Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nasoslu
Hacı Zeynalabdin — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Sumqayıt şəhərindən 10 km məsafədə Xəzər dənizi sahilində düzənlik ərazidə yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Sumqayıt şəhərinin Nasoslu qəsəbəsi Hacı Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti adlandırılmışdır. == Tarixi == Qəsəbə ərazisində ilk yaşayış məskəni «Təkə qumu» deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olmuşdur. 1907-ci ildə Zaqafqaziya dəmiryolunun salınması ilə əlaqədar olaraq Kiçik Pirəkəşkül kəndinin yaxınlığında dəmiryol stansiyası tikilmişdir. Qəsəbənin salınmasının əsası Şollar su kəmərinin çəkilişi ilə bağlıdır. Neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanın şimalından 1907-ci ildə Şollar su kəmərinin çəkilişinə başlanılmış və 1917-cı ildə başa çatdırılmışdır. Qəsəbənin yerləşdiyi əraziyə içməli su öz axarı ilə gəlmiş və Bakı şəhərinin coğrafi relyefi yüksəklikdə olduğuna görə suyun Bakıya ötürülməsi üçün Almaniyadan nasoslar gətirilərək qəsəbədə quraşdırılmışdır. O gündən etibarən qəsəbə "Nasoslu" (rus. Насосный) olaraq adlandırılmışdır.Əvvəlki adı Nasoslu olan qəsəbənin adı 7 fevral 1991-ci il tarixindən etibarən dəyişdirilərək azərbaycanlı neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin adı ilə "Hacı Zeynalabdin" adlandırılmışdır.
Pafos
Pafos (yun. Πάφος türk.Baf) - Kipr adasının cənub-qərb hissəsində yerləşən bir şəhər.Şəhər eyniadlı inzibati rayon mərkəzidir. (Kipr Respublikasının 6 rayonlarından biri). Mifologiyaya görə, Pafos yunan sevgi tanrısı Afroditanın vətənidir.51 ildə(e.ə)şəhərdə Kiprin məşhur natiqi Mark Tulliy Çiçero yaşayırdı. Pafos UNESCO Ümumdünya mədəni və təbii irs siyahısına əlavə edilir.Şəhərin yaxınlığında Beynəlxalq hava limanı yerləşir. == İqlimi == Pafos şəhəri noyabr və mart aylarında yüksək yağıntı ilə müşahidə olunan, Aralıq dənizi iqliminə malikdir. Yayda,xüsusilə iyul və avqust aylarında yağış yağmır.Orta rütubət 85%-dir. Təxminən hər 10 ildə bir qar yağır. Qar tez əriyir. Sonuncu dəfə güclü qar yağıntısı şəhərin mərkəzində 2001-ci ilin qışında müşahidə olunub.
Aristarxus Samoslu
Samoslu Aristarxus (yun. Ἀρίσταρχος ὁ Σάμιος, təq. e.ə. 310 – təq. e.ə. 230, İsgəndəriyyə) — qədim yunan riyaziyyatçısısı, astronomu və filosofu. Peripatetik məktəbin təmsilçisi, Stratonun ən tanınmış öyrəncilərindən biri idi. İlk dəfə yerin günəşin ətrafında fırlandığını iddia etmiş, yerdən günəşlə aya qədər məsafəni ölçməyə cəhd etmişdir. Aristarxus, İskəndəriyyədə yaşamışdır. O, astronomiya elmi ilə məşğul idi.
Nasoslu silah
Nasoslu silah, istifadə edilmiş olan bir döyüş sursatının gilizini çıxarmaq və yeni bir döyüş sursatını atəş açmağa uyğunlaşdırmaq üçün bir irəli və geriyə hərəkət etdirmək mexanizmi ilə işləyən bir silahdır. Yenidən yükləmə zamanı tətiyin buraxılmasını tələb etmədiyindən, qurmalı silahdan və manivelalı silahlardan daha sürətlidir.
Samoslu Pifaqor
Samoslu Pifaqor ya da Pithaqoras, Pisaqor, Pitaqor (yun. Πυθαγόρας ὁ Σάμιος, lat. Pythagoras, təxminən m. ö. 570 – 490) — ilk qədim yunan filosoflarından biri olmuşdur, Pifaqorçuluğun yaradıcısı idi. == Həyatı və fəaliyyəti == Pifaqor haqqında bütün bilgilər onun ardıcılları tərəfindən verilmişdir. O, Samos şəhərində dünyaya gəlmişdir. Sonra isə Cənubi İtaliyanın Krotona şəhərinə köçmüşdür. Bir çox araşdırmaçılar hesab edirlər ki, onun öz əsərləri olmamışdır. Ancaq antik tarixçi Diogenes Laertius yazmışdır ki, o "Tərbiyə haqqında", "Dövlət haqqında" və "Təbiət haqqında" adlı dövrümüzə gəlib çatmayan kitabların yazarı olmuşdur.
