərində Səfəvilər tənəzzül dövrünü yaşayırdı. Dövlət xəzinəsi boşaldığına görə şah hakimiyyəti vergilərin miqdarını qaldırmışdı. Bundan əlavə olaraq Qafqazda dövlət adamlarının özbaşınalığı artmışdı. Xalq artıq buna üsyan edirdi. Bunun üzərinə Qızılbaş-Şiələr sünnilərə qarşı terrora əl atdılar. Bu dövrdə Qafqazda terror hökm sürürdü. 18-ci əsrin əvvələrində Şirvanda olmuş yezuit Con Baptist Laman yazırdı:

...kəndlilər o qədər sıxışdırılır ki, hamı az qala şəhəri tərk etməyi düşünür və əgər onların ağlına təhlükəsiz bir sığınacaq olsaydı, heç kim qalmazdı.

Yezuitlərin Rusiya haqqında məktubları və hesabatları. Sankt-Peterburq, 1904. S. 106

Bu dövrdə sünnilərin ruhani lideri olan Hacı Davud dağılmış üsyançı dəstələrini bir orduda birləşdirə bildi. Hacı Davud müttəfiqlər axtarmaq üçün Dağıstana getdi və burada bəzi Dağıstan feodallarını, xüsusən də Saxurlu Əli-Sultanı, Kaytaqlı Əhməd xanı, Qazikumuxlu Surxay xanı öz yanına çəkə bildi.

1711-ci ildə Hacı Davud Quba xanlığının Şabran və Xudat kimi iri Şirvan şəhərlərini ələ keçirdi.[16] Şiə olan Quba xanı Sultan Əhməd Xan və onun bütün qohumları edam edildi. Sultan Əhməd xanın tərəfdarları yalnız onun kiçik oğlu Hüseyn Əli xanı xilas edə bildilər. Payızda Hacı Davud müttəfiq qoşunları ilə birləşərək Şamaxını mühasirəyə aldı, lakin güclü müqavimətlə qarşılaşaraq mühasirəni götürməyə məcbur oldu.

1712-ci ilin yazında Hacı Davudun dəstələri yenidən Şamaxıya yaxınlaşdılar. Şamaxı bəylərbəyi və ordusu açıq döyüşdə üsyançıları məğlub etmək niyyətində idi. Şəhər yaxınlığında gedən şiddətli döyüş zamanı Səfəvi qoşunları tam məğlubiyyətə uğradı: qızılbaş ordusunun bir hissəsi düz döyüş meydanında məhv edildi, digəri isə qaçdı, bəylərbəyin özü öldü. Üsyançılar geri çəkilənləri təqib edərək şəhərə soxuldular.

Şamaxının alınması 1712-ci ildə I Pyotrun manifestində belə dərc edilmişdir[17]:

1712-ci ildə ləzgi sahibi Daud-bəy öz hökmdarı olan şaha qarşı üsyan qaldıraraq Şamaxı şəhərini ələ keçirdi və orada ticarətlə məşğul olan rus xalqını qırdı və onların dörd milyon rubl dəyərində mülklərini oğurladı.

Həbs olunması və ikinci üsyan

[redaktə | mənbəni redaktə et]

Səfəvi hakimiyyəti də öz növbəsində getdikcə alovlanan üsyanı yatırmaq üçün çıxılmaz tədbirlər görürdü. 1719-cu ilin sonunda onlar Hacı Davudu tutaraq Dərbənd həbsxanasına salmağa belə nail oldular və o, tezliklə oradan qaça bildi. Farslara qarşı mübarizənin ilk illərinin təcrübəsi ona əldə edilən uğurları tənqidi qiymətləndirməyi və hərbi əməliyyatları diqqətlə hazırlamağı öyrətdi. Hacı Davud Dərbənd həbsxanasından qaçdıqdan sonra yenidən üsyanın başına keçdi. Hacı Davudun Səfəvilərə qarşı apardığı təbliğat öz təsirini göstərdi. Ağsaqqalların rəhbərliyi ilə Kürə, Tabasaran, Samur vadisi, Saxur, Car-Balakən, Şəki, Bərdə və bir sıra başqa yerlərdən dəstələr gəldi. Bəzi Şirvan feodalları da anti-fars hərəkatına, xüsusən də qohumları şahın əmri ilə edam edilən Qutkaşen məliki İbrahimdə cəlb edildi.

1720-ci ilin iyununda Hacı Davudun ordusu Şabranı mühasirəyə aldı. Şəhər mühasirəyə dözə bilmədi və alındı. İyulda Xudat tutuldu. Bu uğurlardan az sonra Qaytaqlı Əhməd xan və Qazıqumuxlu I Surxay xan öz qoşunları ilə Hacı-Davudun yanına gəldilər. Avqustda onların birləşmiş ordusu üçüncü dəfə Şamaxını mühasirəyə aldı, lakin onu ala bilmədilər. Lakin Şamaxı Davud-bəy tərəfindən talan edildi[18].

