Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alazlama
Alazlama - türk və altay xalq mədəniyyətində od müalicəsi. Yalazlama (digər bəzi Türk dillərində Alaslama və ya Yalaslama) olaraq da bilinər. Xəstəlikləri odla müalicə etmək deməkdir. Albastı (Al/Hal kökü yəni "Atəş" mənası da nəzərə alınmaqla) və Alaz Xan ilə əlaqəli olduğu açıqdır. Bəlkə də Alaz Xanın köməyi istənilir. Mərasim başlarkən Alaz! deyə bağırılması bunun açıq bir göstəricisidir. Qırmızı bir bez parçası yandırılıb xəstənin ətrafında dolanacaqlar. Odun təmizləyici və yaxşılaşdırıcı bir varlıq olduğu inancının bir nəticəsidir bu vəziyyət. Alazlama əməliyyatı axşam qaranlığında yanan ilk işıqla birlikdə işə başlayır.
Osman Pazarlama
Osman Pazrlama — Türk komediya filmi. Filmin rejissoru Togan Gökbakar, ssenaristi isə Şahan Gökbakardır. Filmdə müğənni Demet Akalın da rol almışdır. == Mövzusu == Osman Pazarlama, aşiq olduğu qıza evlənmək üçün varlı olmağı və uğurlu bir iş adamı olmağı hədəfləyən Osman Şaşmazın gülüşlü hekayəsini danışır. Sevdiyi qızın atasına özünü sübut etmək ehtirası ilə müxtəlif sərgüzəştlərə çəkilən Osmanın ən böyük köməkçiləri Erkan və ailə dostunun qızı Songüldür. Daim yeni məhsullar hazırlayarkən və bu məhsulları sahibkarlıq dünyasına tətbiq etməyə çalışarkən, Osmanın bazara çıxartmaq səyləri fərqlidir, gülməli olmaqla yanaşı, bu çətin prosesdə zənginliyin çox da uzaq olmadığını başa düşəcəkdir.
Geoloji planalma
Geoloji planalma - Yer qabığının hər hansı bir sahəsinin geoloji quruluşunun və perspektiv mineral-xammal ehtiyatlarının müəyyən edilməsinin əsas üsullarından biri; sahənin birbaşa naturadan geoloji xəritəsini qurmaq üçün aparılan işlərin məcmusu. İki mərhələdən ibarətdir: çöl tədqiqatları və toplanmış faktiki materialın kameral işlənilməsi. Çöl işləri zamanı çöl geoloji xəritəsi tərtib edilir. Bunun üçün təbii çıxışlar, qazıma quyuları, layların yatım elementlərini göstərməklə dağ-mədən qazımaları planlı surətdə öyrənilərək topoqrafik əsasa köçürülür. Geoloji sərhədlər, tektonik strukturlar, qırılma pozulmaları izlənilir, süxurların litoloji tərkibi, mənşəyi, yatma şəraiti və təxmini yaşı müəyyən edilir. Eyni zamanda, kontakt zonaları, faydalı qazıntıların, xüsusilə qaz və neftin təzahürləri qeydə alınır. Süxur, faydalı qazıntı, fauna və flora nümunələri götürülür. Bütün müşahidələr geoloji gündəlikdə qeyd edilir. Kameral işləmə prosesində çöl tədqiqatlarının nəticələri dəqiqləşdirilir: çöldə yığılmış süxur və faydalı qazıntı nümunələri xüsusi laboratoriya tədqiqat üsulları (mikroskopik, kimyəvi, spektroskopik, lüminssent və b.) öyrənilir. Fossil fauna və flora qalıqları təyin edilir, qrafiklər (stratiqrafik sütunlar, geoloji kəsilişlər, xəritələr və b.) çəkilir və geoloji hesabat tərtib edilir.
Marşrut planalma
Marşrut plan­al­ma - (rus. маршрутная съемка, ing. compass sketching) topoqrafik və başqa xəri­tələri tərtib etmək və yenidən dü­zəltmək üçün ayrı-ayrı marşrutlar üzrə yerin plana alınmasıdır. İns­tru­mental menzula, aerofoto­to­poq­rafik və b. ilə /, yaxud gözəyarı planalma üsulları ilə aparılır.
Osman Pazarlama (film, 2016)