Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pərdələr
Pərdə — qapı, pəncərə və digər yerlərdən asılan örtük və ya bir yeri iki hissəyə ayırmaq üçün istifadə edilən iri parça. == Tarixi == Qədim dövrlərdən üfüqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzədilmiş uzun saçaqlı, ağ rəngli qalın yun parçadan hazırlanardı. Həyətdən evə və yaxud da çadır, alaçıqların giriş qapısının örtülməsi üçün Azərbaycanda istifadə edilərdi.Keçmiş zamanlarda bu məqsədlə kilim, cecim və s. kimi müxtəlif xovsuz xalçalardan, eləcə də tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərində pərdə əvəzi kimi xovlu xalçalar asılardı, bəzən elə bu xalçalar qapını əvəz edərdi. == Müasir pərdələr == Müasir pərdələrin otaqların ümumi görkəminə təsiri böyükdür. Onları da ən azından mövsümə görə dəyişmək lazımdır. Hər bir otağın xüsusiyyətindən asılı olaraq müxtəlif materiallardan hazırlanmış, müxtəlif rəngli pərdələr istifadə olunmalıdır. Qonaq otağı üçün isti rəngli, yataq otağına sadə, sakit, mülayim tonlu pərdələr, uşaq otağına əhval-ruhiyyəni yüksəldən rənglərdən olan pərdələr daha yaxşıdır. Mətbəx üçün ən uyğun pərdələr ağacdan hazırlanmış qatlanan pərdələrdir.
Ərdənəy
Ərdənəy Xan - türk və altay mifologiyasında xəbər tanrısı. Tanrıların xəbərlərini insanlara çatdırır. Qasidləri qoruyar. Uçan ağ bir atı vardır. Həvarilərin başlarına zərər gəlməsinə mane olar. Ötürülən xəbərlərin olduğu kimi, dəyişdirilmədən yerinə çatdırılmasında əhəmiyyəti vardır. Türk nağıllarında Çapan/Çapar (atlı xəbərçi, atlı qasid)lar vardır və atları üç gün-üç gecə dayanmadan yol gedir. Ya da hər şəhərdə bir at dəyişdirərək və atın üstündə yataraq yol alarlar. Ərdənəy tərəfindən qorunarlar. == Etimologiya == (Ər/Er) kökündən törəmişdir.
Tərzənəq
Tərzənəq (fars. ترزنق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 497 nəfər yaşayır (114 ailə).
Erdenet
Erdenet (ing. Erdenet, monq. Эрдэнэт) - Monqolustanın Orxon aymakının mərkəzi şəhəri. Şəhər Selenga və Orxon çayları arasındakı Orxon vadisində, paytaxt Ulan-Batordan 241 km şimal-qərbdə yerləşir. Şəhərin sahəsi 208,0 km2, əhalisinin sayı isə 83 379 nəfərdir. == Tarixi == Erdenet, Monqolustanın ən yeni yaşayış məskənlərindəndir. 1950-ci illərdə böyük mis yatağı kimi aşkarlanmış və 1974-cü ildə əsası qoyulmuşdu. Trans-Monqol dəmir yol xətti ilə Erdeneti 1977-ci ildə istifadəyə verilən 121 km-lik dəmiryolu xəttinin açılışı oldu. 1980-cı illərin ortalarında əhalinin böyük qismi mühəndis və ya şaxtaçı işləyən ruslardan ibarət idi.1990-cı ildə Sosializmin süqutundan sonra ruslar şəhəri tərk etdi. Bu gün əhalinin 10%-i rusdur.
Ərvənəq
Ərvənəq nahyəsi — XIV əsr-XIX əsrlərdə inzibati ərazi. Təbriz xanlığına bağlı mahallardan biri. Ərvənəq (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd.
Ərzənəq
Ərzənəq (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Ərzənəq (Sərab) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd.
Hərzənəq (Şəbüstər)
Hərzənəq (fars. هرزنق‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (32 ailə).
Sərdərəq (Miyanə)
Sərdərəq (fars. سردرق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 69 nəfər yaşayır (23 ailə).
Ərvənəq (Ərdəbil)
Ərvənəq (fars. اروانق‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 269 nəfər yaşayır (56 ailə).
