Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pobeda
Pobeda (Arxangel) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Pobeda (maşın) — SSRİ istehsalı olan minik avtomobili. Pobeda kinoteatrı — Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr.
Pobeda (Arxangel)
Pobeda (başq. Победа, rus. Победа) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Arx-Latış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 21 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 27 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (36%), latışlar (27%) üstünlük təşkil edir.
Pobeda (maşın)
Qaz-M20 və ya Pobeda — SSRİ istehsalı olan minik avtomobili. Qorki Avtomobil Zavodu Qaz-11–73 maşınından sonra yeni 4-cü maşınını istehsal etdi. Bu SSRİ-nin 2-ci rəhbəri Josef Stalinin əmiri ilə qərarlaşdırıldı. Yəni II Dünya Müharibəsindən sonra oldu. 1946-cı ildə istehsal edildi. Düz 19 58-ci ilə qədər. Bu illərdə Qaz-M20 POBEDA-nın bir neçə eksportu istehsal edildi.Qaz-M20 POBEDA avtomobilinin 4*4 eksportuda vardır. Bu, M-72-dir. POBEDA eksportlarının və pobedanın ağırlığı 1460–1490 kq ağırlığı arasındadır. Qaz-M20 Pobeda bir neçə SSRİ ölkələrində yayılmışdır.
Pobeda kinoteatrı
Pobeda kinoteatrı — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində açılmış ən qədim kinoteatr. Kinoteatr Rostov vilayəti Novoçerkassk şəhəri Moskovskaya küçəsi ev 16 ünvanında yerləşirdi. Bina 1846-cı ildə inşa edilmişdir. Binada hazırda eyni adlı ticarət mərkəzi yerləşir. Binanın hazır ki, vəziyyəti idealdır. İki mərtəbədən ibarətdir. == Tarixi == Pobeda kinoteatrı (hazır ki, ticarət mərkəzi) Novoçerkassk şəhəri Komitetskaya və Moskva küçələrinin kəsişdiyi ərazidə yerləşir. Hazırda burada ticarət mərkəzi və mağazalar yerləşir. Bina 1846-cı ildə şəhər Tacir kazaklarının cəmiyyəti hesabına inşa edilmişdir. Cəmiyyət öz məqsədləri üçün binanın az bir qismini istifadə edirdi.
Fabada
Fabada - (Ispan dilində:fabada, fabada asturiana) - İspaniya, daha dəqiq deyilsə, Asturiya mətbəxinə aid ənənəvi yemək. Ağ lobya və kolbasadan hazırlanır. Yeməyin adı Asturiya dilində fabes sözündən yaranıb mənası yeməyin əsas ərzaqlarından biri olan lobya deməkdir. Fabada ilə oxşar yeməklər alman ayntopfu və İspan kosidosu hesab olunur.
Paenda
Qabriela Horn (alm. Gabriela Horn‎; d. 25 yanvar 1988, Doyçlandsberq, Ştiriya, Avstriya) və ya səhnə adı ilə Paenda — Avstriya müğənnisi və bəstəkarı. O, "Limits" mahnısı ilə Avstriyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == Qabriela Horn 25 yanvar 1989-cu ildə Avstriyanın Ştiriya əyalətində yerləşən Doyçlandsberqdə anadan olmuşdur. O, hələ altında yaşında ikən xorda oxumağa başlamış və 14 yaşından etibarən mahnı yazmağa başlamışdır. Qabriela gitara və pianoda ifa etməyi öyrənmişdir. O 20 yaşında Vyanaya köçmüş və orada musiqi təhsili almışdır. Hal-hazırda ifaçı Ottakrinq şəhərində yaşayır və orada musiqi ilə məşğul olur. O, eyni zamanda musiqi müəlliməsi kimi fəaliyyət göstərir.
Paleya
Tayaotu, çibançiçəyi, barkhauziya (lat. Crepis) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonim == == Növləri == Laləyarpaq tayaotu, laləyarpaq çibançiçəyi, laləyarpaq barkhauziya (Barkhausia rhoeadifolia Bieb.)(= Crepis rhoeadifolia Bieb.) Crepis achyrophoroides Vatke Crepis aculeata (DC.) Boiss. Crepis acuminata Nutt. Crepis aitchisonii Boiss. Crepis alaica Krasch. Crepis albescens Kuvaev & L.S.Demidova Crepis albida Vill. Crepis albida subsp. asturica (Lacaita & Pau) Babc. Crepis albida subsp.
Pamela
Pamela — ad. Pamela Anderson — Kanada əsilli ABŞ aktrisası və fotomodeli. Pamela Kosh – İngilis xarakter aktyoru. Pamela Spence — Türkiyəli rok müğənni.
