SİRAYƏTEDİCİ

sif.
1. Keçici, yoluxucu, sirayət edən.
[Sərdar:] Keçəllik, gözağrısı, qızdırma və başqa sirayətedici xəstəliklər xalqı qırıb qurtarır. P.Makulu.

2. məc. Başqalarına tez keçən.
Şirzad mülayim və sirayətedici baxışlarla Pərişanı süzərək sazı aldı və kökləməyə başladı. M.İbrahimov.
İndi hamı Nərgizin çəngələyib dağıtdığı və anasına göstərdiyi Rəşidin krem çəkilmiş işıldayan saçlarına baxır, sirayətedici qəhqəhədən adamların gözləri yaşarırdı. Ə.Məmmədxanlı.

Синонимы

  • SİRAYƏTEDİCİ sirayətedici bax yoluxucu
SİRAYƏT
SİRDAŞ

Значение слова в других словарях