I Pyotrun portreti (1672-1725)
I Pyotrun portreti (1672-1725)

1720-ci ilin sonunda Səfəvilərə qarşı üsyan şərqi Qafqazın böyük hissəsini təşkil edirdi. Fars və qızılbaş orduları demək olarki Şamaxıda, Bakıda və Dərbənddə kilidlənmişdilər. Bölgədə Səfəvilərin hakimiyyətləti zəiflədikcə üsyançılar güclənirdi. Beləki, əvvəlki üsyandan fərqli olaraq üsyançılar yalnız şah torpaqlarına hücum etmirdilər. Artıq qazandıqları torpaqları mühafizə edirdilər.

1721 ci ildə Hacı Davudun Həştərxan Qubernatoru [19]A.P.Volınskiyə yazdığı məktubda ondan rus tacirlərinə xam ipək müqabilində onun mülklərinə qurğuşun və dəmir gətirməsinə icazə verməyi xahiş etdi. Cavab olaraq məktubunda Volınski Hacı Davuda Rusiya vətəndaşlığını qəbul etmək istəyini soruşdu, sonra I Pyotra yazdı[20]:

Mənə elə gəlirki, Davud Bəyin heçnəyə ehtiyacı yoxdur. O mənə yazdığı məktubda kifayət qədər əsgər və top müqabilində əlahəzrətinizə xidmət etmək istəyir. O farslardan şəhərləri alacaq və özünə uyğun olanları saxlayacaq (yəni DərbəndŞamaxı), Kür çayından İsfahana qədər olan şəhərləri isə sizə bağışlayacaqdır.

Rus Çarlığı Dərbəndin böyük ticarət yolunun üzərindən keçdiyi üçün və onlar Hacı Davuda güvənmədikləri üçün təklifi qəbul etmədilər.

1721-ci il avqustun 10-da Hacı Davud müttəfiqləri ilə birlikdə Səfəvilərin Şirvanda əsas qalası olan Şamaxını yenidən mühasirəyə aldı. Avqustun 25-də şəhər ilə tutuldu[21]. Əsir düşən Şirvan bəylərbəyi Həsənəli xan edam edildi. Şəhərin bütün şiə əhalisi qılıncdan keçirildi[22]. Lakin üsyançılar ermənilərə, yəhudilərə və əcnəbilərə toxunmadılar. Bunu Alban Katolikosu Yesai Həsən-Cəlalyan[23] və ingilis səyyahı Conas Hanveyin əsərləri təsdiqləyir[24]. Lakin Rusiyanın İrandakı səfiri S.Abramov və Rusiyanın Türkiyədəki səfiri İ.İ.Neplyuyevin ifadəsinə görə, varlı şiələrə sığınacaq verdikləri və üsyançılara müqavimət göstərdiklərinə görə 300 rus taciri qarət edildi və öldürüldü[25].

Rus tacirlərinin qarət edilməsi ilə bağlı bir çox qeyri-müəyyənlik var: əksər ekspertlər bunun 1721-ci ildə baş verdiyinə inanırlar; lakin bəziləri, o cümlədən hadisələrin müasiri F.İ.Soimonov[26], XVIII əsr tarixçisi İ.İ.Qolikov[19], həmçinin XIX əsr tarixçiləri Abbasqulu ağa Bakıxanov[2] və P.Q.Butkov[27] belə hesab edirlər ki, 1712-ci ildə Şamaxının tutulması zamanı rus tacirləri qarət edildi.

Şah Sultan Hüseynin alman səyyah və rəssamı olan Korneli de Bruin tərəfindən çəkilmiş portreti:
Şah Sultan Hüseyn

Hacı Davudun Şirvanı alması ilə bölgənin digər xanları təşvişə düşmüşdülər. Şirvandan sonra İmam Davudun onların üzərinə gəlməsindən çəkinən Çuxursəəd(İrəvan)Qarabağ xanları öz ordularını birləşdirib onun üzərinə yürümək qərarına gəldilər. Bunun haqqında Alban Katolikosu Yesai Həsən-Cəlalyan yazır:

Gəncə və İrəvan hökmdarları böyüyən təhlükəni şaha xəbər verib özləri bütün orduyla Kür çayının sahilində yerləşən Partavın(Bərdə) Ağvan şəhərinə gəldilər. İrəvan xanı bütün bölgə hökmdarları ilə, Gəncə xanı bütün zadəganlar ilə, qalanları isə 30 min nəfərə qədər böyük qoşunla oraya toplaşmışdılar. Lakin Şahdan qoşun gəlməmişdi. O Qəndəhar şəhərində müharibə ilə məşğul idi. Şah yalnız şifahi və yazılı şəkildə onlara əllərindən gələn hər şeyi etməyi əmr etdi.