Paqoda
Paqoda — Uzaq Şərq ölkələrində dini xarakterli tikili, buddizm və hinduizm məbədi. Yaponlar ona - 塔 too; hindlilər - भगवत् bxaqavat, "müqəddəs, şərəfli" deyirlər. Тailand, Myanma, Şri-Lanka, Laos və Kambocada paqoda buddist məbədləri adlanır. Paqodalar bəzi ölkələrdə həm dini ibadətgah, həm də məbəd funksiyasını yerinə yetirirlər. Burada dini əşyaları saxlayır və memorial kompleks kimi fəaliyyət göstərirlər. Müxtəlif ölkələrdə paqoda kateqoriyasına müxtəlif tip binaları aid edirlər. Hər yerin milli motivinə uyğun olaraq paqodalar fərqli tərzlərdə olur. Nepal, Çin, Çinin Tibet bölgəsində, Koreya, Yaponiya, Vyetnam, İndoneziya, Hindistanın şimal bölgəsində və Qərb ölkələrində məbəd kimi istifadə edilən çoxmərtəbəli qüllələrə paqoda deyilir. Belə hesab edilir ki, ilk paqodalar Nepalda meydana gəlmiş, sonralar nepal memarları bütün Uzaq Şərq boyu yayılmışlar. Nepalda paqoda formasında hinduizm məbədləri tikirlər.
Panda
Böyük panda (bambuk ayısı) — Ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Kiçik panda — Ayıkimilər fəsiləsinə aid məməli heyvan növü.
Böyük paqoda
Böyük paqoda (ing. The Great Pagoda) — Avropada Çin memarlıq ruhunda ilk bina. III Kral Corcun anası olan Avqustanın istəklərinə uyğun olaraq saray memarı olan Vilyam Çembers tərəfindən hazırlanmış layihə üzrə 1761-dən 1762-ci ilədək Riçmondda Kyu Kral Botanika Bağında inşa edilib.Paqodanın hündürlüyü - 50 m, aşağı dərəcəli diametri - 15 metrdir Paqodanın içində 243 addımlı pilləkən, damı isə kirəmitli kafelden düzəldirilmişdir. == Tarixi == 2006-cı ildən, paqoda yay aylarında turistlər üçün açıqdır. Kyu Kral Botanika Bağında digər obyektləri kimi paqoda Ümumdünya irsi sayılır və YUNESKO tərəfindən qorunur.
Cennifer Parexa
Cennifer Parexa (d. 8 may 1984) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Cennifer Parexa, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
Dəmir paqoda
Dəmir paqoda - 1049-ci ildə Çinin Kayfın Şəhərinin, Henan əyalətində Çinin Song sülaləsi (960-1279) zamanında tikilmişdir.Bu tikili dəmir filizindən hazırlandığına görə,həmdə dəmiri xatırlatdığına Dəmir paqoda adlandırılır.Bu abidə 1044-ci ildə ildrım çaxması nəticəsində yanmışdır buna görədə taxtadan tikilmiş paqoda kərpicdən tikilən paqoda ilə əvəz olunmuşdur.Liuhe, Lingxiao, Liaodi, Pizhi və Beisi paqodaları ilə yanaşı, bu Song sülaləsi memarlığının şah əsəri kimi qiymətləndirilir. == Memarlıq == Bu səkkizguşəli-baza qurumun hazırkı hündürlüyü 56.88 metr (186.56 fut) təşkil edir.Bu tikili bərk özəyi olan kərpiclə, daxildən dolama daş pilləkənlərlə və işıq və hava axını üçün kənar gözlərlə əhatə olununmuşdur.Xarici daha əlli müxtəlif növ və 1600 mürəkkəb, zəngin oymalardan o cümlədən Budda oturan yer,daimi rahiblər, müğənnilər və rəqqaslar, uçan çiçəklər, şir, əjdahalar və digər əfsanəvi heyvanlar eləcə də bir çox gözəl rəsmlərə malikdir.Abisənin təməli Xuanxe çayının sahilində yerləşir.Dəmir Paqodanın daxilində Çin nağılları, Qərbə belə Yol klassik freskaları var. == Tarixi == Şimali Song sülaləsi (960-1127) mərkəz Kayfın şəhərində, məşhur memar Yu Xao tərəfindən Youguo Məbədinin (965-995) bir hissəsi kimi möhtəşəm taxta paqoda inşa edilmişdir. Təəssüf ki,ümumi heyranlıq strukturu 1044-cü ildə ildrım çaxması nəticəsində yanmışdır. İmperator Renzong-un (1022-1063) sərəncamı ilə 1049-cu ildə onun yerində yeni paqoda inşa edilmişdir.Yeni qüllə alışmayan kərpic və daşdan tikilmişdi və onun metal rəngi rənginə görə "Dəmir Paqoda" adlandırırlar.1847-ci ildə Xuanxe çayı öz məcarasından çıxaraq Youguo Məbədini dağıtmışdı,amma Dəmir Paqoda dağılmamışdır.Tarixən, paqoda 38 zəlzələ, altı daşqın və digər fəlakətlər yaşayıb, ancaq 1000 ildən çoxdur ki,heç bir zərər görmədən bu günümüzə qədər qalmışdır.