Patmoslu Yəhya
Patmoslu Yəhya və ya Patmoslu İohann — ənənəvi olaraq Vəhy Kitabının müəllifinə verilən ad. Vəhy Kitabının mətnində qeyd edilmişdir ki, Yəhya indiki Yunanıstanın Patmos adasındadır. Əksər Bibliya tarixçilərinin fikrinə görə, o, Roma imperatoru Domisianın dövründə antixristian təqiblər nəticəsində həmin adaya sürgün edilmişdir.Xristian ənənəsində Vəhy Kitabının müəllifini Yəhyanın İncilinin müəllifi olduğu iddia edilən Yevangelist Yəhya (özünü Həvari Yəhya kimi tanıtmışdır) hesab edilir. Yevsevi kimi yüksək səviyyəli din xadimləri və alimlərin azlığı ən azı daha bir Yəhyanı, yəni Presviter Yəhyanı İsanın yoldaşı kimi tanıyır. Orta əsrlərdən bəri bəzi xristian alimləri şagirdi Vəhy kitabının müəllifindən fərqləndirirlər.
Patmoslu İohann
Patmoslu Yəhya və ya Patmoslu İohann — ənənəvi olaraq Vəhy Kitabının müəllifinə verilən ad. Vəhy Kitabının mətnində qeyd edilmişdir ki, Yəhya indiki Yunanıstanın Patmos adasındadır. Əksər Bibliya tarixçilərinin fikrinə görə, o, Roma imperatoru Domisianın dövründə antixristian təqiblər nəticəsində həmin adaya sürgün edilmişdir.Xristian ənənəsində Vəhy Kitabının müəllifini Yəhyanın İncilinin müəllifi olduğu iddia edilən Yevangelist Yəhya (özünü Həvari Yəhya kimi tanıtmışdır) hesab edilir. Yevsevi kimi yüksək səviyyəli din xadimləri və alimlərin azlığı ən azı daha bir Yəhyanı, yəni Presviter Yəhyanı İsanın yoldaşı kimi tanıyır. Orta əsrlərdən bəri bəzi xristian alimləri şagirdi Vəhy kitabının müəllifindən fərqləndirirlər.
Pafos (dəqiqləşdirmə)
Pafos: Pafos (yun. πάθος — hiss, emisiya) — ritorika termini. Pafos (yun. Πάφος, türk. Baf) — Kiprdə şəhər. Pafos — mifoloji personaj.
Pafos qəsri
Pafos qəsri ― Kiprdə, Pafos limanının kənarında yerləşən qəsr. Orijinal Bizans qəsri qərbdə Saranta Kolones qəsrindən 600 metr qərbdə yerləşirdi və 1222-ci ildə baş verən zəlzələ nəticəsində tamamilə dağılmışdır. İndiki qəsr limanı qorumaq üçün XIII əsrdə Kipr kralları tərəfindən tikilmiş iki qüllədən biri idi. Şərq liman qülləsi 1491-ci il zəlzələsi nəticəsində dağılsa da, dağıntıları liman divarı boyunca hələ də görülə bilər. 16-cı əsrin ortalarında liman qəsri Venesiya Respublikası tərəfindən dağıdıldı. 1592-ci ildə Osmanlılar adanı tutduqdan sonra onu bərpa etdi və möhkəmləndirdi. Qəsrin girişindəki ağ mərmər lövhə (150 × 40 sm), Kiprin Türk komandiri Əhməd Paşa (1589-1593) tərəfindən 1592-ci ildə yenidən qurulmasına işarə edir. 1878-ci ildə Pafos qəsrinin hərbi məqsədlər üçün istifadəsi dayandırıldı və ingilis dövründə duz anbarı olaraq istifadə edildi. Qəsr 1953-cü il zəlzələsində zərər gördü və təmir işləri 1969-cu ilə qədər tamamlandı. Pafos qəsri 21 iyul 1974-cü ildə Türk hava və dəniz qüvvələri tərəfindən Pafos limanının bombardmanı zamanı da zərər görsə də, ciddi ziyan görməmişdi.