Yesay Həsən Cəlalyan. Alban ölkəsinin qısa tarixi (1702-1722). Bakı: Elm. 1989.

1721-ci ilin payızında Hacı Davud Kürün keçidində İrəvan və Gəncə bəylərbəylərinin 30 minlik ordusunu məğlub etdi[28]. Ordusunun böyük hissəsinin itirildiyini görən xanlar öz paytaxlarına qaçdılar. Qaçan ordunun bir hissəsi və Gəncə Xanı II Uğurlu xan Ziyadoğlu-Qacar Gəncə şəhərinə daxil oldu:

...təcrübəli ovçular kimi sakit və səssiz gəldilər, böyük çayın o tayına yığıldılar və bir gecədə də səssizcə o sahilə keçdilər... Onlar (farslar) yavaş-yavaş hazırlaşarkən, o (ləzgilər) , onlara zərbə vurdu, onları məğlub etdilər, arxasınca qaçdı, onları Qarabağ dağlarının ətəyinə, Trdu çayına və Xaçen çayının vadisinə qovdular. Beləliklə, farslar rüsvay oldular və gözləntilərinə aldandılar və ləzgilər qəniməti götürərək sevinclə özlərinə qayıtdılar. Bu, 1170 (1721)-ci ilin payızında baş verdi.

Yesay Həsən Cəlalyan. Alban ölkəsinin qısa tarixi (1702-1722). Bakı: Elm. 1989.

Bu qələbədən sonra Hacı Davud Qafqaz Albaniyasının qədim paytaxtı Bərdəni (Partav) aldı[29]. Bu qələbədən sonra Hacı Davud Krım xanı vasitəsilə Türk Sultanı III Əhməd ilə danışıqlara başladı[30][31][32].

Bu hadisədən sonra Rus İmperatoru I Pyotr Rusiyanın Türkiyədəki səfiri olan Neplyuyevə yazaraq ondan Türk sultanının Hacı Davudun təklifini qəbul etməsinin qarşısını almağını əmr etdi[33]. Pyotrun özünün kansler G.İ.Qolovkinə yazdığı məktubda Hacı Davudun Türklər tərəfindən dəstəklənməsinin qəbul olunmaz olduğunu deyir[34][35].

1722-ci il aprelin 21-də Rusiyanın İstanbuldakı (Konstantinopol) səfiri Neplyuyev baş vəzir İbrahim paşanın yanına gələrək, üsyançı ləzgilərin Şamaxıda rus tacirlərinə hücum edərək onları xaraba qoyduğunu, bunun üçün rus çarının şahdan razılıq tələb etdiyini bildirdi. Böyük vəzir təsdiqlədi ki, həqiqətən də üsyançılar kömək üçün bizə üz tutdular[35]. Lakin Rusiya səfirinin təqdim etdiyi arqumentlərə cavab olaraq onu əmin etdiki, Rus İmperatoru tam razı olmayana qədər biz onlara kömək etməyəcəyik[36].

1722-ci ilin yazında Hacı-Davud Gəncəni mühasirəyə aldı. Rusiyanın dəstəyindən bəhrələnən Kartli kralı VI Vaxtanq 40 minlik ordu ilə şəhərin köməyinə gəldi. Bunu bilən Hacı-Davud VI Vaxtanqın ordusu ilə vuruşmaqdan çəkindi və on ikinci gün Gəncənin mühasirəsini qaldırdı. Hacı Davud dövlətinin paytaxtı olmuş Şamaxıya doğru irəliləmək üçün şahdan dəfələrlə əmr almasına baxmayaraq VI Vaxtanq onu təqib etmədi[23][37][38][39][24].

1722-ci il mayın 30-da 17 günlük mühasirədən sonra Hacı Davud Ərdəbili alıb talan etdi[3][40][41][42][43].

III Əhməd
III Əhməd

Oktyabrda Hacı-Davud Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü zamanı ruslar tərəfindən işğal edilmiş Dərbəndi mühasirəyə aldı və onun ətrafındakı əraziləri talan etdi[44][45].

31 dekabr 1722-ci ildə Osmanlı Sultanı III Əhməd Hacı Davudu Osmanlı vətəndaşlığına qəbul etdi. Ona xan titulu və ali hökmdar kimi Şirvan, Şəki, LəzgistanDağıstan üzərində hakimiyyət verildi[46]

[47][48]. O Krım xanı hüququnu qazandı(İmperiya içində vassal krallıq). Hacı Davud, Bədrəddin Əli bəyin dediyinə görə, Carın zadəgan əhlini də idarə edirdi[11].

Eyni zamanda, Adil-Girey Tarkovskinin vasitəçiliyi ilə Şirvanda və Şəkidə hakimiyyətə iddialı olan Qazıqumuxlu I Surxay xan 1722-ci il dekabrın 12-də Rusiya ilə danışıqlara girdi, və artıq 1723-cü ildə o, mülklərinə basqın edərək Hacı Davudla müharibəyə başladı[49][50].

