PAFOS

[yun. pathos-ehtiras] сущ. пафос (чӀехи ашкъилувал, руьгь хкаж хьун, руьгьламиш хьун, илгьам); pafosla danışmaq пафосдалди рахун.
PADZƏHƏR
PAH
OBASTAN VİKİ
Pafos
Pafos (yun. Πάφος türk.Baf) - Kipr adasının cənub-qərb hissəsində yerləşən bir şəhər.Şəhər eyniadlı inzibati rayon mərkəzidir. (Kipr Respublikasının 6 rayonlarından biri). Mifologiyaya görə, Pafos yunan sevgi tanrısı Afroditanın vətənidir.51 ildə(e.ə)şəhərdə Kiprin məşhur natiqi Mark Tulliy Çiçero yaşayırdı. Pafos UNESCO Ümumdünya mədəni və təbii irs siyahısına əlavə edilir.Şəhərin yaxınlığında Beynəlxalq hava limanı yerləşir. Pafos şəhəri noyabr və mart aylarında yüksək yağıntı ilə müşahidə olunan, Aralıq dənizi iqliminə malikdir. Yayda,xüsusilə iyul və avqust aylarında yağış yağmır.Orta rütubət 85%-dir. Təxminən hər 10 ildə bir qar yağır. Qar tez əriyir. Sonuncu dəfə güclü qar yağıntısı şəhərin mərkəzində 2001-ci ilin qışında müşahidə olunub.
Pafos (dəqiqləşdirmə)
Pafos: Pafos (yun. πάθος — hiss, emisiya) — ritorika termini. Pafos (yun. Πάφος, türk. Baf) — Kiprdə şəhər. Pafos — mifoloji personaj.
Pafos qəsri
Pafos qəsri ― Kiprdə, Pafos limanının kənarında yerləşən qəsr. Orijinal Bizans qəsri qərbdə Saranta Kolones qəsrindən 600 metr qərbdə yerləşirdi və 1222-ci ildə baş verən zəlzələ nəticəsində tamamilə dağılmışdır. İndiki qəsr limanı qorumaq üçün XIII əsrdə Kipr kralları tərəfindən tikilmiş iki qüllədən biri idi. Şərq liman qülləsi 1491-ci il zəlzələsi nəticəsində dağılsa da, dağıntıları liman divarı boyunca hələ də görülə bilər. 16-cı əsrin ortalarında liman qəsri Venesiya Respublikası tərəfindən dağıdıldı. 1592-ci ildə Osmanlılar adanı tutduqdan sonra onu bərpa etdi və möhkəmləndirdi. Qəsrin girişindəki ağ mərmər lövhə (150 × 40 sm), Kiprin Türk komandiri Əhməd Paşa (1589-1593) tərəfindən 1592-ci ildə yenidən qurulmasına işarə edir. 1878-ci ildə Pafos qəsrinin hərbi məqsədlər üçün istifadəsi dayandırıldı və ingilis dövründə duz anbarı olaraq istifadə edildi. Qəsr 1953-cü il zəlzələsində zərər gördü və təmir işləri 1969-cu ilə qədər tamamlandı. Pafos qəsri 21 iyul 1974-cü ildə Türk hava və dəniz qüvvələri tərəfindən Pafos limanının bombardmanı zamanı da zərər görsə də, ciddi ziyan görməmişdi.

Значение слова в других словарях