Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peleşas
Peleşas (xorv. Pelješac, it. Sabioncello) — Xorvatiyanın cənubunda yerləşən yarımada. Yarımadanın uzunluğu 70 km, eni 3–8 km arasında dəyişir. Peleşas materiklə ensiz bərzəxlə birləşir. Burada Stion şəhəri yerləşir. Yarımada materikdən Neretvan körfəzi, Mlet adasından Mlet boğazı, Korçula adasından Paeleşas boğazı ilə ayrılır. Yarımadanın ən ucqar nöqtəsi Müqəddəs İli dağıdır (961 m). Dağın ətəklərində Orebiç şəhəri vardır. İnzibati baxımından 4 icmaya bölünür.
Qələgah
Qələgah — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Yerli tələffüz formaları "Qalagə", "Qələyə", eləcə də "Qələgah" və yaxud "Qələgah"dır. Sözün birinci komponenti olan qala (qələ) sözü yerli şivələrdə qala və yaxud qələ varianlarında işlənmişdir. Gah komponenti yerli şivələrdə gəh və gə variantlarında işlədilir. Mənşəcə İran dillərinə məxsus olan gah ünsürü həmin dillərdə (xüsusilə qədim və orta fars dillərində) "yer, məkan", "vaxt", "taxt-tac" mənaları daşıyan müstəqil söz kimi işlənmişdir. Müasir İran dillərində gah söz-şəkilçi funksiyasını yerinə yetirir. Linqvistik və ekstralinqivistik faktlar göstərir ki, bu yolla yaranmış mürəkkəb oykonimlər Azərbaycan toponimlər sistemində qədim yaşayış məntəqəsi adlarındandır. Onlar "gah"ın həm İran, həm də türk dillərində məhz müstəqil leksik vahid kimi işləndiyi dövrlərdə meydana gəlmişdir. Həm də toponimlərin tərkibindəki bu format başqa mənalarda deyil, məhz "yer, məkan" mənasında işlənmişdir. Topoformatın incə semantik çalarına diqqət edildikdə məlum olur ki, onda "yer, məkan" mənası ilə yanaşı, "kənd,yaşayış yeri, yaşayış məskəni" çaları daha güclüdür.
Sakicanq Pelepah
Sakicanq Pelepah (malay Pulau Sakijang Pelepah) — Sinqapur dövlətinin ərazisinə daxil olan, Sinqapur boğazında yerləşən ada. Bəzən "Lazaraya adası" olaraq anılır. Tekambul və Sakicanq Bendera adaları arasında yerləşir. Sakicanq Bendera adasına körpü ilə birləşir. Ada aktiv istirahət edən turistlər üçün əla bir məkandır. Burada vindsörfinq və yelkənli idman növləri üçün şərait vardır..
Eleqaz açarı
Eleqaz açarı — elektrik qövsünün söndürülmə vasitəsi kimi eleqazdan istifadə olunan, enerjisistemdə normal və ya qəza rejimlərində əl ilə, məsafədən və ya avtomatik olaraq dövrə hissəsinin və ya elektrik avadanlığının operativ qoşulması və açılması üçün nəzərdə tutulmuş yüksək gərginlik açarlarının bir növüdür. == Giriş == Bu günkü gündə, eleqazın qövssöndürücü vasitə kimi istifadəsi sıxılmış hava və yağ ilə müqayisədə daha təsirlidir və yüksək və ultra yüksək gərginlikli dəyişən cərəyan açarlarının inkişafı üçün ən perspektivli və sürətlə inkişaf edən bir istiqamətdir. Eleqaz avadanlıqlarının əsas üstünlükləri eleqazın unikal fiziki-kimyəvi xüsusiyyətləri ilə müəyyən edilir. Düzgün istifadə ilə, eleqaz köhnəlmir və yağ kimi xüsusi qulluğa ehtiyac duymur. Eleqaz açarlarına aşağıdakılar xasdır: kompaktlıq; uzun müddətli istismarın mümkünlüyü; nominal gərginliklərin geniş diapazonu (6–1150 kV); yanğından təhlükəsiz olması və yüksək xidmət təhlükəsizliyi. Eleqaz açarları 1980-ci ildən bəri intensiv şəkildə inkişaf etdirilməyə başlandı və 110 … 1150 kV gərginliklərdə və 80 kA qədər cərəyanlarda böyük perspektivlərə malikdir. Texniki cəhətdən inkişaf etmiş ölkələrdə yüksək və ultra yüksək gərginlikli (110–1150 kV) eleqaz açarları demək olar ki, bütün digər aparatları əvəz etdi. Həmçinin, aparıcı xarici şirkətlər demək olar ki, 110 kV və daha yüksək gərginlik sinifləri üçün komplekt eleqaz tipli paylayıcı quruluşların və eleqaz açarlarının istehsalına tamamilə keçid etdilər. == Eleqaz açarının quruluşu == Konstruksiyasına görə sütunşəkilli və çənli açarlara bölünürlər. Sütunşəkilli olanlar az həcmli yağlı açarlarından görünüşü və ölçüsü ilə əsaslı şəkildə fərqlənmir.
Peleqi adaları
Peleqi adaları (yun. πέλαγος, pélagos;it. Isole Pelagie) — Aralıq dənizində Tunis ilə Malta arasında yerləşən adalar qrupu. Peleqi adalarına üç ada daxildir: Lampedusa, Linosa və Lampione adaları. Adaların idarə mərkəzi və əsas adası Lampedusa adasıdır. İtaliyanın ərazisi hesab olunan Peleqi adalar qrupu Siciliya bölgəsinin tərkibinə daxildir.