1722-1723-cü illərin sonunda Hacı Davudun səyləri ilə yaradılmış dağlı feodal hökmdarlarının anti-Səfəvi koalisiyası praktiki olaraq dağıldı. Böyük feodal hökmdarlarından yalnız Əli Sultan Tsaxurski onu dəstəkləməkdə davam edirdi. Səfəvilərə qarşı koalisiyanın dağılması kontekstində Hacı Davud digər feodal hökmdarlarını da öz tərəfinə çəkməyə çalışır, bəzən hədə-qorxu və basqınlara əl atırdı. Xüsusilə, 1722 və 1723-cü illərdə rus qoşunlarına qarşı çıxmaqdan imtina etdikləri üçün Tabasaran Maisumunun mülkləri, o cümlədən sonuncuların iqamətgahı olan Xuçni kəndi dağıdıldı[51]

[52].

Osmanlı məmuru Bədrəddin Əli bəyin bildirdiyinə görə, Hacı Davud Təbrizi ələ keçirmiş, lakin ərzaq ehtiyatı yetərli olmadığından geri çəkilmək məcburiyyətində qalmışdır. Belə ki, o, “Qaimə” əsərində yazır[53]:

Hacı Davud Şirvanın sünni döyüşçüləri və ləzgilərlə birlikdə yuxarıda adı çəkilən Muğan çölündən keçərək Təbrizə gəldi və Uca Allahın izni ilə şəhəri ələ keçirdikdən sonra bütün yoldaşlarını bir yerə toplamaq qərarına gəldi və Rəvana, Eçmiədzinə getməyə hazır idi, bu firavan ildə azuqələrinin olduğunu - ətraf rayonlarda aclıq olduğunu - taleyin hökmü ilə kifayətlənib geri qayıtdıqlarını nəzərə almışdı.

İstanbul Müqaviləsi və Xan kimi tanınması

[redaktə | mənbəni redaktə et]

1724-cü il iyunun 13-də İstanbulda (Konstantinopol) Zaqafqaziyanın Rusiya və Osmanlı imperiyaları arasında bölünməsi haqqında müqavilə imzalandı: Osmanlı İmperiyası Rusiyanın Xəzəryanı vilayətlərini İran tərəfindən könüllü olaraq ona verilmiş kimi tanıdı; Rusiya Zaqafqaziyanın qalan hissəsini Osmanlı İmperiyası kimi tanıdı. Hacı Davud Krım xanının hüququnu, yəni Osmanlı İmperiyasının tərkibində vassal hökmdar hüququnu aldı. Ona sultanın xüsusi fərmanı, qoşa muncuqlu paşa rütbəsi (birinci dərəcəli), quyruqlu bayraq, 30 min çervon pul verildi.

Müqavilənin ikinci şərtinə görə, Şirvan xanın iqamətgahı Şamaxıya xüsusi xanlıq statusu verildi. Lakin Şamaxı xanı Osmanlı dövlətinə tabe olmaqdan imtina edərsə və ya şamaxılılar üsyana qalxarsa, Osmanlı ordusunun Şamaxıya daxil olmasına icazə verilirdi. Lakin Osmanlı ordusu Küru keçməzdən əvvəl bunu rus ordularının komandanlığına bildirməlidir.

Bundan sonra hər iki imperiya Davud Xanın yaratdığı dövləti tanıdı.

Amma Davud xan müqavilənin şərtləri ilə razılaşmırdı. Buna səbəb Rusiyanın işğal etdiyi Xəzəryanı sahələr təsərrüfat üçün əlverişli yerlər idi. Böyük ticarət yollarıda buralardan keçdiyi üçün Davud xan dövlətin iqtisadi cəhətdən geri qalacağını anlamışdı.

Şirvan Xanı kimi səlahiyyətləri

[redaktə | mənbəni redaktə et]

Qazıqumuxlu Surxay xan müqaviləni tanımaqdan imtina etdi, ona görə də Şirvan xanlığı Davud xana yox, məhz ona verilməli idi. Osmanlı dövləti başda bu istəklərə qulaq asmırdı. Amma sonradan Davud xanın müstəqil hərəkət etməsindən çəkinərək onu dövlətin başından aldı. Və Surxay xanı onun yerinə gətirdi[54]. Davud xan bunu qəbul etmədi və Şirvan xanlığı vəzifəsini yerinə yetirməyə davam etdi.

1725-ci ildə Sarı Mustafa Paşanın komandanlığı ilə türk ordusu Rusiya ilə ötən il bağlanmış müqavilənin şərtlərinə zidd olaraq Şirvana soxuldu. Lakin Hacı-Davud onu Kür çayı yaxınlığında məğlub etdi[55][56].