La Pineda
La Pineda — İspaniyanın Tarraqona vilayətində şəhər.
Mami Kaneda
Mami Kaneda (d. 9 mart 1968) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Mariya Paseka
Mariya Valeriyevna Paseka (19 iyul 1995; Moskva, Rusiya) — Rusiyanı təmsil edən idman gimnastı. Mariya Paseka 2012 və 2016-cı ildə Rusiyanı Yay Olimpiya Oyunlarında təmsil edib və üç gümüş, bir bürünc medal qazanıb. == Karyerası == Mariya Paseka birinci dəfə Olimpiya oyunlarına 2012-ci ildə Böyük Britaniyanın London şəhərində XXX Yay Olimpiya Oyunlarında qatılıb. O, komanda yarışlarında yoldaşları Aliya Mustafina, Viktoriya Komova, Kseniya Afanasyeva və Anastasiya Qrişina ilə birgə finalda 178.530 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb. Dayaqla tullanma yarışlarında isə o, bürünc medala layiq görülüb. Mariya Paseka 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatılıb. O, komanda yarışlarında yoldaşları Aliya Mustafina, Seda Tutxalyan, Angelina Melnikova və Dariya Spiridonova ilə birgə finalda 176.688 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb. Dayaqla tullanma yarışlarında isə o, gümüş medala layiq görülüb.
Miho Kaneda
Miho Kaneda — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Miho Takeda
Miho Takeda (武田美保, Takeda Miho, 13 sentyabr 1976, Kioto) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Miho Takeda Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Takeda Olimpiadanın bürünc medalına sahib olub.
Mixael Labenda
Mixael Labenda (pol. Michał Rafał Łabenda; 10 sentyabr 1974, Polşa) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-2014).
Nobuhiro Takeda
Nobuhiro Takeda (d. 10 may 1967) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 18 oyun keçirib, 1 qol vurub.
Nobutoşi Kaneda
Nobutoşi Kaneda (d. 16 fevral 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 58 oyun keçirib, 6 qol vurub.
Pamela Anderson
Pamela Deniz Anderson (ing. Pamela Denise Anderson; 1 iyul 1967) — Kanada əsilli ABŞ aktrisası və fotomodel. == Həyatı == Pamela Anderson karyerasına Labatt pivə reklamlarında, sonra isə Playboy səhifələrində modellik etməklə başlayıb. Daha sonra aktrisa kimi çalışmağa başladı , bir çox telelayihələrin iştirakçısı, eləcə də ictimai fəaliyyəti ilə seçilir.Bir neçə dəfə nikahda olsa da, bütün evlilikləri uğursuz olaraq boşanmalar ilə bitmişdir. Birinci evliliyindən iki oğul övladı var.Andersona 2002-ci ildə hepatit C diaqnozu qoyuldu. Virusu aktrisaya birinci əri Tommi Li (çox güman ki, cütlük eyni iynəni döymə üçün istifadə etdikdən sonra) keçirib. Aktrisa 2015-ci ildə xəstəliklə bağlı müasir müalicə üsulları yarandıqdan sonra tam sağaldığını elan etmişdir.
Pamela Kosh
Pamela Kosh (ing. Pamela Kosh; 1 oktyabr 1928, Kent qraflığı – 4 may 2022) – İngilis xarakter aktyoru.
Pamela Spence
Pamela Spence Türkiyəli rok müğənni. 25 fevral 1973-cü ildə Almaniyanın Haydelberq şəhərində anadan olub. Atası milliyyətcə amerikalı, anası isə türkdür. 15 yaşında ana dili olan türk dilinə yiyələndikdən sonra bir çox türk filmlərində çəkilmiş, vokalist kimi çıxış etmişdir. Pamela Ankara Dövlət Konservatoriyasının Teatr bölümünün məzunudur.
Quercus pagoda
Quercus pagoda (lat. Quercus pagoda) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.