MAƏDA [ ər. ] köhn. Başqa, əlavə. Bunlardan maəda, Vaqifin … yazdığı müxəmməsin məali-pürməzmunu həmişə doğruluq üzrə qalıb… F.Köçərli. Rzaquluxanın İran səfərinə məktəb və darülfünun yoldaşlarından maəda, mürəbbiyəsi olan Mariya xanım da böyük maneələr göstərməkdə idi. M.S.Ordubadi.