Bu dövrdə Davud xan xarici siyasət fəaliyyəti bütünlüklə qonşu dövlətlərin aqressiv istəklərinin qarşısını almağa və müstəqillik əldə etməyə yönəlmişdi. Türklər bundan öz maraqları naminə istifadə etməyə çalışırdılar. Rusiya da ona qarşı düşmənçilik edirdi. Dağıstan feodal hökmdarlarının dəstəyini itirən Hacı Davud özünü tamamilə siyasi təcrid vəziyyətinə saldı. Amma belə şəraitdə də o, müstəqil siyasət yürütməkdə davam edirdi.

Davud xan bütün hərəkətlərinə görə təkcə ləzgilərin deyil, Şərqi Qafqazın digər sünni xalqlarının da geniş dəstəyinə arxalanırdı. Amma müharibənin bərbad olduğu ölkədə, xarabalıq və yoxsulluq şəraitində əhalinin dəstəyi sonsuz ola bilməzdi. Hacı Davud bunu başa düşdü və xalqın ağır vəziyyətini yüngülləşdirmək üçün əlindən gələni etdi. Bunun üçün əsasını ipəkçilik təşkil edən ölkə iqtisadiyyatını dirçəltmək lazım idi: ipək fabrikləri bərpa olundu; ticarət canlandı, bunu İ. G. Gerber sübut edir[57]. Lakin ölkənin iqtisadi dirçəlişinin qarşısında xeyli çətinliklər dayandı: Şirvanın şərqi Xəzər rayonları, BakıDərbənd kimi mühüm ticarət-iqtisadi mərkəzlərlə yanaşı, MüşkürŞabran kimi taxılla zəngin vilayətlər də Rusiya tərəfindən işğal edildi[57]. Ölkənin iqtisadi dirçəlişinə Türkiyənin davamlı intriqaları və bəzi Dağıstan feodallarının basqınları mane olurdu.

Şamaxı şəhərinin təsviri. 1729-cu il. Rəssam: Piter van der Aa.
Şamaxı şəhərinin təsviri. 1729-cu il. Rəssam: Piter van der Aa.

Şirvanın iqtisadiyyatının bərpası ilə paralel olaraq Davud xan ölkədə siyasi nüfuzunun gücləndirilməsinində qayğısına qaldı. Sünnilik dövlət dini elan edildi[57]. Yeni hökumət strukturlarının yaradılması istiqamətində tədbirlər həyata keçirildi. Rusiyanın işğal etdiyi bölgələrdə yaşayan sünnilər şirvan ərazisinə köç edirdilər. Dövlət dini sünnilik olan Şirvandaki şiələr isə şərqdə Rusiyanın işğalında olan ərazilərə köç edirdilər.

1727-ci ildə Davud xan ikinci dəfə Rusiya ilə danışıqlara başladı[58]. Lakin ruslar Türkiyə ilə müqaviləni pozmaq istəmədiklərini əsas gətirərək Davud xanı dəstəkləməkdən yenə də imtina etdilər. Tezliklə general Rumyantsevin komandanlığı ilə rus qoşunları Xəzər dənizindən 40 verst (44 kilometr) aralıda, Bəlbələ çayının sahilində Davud xan tərəfindən 1720-ci ildə əsası qoyulmuş Təngə (Sabrum) qalasına hücum etdi[27]. Qalanın müdafiəsinə Davud xanın oğlu Süleyman bəy başçılıq edirdi.

Həmin il II Şah Təhmasib Muğan Sultanı vasitəsi ilə müttəfiqlik münasibətlərinə girmək təklifi ilə Davud xana müraciət etdi[59]. Hacı Davud müttəfiqlərə ehtiyacı olsa da şahdan imtina etdi. Tezliklə rus qoşunlarının komandanlığı şahın Hacı Davudu öz tərəfinə çəkmək cəhdindən xəbərdar oldu[60][61].

Sürgün edilməsi və ölümü

[redaktə | mənbəni redaktə et]

1728-ci ilin mayında Davud xan türk sultanı tərəfindən Gəncədəki danışıqlara dəvət olunur. Hacı Davud bu dəvəti qəbul edir və ailəsi, o cümlədən dörd oğlu və iki qardaşı və ətrafı ilə oraya gəldi. Lakin onun müstəqillik istəyi və nəzarətsizliyi Türkiyə hakimiyyətini qorxuya saldı, ona görə də Gəncəyə gəldikdən sonra həbs edildi və oktyabrın 5-də ailəsi və yaxınları ilə birlikdə Türkiyəyə aparıldı. Əvvəlcə Rodosa[62][63], sonra isə Geliboluya sürgün edildi. Digər məlumatlara görə, Hacı-Davud Kiprə sürgün edilmişdir. O, təxminən 1735-1736-cı illərdə vəfat edib.