Ərvənəq mahalı
Ərvənəq mahalı — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Təbriz xanlığına bağlı mahallardan biri. == Qısa bilgi == Sahəsi - Əhalisi - türklər Mərkəzi— Şəbüstər qəsəbəsi Sərhədləri — == Tarixi == Bu mahala tarixi ədəbiyyatda bəzən Güney mahalı da deyilir. Ərvənəq mahalı Təbrizin qərbində, üç fərsəng (21 kilometr) məsafədə yerləşir. Orada 30 kənd var idi. Onların əksəriyyəti o qədər böyük idi ki, hər biri qəsəbəyə (Sis, Şəbistər, Ayqan , Kuzekonan, Sofiyan) oxşayırdı. Maraqlıdır ki, Həmdullah Qəzvini qəsəbə adlandırdığı həmin yerləri Rəşidəddin «qəryə» kimi qeyd etmiĢdir. Bundan da belə bir nəticəyə gəlmək olar ki, bəhs etdiyimiz dövrdə «qəryə» müasir qəsəbəni, «deh» isə kəndi xatırladır. Qəryə kənddən xeyli böyük idi.
Ərvənəq nahyəsi
Ərvənəq mahalı — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Təbriz xanlığına bağlı mahallardan biri. == Qısa bilgi == Sahəsi - Əhalisi - türklər Mərkəzi— Şəbüstər qəsəbəsi Sərhədləri — == Tarixi == Bu mahala tarixi ədəbiyyatda bəzən Güney mahalı da deyilir. Ərvənəq mahalı Təbrizin qərbində, üç fərsəng (21 kilometr) məsafədə yerləşir. Orada 30 kənd var idi. Onların əksəriyyəti o qədər böyük idi ki, hər biri qəsəbəyə (Sis, Şəbistər, Ayqan , Kuzekonan, Sofiyan) oxşayırdı. Maraqlıdır ki, Həmdullah Qəzvini qəsəbə adlandırdığı həmin yerləri Rəşidəddin «qəryə» kimi qeyd etmiĢdir. Bundan da belə bir nəticəyə gəlmək olar ki, bəhs etdiyimiz dövrdə «qəryə» müasir qəsəbəni, «deh» isə kəndi xatırladır. Qəryə kənddən xeyli böyük idi.
Ərzənəq (Germi)
Ərzənəq (fars. ارزنق‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 188 nəfər yaşayır (42 ailə).
Ərzənəq (Sərab)
Ərzənəq (fars. ارزنق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,407 nəfər yaşayır (250 ailə).
Peçeneq–Kiyev münasibətləri
Şərqi Avropa düzənliklərinə tam sahib olan ruslarla ilk qarşılaşmaları 915-ci ilə aid edilir. Rus salnaməçilərinin yazdığına görə, «Kiyev knyazı ilə barışıq imzalayan peçeneqlər Dunaya doğru getdilər». Bizans tarixçiləri rusların peçeneqlərsiz heç nəyə qadir olmadıqlarını - nə ticarət etməyi, nə də vuruşa bilmədiklərini yazırıdılar. 944-cü ildə Kiyev knyazı İqor peçeneqlərlə hərbi ittifaq quraraq, Bizans üzərinə birgə yürüş təşkil etdi. Yürüşün qarşısını almaq üçün Bizans imperatoru Roman müttəfiqlərə «qızıl doldurulmuş arabalar vermək məcburiyyətində qaldı». Peçeneqlər Kiyev knyazı Svyatoslavın 965-ci ildə Xəzər xaqanlığı üzərinə yürüşündə də fəal iştirak etdilər. Svyatoslavın 3 il sonra Xəzər xaqanlığı üzərinə peçeneqlərsiz yürüş təşkil etməsi ona baha başa gəldi. Kiyevi mühasirəyə alan peçeneqlər şəhər əhalisindən xeyli xərac aldılar. 971-ci ildə Svyatoslav yenə peçeneqlərdən xəbərsiz Dunay Bulqarıstanına qarətçi yürüş təşkil etdi. Dikbaş Kiyev knyazının bu hərəkətinin cəzası daha ağır oldu.