Xatirəsi və Mirası

[redaktə | mənbəni redaktə et]

Olduqca əlverişsiz şəraitdə və çətin coğrafiyada olmağına baxmayaraq, Hacı Davudun milli və dini azadlıq hərəkatı öz təsirini göstərmişdi. Hacı Davudun dövründən sonra indiki dövrə qədər ləzgilər və dağıstan xalqları müstəqillik uğrunda bir çox savaş keçirmişdir. Hacı Davud bir çox tarixi şəxsiyyətə ilham qaynağı olmuşdur. O hal hazırda dağıstan xalqlarının milli qəhrəmanı olaraq anılır. Ləzgilər ona Böyük Ata kimi müraciət edirlər.

Hacı Davudun aforizmləri

[redaktə | mənbəni redaktə et]
  • Xalq heç vaxt günahkar deyil — lider günahkardır.
  • Qılınc yarası sağalar, sözdən gələn yara — yox.
  • Əgər it dişləyirsə, ona ya sümük, ya da çubuq lazımdır.
  • Ləzgi, ləzgini necə görmək istəyirsən, elə ol!
  • Cəsarətli başlanğıc qələbəni yaxınlaşdırır.
  • Kiçik bir bıçaq böyük adamı yerə yıxır.
  • Yumruğa yumruqla, şilləyə xəncərlə cavab ver.
  • Müsəlmanın Allahın qəzəbindən başqa qorxusu yoxdur!
  • Düşmən güclü olanda hiyləgərlik imdadına çatır.
  • Düşmən daha güclüdürsə, hiylənizi kəskinləşdirin.
  1. "Николай Иванович Павленко. Очерки истории СССР: Период феодализма. Россия в первой четверти XVIII в. Преобразования Петра I. Изд-во Академии наук СССР, 1954 — С.605". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  2. 1 2 "Abbasqulu ağa Bakıxanov,Gülüstani-İrəm". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-09.
  3. 1 2 Гербер И. Г. Описание стран и народов вдоль западного берега Каспийского моря // История, география и этнография Дагестана XVIII-ХIХ вв. Архивные материалы. М.: Изд. вост. лит-ры, 1958 — C.605]
  4. Бутков, Петр Григорьевич. Butkov Petr Qriqoryeviç. 1722-ci ildən 1803-cü ilə qədər Qafqazın yeni tarixi üçün materiallar - Sankt-Peterburq, 1869. - S. 10. - 548 s. (Rusca). 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
  5. [В.Г. ГАДЖИЕВ. Русско-дагестанские отношения в XVIII— начале XIX в.: Сборник документов. — МОСКВА: Наука, 1988. — С. 6. — 357 с V.G. QACİEV. 18-19-cu əsrin əvvəllərində Rusiya-Dağıstan münasibətləri: Sənədlər toplusu. - MOSKVA: Elm, 1988. - S. 6. - 357 s.] (#bad_url) (Rusca).
  6. Süleymanov, Nizami. Süleymanov N. Azərbaycan Səfəvilər dövləti (1501-1736- cı illər). — BAKI: “İqtisad Universiteti” Nəşriyyatı, 2018. — С. 110 (PDF). 2023-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-09.
  7. Mustafazadə Tofiq. Quba xanlığı. Bakı, Elm – 2005.
  8. Qafqaz Toplusu, Cild 6 -- Səh.48 (Rusca).
  9. Rus qoşunlarının hərbi münaqişələri, kampaniyaları və hərbi əməliyyatları, 1700-1914. II cild (Rusca). (#first_missing_last)
  10. Yunusov A.S. Azərbaycanda islam // Monoqrafiya. - 2004. - S. 43 (PDF) (Rusca). 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-09.
  11. 1 2 "BƏDRƏDDİNZADƏ ƏLİ BƏY. Qaimə (rus) // AzSSR EA xəbərləri. "Tarix, Fəlsəfə və Hüquq" seriyası: Jurnal. - 1988. - No 3. 15 may 2022-ci il tarixində orijinaldan arxivləşdirilib". 15 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2023.
  12. Сборник сведений о Кавказе / Под ред. Н. Зейдлица. — Тифлис: Типография Главного Управления Наместника Кавказского, 1879. — Т. 5.
  13. Rabadanova Albina Umalatovna. XVIII-XIX ƏSRLƏRİN ORTALARI - 19-cu ƏSRLƏRİN ƏVVƏLLƏRİNDƏ ŞİMAL-ŞƏRQİ QAFQAZ XALQLARI (PDF). 2023-06-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-09.
  14. "Как Пётр I Включал В Состав России Прикаспийские Провинции". 2020-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
  15. Müəlliflər komandası. 18-21-ci əsrin əvvəllərində müharibələr və Rusiyanın cənubunun əhalisi. Demoqrafik proseslər və nəticələr.
  16. N.A.Maqomedov. 18-19-cu əsrin birinci yarısında Cənubi Dağıstan və Azərbaycan xalqları arasında iqtisadi, siyasi və mədəni aspektlərdə münasibətlər. - Mahaçqala: Epoxa, 2004. - S. 199. - 63 s.
  17. Qafqaz müharibələrinin başlanğıcından Gürcüstanın ilhaqına qədərki tarixi kontur. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-09.
  18. "ЗУБОВ П. П. КАРТИНА КАВКАЗСКОГО КРАЯ ПРИНАДЛЕЖАЩЕГО РОССИИ И СОПРЕДЕЛЬНЫХ ОНОМУ ЗЕМЕЛЬ; ЧАСТЬ IV. 1835". 2023-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-10.
  19. 1 2 Голиков И. И. Деяния Петра Великого, мудрого преобразователя России, собранные из достоверных источников, расположенных по годам. В 6 т. М., 1838. Т.6. С.37-38.
  20. Соловьёв С.М. История России. Кн.IX. Т.17-18. С.362.
  21. Абдулгалимов А.Р. СОЮЗНИКИ И СПОДВИЖНИКИ ХАДЖИ – ДАВУДА // ВЕСТНИК СОЦИАЛЬНО-ПЕДАГОГИЧЕСКОГО ИНСТИТУТА. — 2017. — № 2 (22). — С. 41.
  22. История Ирана с древнейших времен до конца XVIII века / Под ред. Струве В. В.. — Л.: Издательство Ленинградского университета, 1958. — С. 310.
  23. 1 2 Есаи Асан Джалалян. Краткая история страны Албанской (1702-1722 гг.). Баку: Элм. 1989.
  24. 1 2 Алиев Ф. М. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII в. Баку: Элм. 1975. С.33.
  25. Соловьёв С. М. История России. Кн. IX. Т.18. С.381.
  26. Соймонов Ф. И. Описание Каспийского моря и чиненых на оном российских завоеваний, яко часть истории Государя императора Петра Великаго // Ежемесячные сочинения об ученых делах. СПб., 1763, январь. С.31.
  27. 1 2 Бутков П. Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 год. СПб.: Тип. Императорской АН, 1869. Ч. 1.
  28. Тамай А. Восстание 1711—1722 гг. в Азербайджане // Учёные записки Института истории, языка и литературы им. Г. Цадасы. Махачкала, 1957. Т.3. С.87-88.
  29. О борьбе дагестанцев против иранских завоевателей. С.198.
  30. РГАДА. Ф. Кабинет Петра I. Отд.1. Кн.54. Л.667.
  31. АВПРИ. Ф.89: Сношения России с Турцией. 1722. Д.6. Ч.1. Л.30.
  32. Цит. по: Соловьёв С.М. История России. Кн.IX. Т.17-18. С.364.
  33. АВПРИ. Ф.89: Сношения России с Турцией. 1722. Д.16. Л.2-3.
  34. АВПРИ.Ф.89:Сношения России с Турцией.1722.Д.4.
  35. 1 2 Тер-Авакимова С. А. Армяно-русские отношения в период подготовки Персидского похода. Ереван: Изд. АН Арм. ССР. 1980. С.64.
  36. Соловьёв С. М. История России. Кн.IX. Т.17-18. С.381.
  37. Ризванов З. Д., Ризванов Р. З. История лезгин. С.20.
  38. Левиатов В. Н. Очерки из истории Азербайджана в XVIII в. Баку: Изд. АН Аз. ССР. 1948. С.74.
  39. Маркова О. П. Россия, Закавказье и международные отношения в XVIII в. М.: Наука, 1966. С.104.
  40. «Каиме» Бедреддинзаде Али-бея // Известия АН Аз. ССР. Серия: История, философия, право. Баку,1988.№ 3. С.39.
  41. Из донесения лейтенанта А. И. Лопухина Петру I от 31 июля 1722 г. // Русско-дагестанские отношения в XVIII — начале XIX вв.: Сб. док. / Сост. В. Г. Гаджиев, Д-М. С. Габиев, Н. А. Магомедов, Ф. З. Феодаева, Р. С. Шихсаидова. М.: Наука, 1988. С.34.
  42. пер. А. Р. Шихсаидова: О борьбе дагестанцев против иранских завоевателей // Дагестанские исторические сочинения. www.vostlit.info. М: Наука (1993). 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-10.
  43. Муртазаев А.О. Кайтаг в VIII - первой половине XIX в. (Исследование политической истории и роли в системе политических структур Северо-Восточного Кавказа) / Б.Г. Алиев. — Махачкала: ИИАЭ ДНЦ РАН, 2015. — С. 295—302. — 490 с (PDF). 2022-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-10.
  44. «Лист» — перевод дербентского наиба к Петру I. 21 октября 1722 г. // РФ ИИАЭ ДНЦ РАН. Ф.1. Оп.1. Д.59. Л.175.
  45. Русско-дагестанские отношения XVII — первой четверти XVIII вв. С.277.
  46. Гаджиев В. Г. Роль России в истории Дагестана. М.: Наука, 1965. С.62.
  47. Н. А. Сотавов. Крах «Грозы Вселенной» в Дагестане.
  48. Б. Б. Ханарсланова. Дагестан и Ширван в русско-иранских, русско-турецких и ирано-турецких отношениях в период вхождения в состав России (1722—1735) (PDF). 2018-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-10.
  49. Русско-дагестанские отношения XVII — первой четверти XVIII вв. С.273-274.
  50. Сотавов Н. А. Северный Кавказ в русско-иранских и русско-турецких отношениях в XVIII в. М.: Наука, 1991. С. 65.
  51. РГАДА. Ф.: Коллегия иностранных дел. Сношения России с Персией. 1722. Д.23. Гл.2.
  52. Рамазанов X. X., Шихсаидов А. Р. Очерки истории Южного Дагестана. Махачкала: Институт истории, языка и литературы им. Г. Цадасы. 1964. С.175.
  53. Qaimə” Bədrəddinzadə Əli bəy // EA İzvestiya Az. SSR. Seriya: Tarix, fəlsəfə, hüquq. Bakı, 1988. No 3.
  54. А. В. Комаров. Казикумухские и кюринские ханы. — ССКТ, Тифлис. 1869. вып. 11.
  55. АВПРИ. Ф.77: Сношения России с Персией. 1725. Оп.1. Д.5.Л.238.
  56. Алиев Ф. М. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII в. Баку: Элм. 1975. С.77.
  57. 1 2 3 Гербер И. Г. Описание стран и народов вдоль западного берега Каспийского моря // История, география и этнография Дагестана XVIII-XIX вв. Архивные материалы. М.: Изд. вост. лит-ры, 1958.
  58. Неверовский А. А. Краткий исторический взгляд на Северный и Средний Дагестан в топографическом и статистическом отношениях до уничтожения влияния лезгинов на Закавказье. СПб., 1847.
  59. От Рамазан солтана писаное письмо Хаджи-Дауд хану. АВПРИ. Ф.77: Сношения России с Персией. Оп.1. 1727. Д.9. Л.468б, 469а.
  60. АВПРИ. Ф.77: Сношения России с Персией. Оп.1. 1727. Д.9. Л.463а.
  61. Алиев Ф. М. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII в. Баку: Элм. 1975. С.82.
  62. Prof. Dr. Orhan Kiliç, Zeynep Kurt. 13 Numarali Ve 1727–1730 Tarihli Mühimme Zeyli Defteri (Değerlendirme- Transkripsiyon- Dizin). Yüksek Lisans Tezi. Danişman Hazirlayan (PDF).
  63. Uğur Ünen. XVIII. Yüzyilda Osmanli İdaresinde Rodos Adasi (neh/) // Aydin. — 2013. — С. 68–69 (PDF).
  • Ənvər Çingizoğlu, Hacı Davud Müşkürlü, "Soy" elmi-kütləvi dərgi, 2009, № 8, səh.40–47;
  • Ənvər Çingizoğlu, Gəncə-Qarabağ əyaləti tarixinə dair sultan hökmləri (1727–1730-cu illər), Bakı, "Mütərcim", 2013, 272 səh.
  • Abbas-Quli-Ağa Bakıxanov. Gülüstan-i İrəm. - B.: Elm, 1991. - 304 s.
  • Yesay Həsən-Cəlalyan. Albaniya ölkəsinin qısa tarixi (1702-1722). - B.: Elm, 1989. - 48 s.
  • A. A. Butaev. Müşkürlü Hacı-Davudun başçılığı ilə Şərqi Qafqazda xalq-azadlıq hərəkatı: XVIII əsrin birinci üçdə biri. - Mx.: Mavel, 2006. - 159 s.
  • I. V. Kurukin. Böyük Pyotrun fars kampaniyası. Xəzər dənizi sahillərində aşağı korpus (1722-1735). - M.: Quadriga; Rusiya Daxili İşlər Nazirliyinin birgə redaksiyası, 2010. - 381 s.
  • V. N. Leviatov. 18-ci əsr Azərbaycan tarixinə dair oçerklər. - B.: Red. AN Az. SSR, 1948. - 190 s.
  • F.M.Əliyev. XVIII əsrin birinci yarısında Azərbaycanda İran əleyhinə etirazlar və türk işğalına qarşı mübarizə. - B.: Elm, 1975. - 230 s.
  • X. X. Ramazanov, A. R. Şıxsəidov. Cənubi Dağıstanın tarixinə dair esselər. - Mx.: adına Tarix, Dil və Ədəbiyyat İnstitutu. G. Tsadasy, 1964. - 278 s.
  • Yaşar BAŞ. Şirvan hanı Hacı Davud, siyasi mücadelesi, sürgün hayatı ve ailesi. -Ekev Akademi Dergisi.